Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   2   3   4   5   6   7   8   9   10   ...   23

14.2.5.  yerli  bankın  xarici  filialının,  nümayəndəliyinin  yerləşdiyi ölkənin  bank tənzimləməsi 

və  nəzarəti  orqanı  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  qarşılıqlı  əməkdaşlıq  əsasında  həmin 

filiala, nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir;  

14.2.6. təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli 

nümayəndəliyin  açılmasına  icazə  vermişdir  və  bankın  fəaliyyətinə  lazımi  nəzarəti  həyata 

keçirəcəkdir.  

14.2.7.  bankın  yerli  filialının  fəaliyyət  göstərəcəyi  yer  maliyyə  bazarlarına  nəzarət  orqanın 

bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  müəyyən  etdiyi  texniki-təchizat  tələblərinə  cavab 

verir;  

14.2.8. filial tərəfindən bank hesabları üzrə aparılan əməliyyatlar təsisçi bankın hesabatlarında 



maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir;  

14.2.9.  filialın  və  ya  nümayəndəliyin  açılmasına  icazə  almaq  üçün  təqdim  edilən  sənədlər 

Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.  

14.3.  Bank  lisenziyası  və  ya  icazə  alınması  üçün  ərizə  rədd  edildikdə,  müraciət  edənlər 



maliyyə  bazarlarına  nəzarət  orqanın  qərarını  aldıqdan  sonra  Azərbaycan  Respublikasının 

İnzibati-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər.  



 

Maddə 15. Bank lisenziyalarının və icazələrin reyestri  

15.1. 


Maliyyə 

bazarlarına 

nəzarət 

orqanı 

bankların, 

filialların, 

şöbələrin 

və 

nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə bankların, 



filialların,  şöbələrin  və  nümayəndəliklərin  adları,  ünvanları,  inzibatçıları  barədə  məlumatlar, 

onlara  verilmiş  və  ləğv  edilmiş  lisenziyaların  və  icazələrin  qeydiyyat  nömrələri  və  tarixi, 

fəaliyyətinə  xitam  verilmiş  banklar,  filiallar,  şöbələr  və  nümayəndəliklər  haqqında  məlumatlar 

daxil edilir.  

15.2. Banklar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində maliyyə bazarlarına 

nəzarət orqanına beş təqvim günü müddətində yazılı bildiriş göndərirlər.  

 

Maddə 16. Bank lisenziyasının və ya icazənin ləğvi  

16.1.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  bank  lisenziyası  yalnız  maliyyə  bazarlarına 



nəzarət orqanı tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:  

16.1.1. bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;  

16.1.2. xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;  

16.1.3. bank müflis elan edildikdə;  

16.1.4.  lisenziya  alınması  üçün  ərizə  verilərkən  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyən edildikdə;  

16.1.5. bank  və  ya  xarici  bankın  yerli  filialı  bank  lisenziyasının qüvvəyə  mindiyi gündən on 

iki  ay  müddətində  bank  lisenziyasına  müvafiq  olaraq,  fəaliyyətə  başlamadıqda  və  ya  maliyyə 



bazarlarına  nəzarət  orqanı  tərəfindən  bankın  və  ya  xarici  bankın  yerli  filialının  altı  ay 

müddətində  depozitlər  və  ya  digər  qaytarılan  vəsait  cəlb  etmədiyi  və  ya  kreditlər  vermədiyi 

müəyyən edildikdə;  

16.1.6. bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli 

filialının  nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaitinin  və  ya  məcmu  kapitalının  (xarici 

bankın  yerli  filialının  məcmu  kapitalına  bərabər  tutulmuş  vəsaitinin)  miqdarı  müvafiq  olaraq, 



maliyyə bazarlarına nəzarət orqanın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya 

məcmu kapitalın minimum miqdarından az olduqda;  

16.1.7. bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər 

tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;  

16.1.8. bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə 

bilmədikdə, o cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;  

16.1.9.  bank  və  ya  xarici  bankın  yerli  filialı  idarəetməni  və  ya  cari  fəaliyyətini  etibarlı  və 

prudensial qaydada  həyata keçirmədikdə  və  ya  bu Qanunun,  “Cinayət  yolu  ilə əldə edilmiş pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə 



qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikası  Qanununun,  Maliyyə  bazarlarına  nəzarət 

orqanının    Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının  tələblərini  iki  dəfədən  artıq  halda 

pozduqda;  

16.1.10.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;  

16.1.11. bu Qanunun 14.1.2 - 14.1.4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə və 

14.1.5—14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;  

16.1.12.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  icazəsi  olmadan  bank  başqa  bankın  törəmə 

bankına çevrildikdə;  

16.1.13. yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin 

lisenziyası ləğv edildikdə;  

16.1.14. bankın  yenidən təşkili  maliyyə bazarlarına nəzarət orqanın  icazəsi olmadan  həyata 

keçirildikdə;  

16.1.15.  xarici  bank  və  xarici  bank  holdinq  şirkətinə,  habelə  şirkətlər  qrupunun  üzvü  olan 

banka  yerləşdiyi  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanı  tərəfindən  lazımınca  nəzarətin 

təmin  edilməməsi  səbəbindən  maliyyə  bazarlarına  nəzarət  orqanı    ya  Mərkəzi  Bank  onların 

törəmə banklarına nəzarəti həyata keçirə bilmədikdə;  

16.1.16. bilərəkdən maliyyə bazarlarına nəzarət orqanına  ya Mərkəzi Banka yanlış hesabat 

və məlumat verildiyi faktları müəyyənləşdirildikdə;  

16.1.17.  sonuncu  üç  hesabat  tarixinə  maliyyə  bazarlarına  nəzarət  orqanına    ya  Mərkəzi 

Banka aylıq hesabat təqdim edilmədikdə;  

16.1.18.  bank  və  ya  xarici  bankın  yerli  filialı  bu  Qanuna,  maliyyə  bazarlarına  nəzarət 

orqanının və ya Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq, maliyyə bazarlarına 

nəzarət orqanının və ya Mərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri 

yerinə yetirmədikdə.  

16.2.  Yerli  bankın  filiallarına  və  nümayəndəliklərinə,  o  cümlədən  xarici  bankın  yerli 

nümayəndəliklərinə  verilmiş  icazə  yalnız  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:  

16.2.1.  icazə  almaq  üçün  ərizə  verilərkən,  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyənləşdirildikdə; 

16.2.2. bankın lisenziyası ləğv edildikdə;  

16.2.3. bank müflis elan olunduqda;  

16.2.4. bank ləğv edildikdə;  

16.2.5.  icazəni  aldıqdan  sonra  on  iki  ay  ərzində  fəaliyyətə  başlamadıqda,  yaxud  maliyyə 

bazarlarına  nəzarət  orqanı  yerli  bankın  filialının  altı  ay  ərzində  fəaliyyətinin  dayandırıldığını 

müəyyən etdikdə;  

16.2.6.  bu  Qanunun  14.2.1  -  14.2.5-ci  maddələrində  göstərilmiş  hər  hansı  şərt  yerinə 

yetirilmədikdə;  

16.2.7.  icazəni  almış  bank,  filial  və  ya  nümayəndəlik  idarəetməni  və  ya  cari  fəaliyyətini 

etibarlı  və  prudensial  qaydada  həyata  keçirmədikdə  və  ya  bu  Qanunun,  “Cinayət  yolu  ilə  əldə 

edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə qarşı  mübarizə  haqqında"  Azərbaycan Respublikası Qanununun, Maliyyə 



bazarlarına  nəzarət  orqanının    Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının  tələblərini  iki 

dəfədən artıq halda pozduqda;  

16.2.8.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;  

16.2.9. filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;  

16.2.10.  yerli  bankın  xarici  filialının  və  ya  nümayəndəliyinin  yerləşdiyi  ölkədə  bank 

tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə;  

16.3.  Bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  qərarı  haqqında  banka  maliyyə 



bazarlarına nəzarət orqanı tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.  


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə