Banklar haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 29. Bankların yenidən təşkili



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

Maddə 29. Bankların yenidən təşkili  

Bankın,  o  cümlədən  bank  lisenziyası  ləğv  edilmiş  bankın  yenidən  təşkilinə  (birləşməsinə, 

qoşulmasına, bölünməsinə, ayrılmasına və ya çevrilməsinə) maliyyə bazarlarına nəzarət orqanın 

müəyyən etdiyi qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir.  



 

Maddə 30. Hüquqi şəxslərin kapitalında bankların iştirakının məhdudlaşdırılması  

30.1.  Bankın  başqa  hüquqi  şəxsdə  iştirak  payı  əldə  etməsi  aşağıdakı  hallardan  birinə  səbəb 

olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:  

30.1.1. iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda;  

30.1.2.  bankın  bütün  bu  cür  iştirak  paylarının  məcmu  balans  məbləği  bankın  məcmu 

kapitalının 40 faizindən çox olduqda. 

30.2.  Bank  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  payını  təşkil  edəcək  və  ya  artıracaq, 

habelə hüquqi şəxsi bankın törəmə strukturuna çevirə biləcək iştirak payını maliyyə bazarlarına 



nəzarət orqanın qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.  

30.3.  Banka  borcu  olan  şəxsin  maliyyə  sağlamlaşdırılması  tədbirlərinin  həyata  keçirilməsi 

dövründə  və  ya  borcun  əvəzinə  bankın  mülkiyyətinə  keçirilmiş  səhmlər  (paylar)  iki  ildən  çox 

olmayan  müddətə  bu  Qanunun  30.1-ci  maddəsinə  müvafiq  olaraq,  mühüm  iştirak  payının 

hesablanmasında nəzərə alınmır.  

30.4.  Bu  Qanunun  30.2-ci  maddəsinə  əsasən  icazə  almaq  üçün  banklar  maliyyə  bazarlarına 



nəzarət orqanına aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər:  

30.4.1. bankın başqa hüquqi şəxslərin kapitalında nəzərdə tutulan iştirak payının əldə edilməsi 

haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;  

30.4.2.  bankın  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  payları  və  nəzərdə  tutulan 

iştirak  payının  artırılması  nəticəsində  yaranacaq  mühüm  iştirak  payının  miqdarı  haqqında 

məlumat;  

30.4.3.  kapitalında  mühüm  iştirak  payı  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxslərin 

fəaliyyətlərinin  əsas  istiqamətləri  və  ünvanları  haqqında  məlumat,  azı  son  üç  maliyyə  ilini 

(hüquqi şəxs üç  ildən  az  müddətdə  yaradıldıqda  isə  son  maliyyə  illərini) əhatə edən  və auditor 

yoxlamasından  keçmiş  maliyyə  hesabatları  və  auditor  rəyləri  (maliyyə  vəziyyətini  əks  etdirən 

hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir);  

30.4.4.  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  hüquqi  şəxs  bankın  törəmə 

strukturuna çevrilərsə, bu hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və hər bir rəhbər 

tərəfindən  imzalanmış  və  imzaları  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş  qüsursuzluğuna 

dair ərizə;  

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

30.4.5.  bankın  mühüm  iştirak  payını  əldə  edəcəyi  hüquqi  şəxs  xarici  bank  olduqda,  əlavə 

olaraq  xarici  bankın  baş  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı 

tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan 

vəsait  cəlb  etməklə  bağlı  fəaliyyəti  həyata  keçirmək  üçün  icazəsinin  olduğunu  və  həmin 

təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış.  

30.5.  Bu  Qanunun  30.4-cü  maddəsinin  tələblərinə  uyğun  təqdim  edilən  sənədlərə  maliyyə 



bazarlarına  nəzarət  orqanında  ən  geci  90  təqvim  günü  müddətində  baxılır.  Həmin  müddət 

ərzində  maliyyə  bazarlarına  nəzarət  orqanı  ərizəyə  dair  münasibətini  banka  yazılı  surətdə 

bildirməzsə,  ərizəyə  müsbət  baxılmış  hesab  edilir.  Aşağıdakı  halları  aşkar  etdikdə  maliyyə 

bazarlarına nəzarət orqanı başqa hüquqi şəxslərin kapitalında iştirak etməyə banka icazə vermir:  

30.5.1. bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutlmuş sənədlər tam təqdim edilməmişdir; 

30.5.2.  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bankın  törəmə  strukturuna 

çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik deyildir;  




30.5.3.  iştirak  payının  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxsin  maliyyə  vəziyyəti  qeyri-

qənaətbəxşdir  və  ya  belə  payın  əldə  edilməsi  bankın  maliyyə  vəziyyətinin  pisləşməsinə  səbəb 

olacaqdır;  

30.5.4.  nəzərdə  tutulan  iştirak  payı  əldə  edilən  xarici  banka  yerləşdiyi  ölkənin  bank 

tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  lazımi  nəzarət  həyata  keçirilmədiyinə  və  ya  bu 

orqanın əməkdaşlıqdan imtina etdiyinə görə, maliyyə bazarlarına nəzarət orqanının  Mərkəzi 

Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi qeyri-mümkündür.  

30.6.  Banka  icazəni  verdikdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  iştirak  payının  əldə 

edilməsinin maksimum müddətini müəyyən edir.  

30.7.  Bank  icazəsi  olmadan  mühüm  iştirak  payı  əldə  etdikdə  və  ya  iştirak  payı  əldə  etmək 

üçün  müəyyən  edilmiş  müddətləri  gözləmədikdə,  maliyyə  bazarlarına  nəzarət  orqanı  həmin 

banka  yazılı sərəncam göndərərək, onun öz  iştirak payını  sərəncamda göstərilən tarixədək  ləğv 

etməyini və ya icazənin qüvvədən düşdüyünü bildirir.  

30.8. Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən həmin 

banka  lazımi  nəzarət həyata keçirilmədikdə  və  ya bu orqan  maliyyə bazarlarına nəzarət orqanı 

ilə  əməkdaşlıqdan  imtina  etdikdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  banka  hüquqi  şəxsin 

kapitalında  mühüm  iştirak  payının  müəyyən  etdiyi  müddətdə  özgəninkiləşdirilməsi  və  ya  geri 

alınması barədə yazılı göstəriş verir.  

 

IV fəsil. Bankların fəaliyyətinə dair tələblər 

 

Maddə 31. Bankların etibarlı fəaliyyətinə dair tələblər  

31.1.  Banklar  idarəetməni  və  cari  fəaliyyəti  Azərbaycan  Respublikası  Konstitusiyasının, 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 

ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında"  Azərbaycan  Respublikası  Qanununun,  digər  normativ  hüquqi  aktların,  habelə  bu 

Qanunun,  Maliyyə  bazarlarına  nəzarət  orqanının    Mərkəzi  Bankın  normativ  xarakterli 

aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə 

göstərilən  bütün  məhdudiyyətlərə  müvafiq  surətdə  etibarlı  və  prudensial  qaydada  həyata 

keçirməlidirlər.  

31.2.  Banklar  məcmu  kapitalını  və  likvid  ehtiyatlarını  daimi  olaraq  müəyyən  olunmuş 

səviyyədə  saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün  aktivlərin 

qiymətdən  düşməsinə  qarşı  zəruri  tədbirlər  görməli,  mühasibat  sənədlərini  və  digər  zəruri 

sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tərtib  etməli,  bankın  fəaliyyətinə  nəzarət 

mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə 

azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər.  

 

Maddə 32. Bankların fəaliyyət növləri  

32.1.  Banklar,  maliyyə  bazarlarına  nəzarət  orqanından  aldığı  bank  lisenziyasında  qadağan 

edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:  

32.1.1.  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi;  

32.1.2.  kreditlərin  (təminatlı  və/və  ya  təminatsız)  verilməsi,  o  cümlədən  istehlak  və  ipoteka 

kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  olmadan  faktorinq,  forfeytinq,  lizinq 

xidmətləri və digər kreditləşdirmə növləri;  

32.1.3.  fiziki  və  hüquqi  şəxslərin  hesablarının,  o  cümlədən  bankların  müxbir  hesablarının 

açılması və aparılması;  

32.1.4.  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və  ödəniş 

vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;  

32.1.5. ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə 

vekselləri) buraxılması;  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə