Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,78 Mb.

səhifə1/30
tarix20.09.2018
ölçüsü0,78 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30


Banklar haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

(4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 



2008-ci il, 26 may 2009-cu il, 30 iyun 2009-cu il, 05.03.2010-cu il, 30 sentyabr 2010-cu il, 

17.05.2011-ci il, 21.06.2013-cü il, 20.06.2014-cü il, 28.10.2014-cü il, 06.10.2015-ci il, 04.03.2016-

cı il, 06.05.2016-cı il və 07.04.2017-ci il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklərlə) 

 

Bu  qanun  Azərbaycanda  bank  sisteminin  hüquqi  bazasının  beynəlxalq  standartlara  tam 



uyğunlaşdırılması,  iqtisadiyyatda  bank  xidmətlərinin  rolunun  artırılması,  bank  əmanətçilərinin  və 

kreditorlarının  müdafiəsinin  gücləndirilməsi  və  bütövlükdə  bank  sisteminin  stabil  və  təhlükəsiz 

fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  bankların  təşkili,  daxili  idarəedilməsi,  fəaliyyətinin 

tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.  



 

I fəsil. Ümumi müddəalar 

 

Maddə 1. Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:  

1.0.1.  Bank  -  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə 

köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir;  

1.0.2.  Bank  holdinq  şirkəti  -  bank  lisenziyasına  malik  bir  və  ya  bir  neçə  törəmə  bankı  olan, 

fəaliyyəti  baş  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  orqanları  tərəfindən  tənzimlənən  və 

nəzarət olunan şirkətdir;  

1.0.3. Törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi 

təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi 

bank  və  ya  bank  holdinq  şirkəti  arasında  bağlanmış  müqaviləyə  əsasən  təsisçi  banka  və  ya  bank 

holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir;  

1.0.4. Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri 

üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir 

hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir;  

1.0.5. Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri 

üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya 

köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir;  

1.0.6.  Bankın  nümayəndəliyi  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 

bank  fəaliyyəti  ilə  məşğul  olmağa  hüququ  olmayan,  yalnız  onun  mənafelərini  təmsil  və  müdafiə 

edən bankın ayrıca bölməsidir;  

1.0.7. Bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan 

hüquqi şəxs;  

1.0.8.  Bank  lisenziyası  -  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  verilən,  fiziki  və  hüquqi 

şəxslərdən  depozitlər  və  ya  digər  qaytarılan  vəsaitlər  cəlb  etmək,  öz  adından  və  öz  hesabına 

kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa 

əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır;  

1.0.9.  Bank  krediti  (bundan  sonra  -  kredit)  -  bağlanmış  müqaviləyə  uyğun  olaraq  qaytarılmaq, 

müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti 

ilə,  təminatla  və  ya  təminatsız  müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin  şərtlərlə  pul 

vəsaitinin  verilməsi  haqqında  götürülmüş  hər  hansı  öhdəlik,  qarantiya,  zəmanət,  borc  qiymətli 

kağızlarının  diskontla  və  ya  faizlər  alınmaqla  satın  alınması  və  müqaviləyə  əsasən  hər  hansı 

formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir;  

1.0.10. Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya 

ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini 



nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya 

köçürülmüş pul vəsaitidir;  

1.0.11. Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox 

faizini  təşkil  edən,  yaxud  müqavilə  əsasında  iştirakçısı  olduğu  hüquqi  şəxsin  qərarlarının  qəbul 

edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir;  

1.0.12.  İnzibatçı  -  bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  üzvləri, 

habelə  bankın  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri),  daxili  audit  bölməsinin  əməkdaşları, 

bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri;  

1.0.13. Banka aidiyyəti olan şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci 

maddəsində  göstərilən  şəxslər,  habelə  bankın  nizamnamə  kapitalında  iştirak  payından  asılı 

olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan 

verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, 

daxili  audit  bölməsinin  əməkdaşları,  qərarların  qəbul  edilməsində  iştirak  edən  bankın  digər 

əməkdaşları,  bankın  və  onun  filiallarının  baş  mühasibləri,  həmin  şəxslərlə  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri 

olan  şəxslər,  banka  aidiyyəti  şəxs  adından  hərəkət  etməyə  hüququ  olan  şəxslər,  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən 

azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və 



açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər

Banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət  edən  şəxslər  aralarında  bağladıqları  müqavilə 

əsasında banka aidiyyəti olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyəti olan 

şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyəti olan şəxsin nümayəndəsi.  

1.0.14. Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və 

ya  bir  neçə  digər  iştirakçısına  verdiyi  və  ya  onlardan  aldığı  ödəniş  məbləğləri  üzrə  yaranan 

tələblərin  və  öhdəliklərin,  onların  fərqi  olan  bir  xalis  tələb  və  ya  bir  xalis  öhdəliyə  çevrilməsi 

prosesidir;  

1.0.15.  «Yerli»  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə,  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür;  

1.0.16.  «Xarici»  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə,  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür;  

1.0.17. «Kredit təşkilatı» - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır;  

1.0.18.  «Məqbul  və  lazımi  keyfiyyətlərə  malik  şəxs»  -  vətəndaş  qüsursuzluğuna  malik  olan, 

habelə,  ictimai  mövqeyinə  görə  vicdanlı  və  etimada  layiq  sayılan  və  peşəkar  keyfiyyətləri, 

təcrübəsi,  işgüzar  mənafeləri  ona  bankın  mühüm  iştirak  payının  sahibi,  inzibatçısı,  müvəqqəti 

inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;  

1.0.19.  «Vətəndaş  qüsursuzluğu»  dedikdə,  mühüm  iştirak  payının  sahibləri,  o  hüquqi  şəxs 

olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən 

törədilmiş cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün 

məhkumluğunun  olmaması,  keçmişdə  mülkiyyət  əleyhinə  və  iqtisadi  fəaliyyət  sahəsində  ağır  və 

xüsusilə  ağır  cinayətlərə  görə  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  faktının  olmaması,  müvafiq 

vəzifəni  tutması  və  ya  peşə  fəaliyyəti  ilə  məşğul  olması  üzərində  məhkəmə  qərarı  ilə  qoyulmuş 

qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması başa düşülür;  

1.0.20.  «Prudensial»  -  bankın  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsinə  istiqamətlənmiş 

normativlərə,  qaydalara,  tələblərə  və  göstərişlərə  əsaslanmış  düşünülmüş  davranış,  idarəetmə  və 

nəzarət üsuludur;  

1.0.21.  Bankın  məcmu  kapitalı  (öz  vəsaiti)  -  prudensial  hesabatlıq  məqsədləri  üçün  istifadə 

olunan  kapital  olmaqla,  maliyyə  bazarlarına  nəzarət  orqanının  normativ  xarakterli  aktları  ilə 

müəyyən  etdiyi  I  dərəcəli  (əsas)  və  II  dərəcəli  (əlavə)  kapitala  daxil  olan  komponentlərin 

(elementlərin) cəmi və onlardan tutulmaların fərqidir.  

1.0.22.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  –  maliyyə  bazarlarında  tənzimlənmə  və  nəzarətin 

həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum; 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə