Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   2   3   4   5   6   7   8   9   ...   23

bildiriş  göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir.  Maliyyə 

bazarlarına  nəzarət  orqanı  müraciətdə  və  ya  ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya 

çatışmazlıqlar  olmadığını  müəyyən  etdikdə,  banka  onun  müraciətinin  qəbul  edildiyi  barədə  10 

təqvim  günü  müddətində  yazılı  bildiriş  göndərməlidir.  Həmin  müddətdə  maliyyə  bazarlarına 

nəzarət  orqanı  müraciət  edənlərə  yazılı  bildiriş  göndərməzsə,  sənədlər  baxılmaq  üçün  qəbul 

edilmiş hesab edilir.  

12.4.  Xarici  bankın  nümayəndəliyin  açılmasına  icazə  alınması  üçün  təqdim  edilmiş 

müraciətin  qəbul  edilməsi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  60  təqvim  günü 

müddətində maliyyə bazarlarına nəzarət orqanı  bu Qanuna  müvafiq olaraq,  müraciətə baxır  və 

müvafiq qərar qəbul edir. Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı öz qərarının surətini 

müvafiq xarici banka göndərir.  

12.5.  Xarici  bankın  nümayəndəliyi  dövlət  qeydiyyatına  alındıqdan  sonra  dövlət  qeydiyyatı 

haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin 

olmadığı  barədə  yazılı  bəyanatı  təqdim  etdikdən  sonra  maliyyə  bazarlarına  nəzarət  orqanı  ona 

icazə verir.  

12.6.  Xarici  bankın  yerli  nümayəndəliyinə  verilən  icazədə  nümayəndəliyin  həyata  keçirə 

biləcəyi  işlərin  xarakteri,  habelə  icazəyə  daxil  edilən  bütün  məhdudiyyətlərin  siyahısı 

göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil 

edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.  

 

Maddə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici 

bankın yerli filiallarına lisenziya verilməsi üçün və xarici bankın yerli nümayəndəliklərinin 

açılmasına icazə alınması üçün əlavə tələblər  

13.1. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın 

yerli filiallarına bank lisenziyaları və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazələr 

yalnız maliyyə bazarlarına nəzarət orqanı ilə xarici bankın və ya xarici bank holdinq  şirkətinin 

bank  fəaliyyətini  tənzimləyən  və  ona  nəzarət  edən  xarici  səlahiyyətli  orqanlar  arasında 

məsləhətləşmələr keçirildikdən və həmin orqanlar tərəfindən banka və ya bank holdinq şirkətinə 

konsolidasiya  edilmiş  əsasda  lazımi  nəzarətin  həyata  keçirilməsi  müəyyən  edildikdən  sonra 

verilir.  

13.2.  Xarici  bankın  və  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  bankına,  xarici  bankın 

filialına  bank  lisenziyası  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  açılmasına  icazə  alınması 

üçün  müraciətə  bu  Qanunun  8-ci  və  9-cu  maddələrində  göstərilən  sənədlərdən  başqa  aşağıdakı 

sənədlər də əlavə edilir:  

13.2.1.  xarici  bankın  törəmə  bankı,  filialı  və  ya  nümayəndəliyi  üçün  -  təsisçi  xarici  bankın 

yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi 

şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin olması, habelə həmin 

tənzimləmə  və  nəzarət  orqanının  banka  nəzarəti  həyata  keçirməsi  barədə  yazılı  bildirişi  və  bu 

orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin açılmasına yazılı icazəsi;  

13.2.2. xarici  bank holdinq şirkətinin törəmə  bankı üçün - bank holdinq şirkətinin  yerləşdiyi 

ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata keçirməsi, bu şirkətin 

fiziki və hüquqi  şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməsi üçün həmin ölkədə 

lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi 

və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.  

13.3.  Xarici  bankların  və  xarici  bank  holdinq  şirkətlərinin  törəmə  banklarında  İdarə  Heyəti 

üzvlərinin,  xarici  bankların  yerli  filiallarında  isə  inzibatçılarının  ən  azı  biri  Azərbaycan 

Respublikasının vətəndaşları olmalıdırlar.  

 

Maddə 14. Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri  

14.1.  Bankların  və  xarici  bankların  yerli  filiallarının  etibarlı  və  prudensial  idarə  olunmasını 

təmin  etmək  zərurəti  nəzərə  alınmaqla,  bank  lisenziyası  bu  Qanuna  uyğun  olaraq,  yalnız 

aşağıdakı şərtlər gözlənildikdə verilir:  




14.1.1.  bankın  ilkin  nizamnamə  kapitalı  və  ya  xarici  bankın  yerli  filialının  ilkin  nizamnamə 

kapitalına  bərabər  tutulmuş  vəsaiti  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ilkin 

müraciətin təsdiq edildiyi zaman müəyyən edilmiş miqdardan az deyildir;  

14.1.2.  mühüm  iştirak  paylarının  sahibi  olan  bir  və  ya  bir  neçə  təsisçisinin  banka  təsirinin 

onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum 

deyildir;  

14.1.3. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında 

münasibətlər  Maliyyə  bazarlarına  nəzarət  orqanının    Mərkəzi  Bankın  nəzarət  funksiyalarını 

həyata  keçirməsinə  mane  olmayacaqdır,  təsisçi  bankın  və  ya  bank  holdinq  şirkətinin  yerləşdiyi 

ölkədə bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara səmərəli nəzarət həyata keçirilir, 

həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları maliyyə bazarlarına nəzarət orqanı 

ilə əməkdaşlıq edəcəkdir;  

14.1.4.  mühüm  iştirak  paylarının  sahibləri  olan  fiziki  şəxslər  və  hüquqi  şəxslərin  icra 

orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda;  

14.1.5. bankın və ya xarici bankın yerli filialının inzibatçıları bu Qanunun 10-cu və müvafiq 

hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir;  

14.1.6.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  daxili  idarəetmə  və  nəzarət  prosedurları 

adekvatdır;  

14.1.7.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  biznes-planı,  o  cümlədən  maliyyə 

proqnozları adekvatdır;  

14.1.8. yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq  şirkəti istisna 

olmaqla) törəmə strukturu deyildir; 

14.1.9. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank 

və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə Azərbaycan 

Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;  

14.1.10. xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında ödəniləcəyinə 

təminat verir;  

14.1.11.  bank  xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  törəmə  bankıdırsa,  təsisçi 

xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və 

nəzarəti  orqanı  törəmə  bankın  təsis  edilməsinə  icazə  vermiş  və  maliyyə  bazarlarına  nəzarət 

orqanı  ilə  həmin  orqan  arasında  məsləhətləşmələrdən  sonra  müəyyən  olunmuşdur  ki,  xarici 

banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu orqan 

tərəfindən konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;  

14.1.12. təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı 

yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;  

14.1.13.  bank  şirkətlər  qrupunun  üzvüdürsə,  bu  cür  üzvlük  Maliyyə  bazarlarına  nəzarət 



orqanının  Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;  

14.1.14.  təsisçilərin  və  ya  yerli  filial  açan  xarici  bankın  müvafiq  sənədlərlə  təsdiq  olunmuş 

maliyyə vəziyyəti qənaətbəxşdir;  

14.1.15.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  lisenziyalaşdırılması  üçün  təqdim  etdiyi 

sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.  

14.2.  Yerli  bankların  yerli  və  xarici  filiallarının,  xarici  nümayəndəliklərinin  və  xarici 

bankların yerli nümayəndəliklərinin etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti 

nəzərə  alınmaqla,  onların  açılmasına  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  icazə  bu 

Qanuna uyğun olaraq, yalnız aşağıdakı şərtlər gözlənilməklə verilir:  

14.2.1. bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;  

14.2.2.  filialın  və  ya  nümayəndəliyin  inzibatçıları  bu  Qanunun  10-cu  maddəsinin  tələblərinə 

cavab verir;  

14.2.3. filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;  

14.2.4. filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə