Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

və  kütləvi  informasiya  vasitələrində  rəsmi  məlumat  dərc  etdirməlidir.  Bank  lisenziyasının 

və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi  haqqında  qərar,  onda  başqa 

müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir. 

18.2.


 

Bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi 

haqqında  qərarın  qüvvəyə  mindiyi  gündən  etibarən  müvafiq  bankın,  filialın  və 

nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına 

və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan 

sonra bank, filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici 

bankın  yerli  filialının  iflası  proseduruna  başlanıldığı  hallar  istisna  olmaqla,  bu  Qanunun 

tələbləri nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.

 

18.3.  Yerli  və  xarici  banklar  bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  haqqında 



Mərkəzi Bank

ın qərarından qanunvericilikdə müəyyən edilmiş qayda-da məhkəməyə şikayət 

verə bilərlər. Şikayətin verilməsi 

Mərkəzi Bank

ın müvafiq qərarının icrasını dayandırmır.

 

 



III  fəsil 

BANKLARIN YARADILMASI, İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ AUDİT 

 

 M a d d ə   19. Bankların təşkili



 

19.1.


 Bank  ən  azı  üç  hüquqi  və/və  ya  fiziki  şəxs  tərəfindən  açıq  səhmdar  cəmiyyəti 

formasında yaradılır. 

19.2.

 Siyasi  partiyalar,  ictimai  birliklər,  fondlar  və  digər  qeyri-kommersiya  təşkilatlan 



bankın səhmdarı ola bilməzlər. 

19.3.


 Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna 

malik ola bilməzlər. 

19.4.

 Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı 



əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. 

M a d d ə   2 0. Bankın nizamnaməsi və reqlamenti

 

20.1.


 Bankın  təsisçiləri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq 

nizamnaməsini  tərtib  edir  və  təsdiq  edir.  Bankın  nizamnaməsində  dəyişikliklər 

Mərkəzi 

Bank


ın qabaqcadan yazılı icazəsi ilə edilir. 

20.2.


 Hər  bir  bank  onun  nizamnaməsinə  uyğun  olaraq  bu  Qanunla  müəyyən  edilmiş 

qaydada  təsdiq  edilən  və  aşağıdakıları  müəyyən  edən  daxili  reqlament  əsasında  fəaliyyət 

göstərir: 

 

20.2.1.



 bankın  təşkilati  və  idarəetmə  strukturu,  o  cümlədən  onun  əməliyyat  və  inzibati 

şöbələri, onların bölmələri və funksiyaları, tabeliyi və hesabat verməsi qaydası; 

20.2.2.

 bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin 



vəzifələri; 

20.2.3.


 daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları; 

20.2.4.


 bankın  inzibatçılarının  və  struktur  bölmələrinin  rəhbərlərinin  bank  fəaliyyətinin 

həyata keçirilməsi üzrə səlahiyyətləri; 

20.2.5.

 filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə 



onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri. 

20.3. Bankın  nizamnaməsinin  notariat  qaydada  təsdiqlənmiş  surəti,  bank  tərəfindən 

təsdiqlənmiş  daxili  reqlamenti,  habelə  bankın  bank  fəaliyyəti  ilə  əlaqədar  müqavilələri 

imzalamaq səlahiyyəti verilmiş  vəzifəli şəxslərin siyahısı

 

bank tərəfindən 



Mərkəzi Bank

a bir 



nüsxədə təqdim edilir və 

Mərkəzi Bank

da saxlanılır.

 

20.4.  Bankın  nizamnaməsində  edilən  dəyişikliklər  Azərbaycan  Respublikasının  Mülki 



Məcəlləsində 

müəyyən 


edilmiş 

qaydada 


dövlət 

qeydiyyatına 

alınır. 

Bankın 


nizamnaməsində  və  reqlamentində  edilən  dəyişikliklər  beş  təqvim  günü  müddətində 

Mərkəzi Bank

a təqdim edilir.

 

M a d d ə   2 1. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər



 

21.1.


 Bank  məcmu  kapitalmı,  xarici  bankın  yerli  filialı  isə  məcmu  kapitala  bərabər 

tutulmuş  vəsaitini  daimi  olaraq 

Mərkəzi  Bank

ın  banklar  üçün  müəyyən  etdiyi  məcmu 

kapitalın  minimum  miqdarından  aşağı  olmayan  səviyyədə  saxlamalıdır.  Bankın  məcmu 

kapitalının,  xarici  bankın  yerli  filialı  üçün  isə  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin 

strukturu, komponentləri və hesablanması qaydası 

Mərkəzi Bank

 tərəfindən müəyyən edilir. 

21.2.


 Heç  bir  bank 

Mərkəzi  Bank

ın  qabaqcadan  yazılı  icazəsi  olmadan  səhmlərinin  satın 

alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi 

yolu ilə məcmu kapitalını azalda bilməz. 

21.3.


 Heç  bir  xarici  bank 

Mərkəzi  Bank

ın  qabaqcadan  yazılı  icazəsi  olmadan  nizamnamə 

kapitalına  bərabər  tutulmuş  vəsaitlərinin  geri  götürülməsi  yolu  ilə  yerli  filialının  məcmu 

kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. 

21.4.


 Bankın  nizamnamə  kapitalı  və  xarici  bankın  yerli  filialının  nizamnamə  kapitalına 

bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının 

milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır. 

21.5.


 Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu 

kapitala bərabər tutulmuş vəsaitin miqdarının 

Mərkəzi Bank

ın banklar üçün müəyyən etdiyi 

məcmu  kapitalın  (məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin)  minimum  miqdarının  25 

faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda 

dərhal bu barədə 

Mərkəzi Bank

a bildiriş göndərməlidirlər. 

M a d d ə  

22.  Bankın  nizamnamə  kapitalında  mühüm  iştirak  paylarının 

məhdudlaşdırılması

 

22.1.


 Hər  hansı  bir  şəxs  bankın  nizamnamə  kapitalında  mühüm  iştirak  payını,  o 

cümlədən  nizamnamə  kapitalındakı  mövcud  payını  mühüm  iştirak  payına  çatdıran  əlavə 

payı,  habelə  mühüm  iştirak  payını  artıraraq  səsvermə  hüququ  olan  səhmlərin  və  ya 

nizamnamə  kapitalının  20  faizinə,  33  faizinə,  50  faizinə  çatmasına  və  ya  bu  miqdarı 

keçməsinə,  yaxud  bankın  həmin  şəxsin  törəmə  strukturuna  çevrilməsinə  gətirib  çıxaran 

iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər. 

22.2.

 Bank,  kapitalına  mühüm  iştirak  payı  olan  şəxsin  başqa  hüquqi  şəxsin  kapitalında 



mühüm  iştirak  paymı  əldə  etməsindən  və  ya  artırmasından  xəbər  tutan  kimi  bu  barədə 

Mərkəzi Bank

a yazılı bildiriş göndərməlidir. 

22.3.


 Bank,  kapitalında  mühüm  iştirak  payı  olan  hüquqi  şəxsin  kapitalında  hər  hansı 

şəxsin  mühüm  iştirak  payını  əldə  etməsindən  və  ya  artırmasından  xəbər  tutan  kimi  bu 

barədə 

Mərkəzi Bank



a yazılı bildiriş göndərməlidir. 

22.4.


 Bu  Qanunun  22.1-ci  maddəsində  nəzərdə  tutulan  iştirak  payının  alınması  üçün 

bankın  səlahiyyətli  idarəetmə  orqanı  müraciəti  və  qərarı  ilə  birlikdə  aşağıdakı  sənədləri 

Mərkəzi Bank

a təqdim edir: 

22.4.1. həmin sahib hüquqi şəxs olduqda:

 

22.4.1.1.



 hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə