Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

qadağandır.  Bank  fəaliyyətinin  inhisara  alınmasına  qarşı  yönəldilmiş  qaydaların  yerinə 

yetirilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.  

35.4.  Banklar  bank  sisteminin  etibarlığını  təmin  etmək  məqsədilə  borcalanların  ödəniş 

qabiliyyəti  və  etibarlığı  haqqında  məlumatı  maliyyə  bazarlarına  nəzarət  orqanında  yaradılan 

mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş 

rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri 



maliyyə bazarlarına nəzarət orqanın normativ xarakterli aktları ilə müəyyən edilir.  

Maliyyə  bazarlarına  nəzarət  orqanın  icazəsi  və  müəyyən  etdiyi  şərtlər  daxilində  banklar  öz 

aralarında da xüsusi kredit reyestri yarada bilərlər.  

Kredit  reyestrlərində  olan  məlumatlar  yalnız  banklara,  “Bank  olmayan  kredit  təşkilatları 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  bank  olmayan  kredit 

təşkilatlarına  və  borcalanların  özlərinə  (banklar  arasında  yaradılan  reyestrdəki  məlumatlar 

həmçinin  maliyyə  bazarlarına  nəzarət  orqanına)  onların  müraciəti  ilə  müəyyən  olunmuş 

qaydada  verilə  bilər.  Kredit  reyestrlərində  toplanan  və  oradan  alınan  məlumatlara  bank  sirrinin 

bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.  

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədi ilə məlumatlar ödənişli əsaslarla verilir.  

35.5.  Yerli  banklar  arasında,  yerli  bankla  xarici  bankların  yerli  filial  və  nümayəndəlikləri, 

habelə  xarici  bankların  yerli  filialları  (nümayəndəlikləri)  arasında  mübahisələr  Azərbaycan 

Respublikasının  Mülki-Prosessual  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada,  Azərbaycan 

Respublikasının məhkəmələri tərəfindən həll edilir.  

 

Maddə 36. Banklarla onların müştəriləri arasında münasibətlər  

36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki 

Məcəlləsi,  həmin  Məcəlləyə  müvafiq  olaraq,  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.  

36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil 

seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların 

açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və 

həmin  Məcəlləyə  müvafiq  olaraq  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qəbul  edilmiş 

normativ xarakterli aktlara, habelə bu Qanuna əsasən həyata keçirilir.  

Xüsusi  seçki  hesablarının  açılması,  əməliyyatların  aparılması  və  dayandırılması  qaydası 



maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırılmaqla  Azərbaycan  Respublikasının  Seçki 

Məcəlləsinə uyğun olaraq müəyyən edilir.  

36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi 

ilə  öz  bank  lisenziyasını,  maliyyə  vəziyyəti  haqqında  məlumatı  (sonuncu  ay,  rüb  və  il  üçün 

mühasibat  balansını,  mənfəət  və  zərər  haqqında  hesabatı)  və  sonuncu  hesabat  ili  üçün  auditor 

rəyini təqdim etməlidir.  

36.4.  Banklar  yerləşdikləri  binada  yazılı  formada  depozitlərin  (əmanətlərin)  qəbul 

edilməsinin,  kreditlərin  verilməsinin,  hesablaşma-kassa  xidmətinin  və  pul  köçürmələrinin 

aparılması şərtləri və qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər.  

36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə 

saxlaya  bilməz,  müştərinin öz pul  vəsaiti  barəsində özü istədiyi kimi  sərəncam  vermək  hüququ 

üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.  

36.6.  Hər  bir  bank  müştərilərlə  bağladığı  müqavilədə  xidmət  şərtlərini,  o  cümlədən  faiz 

dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank 

tərəfindən  verilmiş  kreditlərin  ödənişi  şərtlərini  və  qaydalarını  müəyyən  etməkdə  sərbəstdir. 

Azərbaycan  Respublikasında  pul  nişanlarının  nominal  dəyərinin  və  qiymətlər  miqyasının 

dəyişdirilməsi  (denominasiyası)  zamanı  köhnə  nümunəli  pul  nişanlarının  yeni  nümunəli  pul 

nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur  

Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və 

ödənilir.  Faiz  dərəcələri  və  bank  qarşısında  borca  görə  verilməli  olan  digər  ödənişlər  yalnız 

borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.  



36.7.  Yerli  banklarla  onun  yerli  müştəriləri  arasında  bütün  mübahisələr,  habelə  xarici 

bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə 

müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.  

 

Maddə  37.  Bankın  müxbir  hesabları  və  banka  həvalə  edilmiş  aktivlər  barəsində 

səlahiyyətlər  

37.1.  Hüquqi  və  fiziki  şəxslərin  bankda  olan  pul  vəsaitinə  və  digər  sərvətlərinə  qanunda 

nəzərdə tutulan  hallarda və qaydada  məhkəmənin və  ya  icra  məmurunun qərarı  ilə  həbs qoyula 

bilər.  Bank,  hesabın  üzərinə  həbs  qoyulması  barədə  müvafiq  qərarı  aldığı  andan  depozitlər 

(əmanətlər)  və  digər  hesablar  üzrə  məxaric  əməliyyatlarını  həbs  qoyulmuş  vəsait  həcmində 

dayandırmalıdır.  

Bankların  müxbir  hesablarına  həbs  yalnız  məhkəmənin  qərarı  ilə  bankın  özünə  qarşı  olan 

tələblər üzrə öhdəlik məbləğində qoyula bilər.  

Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  bank  əməliyyatının  icrası  maliyyə 

monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. 

37.2  Müştərinin  bankda  olan  pul  vəsaiti  və  digər  sərvətləri  yalnız  məhkəmənin  qanuni 

qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər.  

37.3. Bank müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, müsadirə edilməsi, 

yaxud  tələb  yönəldilməsi  nəticəsində  müştərilərinə  və  ya  kreditorlarına  dəymiş  zərər  üçün 

məsuliyyət daşımır.  



 

Maddə 38. Hesablaşmalar və pul köçürmələri  

38.1.  Banklar  hesablaşmaları  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə  maliyyə  bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın  həmin  Məcəlləyə 

müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar 

dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.  

38.2.  Banklar  beynəlxalq  ödənişləri  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının  Mərkəzi Bankın normativ xarakterli 

aktlarına,  Azərbaycan  Respublikasının  tərəfdaş  çıxdığı  beynəlxalq  müqavilələrə,  habelə 

beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə 

uyğun olaraq həyata keçirirlər.  

38.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  istifadə  etdikləri  avtomatlaşdırılmış 

hesablaşma  və  pul  köçürmələri  sistemlərinin  etibarlığının  və  təhlükəsizliyinin,  bank 

informasiyasının  mühafizəsinin  onlar  tərəfindən  təmin  edilməsinə  aid  minimum  tələbləri 

müəyyən edə bilər.  



 

Maddə 39. Sənədlərin saxlanılması  

39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr 

(əqdlər)  üzrə  müvafiq  sənədləri,  o  cümlədən  elektron  daşıyıcılarda  olan  informasiyanı,  habelə 

fəaliyyətləri  nəticəsində  yaranan  digər  sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və 

müddət ərzində saxlamalıdırlar.  

39.2.  Müştərini  eyniləşdirməyə,  habelə  müştərilərin  hesablaşma  və  köçürmə  əməliyyatlarını 

təsdiq  etməyə  imkan  verən  sənədlər  müştəri  ilə  qarşılıqlı  münasibətlərə  xitam  verildikdən  və 

ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı beş il müddətində bankda saxlanılmalıdır.  



 

Maddə  40.  Banklara  aidiyyəti  şəxslərlə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərlə 

əməliyyatların aparılması  

40.1.  Aşağıdakı  hallarda  banklar  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən 

şəxslərə kreditlər verə bilməzlər:  

40.1.1.  kreditin  verilməsinə  və  onun  şərtlərinə  dair  bankın  Müşahidə  Şurasının  razılığı 

olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda;  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə