Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   2   3   4   5   6   7   8   9   ...   23

strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı 

verən iş təcrübəsinin olması;  

10.3.2.  bankın  İdarə  Heyətinin  sədri  və  üzvləri,  habelə  bankın  daxili  audit  bölməsinin  və 

filiallarının  rəhbərləri  üçün  -  ali  iqtisadi  və  ya  hüquqi  təhsilin  və  bank  sistemində  azı  2  illik  iş 

stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;  

10.3.3.  bankın  və  bank  filialının  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri)  üçün  -  ali 

iqtisadi  təhsilin  və  bankda  mühasib  vəzifəsində  azı  2  illik  iş  stajının  olması  və  ya  orta  ixtisas 

təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş 

stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir.  

10.3.4.  bank  şöbəsinin  inzibatçısı  üçün  -  ali  və  ya  orta  ixtisas  təhsilinin  və  bank  fəaliyyəti 

sahəsində 6 aylıq iş stajının olması.  

10.4.  Bank  və  ya  yerli  filialı  olan  xarici  bank,  bankın  və  ya  xarici  bankın  yerli  filialının 

inzibatçısı  vəzifəsinə  nəzərdə  tutulan  bütün  təyinatlar  və  dəyişikliklər  barəsində  maliyyə 

bazarlarına nəzarət orqanına  yazılı  bildiriş göndərməlidir. Bildirişə  müvafiq  hallarda Qanunun 

8.2.8-ci,  9.3.10-cu  və  11.3.5-ci  maddələrində  nəzərdə  tutulan  məlumatlar  və  sənədlər  əlavə 

olunur.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bildirişə  dair  öz  münasibətini  30  təqvim  günü 

müddətində  banka  və  ya  xarici  bankın  yerli  filialına  bildirməli,  bu  maddədə  nəzərdə  tutulan 

hallarda  isə  inzibatçıların attestasiya  vaxtını təyin etməlidir. Bu  müddətdə  müraciətçiyə  bildiriş 

göndərilməzsə, inzibatçının namizədliyinə müsbət baxılmış hesab olunur.  

İnzibatçı  vəzifəsinə  nəzərdə  tutulan  təyinatlar  qanunla  müəyyən  edilmiş  tələblərə  cavab 

vermədikdə, maliyyə bazarlarına nəzarət orqanı onların dəyişdirilməsini tələb edir.  

Bankın  İdarə  Heyətinin  üzvləri,  daxili  audit  bölməsinin  rəhbəri,  bankın  baş  mühasibi 

(mühasibat  xidmətinin  rəhbəri)  və  onun  imza  hüququ  olan  müavinləri,  habelə  yerli  və  xarici 

bankların  yerli  filiallarının  rəhbərləri  və  baş  mühasibləri  (mühasibat  xidmətinin  rəhbəri)  və 

onların  imza  hüququ  olan  müavinləri  maliyyə  bazarlarına  nəzarət  orqanında  attestasiyadan 

keçirlər.  Bu  təyinatlara  maliyyə  bazarlarına  nəzarət  orqanının  müsbət  rəyi  alındıqdan  sonra 

həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar.  

Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.  

10.5.  Bu  maddədə  nəzərdə  tutulan  tələblər  bankların  və  xarici  bankların  yerli  filiallarının 

bütün fəaliyyət dövrünə şamil edilir.  

 

Maddə  11.  Yerli  bankların  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin  açılmasına 

icazələrin alınması  

11.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  icazəsi  olmadan  yerli  bank  filial,  şöbə  və 

nümayəndəlik aça bilməz.  

11.2. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və 

icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər maliyyə 

bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.  

11.3.  Yerli  bank  yerli  və  ya  xarici  filialını  və  nümayəndəliyini  açmağa  icazə  almaq  üçün 



maliyyə  bazarlarına  nəzarət  orqanına  yazılı  müraciət  etməlidir.  Müraciətə  aşağıdakı  sənədlər 

əlavə edilməlidir:  

11.3.1.  bankın  filial  və  ya  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  idarəetmə  orqanı 

tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;  

11.3.2.  filialın  və  ya  xarici  nümayəndəliyin  əsasnaməsi.  Əsasnamədə  digər  məlumatlarla 

yanaşı  filial  və  xarici  nümayəndəliyin  ünvanı,  bank  fəaliyyəti  növləri  (yalnız  filiallar  üçün), 

inzibatçıların  səlahiyyətləri,  bank  tərəfindən  nəzarətin  həyata  keçirilməsi,  filial  və 

nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;  

11.3.3.  filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilat 

strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-

plan;  

11.3.4. filialın və ya xarici nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında 



bankın səlahiyyətli orqanının qərarının surəti;  


11.3.5. filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi 

şəxslərdə  mühüm  iştirak  payları  göstərilməklə  siyahısı,  peşə  ixtisası  və  təcrübəsi  haqqında 

məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat  qaydasında 

təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun tərəfindən imzalanmış 

və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

11.4. Maliyyə bazarlarına nəzarət orqanı müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə 

səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 

təqvim  günü  müddətində  ərizəçiyə  yazılı  bildiriş  göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları 

aradan  qaldırmağı  təklif  edir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müraciətdə  və  ya  ona  əlavə 

edilmiş  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar  olmadığını  müəyyən  etdikdə,  banka  onun 

müraciətinin  qəbul  edildiyi  barədə  10  təqvim  günü  müddətində  yazılı  bildiriş  göndərməlidir. 

Həmin  müddətdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  müraciət  edənlərə  yazılı  bildiriş 

göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

11.5.  Yerli  bankın  filialının  və  ya  xarici  nümayəndəliyinin  açılmasına  icazə  alınması  üçün 

ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində 

maliyyə bazarlarına nəzarət orqanı müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır 

və müvafiq qərar qəbul edir. Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı qəbul etdiyi qərarı 

banka  göndərir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müraciətə  müsbət  baxdığı  halda,  dərhal 

icazə verir. İcazədə filialın və ya xarici nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri 

və  miqyası  haqqında  məlumat,  habelə  icazəyə  daxil  edilən  bütün  məhdudiyyətlərin  siyahısı 

göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil 

edilməsi  haqqında  maliyyə  bazarlarına  nəzarət  orqanının  qərarında  onların  əsasları 

göstərilməlidir.  

11.6. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə, 

onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş 

qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya nümayəndəliyin fəaliyyəti üzərində 

nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.  

11.7. Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq 

icazə aldıqdan sonra bu barədə maliyyə bazarlarına nəzarət orqanına 5 təqvim günü müddətində 

yazılı bildiriş göndərməlidir.  

 

Maddə 12. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazənin alınması  

12.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  icazəsi  olmadan  xarici  bank  Azərbaycan 

Respublikasında nümayəndəliyini aça bilməz.  

12.2.  Xarici  bank  yerli  nümayəndəliyini  açmağa  icazə  almaq  üçün  maliyyə  bazarlarına 



nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər əlavə 

edilməlidir:  

12.2.1.  bankın  nizamnaməsinin  və  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  orqanının 

qərarının surəti;  

12.2.2. nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən səlahiyyətli 

idarəetmə  orqanı  göstərilməklə,  bank,  onun  təşkilati  strukturu  və  idarəetmə  orqanları  haqqında 

məlumat;  

12.2.3.  bankın  mühüm  iştirak  paylarının  sahiblərinin  onlara  məxsus  səsli  səhmlər  payı 

göstərilməklə siyahısı;  

12.2.4.  bankın  son  maliyyə  ili  üçün  auditor  yoxlamasından  keçmiş  maliyyə  hesabatı  və 

auditor rəyi;  

12.2.5. nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;  

12.2.6.  nümayəndəliyin  inzibatçılarının  peşəkar  keyfiyyətləri  və  təcrübəsi,  habelə 

məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;  

12.2.7. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.  

12.3. Maliyyə bazarlarına nəzarət orqanı müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və 

ya  çatışmazlıqlar  müəyyən  etdikdə,  onlar  haqqında  banka  10  təqvim  günü  müddətində  yazılı 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə