Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   15   16   17   18   19   20   21   22   23

59.2.  Məhkəmə  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında  maliyyə 

bazarlarına nəzarət orqanın ərizəsinə onun  məhkəməyə daxil olduğu gündən ən geci 7  təqvim 

günü  müddətində  baxır  və  müvafiq  qərar  qəbul  edir.  Məhkəmədə  bankın  iştirak  etməməsi 

ərizəyə baxılmasını dayandırmır.  

59.3.  Ləğv  edilən  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  olunması  haqqında  məhkəmə 

qərarı  qəbul  edildiyi  gündən  dərhal  icraya  yönəldilir.  Ləğvedici  bankın  ləğvi  prosesinin 

başlanması  və  ləğvedicinin  təyin  olunması  haqqında  məlumatı  dərhal  kütləvi  informasiya 

vasitələrində dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir.  

59.4.  Bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında  məhkəmə  qərarından 

bankın  səhmdarları  və  ya  bankın  Müşahidə  Şurası  Azərbaycan  Respublikasının  İnzibati 

Prosessual  Məcəlləsinə  müvafiq  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayət  ərizəsinin 

surəti maliyyə bazarlarına nəzarət orqanına göndərilir.  

Bankın  məcburi  ləğvinə  dair  məhkəmənin  qərarı  bütün  müdafiə  vasitələrindən  istifadə 

edilənədək qüvvədə qalır və ləğvedicinin ləğvetmə tədbirlərini həyata keçirmək səlahiyyətlərini 

dayandırmır.  

59.5. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul 

edildiyi andan:  

59.5.1.  bankın  idarə  olunması  üzrə  bütün  səlahiyyətlər,  o  cümlədən  bank  səhmdarlarının 

ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir;  

59.5.2.  bank  inzibatçılarının  və  ya  səhmdarlarının  bank  adından  etdikləri  hərəkətlər  hüquqi 

qüvvəyə malik olmur;  

58.5.3.  bank  aktivlərinin  mühafizəsi  və  məhkəmə  qərarlarının  icrası  məqsədilə  aktivlərin 

üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;  

59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla qalan 

aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.  

59.6.  Ləğv  edilən  bankın  sənədlərinin  və  əmlakının  bankın  inzibatçılarından  təyin  edilmiş 

ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir.  

59.7.  Bankın  ləğvi  ilə  bağlı  bütün  xərclər  bankın  aktivləri  hesabına  ödənilir.  Ləğvedicinin 

(ləğvedicilərin) əmək haqqı maliyyə bazarlarına nəzarət orqanın təklifi ilə məhkəmə tərəfindən 

təyin edlilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.  

59.8.  Bankın  məcburi  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən 

edilmiş qaydada həyata keçirilir. Məcburi ləğv olunan bankın aralıq ləğvetmə balansı, ləğvetmə 

tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə hesabat, habelə ləğvetmə balansı məhkəmə 

tərəfindən təsdiq olunur. Müvafiq hesabatların təqdim edilməsi müddətləri məhkəmə tərəfindən 

müəyyən olunur.  

59.9. Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və 

ya bir neçə əməliyyatı həyata keçirə bilər.  

59.10. Bankın  məcburi  ləğvi  dövründə  ləğvedici  öz fəaliyyəti  haqqında maliyyə bazarlarına 

nəzarət orqanına onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə maliyyə 

bazarlarına nəzarət orqanın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.  

Ləğvedicinin  öz  funksiyalarını  lazımınca  yerinə  yetirməməsi  faktı  aşkar  edilərsə,  maliyyə 



bazarlarına  nəzarət  orqanın  müraciəti  ilə  məhkəmə  ləğvedicinin  başqa  şəxslə  əvəz  edilməsi 

barədə qərar çıxara bilər.       

59.11.  Ləğvedici  məcburi  ləğv  tədbirlərini  həyata  keçirərkən  bu  Qanunun  61-cı  maddəsində 

göstərilmiş  əsaslardan  hər  hansı  birinin  mövcudluğunu  aşkar  etdikdə,  bank  barəsində  iflas 

proseduruna  başlanmasına  dair  əsaslandırılmış  vəsatətlə  maliyyə  bazarlarına  nəzarət  orqanına 

müraciət edir.  



 

X fəsil. Bankların iflası 

 

Maddə 60. Bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi  


60.1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu 

tamamilə  və  ya  qismən  dəyişdirən  və  əvəz  edən  hər  hansı  digər  qanunlar  banklara  tətbiq 

olunmur.  

60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis 

elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.  

 

Maddə 61. İflas proseduruna başlanılması üçün əsaslar  

61.1.  Bank  barəsində  iflas  proseduruna  aşağıdakı  əsaslardan  biri  və  ya  bir  neçəsi  üzrə 

başlanıla bilər:  

61.1.1.  bankın  məcmu  kapitalının  miqdarı  banklar  üçün  müəyyən  edilmiş  məcmu  kapitalın 

minimum  miqdarının  25  faizindən  və  ya  məcmu  kapitalın  adekvatlıq  əmsalının  3  faizdən  az 

olduğu maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmişdir;  

61.1.2.  bank  öz  maliyyə  öhdəliklərini  onların  icra  vaxtı  çatdıqda  yerinə  yetirməyə  qadir 

deyildir;  

61.1.3. bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə 

ödəməyə qadir deyildir.  



 

Maddə 62. İflas proseduruna başlanılmasına dair ərizə  

62.1.  Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  ərizəyə  məhkəmə  aşağıdakı 

hallarda baxır:  

62.1.1. ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın bu Qanunun 61-

ci  maddəsində  göstərilən  əsasların  mövcudluğunu  təsdiqləyən  maliyyə  hesabatı  ilə  birlikdə 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildikdə;  

62.1.2.  ərizə  kreditorların  tələbini  təsdiq  edən  sənədlərlə  birlikdə  bu  Qanunun  62.2-ci 

maddəsinə uyğun olaraq, kreditorlar tərəfindən verildikdə.  

62.2.  Bank  bu  Qanunun  61.1.3-cü  maddəsinə  uyğun  olaraq,  öz  öhdəliklərini  yerinə 

yetirmədikdə,  bir  və  ya  daha  neçə  kreditor  maliyyə  bazarlarına  nəzarət  orqanına  vəsatətlə 

müraciət  edə  bilər.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  vəsatətə  onu  aldığı  gündən  5  təqvim 

günü  müddətində  baxır  və  əgər  bankın  öz  öhdəliklərini  yerinə  yetirmədiyi  faktını 

müəyyənləşdirirsə,  bank  lisenziyasının  ləğvi  və  iflas  proseduruna  başlanılmasına  dair 

məhkəməyə  ərizə  vermək  haqqında  qərar  qəbul  edir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı 

məhkəməyə ərizəni  bu  barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində  verir. Bankın 

öz öhdəliklərini  yerinə  yetirmədiyi  faktı  müəyyən  edilməmişdirsə,  maliyyə  bazarlarına  nəzarət 

orqanı kreditorlara əsaslandırılmış imtina göndərir. Kreditorların ərizəsinin maliyyə bazarlarına 

nəzarət  orqanı  tərəfindən  rədd  edilməsi  onlar  tərəfindən  məhkəməyə  müvafiq  ərizənin 

verilməsinə mane olmur.  

62.3.  Ərizə  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  verildikdən  sonra  dərhal 

moratorium  qüvvəyə  minir.  Moratoriuma  görə  məhkəmənin  icazəsi  olmadan  heç  bir  kreditor 

borcunun  qaytarılmasını  və  ya  borcu  müqabilində  bankın  əmlakının  ona  verilməsini  və  ya  hər 

hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı 

hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.  

 

Maddə 63. Müvəqqəti inzibatçının təyin edilməsi  

63.1. Bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas 

proseduruna başlanılmasına dair vəsatəti maliyyə bazarlarına nəzarət orqanına verildikdən sonra 

maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  52-ci  maddəsinə  müvafiq  surətdə  banka 

müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 53-cü maddəsinə uyğun olaraq, 

bankın idarəçiliyini dərhal üzərinə götürür.  

63.2.  Bu  Qanunun  63.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  müvəqqəti  inzibatçının 

təyinatına bu Qanunun 52.6-cı maddəsinin müddəaları şamil edilmir.  

 

Maddə 64. Məhkəmə baxışı  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə