Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   2   3   4   5   6   7   8   9   ...   30

çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir.  Həmin  müddətdə  maliyyə  bazarlarına  nəzarət  orqanı 

müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

8.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ilkin  müraciətə  bu  Qanunun  8.3-cü  maddəsində 

göstərilən  bildirişin  göndərildiyi  gündən  ən  geci  90  təqvim  günü  müddətində,  xarici  təsisçilərin 

iştirakı  olduğu  halda  isə  ən  geci  180  təqvim  günü  müddətində  baxır  və  müvafiq  qərar  qəbul  edir. 

Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.  

8.5. Maliyyə bazarlarına nəzarət orqanının ilkin müraciətə müsbət baxılması haqqında qərarında 

aşağıdakılar göstərilir:  

8.5.1.  bankın  biznes-planı  və  təqdim  edilmiş  sənədlərdə  göstərilən  bank  fəaliyyəti  növlərini 

nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.  

8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;  

8.5.3.  ərizəçilərin  bank  lisenziyası  verilənədək  yerinə  yetirməli  olduqları  şərtlər  və  onlara  dair 

tədbirlər;  

8.6. Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, 

öz qərarında bunun səbəblərini göstərməlidir.  

8.7.  İlkin  müraciət  rədd  edildikdə  bank  lisenziyasının  alınması  üçün  müraciət  maliyyə 

bazarlarına nəzarət orqanına təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.  

8.8.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bank  lisenziyası  alınması  üçün  ilkin  müraciətə  müsbət 

baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin 

bankın müraciəti ilə onun adına hesab açır.  

8.9.  Təsis  edilən  bank  ilkin  müraciətinin  müsbət  baxılması  haqqında  qərarın  qəbul  olunduğu 

gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  ona  müvafiq  olaraq,  qəbul  edilmiş  digər 

qanunvericilik  aktlarına  uyğun  dövlət  qeydiyyatından  keçməlidir.  Bu  müddət  ərzində  təsis  edilən 

bank  korporativ  idarəetmə  sistemlərini  təşkil  etməli  (bu  Qanunun  tələblərinə  uyğun  idarəetmə 

orqanlarını  yaratmalı,  təşkilati  strukturu  formalaşdırmalı,  informasiya  texnologiya  sistemini  tətbiq 

etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, 

müvafiq  rəhbər  və  minimum  işçi  heyəti  müəyyən  etməli),  texniki-təchizat  və  təhlükəsizlik 

tədbirlərini tamamlamalıdır.  

8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:  

8.10.1. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın reqlamenti;  

8.10.2.  bankın  yaradılması  və  inzibatçıların  təyin  edilməsi  haqqında  səhmdarların  ümumi 

yığıncağının qərarının surəti;  

8.10.3.  bank  lisenziyasının  alınması  üçün  ilkin  müraciətə  müsbət  baxılması  haqqında  maliyyə 

bazarlarına nəzarət orqanının qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə 

yetirildiyini təsdiqləyən sənəd (sənədlər);  

8.10.4.  ilkin  müraciətlə  təqdim  edilmiş  məlumatlarda  əhəmiyyətli  dəyişikliklər  olduqda  həmin 

dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;  

8.10.5.  bankın  korporativ  idarəetmə  sistemlərinin,  o  cümlədən  idarəetmə  orqanlarının 

formalaşdırılması,  texniki-təchizat  və  təhlükəsizlik  tədbirlərinin  həyata  keçirilməsini  təsdiqləyən 

sənədlər;  

8.10.6.  bank  lisenziyasının  verilməsi  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiqləyən  bank 

sənədi.  

8.11.  Bankın  yekun  müraciətinə  və  ona  əlavə  edilmiş  sənədlərə  ən  geci  30  təqvim  günü 

müddətində  baxılır.  Yekun  müraciətdə  və/və  ya  ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya 

çatışmazlıqlar  müəyyən  edildikdə,  onların  aradan  qaldırılması  üçün  maliyyə  bazarlarına  nəzarət 

orqanı müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə maliyyə 

bazarlarına  nəzarət  orqanı  ən  geci  15  təqvim  günü  müddətində  baxmalıdır.  Maliyyə  bazarlarına 

nəzarət  orqanı  sənədlərin  bu  Qanunun  8.10-cu  maddəsinin  tələblərinə  cavab  verdiyini,  ilkin 

nizamnamə  kapitalının  minimum  miqdarı  üzrə  ödənişlərin  maliyyə  bazarlarına  nəzarət  orqanına 

daxil  olduğunu  müəyyən  etdikdə  bank  lisenziyasının  verilməsi  haqqında  qərar  qəbul  edir  və  bu 

barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.  




 

Maddə 9. Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması  

9.1. Maliyyə bazarlarına nəzarət orqanının verdiyi bank lisenziyası olmadan heç bir xarici bank 

Azərbaycan Respublikasında filiallar aça bilməz.  

9.2.  Xarici  bankın  yerli  filialının  açılmasına  bank  lisenziyasının  alınması  üçün  müraciətlərə 

baxılması iki mərhələdən ibarətdir:  

9.2.1. bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) 

və  

9.2.2.  dövlət  qeydiyyatına  alındıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  yekun  müraciətin 



edilməsi və ona baxılması (ikinci mərhələ).  

9.3.  Xarici  bank  tərəfindən  Azərbaycan  Respublikasında  filial  açılmasına  dair  ilkin  müraciətə 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilir:  

9.3.1.  bankın  nizamnaməsi  və  filialın  yaradılması  barədə  səlahiyyətli  idarəetmə  orqanının 

qərarının surəti;  

9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;  

9.3.3. əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa 

daxil  olan  digər  təşkilatlarda  mühüm  iştirak  payına  malik  şəxslər,  bu  şəxslərin  inzibatçıları  haqda 

məlumatlar;  

9.3.4. təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında 

məlumat; 

9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və 

auditor rəyi;  

9.3.6. filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank 

fəaliyyəti  növləri,  bank  tərəfindən  filial  üzərində  nəzarətin  həyata  keçirilməsi  və  ləğv  edilməsi 

qaydası göstərilməlidir;  

9.3.7.  filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 

strukturunu,  o  cümlədən  daxili  nəzarət  sistemini,  habelə  filialın  işinin  ilk  üç  ili  üçün  maliyyə 

proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;  

9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;  

9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;  

9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə 

ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) 

notariat qaydasında təsdiqlənmiş  surətləri,  həmin  şəxslər tərəfindən doldurulmuş anket, bankda  və 

digər  hüquqi  şəxslərdə  onların  mühüm  iştirak  paylarının  miqdarı  və  siyahısı,  tərəflərindən 

imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun 

cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə  müəyyən 

edilmiş qaydada leqallaşdırılmış arayış;  

9.3.11. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.  

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin və 

yekun  müraciətlərə  baxılması  və  bank  lisenziyasının  verilməsi  bu  Qanunun  8-ci  maddəsində 

müəyyən edilmiş qaydada həyata keçirilir.  

 

Maddə 10. İnzibatçılara dair tələblər  

10.1.  Bankların,  onların  filiallarının,  şöbələrinin,  nümayəndəliklərinin  və  xarici  bankların  yerli 

filiallarının  və  nümayəndəliklərinin  inzibatçıları  məqbul  və  lazımi  keyfiyyətə  malik  şəxslər 

olmalıdır.  

10.2.  Aşağıdakı  şəxslər  bankların,  onların  filiallarının,  şöbələrinin  və  xarici  bankların  yerli 

filiallarının inzibatçısı ola bilməzlər:  

10.2.1. maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv 

olunmuş,  yaxud  müflis elan olunmuş  bankda  ləğvetmə  və  ya  iflas haqqında qərarın qəbul edildiyi 

tarixdən əvvəlki bir ildən az olmayan müddətdə

 

bankın fəaliyyət strategiyasının müəyyən edilməsi 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə