Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

Maddə 44. Kənar audit  

44.1.  Bankın  və  xarici  bankın  yerli  filialının  maliyyə  fəaliyyəti  hər  il  auditor  fəaliyyətini 

həyata  keçirmək  üçün  xüsusi  razılığa  (lisenziyaya)  malik  olan  kənar  auditor  tərəfindən 

yoxlanılmalıdır.  

44.2. Auditor yoxlaması “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa 

uyğun olaraq həyata keçirilir.  

44.3.  Bankın  və  xarici  bankın  yerli  filialının  yoxlamasını  aparan  kənar  auditor  “Auditor 

xidməti  haqqında”  və  “Auditorun  peşə  məsuliyyətinin  icbari  sığortası  haqqında”  Azərbaycan 

Respublikasının  qanunlarında  nəzərdə  tutulan  hüquq  və  vəzifələrlə  yanaşı,  aşağıdakıları  da 

həyata keçirir:  

44.3.1.  bankın  maliyyə  hesabatının  onun  maliyyə  vəziyyəti  haqqında  tam  və  obyektiv 

təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;  

44.3.2.  mühasibat  uçotunun,  maliyyə  nəzarəti  sistemlərinin  və  prosedurlarının  lazımi 

səviyyədə saxlamaqda banka kömək göstərir;  

44.3.3. inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan 

qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında 

maliyyə bazarlarına nəzarət orqanına məlumat verir.  

44.4.  Yerli  filialı  və  ya  nümayəndəliyi  olan  xarici  bank  yerli  filial  və  nümayəndəliklərinin 

auditini konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.  

44.5.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının 

auditinin  aparılmasına  dair  beynəlxalq  bank  nəzarəti  praktikasına  uyğun  minimum  tələblər 

müəyyən edir.  Kənar auditor yoxlaması maliyyə  bazarlarına nəzarət orqanın tələblərinə uyğun 

gəlməsə,  maliyyə  bazarlarına  nəzarət  orqanı  auditorun  dəyişdirilməsini,  habelə  bankın  özünün 

vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.  



 

Maddə 45. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi  

45.1.  Bank  və  xarici  bankın  yerli  filialı  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay 

müddətində  bankın  və  xarici  bankın  yerli  filialının  kənar  auditor  tərəfindən  təsdiqlənmiş 

konsolidasiya  əsasında  hazırlanmış  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə  bankın 

səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir.  

45.2. Bank maliyyə  ilinin qurtarmasından ən geci beş ay  müddətində konsolidasiya əsasında 

fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə 

hesabatını auditor rəyi ilə birlikdə maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.  

Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  ayrıca  olaraq,  hər  bir  yerli  filialı  üçün  kənar 

auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə  hesabatını,  habelə  auditor  rəyi  ilə  birlikdə  beş  ay 

müddətində,  konsolidasiya  əsasında  təsdiqlənmiş  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə 

səkkiz ay müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.  

45.3.  Bu  Qanunun  45.1-ci  maddəsində  göstərilmiş  maliyyə  hesabatı  kütləvi  informasiya 

vasitələrində  bank  və  xarici  bankın  yerli  filialları  tərəfindən  dərc  edilməlidir.  Dərc  olunan 

hesabatın  forması,  məzmunu  və  müddətləri  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

müəyyən edilir.  



 

Maddə 46. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət  

46.1.  Bankın  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  məqsədilə  bank  və  xarici  bankın  yerli 

filialları  özünün  və  törəmə  təsərrüfat  cəmiyyətlərinin  ayrıca  olaraq  və  konsolidasiya  əsasında 

prudensial  hesabatlarını  maliyyə  bazarlarına  nəzarət  orqanına,  bank  statistikası  hesabatlarını 

maliyyə  bazarlarına  nəzarət  orqanına  və  Mərkəzi  Banka  təqdim  etməlıdirlər.  Prudensial 

hesabatlarının  forması,  məzmunu  və  təqdim  edilməsi  qaydaları  maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən müəyyən edilir. Bank  statistikası hesabatlarının forması, məzmunu  və təqdim 

edilməsi  qaydaları  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırmaqla  Mərkəzi  Bank 

tərəfindən müəyyən edilir.  


46.2.  Banklar  və  xarici  bankların  yerli  filialları  yerlərdə  yalnız  maliyyə  bazarlarına  nəzarət 

orqanın  inspektorları  və  ya  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təyin  edilən  kənar 

auditorlar  tərəfindən  ildə  bir  dəfə  yoxlanılır.  Bank  aktivlərinin  itirilməsi  təhlükəsi  yarandıqda, 

habelə  qanunvericiliyin  pozulması  faktlarının  araşdırılması  məqsədilə  maliyyə  bazarlarına 

nəzarət  orqanı  banklarda  və  xarici  bankların  yerli  filiallarında  əlavə  yoxlamalar  keçirə  bilər. 

Yoxlayıcıların  tərkibinə  qarşılılıq  prinsipi  əsasında  maliyyə  bazarlarına  nəzarət  orqanın 

yoxlamalar sahəsində əməkdaşlıq  haqqında saziş  bağladığı digər ölkənin  bank tənzimləməsi  və 

nəzarəti  orqanının  əməkdaşları  da  daxil  edilə  bilərlər.  Yoxlamaların  həyata  keçirilməsinin 

prosedur qaydaları maliyyə bazarlarına nəzarət orqanın qərarları ilə müəyyən edilir.  

46.3.  Bu  Qanunun  46.1-ci  və  46.2-ci  maddəsinə  uyğun  olaraq,  maliyyə  bazarlarına  nəzarət 



orqanına və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:  

46.3.1. istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə, habelə 

xarici  bankın  yerli  filialına  daxil  olmaq  və  onların  hesabatlarını,  mühasibat  kitablarını, 

sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;  

46.3.2.  bankın,  onun  törəmə  təsərrüfat  cəmiyyətlərinin,  bankda  mühüm  iştirak  payına  malik 

olan  şəxslərin,  banka  aidiyyəti  olan  şəxslərin  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərin, 

bankın filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından, əməkdaşlarından və 

agentlərindən  həmin  qurumların  idarə  edilməsinə  və  cari  fəaliyyətinə,  o  cümlədən  müştərilərin 

əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.  

46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətini qanunvericilikdən və əsasnaməsi 

ilə  müəyyən  edilmiş  hüdudlardan  kənara  çıxmadığını  göstərmək  üçün  özünün  idarə  edilməsi 

qaydası  və  cari  fəaliyyəti  haqqında  hesabatları  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim 

etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası maliyyə bazarlarına nəzarət 

orqanı tərəfindən müəyyən edilir.  

Hesabat  məlumatlarını  dəqiqləşdirmək  məqsədilə  maliyyə  bazarlarına  nəzarət  orqanın 

inspektorları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.  

46.5.  Bank,  onun  törəmə  təsərrüfat  cəmiyyəti,  filialı  və  şöbəsi,  xarici  bankın  yerli  filialı  və 

nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı maliyyə bazarlarına nəzarət orqanın 

inspektorlarına  və  ya  onun  tərəfindən  təyin  edilmiş  auditorlara  zəruri  təşkilati  və  texniki 

imkanları yaradır.  

46.6.  Qarşılıqlılıq  prinsipinə  əsasən  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanlarının 

sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, 

maliyyə bazarlarına nəzarət orqanı başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli 

filiallarında  yoxlamalar  keçirməyə,  onlardan  hesabat  və  ya  informasiya  almağa  səlahiyyətli 

deyildir.  

46.7.  Azərbaycan  Respublikasında  vergi  nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 

orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının  fəaliyyətini  yalnız  vergi  ödəyiciləri 

qismində  yoxlaya  bilər.  Yoxlamaların  keçirilməsi  zamanı  bank  müştərilərinin  hesabları  və 

əməliyyatları  ilə  bağlı  məlumatlar  və  sənədlər  yalnız  bank  sirrini  təşkil  edən  məlumatların 

açıqlanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara 

uyğun əldə edilir.  

 

Maddə 46-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar 



 

     Banklar  maliyyə  bazarlarına  nəzarət  orqanına  həmin  orqan  tərəfindən  müəyyən  edilmiş 

məbləğdə və qaydada haqlar ödəyir.  

 

VI fəsil. Banklara təsir tədbirləri və sanksiyalar 

 

Maddə 47. Banklara təsir tədbirləri  

47.1. Bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin 

bu  Qanunun,  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə