Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

22.11. Bu Qanunun 22.10-cu maddəsinə müvafiq maliyyə bazarlarına nəzarət orqanın verdiyi 

ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxır.  

 

Maddə 23. Bankların idarəetmə strukturu  

Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına 

və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit 

Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.  



 

Maddə 24. Səhmdarların ümumi yığıncağı  

24.1. Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:  

24.1.1. bankın nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;  

24.1.2. bankın reqlamentini qəbul etmək və reqlamentə əlavə və dəyişikliklər etmək;  

24.1.3. bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, 

habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;  

24.1.4. digər hüquqi şəxslərin kapitalında bankın iştirakı barədə qərarlar qəbul etmək, bankın 

filiallarını  və  nümayəndəliklərini  yaratmaq  və  fəaliyyətlərinə  xitam  vermək,  onların 

əsasnamələrini təsdiq etmək;  

24.1.5.  növbəti  və  tələb  olunduğu  hallarda  növbədənkənar  auditin  keçirilməsi  barədə  qərar 

qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;  

24.1.6. bankın büdcəsini qəbul və təsdiq etmək;  

24.1.7.  bankın  İdarə  Heyətinin  üzvlərini  təyin  və  azad  etmək,  İdarə  Heyətinin  əsasnaməsini 

təsdiq etmək;  

24.1.8.  bankın  Müşahidə  Şurasının  və  Audit  Komitəsinin  üzvlərini  təyin  və  azad  etmək, 

həmin idarəetmə orqanlarının əsasnaməsini təsdiq etmək, bankın inzibatçılarının işə götürülməsi 

müddətlərini və şərtlərini müəyyənləşdirmək;  

24.1.9. Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, bankın inzibatçılarının bank 

adından  və  bank  hesabına  öhdəliklər  qəbul  etmək  səlahiyyətlərini  və  həmin  səlahiyyətlərin 

bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək;  

24.1.10.  bu  Qanunun  28-ci  maddəsinə  əsasən  bank  inzibatçılarının  kommersiya  maraqlarını 

açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək;  

24.1.11.  bankın  törəmə  təsərrüfat  cəmiyyətlərini  yaratmaq  və  fəaliyyətlərinə  xitam  vermək, 

başqa bankın satın alınması barədə qərarlar qəbul etmək;  

24.1.12. nizamnamə kapitalının artırılması  və azaldılması  barədə qərarlar qəbul etmək,  bank 

səhmlərinin  buraxılması  müddətlərini  və  şərtlərini  müəyyənləşdirmək,  habelə  bankda  mühüm 

iştirak payının əldə edilməsinə razılıq vermək;  

24.1.13.  bankın  kənar  auditor  tərəfindən  təsdiqlənmiş  və  Audit  Komitəsi  tərəfindən  tövsiyə 

edilmiş  illik  maliyyə  hesabatlarını  təsdiq  etmək,  habelə  xalis  mənfəət  hesabına  ehtiyatların 

yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək;  

24.1.14. bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək;  

24.1.15.  Bu  Qanunla  və  bankın  nizamnaməsi  ilə  səlahiyyətinə  aid  edilmiş  digər  məsələləri 

həll etmək;  

24.2. bu Qanunun 24.1.2 - 24.1.7-ci maddələri ilə səhmdarların ümumi yığıncağının müstəsna 

səlahiyyətlərinə aid edilmiş məsələlər həll edilmək üçün bankın Müşahidə Şurasına verilə bilər.  

24.3.  Bankın  təsis  yığıncağı  bütün  təsisçilər  və  ya  onların  nümayəndələri  iştirak  etdikdə 

səlahiyyətli  sayılır.  Səhmdarların  sonrakı  ümumi  yığıncaqları  bütün  səsvermə  hüququ  olan 

səhmlərin azı 60 faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis 

yığıncağında  onun  yaradılması,  nizamnaməsinin  qəbul  edilməsi  və  idarəetmə  orqanlarının 

formalaşdırılması  barədə  qərarlar  yekdilliklə  qəbul  edilir.  Nizamnaməyə  əlavə  və  dəyişikliklər 

edilməsi,  Müşahidə  Şurası  və  İdarə  Heyəti  üzvlərinin  təyin  və  azad  edilməsi,  bankın  satılması, 

yenidən  təşkili,  başqa  bankın  alınması  və  bankın  fəaliyyətinə  xitam  verilməsi  məsələləri  üzrə 

qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur. Bütün digər 

qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul olunur.  




24.4.  Səhmdarlar  bankın  nizamnamə  kapitalındakı  paylarına  mütənasib  səs  hüququna 

malikdirlər.  Hər  bir  səhmdar  səhmdarların  ümumi  yığıncağında  özünün  səs  hüququnu  həm 

şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Etibarnamə yazılı şəkildə 

rəsmiləşdirilir  və  yığıncağın  protokoluna  qoşulur.  Etibarnamə  yığıncaq  başlananadək  verilir. 

Səhmdarları  qanuni  əsasda  təmsil  edən  şəxslər  üçün  ayrıca  etibarnamə  tələb  olunmur.  Həmin 

şəxslər bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər.  

24.5. Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir 

ümumi  yığıncağının  keçirilməsi  günü,  yeri,  vaxtı  və  gündəlik  üzrə  materiallarla  tanış  olma 

qaydası  barəsində  bildirişlər,  habelə  həmin  yığıncağın  gündəliyi  yığıncağın  keçirilməsi  gününə 

ən  azı  45  təqvim  günü  qalmış  səhmdarlara  göndərilir  və  bu  barədə  kütləvi  informasiya 

vasitələrində  məlumat  dərc  etdirilir.  Bildirişlə  birlikdə  göndərilən  gündəliyə  daxil  edilməmiş 

məsələlər  üzrə  qərar  qəbul  olunmasına  yol  verilmir.  Növbəti  yığıncaqlar  ildə  bir  dəfədən  az 

olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və 

kənar auditor yoxlamasından kecdikdən sonra ən geci iki ay ərzində keçirilir.  

Növbədənkənar  yığıncaqlar  səsvermə  hüququ  olan  səhmlərin  azı  5  faizinin  sahibləri  olan 

səhmdarların, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. 

Növbədənkənar  yığıncaqların  çağrılması  qaydası  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi 

ilə tənzimlənir.  

24.6.  Səhmdarların  yığıncağında  səsvermə  hüququna  malik  olan  bütün  səhmdarlar  təmsil 

olunmuşdursa,  yığıncaq  onun  çağırılması  vaxtından  və  üsulundan  asılı  olmayaraq  səlahiyyətli 

sayılır.  Səsvermə  hüququna  malik  olan  səhmdarların  hamısı  yekdilliklə  razılıq  verərsə,  bu 

yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə 

bilər.  

 

 

Maddə 25. Müşahidə Şurası  

25.1. Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:  

25.1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın 

İdarə Heyətindən hesabat almaq;  

25.1.2. səhmdarların ümumi yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;  

25.1.3.  səhmdarların  ümumi  yığıncağının  hər  bir  iclasını  bildirişlər  göndərmək  yolu  ilə 

çağırmaq  və  səhmdarların,  habelə  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  tələbi  ilə  və  onların 

gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul 

etmək;  

25.1.4. bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu 

pozuntu  barəsində  səhmdarların  ümumi  yığıncağını,  Audit  Komitəsini  və  İdarə  Heyətini 

xəbərdar  etmək,  maliyyə  bazarlarına  nəzarət  orqanına  isə  bank  qanunvericiliyinin  və  "Cinayət 

yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikası  Qanununun 

tələblərinin pozulması faktları barədə bildiriş göndərmək;  

25.1.5.  bu  Qanuna  müvafiq  olaraq,  İdarə  Heyəti  üzvlərini  vəzifədən  kənarlaşdırmaq, 

səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu 

maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;  

25.1.6. bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu 

hallarda bankı idarə və təmsil etmək;  

25.1.7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları 

və daxili əsasnamələri qəbul etmək,  habelə cinayət yolu  ilə əldə edilmiş pul  vəsaitlərinin  və  ya 

digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  daxili  nəzarət 

sistemini hazırlamaq və tətbiq etmək;  

25.1.8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək;  

25.1.9. bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində 

nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə