Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   2   3   4   5   6   7   8   9   ...   30

və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər iki il ərzində başqa 

bankın inzibatçısı ola bilməzlər);  

10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə maliyyə bazarlarına 

nəzarət  orqanının  tələbi  ilə  hər  hansı  bankın,  filialın  və  ya  şöbənin  inzibatçısı  vəzifəsindən  azad 

edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan 

şəxslər istisna olmaqla);  

10.2.3.  bankın  inzibatçısı  hüququndan  qanunla  müəyyən  edilmiş  qaydada  məhrum  edilmiş 

şəxslər;  

10.2.4.  bankın  digər  idarəetmə  orqanının  (səhmdarların  ümumi  yığıncağı  istisna  olmaqla)  üzvü 

olan şəxslər;  

10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla bankda digər vəzifə tutan şəxslər;  

10.2.6. Müşahidə Şurasının üzvü üçün - üçdən çox hüquqi şəxsin və ya digər hər hansı bir bankın 

idarəetmə orqanlarının üzvü olan şəxslər;  

10.2.7. bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit 

bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri və baş mühasibi üçün - başqa banklarda, xarici 

bankların  yerli  filiallarında,  digər  hüquqi  şəxslərdə,  o  cümlədən  banka  aidiyyəti  olan  hüquqi 

şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə 

Şurasının üzvü olması halları istisna olmaqla);  

10.2.8. bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs - onun əri/arvadı, valideyni, o 

cümlədən  ərinin/arvadının  valideyni,  babası,  nənəsi,  övladı,  o  cümlədən  övladlığa  götürülən, 

qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);  

10.2.9.  dövlət  hakimiyyəti  və  ya  bələdiyyə  orqanında  qulluqda  olan  şəxslər  (qanunvericilikdə 

nəzərdə tutulan hallar istisna olmaqla).  

10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:  

10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - ali iqtisadi və ya 

hüquqi  təhsilin,  yaxud  təhsilindən  asılı  olmayaraq  maliyyə  idarələrində  fəaliyyət  strategiyasının 

müəyyən  edilməsi  və  qərarların  qəbul  edilməsi  proseslərində  iştirak  etmək  imkanı  verən  iş 

təcrübəsinin olması;  

10.3.2.  bankın  İdarə  Heyətinin  sədri  və  üzvləri,  habelə  bankın  daxili  audit  bölməsinin  və 

filiallarının  rəhbərləri  üçün  -  ali  iqtisadi  və  ya  hüquqi  təhsilin  və  bank  sistemində  azı  2  illik  iş 

stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;  

10.3.3. bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün - ali iqtisadi 

təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və 

mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. 

Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir.  

10.3.4.  bank  şöbəsinin  inzibatçısı  üçün  -  ali  və  ya  orta  ixtisas  təhsilinin  və  bank  fəaliyyəti 

sahəsində 6 aylıq iş stajının olması.  

10.4.  Bank  və  ya  yerli  filialı  olan  xarici  bank,  bankın  və  ya  xarici  bankın  yerli  filialının 

inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində maliyyə bazarlarına 

nəzarət orqanına yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun 8.2.8-ci, 9.3.10-

cu  və  11.3.5-ci  maddələrində  nəzərdə  tutulan  məlumatlar  və  sənədlər  əlavə  olunur.  Maliyyə 

bazarlarına  nəzarət orqanı  bildirişə  dair  öz  münasibətini  30  təqvim  günü  müddətində  banka  və  ya 

xarici  bankın  yerli  filialına  bildirməli,  bu  maddədə  nəzərdə  tutulan  hallarda  isə  inzibatçıların 

attestasiya  vaxtını  təyin  etməlidir.  Bu  müddətdə  müraciətçiyə  bildiriş  göndərilməzsə,  inzibatçının 

namizədliyinə müsbət baxılmış hesab olunur.  

İnzibatçı  vəzifəsinə  nəzərdə  tutulan  təyinatlar  qanunla  müəyyən  edilmiş  tələblərə  cavab 

vermədikdə, maliyyə bazarlarına nəzarət orqanı onların dəyişdirilməsini tələb edir.  

Bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat 

xidmətinin  rəhbəri)  və  onun  imza  hüququ  olan  müavinləri,  habelə  yerli  və  xarici  bankların  yerli 

filiallarının  rəhbərləri  və  baş  mühasibləri  (mühasibat  xidmətinin  rəhbəri)  və  onların  imza  hüququ 

olan  müavinləri  maliyyə  bazarlarına  nəzarət  orqanında  attestasiyadan  keçirlər.  Bu  təyinatlara 



maliyyə  bazarlarına  nəzarət  orqanının  müsbət  rəyi  alındıqdan  sonra  həmin  inzibatçılar  öz 

vəzifələrinin icrasına başlayırlar.  

Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.  

10.5. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün 

fəaliyyət dövrünə şamil edilir.  

 

Maddə  11.  Yerli  bankların  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin  açılmasına 

icazələrin alınması  

11.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  icazəsi  olmadan  yerli  bank  filial,  şöbə  və 

nümayəndəlik aça bilməz.  

11.2.  Yerli  bankların  şöbələrinin  və  yerli  nümayəndəliklərinin  açılması  üçün  icazə  alınması  və 

icazənin  ləğv  edilməsi  qaydaları,  habelə  onların  fəaliyyəti  ilə  əlaqədar  şərtlər  və  tələblər  maliyyə 

bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.  

11.3. Yerli bank yerli və ya xarici filialını və nümayəndəliyini açmağa icazə almaq üçün maliyyə 

bazarlarına  nəzarət  orqanına  yazılı  müraciət  etməlidir.  Müraciətə  aşağıdakı  sənədlər  əlavə 

edilməlidir:  

11.3.1.  bankın  filial  və  ya  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  idarəetmə  orqanı 

tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;  

11.3.2. filialın və ya xarici nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı 

filial və xarici nümayəndəliyin ünvanı, bank fəaliyyəti növləri (yalnız filiallar üçün), inzibatçıların 

səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi 

qaydası göstərilməlidir;  

11.3.3.  filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilat 

strukturunu,  habelə  filialın  işinin  ilk  üç  ili  üçün  maliyyə  proqnozlarını  müəyyənləşdirən  biznes-

plan;  


11.3.4.  filialın  və  ya  xarici  nümayəndəliyin  inzibatçılarını  (rəhbərlərini)  təyin  etmək  haqqında 

bankın səlahiyyətli orqanının qərarının surəti;  

11.3.5.  filialın  və  ya  xarici  nümayəndəliyin  hər  inzibatçısı  üçün  onun  bankda  və  digər  hüquqi 

şəxslərdə  mühüm  iştirak  payları  göstərilməklə  siyahısı,  peşə  ixtisası  və  təcrübəsi  haqqında 

məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat  qaydasında 

təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun tərəfindən imzalanmış və 

imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

11.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müraciətdə  və  ya  müraciətə  əlavə  edilən  sənədlərdə 

səhvlər  və  ya  çatışmazlıqlar  müəyyən  etdikdə,  o,  həmin  səhvlər  və  ya  çatışmazlıqlar  haqqında  10 

təqvim  günü  müddətində  ərizəçiyə  yazılı  bildiriş  göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları 

aradan  qaldırmağı  təklif  edir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müraciətdə  və  ya  ona  əlavə 

edilmiş  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar  olmadığını  müəyyən  etdikdə,  banka  onun 

müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin 

müddətdə maliyyə bazarlarına nəzarət orqanı müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər 

baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

11.5.  Yerli  bankın  filialının  və  ya  xarici  nümayəndəliyinin  açılmasına  icazə  alınması  üçün 

ərizənin  qəbul  edildiyi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  90  təqvim  günü  müddətində 

maliyyə bazarlarına nəzarət orqanı müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və 

müvafiq qərar qəbul edir. Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı qəbul etdiyi qərarı banka 

göndərir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müraciətə  müsbət  baxdığı  halda,  dərhal  icazə  verir. 

İcazədə  filialın  və  ya  xarici  nümayəndəliyin  məşğul  ola  biləcəyi  fəaliyyətin  xarakteri  və  miqyası 

haqqında  məlumat,  habelə  icazəyə  daxil  edilən  bütün  məhdudiyyətlərin  siyahısı  göstərilməlidir. 

İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında 

maliyyə bazarlarına nəzarət orqanının qərarında onların əsasları göstərilməlidir.  

11.6.  Yerli  bankın  xarici  filialının  və  ya  xarici  nümayəndəliyinin  açılmasına  icazə  verildikdə, 

onların  fəaliyyət  göstərəcəyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  ilə  müəyyən  edilmiş 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə