Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

16.2.1.  icazə  almaq  üçün  ərizə  verilərkən,  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyənləşdirildikdə; 

16.2.2. bankın lisenziyası ləğv edildikdə;  

16.2.3. bank müflis elan olunduqda;  

16.2.4. bank ləğv edildikdə;  

16.2.5.  icazəni  aldıqdan  sonra  on  iki  ay  ərzində  fəaliyyətə  başlamadıqda,  yaxud  maliyyə 

bazarlarına  nəzarət  orqanı  yerli  bankın  filialının  altı  ay  ərzində  fəaliyyətinin  dayandırıldığını 

müəyyən etdikdə;  

16.2.6.  bu  Qanunun  14.2.1  -  14.2.5-ci  maddələrində  göstərilmiş  hər  hansı  şərt  yerinə 

yetirilmədikdə;  

16.2.7. icazəni almış bank, filial və ya nümayəndəlik idarəetməni və ya cari fəaliyyətini etibarlı 

və prudensial qaydada  həyata keçirmədikdə və  ya bu Qanunun,  “Cinayət  yolu  ilə əldə edilmiş pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 

mübarizə  haqqında"  Azərbaycan  Respublikası  Qanununun,  Maliyyə  bazarlarına  nəzarət  orqanının 

və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;  

16.2.8.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;  

16.2.9. filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;  

16.2.10.  yerli  bankın  xarici  filialının  və  ya  nümayəndəliyinin  yerləşdiyi  ölkədə  bank 

tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə;  

16.3.  Bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  qərarı  haqqında  banka  maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.  

16.4.  Bu  qanunun  16.1.9-cu,  16.1.15-ci,  16.1.16-cı,  16.1.17-ci,  16.1.18-ci  və  16.2.7-ci 

maddələrində  göstərilən  əsaslardan  biri  olduqda,  səlahiyyətlərinə  aid  edilmiş  məsələlər  üzrə 

Mərkəzi  Bank  bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  üçün  maliyyə  bazarlarına  nəzarət 

orqanına əsaslandırılmış yazılı müraciət edir. 



 

Maddə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi  

17.1. Bank ona verilmiş bank lisenziyasının və ya filialın və nümayəndəliyin açılmasına verilmiş 

icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanına müraciət edir.  

17.2.  Bank  ona  verilmiş  lisenziyanın  ləğvi  barədə  ərizəyə  bank  tərəfindən  təsdiq  edilmiş 

ləğvetmə  planını,  ərizənin  verildiyi  gündən  etibarən  üç  ay  əvvəlki  tarixə  kənar  auditor  tərəfindən 

təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir. Maliyyə bazarlarına nəzarət orqanı ərizənin təqdim 

edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul etməlidir.  

Bankların  filiallarına  verilmiş  icazələrin  ləğvi  barədə  müraciətə  və  əlavə  edilmiş  ləğvetmə 

planına  maliyyə  bazarlarına  nəzarət  orqanı  ərizənin  təqdim  edildiyi  gündən  etibarən  ən  geci  30 

təqvim günü müddətində baxaraq, bankın müraciətinə dair qərar qəbul etməlidir.  

17.3.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  ləğvetmə  planı  və  ödəniş  qabiliyyəti  məqbul 

hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək üçün 

yetərli  miqdarda  likvid  vəsaiti olduqda,  maliyyə  bazarlarına  nəzarət orqanı tərəfindən ərizəyə dair 

müvafiq  qərar  qəbul  edilir  və  bank  və  ya  xarici  bankın  yerli  filialı  bu  Qanunun  58-ci  maddəsinin 

müddəalarına uyğun ləğv edilir. 

17.4.  Bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  barədə  ərizənin  rədd  edilməsi  haqqında 

əsaslandırılmış qərar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dərhal banka və ya təsisçi xarici 

banka və onun yerli filialına göndərilməlidir.  



 

Maddə 18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın dərc edilməsi və qüvvəyə 

minməsi  

18.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli 

nümayəndəliyinin  icazəsinin  ləğv  edilməsi  haqqında  qərarını  onu  qəbul  etdiyi  gündən  etibarən  5 

təqvim  günü  müddətində  dövlət  qeydiyyatı  və  vergi  orqanlarına  ləğvetmə  haqqında  bildiriş 

göndərməli  və  kütləvi  informasiya  vasitələrində  rəsmi  məlumat  dərc  etdirməlidir.  Bank 



lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi  haqqında  qərar,  onda 

başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.  

18.2. Bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi  haqqında 

qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin adında «ləğv 

prosesində  olan»  sözləri  əlavə  edilir  və  ona  bank  lisenziyasına  və  ya  icazəyə  əsasən  müvafiq 

fəaliyyət  növlərinin  həyata  keçirilməsi  qadağan  edilir.  Bundan  sonra  bank,  filial  və  ya 

nümayəndəlik  qanunvericiliyə  müvafiq  surətdə  bankın  və  ya  xarici  bankın  yerli  filialının  iflası 

proseduruna  başlanıldığı  hallar  istisna  olmaqla,  bu  Qanunun  tələbləri  nəzərə  alınmaqla 

qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.  

18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi haqqında maliyyə 

bazarlarına  nəzarət  orqanın  qərarından  Azərbaycan  Respublikasının  İnzibati-Prosessual 

Məcəlləsində  müəyyən  edilmiş  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayətin  verilməsi 

maliyyə bazarlarına nəzarət orqanın müvafiq qərarının icrasını dayandırmır.  

 

III fəsil. Bankların yaradılması, idarə edilməsi və daxili audit 

 

Maddə 19. Bankların təşkili  

19.1. Bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç 

hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır.  

19.2.  Siyasi  partiyalar,  ictimai  birliklər,  fondlar  və  digər  qeyri-kommersiya  təşkilatları  bankın 

səhmdarı ola bilməzlər.  

19.3.  Bank  yalnız  adlı  səhmlər  buraxa  bilər.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin 

106-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın imtiyazlı səhm sahibləri səs 

hüququna malik ola bilməzlər.  

19.4.  Bankın  təsisçiləri  olan  səhmdarları  onun  sonrakı  səhmdarlarına  nisbətən  hər  hansı  əlavə 

üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.  



 

Maddə 20. Bankın nizamnaməsi və reqlamenti  

20.1.  Bankın  təsisçiləri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq, 

nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər maliyyə bazarlarına 

nəzarət orqanın qabaqcadan yazılı icazəsi ilə edilir.  

20.2.  Hər  bir  bank  onun  nizamnaməsinə  uyğun  olaraq,  bu  Qanunla  müəyyən  edilmiş  qaydada 

təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:  

20.2.1. bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati şöbələri, 

onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;  

20.2.2.  bankın  idarəetməsi  və  nəzarəti  altında  olan  şöbələrin  və  bölmələrin  rəhbərlərinin 

vəzifələri;  

20.2.3. daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;  

20.2.4.  bankın  inzibatçılarının  və  struktur  bölmələrinin  rəhbərlərinin  bank  fəaliyyətinin  həyata 

keçirilməsi üzrə səlahiyyətləri;  

20.2.5.  filial  və  şöbələrin  inzibatçılarının  vəzifəyə  təyin  və  azad  edilməsi  qaydaları,  habelə 

onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.  

20.3. Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş 

daxili  reqlamenti,  habelə  bankın  bank  fəaliyyəti  ilə  əlaqədar  müqavilələri  imzalamaq  səlahiyyəti 

verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən maliyyə bazarlarına nəzarət orqanına bir nüsxədə 

təqdim edilir və maliyyə bazarlarına nəzarət orqanında saxlanılır.  

20.4.  Bankın  nizamnaməsində  edilən  dəyişikliklər  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsində  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınır.  Bankın  nizamnaməsində  və 

reqlamentində  edilən  dəyişikliklər  beş  təqvim  günü  müddətində  maliyyə  bazarlarına  nəzarət 

orqanına təqdim edilir.  

 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə