Banklar haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 2. Bank sistemi və onun hüquqi əsasları



Yüklə 0,62 Mb.

səhifə2/23
tarix14.09.2018
ölçüsü0,62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

Maddə 2. Bank sistemi və onun hüquqi əsasları  

2.1.  Azərbaycan  Respublikasının  bank  sistemi  maliyyə  bazarlarına  nəzarət  orqanından, 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankından  (bundan  sonra  mətndə  -  Mərkəzi  Bank)  və 

kredit təşkilatlarından ibarətdir.  

2.2. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının 

Konstitusiyası,  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  bu  Qanun  və  bunlara 

müvafiq olaraq, qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.  

2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının 

Konstitusiyası,  bu  Qanun,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  “Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  haqqında”,  “Bank  olmayan  kredit  təşkilatları  haqqında”  və 

“Kredit  İttifaqları  haqqında”  Azərbaycan  Respublikası  qanunları,  Azərbaycan  Respublikasının 

digər normativ hüquqi aktları, Maliyyə bazarlarına nəzarət orqanının  Mərkəzi Bankın bunlara 

müvafiq  olaraq  qəbul  edilmiş  normativ  xarakterli  aktları,  habelə  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.  

2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları dövlət hakimiyyəti 

və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. 

Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə 

məcbur edilə bilməz.  

2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər 

hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının  öhdəlikləri  üçün  məsuliyyət 

daşımır.  

 

Maddə 3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar 

3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank 

fəaliyyətini  maliyyə  bazarlarına  nəzarət  orqanının  verdiyi  xüsusi  razılıq  (lisenziya)  əsasında 

həyata keçirilə bilər.  

3.2. Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata 

keçirilə bilər.  

3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi 

istisna  olmaqla,  digər  müddəaları  “Bank  olmayan  kredit  təşkilatları  haqqında”  və  “Kredit 

İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq 

olaraq,  lisenziyalaşdırılan  və  tənzimlənən  kredit  ittifaqlarına  və  başqa  bank  olmayan  kredit 

təşkilatlarına şamil olunmur.  

3.4.  Bu  Qanunun  3.3-cü  maddəsində  göstərilən  bank  olmayan  kredit  təşkilatlarının  bank 

fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit təşkilatları haqqında” 

və  “Kredit  İttifaqları  haqqında”  Azərbaycan  Respublikasının  qanunları  və  maliyyə  bazarlarına 



nəzarət orqanının normativ xarakterli aktları ilə həyata keçirilir.  

3.5.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  hər  hansı  şəxsin  lisenziyası  olmadan  bu  Qanunun 

3.1-ci  maddəsində  göstərilən  fəaliyyətlə  məşğul  olduğunu  müəyyən  etdikdə,  həmin  şəxsə  bu 

fəaliyyətinə  xitam  verilməsi  haqqında  tələb  göndərir,  qanunla  nəzərdə  tutulmuş  digər  tətbirləri 



görür, Mərkəzi Banka və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.  

 

Maddə 4. Bankın adı  

4.1.  Bankın  onun  nizamnaməsi  ilə  müəyyən  edilmiş  firma  adında  mütləq  qaydada  «bank» 

sözü  olmalıdır.  Heç  bir  bank  istənilən  sənəddə,  elanlarda  və  ya  reklamda  özünün 

nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.  

4.2. «Bank» sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın 

olduğu  hallardan  başqa,  bank  fəaliyyəti  ilə  məşğul  olmayan  hüquqi  şəxsin  adında  «bank» 

sözünün («bank» sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.  



4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının, 

şöbələrinin  və  ya  nümayəndəliklərinin  adında  bank  sözü  hüquqi  bağlılıq  və  mənsubiyyət 

mənasında göstərilməlidir.  

4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına “ləğv prosesində olan” sözləri əlavə edilir.  

4.5.  Bankın  adında  “Azərbaycan  Respublikası”,  “dövlət”,  “milli”  sözlərindən  istifadə 

edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.  

4.6. Banklar eyni addan istifadə edə bilməz.  

 

Maddə 5. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı  

5.1. Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti maliyyə 



bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.  

5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi 

şəxslərin yerli banklarda iştirakına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən limit müəyyən 

edilir. 


5.3. Maliyyə bazarlarına nəzarət orqanı xarici bankların və xarici bank holdinq şirkətlərinin 

yerli  törəmə  banklarının,  filiallarının  və  nümayəndəliklərinin,  habelə  yerli  bankların  xarici 

filiallarının  və  nümayəndəliklərinin  fəaliyyətinin  tənzimlənməsini  və  onlara  nəzarəti  həyata 

keçirdikdə  müvafiq  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  ilə  qarşılılıq  əsasında  və 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayaraq  (o  cümlədən  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq),  öz  nəzarət 

funksiyalarının  yerinə  yetirilməsi  üçün  zəruri  olan  məlumatı  alır.  Maliyyə  bazarlarına  nəzarət 

orqanı xarici bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın 

məxfiliyini təmin etməklə həyata keçirir. Bu məqsədlə maliyyə bazarlarına nəzarət orqanı xarici 

bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.  

5.4.  Xarici  banklar  və  xarici  bank  holdinq  şirkətləri  də  daxil  olmaqla,  siyahısı  maliyyə 



bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyənləşdirilən  offşor  zonalarda  qeydə  alınmış 

əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə 

yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.  

 

II fəsil. Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazələrin 

verilməsi 

 

Maddə 6. Bank lisenziyaları və icazələr  

6.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bank  lisenziyalarının  verilməsində  və  ləğv 

edilməsində,  habelə  filiallar,  şöbələr  və  nümayəndəliklər  açmaq  üçün  banklara  icazə 

verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.  

6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları 

və  icazələr  yalnız  onları  almış  şəxslər  tərəfindən  istifadə  edilə  bilər  və  üçüncü  şəxslərə  verilə 

bilməz.  Bank  lisenziyaları  və  icazələr  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  verildiyi 

gündən qüvvəyə minir.  

6.3.  Ərizəçi kifayət qədər təşkilati-texniki  hazırlığa  və  ya  ixtisasa  malik olmadıqda,  maliyyə 

bazarlarına nəzarət orqanı verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə 

banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.  



 

Maddə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət  

7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq 

qaydada  vəkil  edilmiş  şəxslər  maliyyə  bazarlarına  nəzarət  orqanına  yazılı  şəkildə  müraciət 

edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər maliyyə bazarlarına nəzarət 



orqanının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.  

7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən, maliyyə bazarlarına nəzarət 



orqanı  bankın  kapitalında  mühüm  iştirak  paylarının  sahiblərinin  (hüquqi  şəxs  olduqda  onların 

icra  orqanlarının  rəhbərlərinin)  və  inzibatçıların  maliyyə  vəziyyəti,  peşəkar  fəaliyyəti  və 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə