Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   22   23   24   25   26   27   28   29   30

82.1.4.  iş  vaxtı  baş  vermiş  bədən  xəsarəti  və  ya  ölüm  halları  ilə  əlaqədar  bank  işçilərinin 

tələbləri;  

82.1.5.  bankın  müflis  elan  olunmasına  dair  məhkəmə  qərarının  qəbul  edildiyi  tarixdən  əvvəlki 

altı  aydan  çox  olmayan  dövr  üçün  ödənilməli  müavinətlərin,  əmək  haqlarının  verilməsi  haqqında 

bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;  

82.1.6. müvəqqəti  inzibatçının  idarəetmə və  maliyyə sağlamlaşdırması prosedurları  ilə əlaqədar 

bankın öhdəlikləri;  

82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox 

olmayan  müddət  üçün  büdcəyə  məcburi  ödənişlər  üzrə  vergilər  və  məcburi  dövlət  sosial  sığortası 

üzrə ödənilməli məbləğlər;  

82.1.8. təminatsız kreditorların tələbləri;  

82.2.  Qalan  aktivlər  bankın  səhmdarlarına  onların  paylarına  mütənasib  surətdə  qanunvericiliyə 

uyğun qaydada ödənilir.  

 

Maddə 83. Ləğv planı  

83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 120 

təqvim günü ərzində  ləğvedici  bankın  ləğvinə dair müfəssəl planı  hazırlayıb təsdiq olunması üçün 

məhkəməyə müraciət edir:  

83.1.1.  bankın  aktivlərini  və  passivlərini  onların  ehtimal  edilən  ləğv  dəyəri  ilə  göstərən  cari 

maliyyə hesabatı, cari tarixdən sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı. Balansın 

passivində kreditorlardan qəbul edilmiş tələblər, o cümlədən etiraz edilmiş tələblər göstərilir;  

83.1.2. bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;  

83.1.3. bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və satış 

planları haqqında hesabat;  

83.1.4.  bankın  tələblərinin  ödənilməsinə  yönəldilən  məhkəmə  və  məhkəmədənkənar  hərəkətlər 

haqqında  hesabat,  o  cümlədən  qanunsuz  sazişlərin  və  köçürmələrin,  habelə  bu  cür  sazişlər  və 

köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər;  

83.1.5. bankın inzibatçılarının qanunsuz hərəkətləri və bankın xeyrinə kompensasiya alınmasına 

yönəldilmiş hərəkətlər haqqında hesabat;  

83.1.6.  sığorta,  şəxsi  muzd  müqavilələri  və  banka  xidmət  müqavilələri  kimi  cari  kontraktların 

qüvvəsinin davam etdirilməsi və ya qüvvəsinə xitam verilməsi haqqında hesabat, o cümlədən bank 

işçilərinin maliyyə təminatının müfəssəl təhlili;  

83.1.7. bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına nəzərdə 

tutulan ödənişlərin cədvəli;  

83.1.8. ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.  

83.2. Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğv planı bank 

sirri  məlumatları  istisna  olmaqla,  tanışlıq  üçün  tələbləri  bu  Qanunun  77-ci  maddəsinə  uyğun 

hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilir.  



 

Maddə 84. Müflis bankların maliyyə sağlamlaşdırılması  

Bu Qanunun 57-9-cu maddəsi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müflis bank tamamilə 

və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.  

 

 



Maddə 85. Kreditorlar ilə barışıq sazişinin yolverilməzliyi  

Bank və kreditorlar arasında bankın fəaliyyətinin bərpasına yönəldilən barışıq sazişlərinin və ya 

başqa razılaşmaların bağlanmasına yol verilmir.  

 

Maddə 86. Kreditorların ümumi yığıncağı və komitəsi  

86.1. Kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər 

ki, ləğvedicinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə 

belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.  




86.2.  Müflis  bankın  ləğvi  məsələləri  üzrə  kreditorlar  komitəsi  yalnız  o  halda  yaradıla  bilər  ki, 

ləğvedicinin  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə  məhkəmə 

belə komitənin yaradılmasını kreditor qruplarının mühüm mənafelərinin təmsil və müdafiə edilməsi 

üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.  

86.3.  Kreditorların  ümumi  yığıncağının  keçirilməsinə  və  ya  kreditorlar  komitəsinin 

yaradılmasına  icazə  verən  məhkəmə  qərarlarında  yığıncağın  və  ya  komitənin  vəzifələri  və 

səlahiyyət dairəsi müəyyənləşdirilir.  

 

Maddə 87. Tələblərin ödənilməsi  

87.1.  Bu  Qanunun  82-ci  maddəsinə  uyğun  olaraq,  təsdiq  edilmiş  tələblər  ödəniş  növbəliyinə 

müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər 

kateqoriya  üzrə  tələblər  əvvəlki  növbənin  tələbləri  tam  ödənildikdən  sonra  ödənilir.  Növbə 

daxilində  tələblərin  ödənilməsinə  vəsait  çatışmadıqda,  ödənişlər  tələblərə  proporsional  faizlə 

bölüşdürülür.  

87.2.  Tələbləri  təsdiq  edilmiş  və  bölgü  cədvəlinə  daxil  edilmiş  bank  kreditorlarına  ödənişlərin 

aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir.  

87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət 

verilə bilməz.  

87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal 

həmin qrafikdə  nəzərdə tutulan ödənişləri  icra edir. Ödənişlərin aparılması  qrafikinə daxil  edilmiş 

məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş 

məbləğlər  Mərkəzi  Bankda  xüsusi  hesabda  depozitə  qoyulur.  Ləğvedici  kütləvi  informasiya 

vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif 

edir.  Bu  qaydada  depozitə  qoyulmuş  vəsait  göstərilən  kreditorlar  və  ya  onların  hüquq  varisləri 

tərəfindən  həmin  tələblər  üzrə  iddia  müddəti  bitənədək  alına  bilər.  İddia  müddəti  bitdikdən  sonra 

ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.  



 

Maddə 88. Xarici bankın yerli filialı barəsində iflas proseduru  

88.1.  Xarici  bankın  yerli  filialı  barəsində  iflas  proseduruna  aşağıdakı  hallardan  hər  hansı  biri 

olduqda başlanıla bilər:  

88.1.1. bu Qanunun 61-cı maddəsində göstərilmiş əsaslardan hər hansı biri müəyyən edildikdə;  

88.1.2. xarici bankın yerləşdiyi ölkədə onun barəsində iflas proseduruna başlanıldıqda. Bu zaman 

iflas proseduruna maliyyə bazarlarına nəzarət orqanının ərizəsi üzrə başlanır.  

88.2.  Bu  fəslin  müddəalarının  məqsədləri  üçün  xarici  bankın  hər  hansı  yerli  filialı  Azərbaycan 

Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan 

aktivləri  və  passivləri  də  daxil  olmaqla,  xarici  bankın  törəmə  bankı  kimi  qəbul  edilir,  o  şərtlə  ki, 

bundan asılı olmayaraq, xarici bank yerli filialının öhdəlikləri üçün tam məsuliyyət daşıyır.  

88.3.  Xarici  bankın  yerli  filialı  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  məhkəmə 

qərarının təqdim edildiyi andan xarici bankın yerli filialının Azərbaycan Respublikasında göstərdiyi 

bütün  fəaliyyət  növlərinə  xitam  verilir.  Bu  zaman  filiala  təyin  edilmiş  ləğvedicinin  qabaqcadan 

yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.  

88.4. Müflis elan olunmuş xarici bankın yerli filialı barəsində bu Qanunun 78-ci maddəsi yalnız 

xarici bankın Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər 

şəkildə onunla  bağlı olan öhdəliklərin əvəzləşdirilməsi  və saldosunun  çıxarılması  hallarında tətbiq 

edilir.  

88.5.  Azərbaycan  Respublikasında  filialı  olan  xarici  bankın  iflası  haqqında  işə  başlanıldıqda, 

onun  yerli  filialının  aktivlərindən  ilk  növbədə  yerli  filialın  Azərbaycan  Respublikası  ərazisində 

bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.  

88.6.  Xarici  bankın  yerli  filialı  barəsində  Azərbaycan  Respublikasında  başlanılmış  iflas 

proseduru  filialın  kreditorlarının  öz  tələblərinin  ödənilməsi  məqsədi  ilə  həmin  tələbləri  bankın 

xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.  



 


Maddə 89. Birdən çox ölkədə filial şəbəkəsi olan bankların ödəniş qabiliyyətinin olmaması  

89.1. Birdən çox ölkədə  filial şəbəkəsi  ilə  fəaliyyət göstərən müflis olmuş  bankın  aktivlərindən 

yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:  

89.1.1.  yerli  müflis  bankın  başqa  ölkədə  filialları  və  nümayəndəlikləri  olduqda,  maliyyə 

bazarlarına  nəzarət  orqanı  həmin  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanları  ilə  mümkün 

olduğu qədər əməkdaşlıq edir;  

89.1.2.  yerli  müflis  bankın  kreditoru  öz  tələblərini  başqa  ölkədə  bankın  filialından  qismən 

almışdırsa,  kreditorun  tələbləri  üzrə  ödənilməmiş  qalıq  müflis  elan  olunmuş  banka  təqdim  edilə 

bilər;  

89.1.3.  məhkəmə  bankın  müflis  elan  olunmasına  dair  xaricdə  qəbul  edilmiş  qərarı  və  xarici 

bankların aktivlərinin qorunması  və  maliyyə  sağlamlaşdırılması üçün  xaricdə görülmüş tədbirlərin 

onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını müəyyən edir;  

89.1.4.  xarici  bank  yerləşdiyi  ölkədə  ləğv  prosesində  olduqda,  maliyyə  bazarlarına  nəzarət 

orqanı  xarici  bankın  yerli  filialının  Azərbaycan  Respublikası  ərazisində  olan  kreditorlarının 

mənafelərinə  uyğunluğu  baxımından  aktivlərin  köçürülməsini  və  ya  verilməsini  məqbul  sayarsa, 

həmin aktivlərin xarici ölkədəki ləğvediciyə köçürülməsinə və ya verilməsinə dair qərar çıxarılması 

üçün məhkəməyə müraciət edir.  



 

Maddə  90.  Müflisləşmə  ilə  əlaqədar  maliyyə  bazarlarına  nəzarət  orqanın  məhkəmə 

prosesində iştirakı  

Bankın  müflis  elan  olunması  və  ya  müflis  elan  olunmuş  bankla  əlaqədar  işə  baxarkən  birinci 

instansiya  məhkəməsi  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinə  müvafiq  olaraq, 

həmin məsələyə dair maliyyə bazarlarına nəzarət orqanın rəyini alır.  



 

Maddə 91. İflas prosedurunun başa çatması  

91.1.  Ləğvedici  bankın  ləğvini  başa  çatdırdıqdan  və  müvafiq  hesabatı  məhkəməyə  təqdim 

etdikdən  sonra  o,  məhkəmənin  qərarı  ilə  öz  vəzifələrindən  azad  edilir.  Həmin  qərarda  məhkəmə 

bankın  mühasibat  və  digər  sənədlərinin  qanunvericiliyə  müvafiq  qaydada  Dövlət  Arxivinə  təhvil 

verilməsi barədə göstəriş verir.  

91.2. Bankın aktivlərinin satışından əldə edilən vəsait bankın kreditorlarına ödənildikdə və ya bu 

Qanunun  87.4-cü  maddəsinə  müvafiq  surətdə  Mərkəzi  Bankda  depozitə  qoyulduqda,  bank 

barəsində iflas proseduru məhkəmənin qərarı ilə başa çatmış hesab edilir.  

91.3.  Bank  barəsində  iflas  prosedurunun  başa  çatmasına  dair  məhkəmənin  qərarı  məhkəmə 

tərəfindən  maliyyə  bazarlarına  nəzarət  orqanına  və  dövlət  qeydiyyatı  orqanına  göndərilir,  habelə 

kütləvi informasiya vasitələrində dərc edilir. Ləğv olunmuş bank hüquqi şəxslərin dövlət qeydiyyat 

reyestrindən çıxarılır.  



 

XI fəsil. Keçid və yekun müddəaları 

 

Maddə 92. Məhkəmə iddiasından müdafiə  

Mərkəzi  Bank,  Mərkəzi  Bankın  İdarə  Heyətinin  üzvləri  və  digər  vəzifəli  şəxsləri,  maliyyə 



bazarlarına nəzarət orqanı və onun Direktorlar Şurasının üzvləri və digər vəzifəli şəxsləri habelə bu 

Qanuna  uyğun  təyin  edilmiş  müvəqqəti  inzibatçılar  və  ləğvedicilər  bu  Qanunla  müəyyən  edilmiş 

tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarını və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti 

və  ya  hərəkətsizliyi  nəticəsində  yaranmış  zərər  üçün  məsuliyyət  daşımır,  bu  şərtlə  ki,  həmin 

hərəkətin  və  ya  hərəkətsizliyin  qanunsuz  əməllərin  və  ya  vicdansız  hərəkətlərin  nəticəsi  olduğu 

sübut edilməsin.  



 

Maddə 93. Keçid müddəaları  

93.1.  Bu  Qanun  qüvvəyə  mindiyi  tarixdən  bir  il  ərzində  fəaliyyətdə  olan  banklar  aşağıdakı 

tələblərin yerinə yetirilməsini təmin etməlidirlər:  



93.1.1. məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 19-cu 

maddəsinin tələblərinə uyğun olaraq, səhmdar cəmiyyəti formasında yenidən təşkil edilməlidir;  

93.1.2.  bankların  digər  hüquqi  şəxslərdə  bu  Qanunun  33-cü  maddəsi  ilə  qadağan  edilmiş 

fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.  

93.2.  Bu  Qanunun  qüvvəyə  mindiyi  tarixədək  dövlət  qeydiyyatından  keçmiş  xarici  bankların 

yerli  nümayəndəlikləri  bir  il  ərzində  maliyyə  bazarlarına  nəzarət  orqanında  aparılan  mərkəzi 

reyestrdə  qeydə  alınmalı  və  bu  Qanunun  V  fəslinə  uyğun  olaraq  hesabat  sənədlərini  maliyyə 

bazarlarına nəzarət orqanına təqdim etməlidirlər.  



 

Maddə 94. Yekun müddəaları  

94.1. Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VIII, VIII-I, IX, X fəsilləri 

də eynilə xarici bankların yerli filiallarına şamil edilir.  

94.2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.  

94.3.  Bu  Qanunun  qüvvəyə  minməsi  ilə  əlaqədar  1996-cı  il  14  iyun  tarixli,  “Azərbaycan 

Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və 1995-ci 

il 19 yanvar tarixli, “Bank sirrinin qorunması Qaydaları»nın təsdiq edilməsi haqqında” Azərbaycan 

Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.  



 

 

Azərbaycan Respublikasının Prezidenti  

İlham ƏLİYEV  

Bakı şəhəri, 16 yanvar 2004-cü il  

 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə