Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   15   16   17   18   19   20   21   22   23

 

 

Maddə 55. Moratorium  

Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin 

qiymətləndirilməsi,  habelə  aktivlərin  dəyərinin  aşağı  düşməsinin  qarşısını  almaq  məqsədilə 

maliyyə  bazarlarına  nəzarət  orqanın  ərizəsi  ilə  məhkəmə  hüquqi  və  fiziki  şəxslərin  bankdakı 

depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra bilər. Bu 

ərizə üzrə məhkəmə 48 saat ərzində qərar çıxarır və həmin qərar dərhal icraya yönəldilir.  

 

Maddə 56. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi  

56.1.  Müvəqqəti  inzibatçının  fəaliyyətinə  maliyyə  bazarlarına  nəzarət  orqanın  qərarı  ilə 

aşağıdakı hallarda xitam verilir:  

56.1.1. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən müddət bitdikdə;  

56.1.2.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müvəqqəti  inzibatçının  fəaliyyətinə 

vaxtından əvvəl xitam verildikdə;  

56.1.3. iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə.  

56.2.  Bankın  maliyyə  sağlamlaşdırılması  və  fəaliyyətinin  yaxşılaşdırılması  ilə  əlaqədar 

müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdə (o cümlədən vaxtından əvvəl), həmin banka 

münasibətdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  və  müvəqqəti  inzibatçı  tərəfindən  müəyyən 

edilən bütün məhdudiyyətlər ləğv edilir.  

56.3. Müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər bankın maliyyə sağlamlaşdırılması və 

fəaliyyətinin  yaxşılaşdırılması  ilə  nəticələnmədikdə  və  ya  bankın  fəaliyyətində  olan 

çatışmazlıqlar  aradan  qaldırılmadıqda,  maliyyə  bazarlarına  nəzarət  orqanı  müvəqqəti 

inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edir və banka 

bank  əməliyyatlarının  həyata  keçirilməsi  üçün  verilmiş  lisenziyanı  və  icazəni  bu  Qanunda 

nəzərdə tutulmuş əsaslara görə ləğv edir.  

56.4.  Müvəqqəti  inzibatçının  səlahiyyətlərinə  xitam  verildikdən  sonra  o,  yekun  hesabatı  30 

gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.  

 

VIII fəsil. Bankların maliyyə sağlamlaşdırılması 

 

Maddə 57. Maliyyə sağlamlaşdırılması tədbirləri  

57.1.  Bank  aktivlərində  əhəmiyyətli  xüsusi  çəkiyə  malik  olması,  böyük  sayda  əmanət 

hesablarına  xidmət  göstərməsi  və  banklararası  hesablaşmalarda  mühüm  paya  malik  olması  ilə 

əlaqədar  maliyyə  sabitliyinin  pozulması  banklararası  ödəmələrdə  sistem  xarakterli  böhrana, 

əmanətçilərin  pul  vəsaitlərinin  kütləvi  surətdə  itirilməsinə  və  bank  sisteminə  etimada  ciddi 

təhlükə yaradılmasına səbəb ola biləcək ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan 

bank  barəsində  dövlət  vəsaitləri  cəlb  etməklə  maliyyə  sağlamlaşdırılması  tədbirləri  həyata 

keçirilə bilər.  

57.2.  Bankın  maliyyə  sağlamlaşdırılması  sahəsində  tədbirlər  planını  maliyyə  bazarlarına 

nəzarət  orqanı  hazırlayır.  Planda  bankın  idarə  olunmasında  və  ya  cari  fəaliyyətində  mövcud 

çatışmazlıqlar  göstərilməklə,  onların  aradan  qaldırılması  üçün  tələb  olunan  təshih  tədbirləri, 

habelə  bu  tədbirlərin  həyata  keçirilməsinin  qrafiki  müəyyən  olunur.  Planda,  həmçinin  bu 

Qanunun  74-cü  maddəsində  nəzərdə  tutulmuş  bir  və  ya  bir  neçə  əməliyyat  nəticəsində  bankın 

aktivlərinin  və  öhdəliklərinin  başqa  banka  keçirilməsi  imkanlarının  mövcudluğu  və  bankın 

səhmdarlarının  dəyəri  itirilmiş  səhmlərinin  dövlət  vəsaiti  hesabına  bərpasına  yol  verilməməsi 

üçün tədbirlər göstərilir.  

Planda Azərbaycan Respublikasında büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti 

orqanı  ilə  razılaşdırılmış  qaydada  bankın  maliyyə  sağlamlaşdırılması  üçün  zəruri  olan  dövlət 

vəsaitinin məbləği müəyyən olunur.  

57.3.  Bankın  maliyyə  sağlamlaşdırılması  haqqında  maliyyə  bazarlarına  nəzarət  orqanın 

Azərbaycan Respublikasının büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə 




razılaşdırılmış  birgə  təklifi  müvafiq  qərar  qəbul  edilməsi  üçün  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilir.  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  təklifə  müsbət  baxdıqda  bankın  maliyyə  sağlamlaşdırılması  haqqında  qərar 

qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir.  

57.4. Bankın maliyyə sağlamlaşdırılması tədbirləri maliyyə bazarlarına nəzarət orqanın təyin 

etdiyi müvəqqəti inzibatçı tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir.  

57.5.  Maliyyə  sağlamlaşdırılması  prosesində  olan  bankın  aktivlərinin  qorunması  və 

öhdəliklərinin  icrası  məqsədilə  maliyyə  bazarlarına  nəzarət  orqanın  müraciəti  əsasında  bankın 

maliyyə sağlamlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq məhkəmə:  

57.5.1  bankın  aktivlərinin  və  öhdəliklərinin  tam  və  ya  bir  hissəsinin  dövlət  tərəfindən 

yaradılan və/və ya kapitallaşdırılan banka köçürülməsi;  

57.5.2  bankın  məcmu  kapitalının  itirildiyi  halda  səhmdarların  səhmlər  üzərində  mülkiyyət 

hüquqlarının tam və ya qismən itirilməsi;  

57.5.3.  bankın  nizamnamə  kapitalının  artırılması  və  maliyyə  bazarlarına  nəzarət  orqanın 

təklif etdiyi şərtlərlə səhmlərin buraxılması haqqında qərar qəbul edə bilər.  

57.6.  Bankın  aktivlərinin  və  öhdəliklərinin  başqa  banka  köçürülməsi  bankın  və  ya  onun  hər 

hansı  bir  idarəetmə  orqanının  razılığını  tələb  etmir.  Öhdəliklərin  köçürülməsi  barədə  bildiriş 

kütləvi informasiya vasitələrində dərc olunduğu günün ertəsi günü qüvvəyə minir.  

57.7. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı planın həyata keçirilməsi 

dövründə bankın maliyyə sağlamlaşdırılması üzrə tədbirlərin gözlənilən nəticə vermədiyi barədə 



maliyyə  bazarlarına  nəzarət  orqanın  və  Azərbaycan  Respublikasının  büdcə  siyasətini  həyata 

keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  birgə  vəsatətini  aldıqda,  bankın  maliyyə 

sağlamlaşdırılması tədbirlərinə xitam verilməsi haqqında qərar qəbul edir.  

 

 

IX fəsil. Bankların ləğvi 

 

Maddə 58. Könüllü ləğv  

58.1.  Bankın  səhmdarlarının  ümumi  yığıncağının  qərarına  əsasən  -  bu  Qanunun  17-ci 

maddəsinə  uyğun  olaraq,  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  bank  lisenziyası  ləğv 

edildikdə, bank səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər.  

58.2.  Bankın  könüllü  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən 

edilmiş qaydada  həyata keçirilir. Bank  bu təqdirdə  maliyyə bazarlarına nəzarət orqanına onun 

tələb  etdiyi  zəruri  sənədləri  və  məlumatları  təqdim  etməlidir  və  ortaya  çıxan  məsələləri 

araşdırmaq  məqsədilə  maliyyə  bazarlarına  nəzarət  orqanın  yazılı  müraciəti  əsasında  onun 

səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən 

mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaratmalıdır.  

58.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankın  ləğvetmə  komissiyasının  qanunvericiliklə 

müəyyən edilmiş qaydada bankın ləğvini təmin etmədiyini və bank tərəfindən bu Qanunun 58.2-

ci  maddəsinə  riayət  etmədiyini  müəyyən  etdikdə  bu  Qanuna  müvafiq  surətdə  bankın  məcburi 

ləğvi üçün müvafiq tədbirlər həyata keçirir.  



 

Maddə 59. Məcburi ləğv  

59.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  könüllü  ləğv  olunan  və  ya  müflis  elan  olunmuş 

bank  istisna  olmaqla,  bu  Qanunun  16-ci  maddəsində  nəzərdə  tutulmuş  digər  əsaslar  üzrə 

lisenziyası  ləğv  edilmiş  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  (ləğvedicilərin)  təyin  edilməsi 

barədə ərizə ilə məhkəməyə müraciət edir.  

Ləğvedicinin  (ləğvedicilərin)  namizədliyi  məhkəməyə  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən  təklif  edilir.  Banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər, 

habelə  bankın  kreditorları  və  borcluları  (maliyyə  bazarlarına  nəzarət  orqanı  istisna  olmaqla) 

ləğvedici təyin oluna bilməzlər.  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə