Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   2   3   4   5   6   7   8   9   ...   30

1.0.23. Fond – “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa 

əsasən yaradılmış hüquqi şəxsdir; 

1.0.24. Ödəmə qabiliyyətini itirmiş bank – bu Qanunun 57.1.1-57.1.3-cü maddələrində göstərilən 

əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi ödəmə qabiliyyətini itirmiş və ya 

itirmək təhlükəsi olan bankdır; 

1.0.25.  Rezolyusiya  –  ödəmə  qabiliyyətini  itirmiş  bankın,  o  cümlədən  bank  holdinq  şirkətinin 

təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin 

həyata keçirilməsidir; 

1.0.26.  Rezolyusiya  ilə  bağlı  tədbirlər  planı  –  ödəmə  qabiliyyətini  itirmiş  bankın  rezolyusiya 

metodunu, şərtlərini, müddətini və iqtisadi əsaslandırmasını özündə əks etdirən sənəddir; 

1.0.27.  Körpü  bank  –  ödəmə  qabiliyyətini  itirmiş  bankın  sağlam  aktivlərinin  və  öhdəliklərinin 

tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə maliyyə bazarlarına 

nəzarət orqanı tərəfindən yaradılan və idarə olunan bankdır; 

1.0.28.  Alıcı  bank  –  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  ödəmə  qabiliyyətini  itirmiş  bankın 

aktiv və öhdəliklərini hərrac yolu ilə əldə edən bankdır; 

1.0.29. İnvestor – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın və ya 

körpü bankın satın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına müraciət edən hüquqi və ya 

fiziki şəxsdir; 

1.0.30.  Müvəqqəti  inzibatçı  –  bu  Qanunda  nəzərdə  tutulmuş  hallarda  maliyyə  bazarlarına 

nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində 

maliyyə bazarlarına nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o 

cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir; 

1.0.31.  Sağlam  aktiv  –  maliyyə  bazarlarına  nəzarət  orqanının  normativ  xarakterli  aktları  ilə 

standart aktiv kimi təsnifləşdirilmiş aktivdir; 

1.0.32. Sistem əhəmiyyətli bank – maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı 

ilə müəyyən edilən meyarlara uyğun bankdır; 

1.0.33.  Bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyası  –  bankın  maliyyə  vəziyyətinin 

yaxşılaşdırılması  məqsədi  ilə  restrukturizasiya  planı  (bundan  sonra  -  restrukturizasiya  planı) 

əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların 

məcmusudur. 

 

Maddə 2. Bank sistemi və onun hüquqi əsasları  

2.1.  Azərbaycan  Respublikasının  bank  sistemi  maliyyə  bazarlarına  nəzarət  orqanından, 

Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra mətndə - Mərkəzi Bank) və kredit 

təşkilatlarından ibarətdir.  

2.2.  Mərkəzi  Bank  dövlətin  mərkəzi  bankıdır  və  onun  fəaliyyəti  Azərbaycan  Respublikasının 

Konstitusiyası, 

“Azərbaycan 

Respublikasının 

Mərkəzi 

Bankı 


haqqında” 

Azərbaycan 

Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  bu  Qanun  və  bunlara 

müvafiq  olaraq,  qəbul  edilmiş  digər  normativ  hüquqi  aktlar,  habelə  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.  

2.3.  Azərbaycan  Respublikasında  kredit  təşkilatlarının  fəaliyyəti  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  bu  Qanun,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  “Azərbaycan 

Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit 

İttifaqları  haqqında”  Azərbaycan  Respublikası  qanunları,  Azərbaycan  Respublikasının  digər 

normativ hüquqi aktları, Maliyyə bazarlarına nəzarət orqanının  Mərkəzi Bankın bunlara müvafiq 

olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrlə tənzimlənir.  

2.4. Cari  bank  fəaliyyəti  ilə  bağlı qərarları qəbul  edərkən, kredit təşkilatları dövlət hakimiyyəti 

və  bələdiyyə  orqanlarından  asılı  deyildir  və  onlar  kredit  təşkilatlarının  fəaliyyətinə  qarışa  bilməz. 

Kredit  təşkilatları  qanunla  onların  fəaliyyət  növlərinə  aid  edilməyən  fəaliyyəti  həyata  keçirməyə 

məcbur edilə bilməz.  




2.5.  Kredit  təşkilatlarının  və  dövlətin  müvafiq  öhdəlik  götürdüyü  hallardan  başqa,  bütün  digər 

hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının  öhdəlikləri  üçün  məsuliyyət 

daşımır.  

 

Maddə 3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar 

3.1.  Azərbaycan  Respublikasının  ərazisində  banklar  və  bank  olmayan  kredit  təşkilatları  bank 

fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata 

keçirilə bilər.  

3.2.  Depozit  əməliyyatları  yalnız  banklar  və  poçt  rabitəsinin  milli  operatoru  tərəfindən  həyata 

keçirilə bilər.  

3.3.  Bu  Qanunun  3.1-ci,  3.4-cü  maddələri,  35.4-cü  maddənin  üçüncü  abzası  və  42-ci  maddəsi 

istisna olmaqla, digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları 

haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına  və  digər  qanunvericiliyə  müvafiq  olaraq, 

lisenziyalaşdırılan  və  tənzimlənən  kredit  ittifaqlarına  və  başqa  bank  olmayan  kredit  təşkilatlarına 

şamil olunmur.  

3.4.  Bu  Qanunun  3.3-cü  maddəsində  göstərilən  bank  olmayan  kredit  təşkilatlarının  bank 

fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit təşkilatları haqqında” və 

“Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunları və maliyyə bazarlarına nəzarət 

orqanının normativ xarakterli aktları ilə həyata keçirilir.  

3.5. Maliyyə bazarlarına nəzarət orqanı hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci 

maddəsində göstərilən  fəaliyyətlə  məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə  bu  fəaliyyətinə 

xitam  verilməsi  haqqında  tələb  göndərir,  qanunla  nəzərdə  tutulmuş  digər  tətbirləri  görür,  Mərkəzi 

Banka və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.  

 

Maddə 4. Bankın adı  

4.1. Bankın onun nizamnaməsi  ilə  müəyyən edilmiş  firma adında  mütləq qaydada  «bank» sözü 

olmalıdır.  Heç  bir  bank  istənilən  sənəddə,  elanlarda  və  ya  reklamda  özünün  nizamnaməsində 

göstərilən addan fərqli adla adlandırıla bilməz.  

4.2.  «Bank»  sözünün  işlədildiyi  mətndən  bu  sözün  bank  fəaliyyətinə  aid  edilmədiyi  tam  aydın 

olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında «bank» sözünün 

(«bank» sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.  

4.3.  Bankın  törəmə  banklarının  adında  əsas  bankın  adı  göstərilməlidir.  Bankların  filiallarının, 

şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət mənasında 

göstərilməlidir.  

4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına “ləğv prosesində olan” sözləri əlavə edilir.  

4.5. Bankın adında “Azərbaycan Respublikası”, “dövlət”, “milli” sözlərindən istifadə edilməsinə 

yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.  

4.6. Banklar eyni addan istifadə edə bilməz.  



 

Maddə 5. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı  

5.1.  Azərbaycan  Respublikasının  bank  sistemində  xarici  bank  kapitalının  iştirak  limiti  maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.  

5.2. Xarici  bank  və  ya  xarici  bank  holdinq  şirkəti  istisna olmaqla, əcnəbilərin  və  xarici  hüquqi 

şəxslərin  yerli  banklarda  iştirakına  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  limit  müəyyən 

edilir. 


5.3. Maliyyə bazarlarına nəzarət orqanı xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli 

törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və 

nümayəndəliklərinin  fəaliyyətinin  tənzimlənməsini  və  onlara  nəzarəti  həyata  keçirdikdə  müvafiq 

xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılılıq əsasında və Azərbaycan Respublikasının 

qanunvericiliyinə  zidd  olmayaraq  (o  cümlədən  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrə müvafiq olaraq), öz nəzarət funksiyalarının yerinə yetirilməsi üçün zəruri 

olan  məlumatı  alır.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  xarici  bank  tənzimlənməsi  və  nəzarəti 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə