Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  və  maliyyə  bazarlarına  nəzarət  orqanın  normativ 

xarakterli  aktlarının  tələbləri  pozulmaqla  həyata  keçirilməsinə,  maliyyə  bazarlarına  nəzarət 

orqanın verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini 

müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun 

xarakterindən  asılı  olaraq,  maliyyə  bazarlarına  nəzarət  orqanın  banka  aşağıda  göstərilən  təsir 

tədbirlərini tətbiq etmək hüququ vardır: 

47.1.1. pozuntuların aradan qaldırılması haqqında bankdan öhdəlik məktubu tələb etmək;  

47.1.2. bankla razılaşma bağlamaq;  

47.1.3. banka sərəncam vermək;  

47.2. Pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması haqqında 



maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankdan öhdəlik məktubu tələb edildikdə, bankın 

maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  etdiyi  məktubda  yol  verilmiş  çatışmazlıqların 

aradan  qaldırılması  üçün  bank  tərəfindən  görüləcək  tədbirlər  və  onların  həyata  keçirilməsi 

müddətləri göstərilir.  

47.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  bank  arasında  bağlanmış  razılaşmada  aşkar 

edilmiş  çatışmazlıqların  təxirəsalınmadan  aradan  qaldırılması  və  bununla  bağlı  ilk  növbədə 

həyata keçirilməli tədbirlər müəyyən olunur.  

47.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  banka  icrası  məcburi  olan  sərəncamında  bu 

Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və çatışmazlıqların 

aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir.  

Bankın  maliyyə  vəziyyətinin  sağlamlaşdırılmasına  yönəldilən  təshih  tədbirləri  tətbiq 

edildikdə,  bank  verilən  sərəncama  müvafiq  olaraq  tədbirin  həyata  keçirilməsi  planını  iki  həftə 

müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.  



Maliyyə  bazarlarına  nəzarət  orqanın  icrası  məcburi  olan  sərəncamından  məhkəmə 

qaydasında şikayət verilməsi həmin sərəncamın icrasını dayandırmır.  

47.5.  Bank  bu  Qanunun  47.2-ci,  47.3-cü  və  47.4-cü  maddələrində  göstərilmiş  müvafiq 

öhdəlik  məktubunun,  razılaşmanın  və  sərəncamın  icrası  barədə  həmin  sənədlərdə  göstərilmiş 

müddətdə maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidir.  

 

Maddə 48. Banklara təshih tədbirləri  

48.1. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 47-ci maddəsinə müvafiq olaraq, banka 

aşağıdakı təshih tədbirlərini tətbiq edə bilər:  

48.1.1. bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlşdırılması və ya 

dayandırılması;  

48.1.2. inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;  

48.1.3.  banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxslər  adından  hərəkət  edən  şəxslərlə  bank 

əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması;  

48.1.4. depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;  

48.1.5.  xarici  bankların  törəmə  banklarının  və  ya  yerli  filiallarının  təsisçi  banklardan  cəlb 

etdikləri  vəsaitlərdən  başqa  digər  mənbələrdən  vəsaitlərin  cəlb  edilməsinin  məhdudlaşdırılması 

və ya dayandırılması;  

48.1.6.  digər  hüquqi  şəxslərin  kapitalında  payların  alınmasının  məhdudlaşdırılması, 

dayandırılması və ya ləğv edilməsi;  

48.1.7. yeni fililalların və şöbələrin açılmasının dayandırılması və ya fəaliyyət göstərən filial 

və şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;  

48.1.8. maliyyə güzəştlərinin verilməsinin dayandırılması;  

48.1.9. kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;  

48.1.10. kapitalın artırılmasının tələb edilməsi;  

48.1.11. mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi;  

48.1.12.  aktivlərin  keyfiyyətindən  asılı  olaraq,  xüsusi  ehtiyatların  yaradılmasının  və/və  ya 

nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi;  




48.1.13.  başqa  şəxslərin  öhdəlikləri  üzrə  təminatların  (qarantiyaların)  verilməsinin 

dayandırılması;  

48.1.14. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;  

48.1.15. bankın fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər 

edilməsi;  

48.1.16.  bank  səhmdarlarının  növbədənkənar  ümumi  yığıncağının  keçirilməsinin  tələb 

edilməsi.  

48.2.  Bu  Qanunun  48.1-ci  maddəsində  göstərilən  təshih  tədbirləri  ayrılıqda  və  ya  bir  neçəsi 

eyni zamanda tətbiq edilir.  

48.3. Bankın fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ “Əmanətlərin sığortalanması 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  əsaslar  olduqda  da 

dayandırılır.  



 

Maddə 49. Sanksiyalar  

49.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  47.1-ci  maddəsində  nəzərdə  tutulan 

hallarda  bu  Qanunun  48.1-ci  maddəsində  nəzərdə  tutulmuş  təshih  tədbirləri  ilə  yanaşı,  banka 

qarşı aşağıdakı sanksiyaları tətbiq edə bilər:  

49.1.1. bank, habelə bank inzibatçıları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar 

Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;  

49.1.2. inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi.  

49.2.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  banka  qarşı  bu  Qanunun  49.1.2-ci  maddəsində 

nəzərdə tutulmuş sanksiyanı tətbiq etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın 

səlahiyyətli idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir.  

49.3.  Bu  Qanunun  16-cı  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə  maliyyə  bazarlarına 

nəzarət orqanı bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxır.  

49.4.  Sanksiyaların  tətbiqi  bankı  kreditorlar,  o  cümlədən  bankın  müştəriləri  qarşısında 

öhdəliklərini,  bankın  inzibatçılarını  isə  (tutduğu  vəzifədən  azad  edilmiş  inzibatçılar  istisna 

olmaqla) öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir.  



 

Maddə 50. Sanksiyaların tətbiq edilməsi qaydası  

50.1.  Banklara  və  bank  inzibatçılarına  cərimə  sanksiyaları  Azərbaycan  Respublikasının 

İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  tətbiq  edilir.  Bu  Qanunun 

49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyaların  tətbiqinə  dair  materiallara 

baxılması  və  onun  nəticələrinin  rəsmiləşdirilməsi  qaydası  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən müəyyən edilir  

50.2.  Bu  Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyalar  maliyyə 

bazarlarına nəzarət orqanın qərarı ilə tətbiq edilir.  

50.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  49-cu  maddəsində  nəzərdə  tutulmuş 

sanksiyaların  tətbiqi  haqqında  qərar  qəbul  etdikdə,  bu  qərar  barəsində  müvafiq  banka 

təxirəsalınmadan bildiriş göndərməlidir.  

50.4.  Barəsində  sanksiya  tətbiq  edilmiş  şəxslər  bu  qərardan  Azərbaycan  Respublikasının 

“İnzibati Prosessual  Məcəlləsi”  ilə  müəyyən edilmiş qaydada  məhkəməyə  şikayət verə  bilərlər. 

Şikayətin  verilməsi  bu  Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş 

sanksiyaların icrasını dayandırmır.  



VII fəsil. Müvəqqəti inzibatçı 

 

Maddə 51. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları  

51.1.  Aşağıdakıların  müəyyənləşdirildiyi  hallarda  maliyyə  bazarlarına  nəzarət  orqanı  banka 

müvəqqəti inzibatçı təyin edir:  

51.1.1. bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanın banklar üçün 

müəyyən etdiyi məcmu kapitalının minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 

3 faizə çatmışdır;  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə