Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   2   3   4   5   6   7   8   9   10   ...   30

14.1.11. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi xarici 

bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı 

törəmə bankın təsis edilməsinə icazə vermiş və maliyyə bazarlarına nəzarət orqanı ilə həmin orqan 

arasında  məsləhətləşmələrdən  sonra  müəyyən  olunmuşdur  ki,  xarici  banka  və  ya  xarici  bank 

holdinq  şirkətinə  və  onların  törəmə  banklarına  (xarici  və  yerli)  bu  orqan  tərəfindən  konsolidasiya 

əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;  

14.1.12.  təsisçi  xarici  bankın  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı 

yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;  

14.1.13. bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük Maliyyə bazarlarına nəzarət orqanının 

və Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;  

14.1.14.  təsisçilərin  və  ya  yerli  filial  açan  xarici  bankın  müvafiq  sənədlərlə  təsdiq  olunmuş 

maliyyə vəziyyəti qənaətbəxşdir;  

14.1.15.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  lisenziyalaşdırılması  üçün  təqdim  etdiyi 

sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.  

14.2. Yerli  bankların  yerli  və  xarici  filiallarının,  xarici  nümayəndəliklərinin  və  xarici  bankların 

yerli  nümayəndəliklərinin  etibarlı  və  prudensial  idarə  olunmasını  təmin  etmək  zərurəti  nəzərə 

alınmaqla, onların açılmasına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən icazə bu Qanuna uyğun 

olaraq, yalnız aşağıdakı şərtlər gözlənilməklə verilir:  

14.2.1. bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;  

14.2.2.  filialın  və  ya  nümayəndəliyin  inzibatçıları  bu  Qanunun  10-cu  maddəsinin  tələblərinə 

cavab verir;  

14.2.3. filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;  

14.2.4. filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;  

14.2.5. yerli  bankın  xarici  filialının, nümayəndəliyinin  yerləşdiyi ölkənin  bank tənzimləməsi  və 

nəzarəti orqanı  maliyyə  bazarlarına  nəzarət orqanı  ilə qarşılıqlı əməkdaşlıq əsasında  həmin  filiala, 

nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir;  

14.2.6. təsisçi  olan  xarici  bankın  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  yerli 

nümayəndəliyin  açılmasına  icazə  vermişdir  və  bankın  fəaliyyətinə  lazımi  nəzarəti  həyata 

keçirəcəkdir.  

14.2.7. bankın yerli filialının fəaliyyət göstərəcəyi yer maliyyə bazarlarına nəzarət orqanın bank 

fəaliyyətinin həyata keçirilməsi üçün müəyyən etdiyi texniki-təchizat tələblərinə cavab verir;  

14.2.8.  filial  tərəfindən  bank  hesabları  üzrə  aparılan  əməliyyatlar  təsisçi  bankın  hesabatlarında 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir;  

14.2.9.  filialın  və  ya  nümayəndəliyin  açılmasına  icazə  almaq  üçün  təqdim  edilən  sənədlər 

Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.  

14.3. Bank lisenziyası və ya icazə alınması üçün ərizə rədd edildikdə, müraciət edənlər maliyyə 

bazarlarına nəzarət orqanın qərarını aldıqdan sonra Azərbaycan Respublikasının İnzibati-Prosessual 

Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər.  



 

Maddə 15. Bank lisenziyalarının və icazələrin reyestri  

15.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların,  filialların,  şöbələrin  və  nümayəndəliklərin 

ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə bankların, filialların, şöbələrin və 

nümayəndəliklərin  adları,  ünvanları,  inzibatçıları  barədə  məlumatlar,  onlara  verilmiş  və  ləğv 

edilmiş  lisenziyaların  və  icazələrin  qeydiyyat  nömrələri  və  tarixi,  fəaliyyətinə  xitam  verilmiş 

banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.  

15.2.  Banklar  reyestrə  daxil  edilmiş  məlumatlarda  dəyişikliklər  barəsində  maliyyə  bazarlarına 

nəzarət orqanına beş təqvim günü müddətində yazılı bildiriş göndərirlər.  



 

Maddə 16. Bank lisenziyasının və ya icazənin ləğvi  

16.1.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  bank  lisenziyası  yalnız  maliyyə  bazarlarına 

nəzarət orqanı tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:  

16.1.1. bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;  




16.1.2. xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;  

16.1.3. bank müflis elan edildikdə;  

16.1.4.  lisenziya  alınması  üçün  ərizə  verilərkən  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyən edildikdə;  

16.1.5. bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki 

ay  müddətində  bank  lisenziyasına  müvafiq  olaraq,  fəaliyyətə  başlamadıqda  və  ya  maliyyə 

bazarlarına  nəzarət orqanı tərəfindən  bankın  və  ya xarici  bankın  yerli  filialının altı ay  müddətində 

depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;  

16.1.6.  bankın  nizamnamə  kapitalının  və  ya  məcmu  kapitalının  miqdarı  və  xarici  bankın  yerli 

filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının (xarici bankın 

yerli  filialının  məcmu  kapitalına  bərabər  tutulmuş  vəsaitinin)  miqdarı  müvafiq  olaraq,  maliyyə 

bazarlarına  nəzarət  orqanın  banklar  üçün  müəyyən  etdiyi  nizamnamə  kapitalının  və  ya  məcmu 

kapitalın minimum miqdarından az olduqda;  

16.1.7.  bankın  məcmu  kapitalının  və  ya  xarici  bankın  yerli  filialının  məcmu  kapitala  bərabər 

tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;  

16.1.8.  bank  və  ya  xarici  bankın  yerli  filialı  kreditorları  qarşısında  öhdəliklərini  yerinə  yetirə 

bilmədikdə, o cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;  

16.1.9.  bank  və  ya  xarici  bankın  yerli  filialı  idarəetməni  və  ya  cari  fəaliyyətini  etibarlı  və 

prudensial  qaydada  həyata  keçirmədikdə  və  ya  bu  Qanunun,  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 

mübarizə  haqqında"  Azərbaycan  Respublikası  Qanununun,  Maliyyə  bazarlarına  nəzarət  orqanının 

və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;  

16.1.10.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;  

16.1.11.  bu  Qanunun  14.1.2  -  14.1.4-cü  maddələrində  göstərilən  faktlar  müəyyən  edildikdə  və 

14.1.5—14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;  

16.1.12. Maliyyə bazarlarına nəzarət orqanın icazəsi olmadan bank başqa bankın törəmə bankına 

çevrildikdə;  

16.1.13.  yerli  törəmə  bankı  və  ya  filialı  olan  xarici  bank  və  ya  xarici  bank  holdinq  şirkətinin 

lisenziyası ləğv edildikdə;  

16.1.14.  bankın  yenidən  təşkili  maliyyə  bazarlarına  nəzarət  orqanın  icazəsi  olmadan  həyata 

keçirildikdə;  

16.1.15. xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan banka 

yerləşdiyi  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanı  tərəfindən  lazımınca  nəzarətin  təmin 

edilməməsi  səbəbindən  maliyyə  bazarlarına  nəzarət  orqanı  və  ya  Mərkəzi  Bank  onların  törəmə 

banklarına nəzarəti həyata keçirə bilmədikdə;  

16.1.16. bilərəkdən maliyyə bazarlarına nəzarət orqanına və ya Mərkəzi Banka yanlış hesabat və 

məlumat verildiyi faktları müəyyənləşdirildikdə;  

16.1.17. sonuncu üç hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına və ya Mərkəzi Banka 

aylıq hesabat təqdim edilmədikdə;  

16.1.18. bank və ya xarici bankın yerli filialı bu Qanuna, maliyyə bazarlarına nəzarət orqanının 

və  ya  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına  uyğun  olaraq,  maliyyə  bazarlarına  nəzarət 

orqanının  və  ya  Mərkəzi  Bankın  ona  verdiyi  sərəncamları  və  ya  digər  yazılı  göstərişləri  yerinə 

yetirmədikdə; 



16.1.19.

 

ödəmə  qabiliyyətini  itirmiş  bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planında  nəzərdə 



tutulduqda;  

16.1.20.  bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planının  icrası  nəzərdə  tutulan  müddətdə  başa 

çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə. 

16.2.  Yerli  bankın  filiallarına  və  nümayəndəliklərinə,  o  cümlədən  xarici  bankın  yerli 

nümayəndəliklərinə  verilmiş  icazə  yalnız  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  aşağıdakı 

əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə