Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   15   16   17   18   19   20   21   22   23

64.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən 

sonra  məhkəmə maliyyə bazarlarına nəzarət orqanını, bütün digər ərizəçiləri  və  bankın özünü, 



maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ərizə  verildikdə  isə  həmçinin  bankın  müvəqqəti 

inzibatçısını  ərizəyə  baxılması  üzrə  qapalı  iclasda  iştiraka  dəvət  edir.  Məhkəmə  baxışı  ərizənin 

verildiyi andan 48 saat ərzində başlanılmalıdır.  

64.2.  Məhkəmə  baxışı  ərizənin  verildiyi  gündən  7  təqvim  günü  müddətində  başa 

çatdırılmalıdır.  Məhkəmə  baxışının  nəticələrinə  əsasən  məhkəmə  ərizəni  rədd  edir  və  ya  təmin 

edir.  


 

Maddə 65. Ərizənin rədd edilməsi üçün əsaslar  

65.1.  Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  ərizəni  məhkəmə  aşağıdakı 

hallarda rədd edir:  

65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;  

65.1.2.  bu  Qanunun  65.2-ci  maddəsinə  uyğun  olaraq,  maliyyə  bazarlarına  nəzarət  orqanı 

ərizəyə etiraz etdikdə;  

65.1.3. ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər 

sübut  saxta  və  ya  qeyri-dəqiq  olduqda  və  bu  sənədlərsiz,  yaxud  digər  sənədlərsiz  ərizə  bu 

Qanunun tələblərinə cavab vermədikdə;  

65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;  

65.1.5.  bu  Qanunun  61.1-ci  maddəsində  göstərilmiş  əsasların  aradan  qalxması  üçün  kifayət 

edən  məbləğdə  kapitalın  bərpasına  dair  məhkəməni  və  maliyyə  bazarlarına  nəzarət  orqanını 

təmin edən sübutlar təqdim edildikdə.  

65.2.  Bankın  müflis  elan  edilməsi  barədə  ərizə  bankın  kreditorları  tərəfindən  verilmişdirsə, 



maliyyə bazarlarına nəzarət orqanı ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə bilər:  

65.2.1. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın iflasına başlamaq üçün əsasların 

olmadığı  müəyyən  olunduqda.  Məhkəmə  maliyyə  bazarlarına  nəzarət  orqanından  onun  rəyini 

təsdiqləyən  sübutların,  o  cümlədən  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təsdiq 

olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;  

65.2.2.  bu  Qanunun  57-ci  maddəsinə  uyğun  olaraq,  maliyyə  sağlamlaşdırılması  barədə 

müvafiq icra hakimiyyəti orqanının qərarını məhkəməyə təqdim etdikdə.  

 

Maddə 66. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi  

66.1.  Bankın  kreditorları  bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  əsassız  ərizə 

verdikdə  məhkəmə  istənilən  vaxt  həmin  ərizəni  bu  Qanunun  65.1.4-cü  maddəsində  göstərilən 

əsaslara  istinadla  dinləmələr  keçirməklə  və  ya  keçirmədən  yazılı  şəkildə  rədd  edə  bilər.  Ərizə 

rədd  edildikdə  məhkəmə  ərizəçilərin  üzərinə  ərizənin  verilməsi  nəticəsində  bankın  və/və  ya 

maliyyə bazarlarına nəzarət orqanın çəkdiyi xərcləri və zərəri ödəmək vəzifəsini qoyur.  

66.2. Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində təqsirli 

sayılmış  şəxs  Azərbaycan  Respublikasının  inzibati  qanunvericiliyinə  uyğun  olaraq,  məsuliyyət 

daşıyır.  



 

Maddə 67. Müflis elan olunmayan bankın məcburi ləğvi  

Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən  verilmiş  ərizə  məhkəmə  tərəfindən  bu  Qanunun  65.1.3  -  65.1.5-ci  maddələrində 

göstərilən  əsaslardan  başqa,  digər  əsaslar  üzrə  rədd  edildikdə,  bankın  bu  Qanunun  59-cu 

maddəsinə uyğun olaraq, məhkəmə qaydasında məcburi ləğvi həyata keçirilir.  

 

Maddə 68. Bankın müflis elan olunmasına dair qərar  

Bank  iflas  proseduruna  başlanılmasına  dair  ərizənin  təmin  olunması  haqqında  məhkəmənin 

qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın 

müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın 

iflas proseduruna başlanılır.  



 

Maddə 69.Bankın müflis elan olunmasına dair qərarın təqdim edilməsi və dərc olunması  

Məhkəmə  bankın  müflis  elan  olunması  haqqında  qərar  çıxardıqdan  sonra  dərhal  ləğvedici 

həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü 

ara verilməklə üç dəfə məlumat dərc etdirir.  



 

Maddə 70. Şikayət verilməsi  

70.1. Bankın səhmdarları və ya Müşahidə Şurası, habelə maliyyə bazarlarına nəzarət orqanı 

bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarından  Azərbaycan  Respublikasının 

İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bankın  müflis 

elan  olunmasına  dair  məhkəmənin  qərarı  bütün  müdafiə  vasitələrindən  istifadə  edilənədək 

qüvvədə qalır.  

70.2.  Bank  tərəfindən  məhkəmənin  qərarından  şikayət  verilməsi  ləğvedicinin  bankın  iflası 

prosedurunun  həyata  keçirilməsi  çərçivəsində  öz  səlahiyyətlərinin  icrası  üzrə  hərəkətlərini 

dayandırmır.  

70.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  məhkəmə  qərarından  şikayət  verməsi  bankın 

aktivlərinin  satışı  və  köçürülməsi  üzrə  ləğvedicinin  hərəkətlərini  məhkəmədə  mübahisəyə 

baxılanadək dayandırır.  



 

Maddə 71. Ləğvedici  

71.1.  Məhkəmə  bankın  müflis  elan  olunmasına  dair  qərarı  ilə  maliyyə  bazarlarına  nəzarət 



orqanın təqdim etdiyi namizədi banka ləğvedici (ləğvedicilər) təyin edir.  

Banklara  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər,  habelə  bankın 

kreditorları  və  borcluları  (maliyyə  bazarlarına  nəzarət  orqanı  istisna  olmaqla)  banka  ləğvedici 

vəzifəsinə təyin oluna bilməzlər.  

Məhkəmənin  qərarında  ləğvedicinin  əmək  haqqının  miqdarı  göstərilməlidir.  Ləğvedicinin 

əmək haqqı maliyyə bazarlarına nəzarət orqanın təklifi əsasında təyin edilir.  

71.2.  Bankın  ləğvi  prosesi  ilə  əlaqədar  ləğvedicinin  əmək  haqqı  və  çəkdiyi  xərclər  bankın 

aktivləri  hesabına,  çatışmayan  hissədə  isə  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

ödənilir.  

71.3.  Banka  təyin  edilmiş  ləğvedici  bankın  yeganə  qanuni  nümayəndəsi  olur  və  bank 

səhmdarlarının  ümumi  yığıncağının,  habelə  bankın  digər  idarəetmə  orqanlarının  səlahiyyətləri 

ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.  

71.4.  Ləğv  edilən  bankın  sənədlərinin  və  əmlakının  bankın  inzibatçılarından  ləğvediciyə 

təhvil verilməsi aktını məhkəmə təsdiq edir.  

Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt 

məhkəməyə müraciət edə bilər.  

Ləğvedici  məhkəmənin  nəzarəti  altında  və  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  sıx 

qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.  

71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri 

və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər.  

71.6.  Ləğvedici  istefa  verdikdə,  öldükdə  və  ya  öz  fəaliyyətini  həyata  keçirməyə  qadir 

olmadıqda,  maliyyə  bazarlarına  nəzarət  orqanı  məhkəmə  tərəfindən  yeni  ləğvedici  təyin 

edilənədək ləğvedicini müvəqqəti olaraq başqa şəxslə əvəz edir.  

71.7.  Ləğvedici  öz  funksiyalarını  lazımınca  icra  etmirsə  və  ya  o,  artıq  bu  Qanunun  71.1-ci 

maddəsinin  tələblərinə  uyğun  vəzifələrini  daha  icra  edə  bilməzsə,  məhkəmə  başqa  ləğvedicini 

təyin edir.  

Ləğvedicinin  namizədliyi  məhkəməyə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim 

edilir.  

71.8.  Ləğvedicinin  başqası  ilə  əvəz  edildiyi  bütün  hallarda  ləğvedicini  əvəz  edən  şəxs 

ləğvedicinin  səlahiyyətlərini  əldə  edir,  mühasibat  uçotu  və  hesabatı  sənədlərini  və  ləğvedicinin 

sərəncamında  olan  bankın  aktivlərini,  habelə  bankın  ləğvi  prosesində  ləğvedicinin  bank 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə