Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   2   3   4   5   6   7   8   9   ...   30

orqanları  ilə  məlumat  mübadiləsini  bu  məlumatın  məxfiliyini  təmin  etməklə  həyata  keçirir.  Bu 

məqsədlə  maliyyə  bazarlarına  nəzarət  orqanı  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  ilə 

əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.  

5.4.  Xarici  banklar  və  xarici  bank  holdinq  şirkətləri  də  daxil  olmaqla,  siyahısı  maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və 

xarici  hüquqi  şəxslər  yerli  bankların  təsisçiləri  və  ya  səhmdarları  ola  bilməz,  habelə  yerli  törəmə 

banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.  

 

II fəsil. Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazələrin 

verilməsi 

 

Maddə 6. Bank lisenziyaları və icazələr  

6.1. Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyalarının verilməsində və ləğv edilməsində, 

habelə  filiallar,  şöbələr  və  nümayəndəliklər  açmaq  üçün  banklara  icazə  verilməsində  və  verilmiş 

icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.  

6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və 

icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. 

Bank  lisenziyaları  və  icazələr  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  verildiyi  gündən 

qüvvəyə minir.  

6.3.  Ərizəçi  kifayət  qədər  təşkilati-texniki  hazırlığa  və  ya  ixtisasa  malik  olmadıqda,  maliyyə 

bazarlarına  nəzarət  orqanı  verdiyi  bank  lisenziyasında  və  icazədə  bu  Qanunun  32-ci  maddəsi  ilə 

banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.  

 

Maddə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət  

7.1.  Bank  lisenziyası  və  icazə  alınması  üçün  bankın  təsisçiləri  və  ya  qanunvericiliyə  müvafiq 

qaydada vəkil edilmiş  şəxslər  maliyyə bazarlarına nəzarət orqanına  yazılı  şəkildə  müraciət edirlər. 

Müraciətin  forması  və  məzmunu,  ona  əlavə  edilən  sənədlər  maliyyə  bazarlarına  nəzarət  orqanının 

normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.  

7.2.  Bank  lisenziyası  və  icazə  alınması  üçün  müraciətə  baxarkən,  maliyyə  bazarlarına  nəzarət 

orqanı  bankın kapitalında  mühüm  iştirak paylarının sahiblərinin (hüquqi  şəxs olduqda onların  icra 

orqanlarının  rəhbərlərinin)  və  inzibatçıların  maliyyə  vəziyyəti,  peşəkar  fəaliyyəti  və  keçmişdə 

cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadıqları  haqqında  maliyyə,  vergi  və  hüquq-mühafizə 

orqanlarından  məlumat  ala  bilər.  Bu  tələb  sonradan  bankda  mühüm  iştirak  payını  əldə  etmək 

istəyən  şəxslərə  (hüquqi  şəxs  olduqda  onların  icra  orqanlarının  rəhbərlərinə),  yeni  təyin  olunan 

inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də 

şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq-mühafizə orqanları maliyyə bazarlarına nəzarət 

orqanına onun tələb edə biləcəyi məlumatı verir.  

7.3. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün «Dövlət rüsumu haqqında» 

Azərbaycan  Respublikası  Qanunu  ilə  müəyyən  edilmiş  miqdarda  və  qaydada  dövlət  rüsumu 

ödənilir.  

 

Maddə 8. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları  

8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:  

8.1.1.  bankın  təsisçiləri  və  ya  qanunvericiliyə  müvafiq  qaydada  vəkil  edilmiş  şəxs  (şəxslər) 

tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) 

və  

8.1.2. bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin 



edilməsi və ona baxılması (ikinci mərhələ).  

8.2. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:  

8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün:  

8.2.1.1.  həmin  sahib  hüquqi  şəxs  olduqda  -  onun  adını,  ünvanını,  kommersiya  fəaliyyətinin 

növünü, azı  son üç  maliyyə  ilini  (hüquqi şəxs üç  ildən az  müddətdə  yaradıldıqda  isə son  maliyyə 



illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini 

göstərən  məlumat  və  sənədlər,  habelə  həmin  şəxsin  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi 

barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;  

8.2.1.2.  həmin  sahib  xarici  hüquqi  şəxs  olduqda,  bu  Qanunun  8.2.1.1-ci  maddəsində  sadalanan 

sənədlərdən  başqa  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  leqallaşdırılmış,  onların  yerləşdiyi 

ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili 

üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;  

8.2.1.3.  həmin  sahib  fiziki  şəxs  olduqda,  onun  soyadını,  adını,  atasının  adını  və  vətəndaşlığını, 

şəxsiyyət  vəsiqəsinin  və  ya  şəxsiyyətini  təsdiq  edən  digər  sənədin  məlumatlarını,  daimi  yaşayış 

yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;  

8.2.1.4. həmin sahib əcnəbi olduqda - bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən 

başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyyələri və/və 

ya bank hesablarından çıxarışlar;  

8.2.2. Bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında təklif 

edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, habelə hər 

bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında 

məlumatlar; 

8.2.3.  Bankda  mühüm  iştirak  payının  təklif  edilən  sahibi  hüquqi  şəxs  olduqda,  onun  icra 

orqanlarının  rəhbərlərinin  siyahısı.  Hər  bir  rəhbər  tərəfindən  imzalanmış  və  imzası  notariat 

qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun 

cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə  müəyyən 

edilmiş qaydada leqallaşdırılmış arayış;  

8.2.4. Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu qrup 

haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik 

şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;  

8.2.5.  Bankda  mühüm  iştirak  payının  təklif  edilən  sahibi  fiziki  şəxs  olduqda,  onun  tərəfindən 

imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

Mühüm  iştirak  payının  sahibi  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət 

orqanları  tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

8.2.6.  Bankın  yaradılması,  onun  nizamnaməsinin  qəbul  edilməsi  və  idarəetmə  orqanlarının 

formalaşdırılması  haqqında  protokol  da  daxil  olmaqla,  bankın  təsis  sənədlərinin  surəti  və  bankın 

nizamnaməsi;  

8.2.7.  Bankın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 

strukturunu,  o  cümlədən  daxili  nəzarət  sistemini  və  ilk  üç  il  üçün  maliyyə  proqnozlarını  (balans, 

mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;  

8.2.8. Bankın təklif edilən  inzibatçılarının  siyahısı, habelə onların  hər biri üçün peşə  ixtisası  və 

təcrübəsi  haqqında  məlumatın göstərildiyi  sənədlərin (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat 

qaydasında  təsdiqlənmiş  surətləri,  həmin  şəxslər  tərəfindən  doldurulmuş  anket,  bankda  və  digər 

hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və 

imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun 

cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə  müəyyən 

edilmiş qaydada leqallaşdırılmış arayış;  

8.2.9.  Xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  bankı  üçün  bu  Qanunun 

13.2-ci maddəsində göstərilmiş sənədlər;  

8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.  

8.3. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya 

müraciətə  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar  müəyyən  etdikdə,  bu  barədə 

müraciət  edənlərə  15  təqvim  günü  müddətində  bildiriş  göndərir  və  onlara  bu  səhvləri  və  ya 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə