Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   15   16   17   18   19   20   21   22   23

barəsində  hazırladığı  mühasibat  uçotu  və  hesabat  sənədlərini  təhvil-təslim  aktı  ilə  qəbul  edir. 

Təhvil-təslim aktını məhkəmə təsdiq edir.  



 

Maddə 72. Bankın müflis elan olunmasının nəticələri  

72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan:  

72.1.1.  bankın  adından  yalnız  ləğvedici  və  ya  onun  vəkil  etdiyi  şəxs  tərəfindən  edilən 

hərəkətlər hüquqi qüvvəyə malik olur;  

72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;  

72.1.3.  bank  barəsində  digər  məhkəmə  icraatına  başlanılmır  və  banka  qarşı  bütün  tələblər 

yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;  

72.1.4.  qanunvericiliyə  müvafiq  hallarda  aktivlərin  üzərinə  qoyulmuş  bütün  həbslər  hüquqi 

qüvvəsini itirir;  

72.1.5.  girovla  təmin  edilmiş  aktivlər  barəsində  borc  məbləği  həddində  bu  Qanunun  81-ci 

maddəsinə  uyğun  icraat  istisna  olmaqla,  bankın  aktivlərinə  yönəldilmiş  icra  sənədlərinin  icrası 

dayandırılır;  

72.1.6.  bankın  öhdəlikləri  üzrə  faizlərin  və  digər  haqların  hesablanması  dayandırılır.  Bu 

zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.  

72.2.  Bankın  müflis  elan  olunmasına  dair  qərar  qüvvəyə  mindikdən  sonra  müflis  bankın 

səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq 

olaraq, yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.  

 

Maddə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi  

73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:  

73.1.1.  ödəniş  sistemlərinə  daxil  edilən  və  həmin  sistemlərin  qaydaları  ilə  gerigötürülməz 

hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər 

bankın  müflis elan olunmasına dair qərar qəbul  edildiyi  halda  hüquqi qüvvədə qalır  və üçüncü 

tərəf  üçün  məcburi  olur,  bu  şərtlə  ki,  ödəniş  tapşırıqları  həmin  qərar  qüvvəyə  minənədək 

gerigötürülməz olsun;  

73.1.2.  bu  Qanunun  73.1.1-ci  maddəsində  göstərilən  köçürmələr  bu  şərtlə  hüquqi  qüvvəyə 

malik  olmur  və  üçüncü  tərəf  üçün  məcburi  olmur  ki,  ləğvedici  sistemin  operatorunun  bankın 

müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən 

sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.  

73.2.  Bankın  müflis  elan  olunmasına  dair  qərar  qüvvəyə  minənədək  bağlanmış  müqavilə  və 

əqdləri  ləğv  edən  və  ya  təxirə  salan  hər  hansı  normativ  hüquqi  akt  və  ya  sərəncam  ödəniş 

sistemləri vasitəsilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.  



 

Maddə 74.Bankın səhmlərinin, aktivlərinin, öhdəliklərinin köçürülməsi və satılması  

74.1.  Bank  sisteminin  mənafeyi  və  bankın  dəyərinin  onun  kreditorları  üçün  artırılması 

məqsədilə  maliyyə  bazarlarına  nəzarət  orqanın  müraciətinə  əsasən  məhkəmə  qərar  qəbul  edə 

bilər ki, bankın ləğvedicisi aşağıdakıları təmin etmək üçün maliyyə bazarlarına nəzarət orqanın 

təklif etdiyi və məhkəmənin təsdiq etdiyi şərtlər əsasında bir və ya bir neçə əməliyyat aparsın:  

74.1.1. bankın nizamnamə kapitalının hamısının və ya bir hissəsinin köçürülməsi və /və ya;  

74.1.2.  bankın  aktivlərinin  və  öhdəliklərinin  hamısının  və  ya  bir  hissəsinin  birlikdə 

köçürülməsi və ya satılması.  

74.2.  Bu  Qanunun  74.1-ci  maddəsinə  uyğun  əməliyyatın  aparılması  üçün,  bank  müflis  elan 

edildikdən sonra onun ləğv edildiyi anadək istənilən vaxt müraciət edilə və ona icazə verilə bilər. 

Bu barədə məhkəməyə təqdim olunmuş ərizəyə bir həftə ərzində baxılır və müvafiq qərar qəbul 

olunur.  

74.3.  Bu  Qanunun  74.1-ci  maddəsinə  uyğun  icazə  verilmiş  əməliyyatın  aparılması  üçün 

bankın  səhmdarlarının  və  ya  onun  hər  hansı  idarəetmə  orqanının  razılığı  tələb  edilmir. 

Öhdəliklərin  köçürülməsi  müvafiq  bildirişin  kütləvi  informasiya  vasitələrində  dərc  edildiyi 

gündən sonrakı günün əvvəlindən bütün maraqlı tərəflər üçün qüvvəyə minir.  




74.4.  Bankın  iflas  proseduru  çərçivəsində  adi  qaydada  bank  aktivlərinin  satılmasına 

məhkəmənin qərarı tələb olunmur.  



 

Maddə 75. Əmlakın vəziyyətinə dair hesabat  

75.1.  Bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarı  qəbul  edildiyi  tarixdən  30 

təqvim  günü  müddətində  bankın  ləğvedicisi  məhkəməyə  əmlakın  vəziyyətinə  dair  hesabat 

təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:  

75.1.1.  bankın  aktivləri,  o  cümlədən  ödənilməmiş  bank  səhmləri  barəsində  bankın  tələbləri, 

verilmiş  kreditlər,  o  cümlədən  qarantiyalar  və  təminatlar  üzrə  öhdəliklər,  icra  olunmamış  alqı-

satqı müqavilələri, habelə aktivlərin balans dəyəri və qiymətləndirilən satış (bazar) dəyəri;  

75.1.2.  bankın  əmlakının  başqa  şəxslərin  sahibliyində  olmasına  əsas  vermiş  müqavilələr,  o 

cümlədən icarə, lizinq və girov (ipoteka) haqqında müqavilələr;  

75.1.3. banka xidmətlər göstərilməsi haqqında müqavilələr;  

75.1.4. bankın  müflis  elan olunmasına dair qərarın qəbul edildiyi gündən  əvvəlki 90 təqvim 

günü ərzində, aidiyyəti şəxslərlə isə 1 il ərzində bankın bağladığı əqdlər.  

75.1.5.  bankın  inzibatçıları  tərəfindən  bankın  qəsdən  müflisləşmə  vəziyyətinin  yaradılması, 

əmlakın  və  ya  əmlak  öhdəliklərinin,  habelə  onlar  haqqında  məlumatın  gizlədilməsi,  məhv 

edilməsi və digər qanunsuz hərəkətlər barədə aşkar etdiyi faktlar haqqında məlumat.  

75.2. Hesabat hər rüb tərtib edilməlidir. Ümumi xarakter daşıyan məlumatlar bu Qanunun 77-

ci  maddəsinə  uyğun  hazırlanan  təsdiqli  tələblər  siyahısına  tələbləri  daxil  edilmiş  bank 

kreditorlarına tanışlıq üçün təqdim edilir.  



Maddə 76. Tələblərin qeydə alınması  

76.1.  Bu  Qanunun  77.1-ci  və  77.2-ci  maddələrində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla, 

müflis  banka  qarşı  tələblər  bankın  müflis  elan  olunmasına  dair  məhkəmə  qərarının  kütləvi 

informasiya  vasitələrində  ilk  dəfə  dərc  edildiyi  gündən  60  təqvim  günü  ərzində  ləğvedici 

tərəfindən  yazılı  şəkildə qeydə alınmalıdır. Məhkəmə  bu  müddəti bütün kreditorlar üçün  yalnız 

bir  dəfə  30  təqvim  günü  müddətinə  uzada  bilər.  Kreditorların  sorğusu  üzrə  onlara  tələblərinin 

qeydə alındığına dair qəbz verilir.  

76.2.  Tələblərin  qeydə  alınması  üçün  kreditorlar  öz  tələblərinin  hüquqi  əsasını  sübut  edən 

sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:  

76.2.1. kreditorun adı və ünvanı;  

76.2.2. tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;  

76.2.3. tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.  

76.3.  Bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarı  bankın  mühasibat  uçotu  və 

hesabatı  sənədlərində  əks  etdirilmiş  depozitlərə  aid  tələblər  üzrə  iddia  müddətinin  axımını 

dayandırır.  Bütün  qalan  tələblər  üzrə  iddia  müddətinin  axımı  həmin  tələblər  qeydə  alındıqda 

dayandırılır.  Bütün  tələblər  üçün  iddia  müddətinin  axımı  həmin  tələblərin  bu  Qanunun  87-ci 

maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır.  

 

Maddə 77. Tələblərin qəbulu  

77.1.  Bankın  mühasibat  uçotu  və  hesabatı  sənədlərində  əks  etdirilmiş  depozitlərlə  bağlı 

tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə 

alınır.  Depozitlərlə  bağlı  tələblər  isə  mühasibat  uçotu  sənədlərində  əks  etdirilmiş  məbləğlərdə 

qəbul edilir.  

77.2.  Bank  tərəfindən  əks  etdirilmiş  məbləğdən  az  məbləğdə  irəli  sürülmüş  tələblər  istisna 

olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks 

olunmuş  məbləğdə  qəbul  edilir.  Az  məbləğdə  irəli  sürülmüş  tələblər  isə  təqdim  olunmuş 

miqdarda qəbul edilir.  

77.3.  Tələbləri  bank  aktivlərinin  girovu  (ipotekası)  ilə  təmin  edilmiş  bank  kreditorları  öz 

tələblərini  tələb  məbləği  ilə  aktivin  açıq  hərracda  ehtimal  edilən  satış  dəyəri  arasındakı  fərq 

məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək 

və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur.  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə