Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

Maddə 21. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər  

21.1.  Bank  məcmu  kapitalını,  xarici  bankın  yerli  filialı  isə  məcmu  kapitala  bərabər  tutulmuş 

vəsaitini  daimi  olaraq  maliyyə  bazarlarına  nəzarət  orqanın  banklar  üçün  müəyyən  etdiyi  məcmu 

kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, 

xarici  bankın  yerli  filialı  üçün  isə  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  strukturu, 

komponentləri  və  hesablanması  qaydası  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən 

edilir.  

21.2.  Heç  bir  bank  maliyyə  bazarlarına  nəzarət  orqanın  qabaqcadan  yazılı  icazəsi  olmadan 

səhmlərinin  satın  alınması  və  ya  səhmlərin  nominal  dəyərinin  azaldılması  zamanı  onun  dəyərinin 

ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz.  

21.3. Heç bir xarici bank maliyyə bazarlarına nəzarət orqanın qabaqcadan yazılı icazəsi olmadan 

nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu 

kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.  

21.4. Bankın  nizamnamə kapitalı  və  xarici  bankın  yerli  filialının  nizamnamə kapitalına  bərabər 

tutulan  vəsaiti  səhmdarların  və  ya  xarici  bankın  yalnız  Azərbaycan  Respublikasının  milli 

valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.  

21.5.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  inzibatçıları  məcmu  kapitalın  və  ya  məcmu 

kapitala  bərabər  tutulmuş  vəsaitin  miqdarının  maliyyə  bazarlarına  nəzarət  orqanın  banklar  üçün 

müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 

25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda dərhal 

bu barədə maliyyə bazarlarına nəzarət orqanına bildiriş göndərməlidirlər.  

 

Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması  

22.1.  Hər  hansı  bir  şəxs  bankın  nizamnamə  kapitalında  mühüm  iştirak  payını,  o  cümlədən 

nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm 

iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 

faizinə,  50  faizinə  çatmasına  və  ya  bu  miqdarı  keçməsinə,  yaxud  bankın  həmin  şəxsin  törəmə 

strukturuna  çevrilməsinə  gətirib  çıxaran  iştirak  payını  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  əldə 

edə bilər.  

22.2. Bank, kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm 

iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə maliyyə bazarlarına 

nəzarət orqanına yazılı bildiriş göndərməlidir.  

22.3.  Bank,  kapitalında  mühüm  iştirak  payı  olan  hüquqi  şəxsin  kapitalında  hər  hansı  şəxsin 

mühüm  iştirak  payını  əldə  etməsindən  və  ya  artırmasından  xəbər  tutan  kimi  bu  barədə  maliyyə 

bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir.  

22.4.  Bu  Qanunun  22.1-ci  maddəsində  nəzərdə  tutulan  iştirak  payının  alınması  üçün  bankın 

səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri maliyyə bazarlarına 

nəzarət orqanına təqdim edir:  

22.4.1. həmin sahib hüquqi şəxs olduqda:  

22.4.1.1.  hüquqi  şəxsin  adı,  ünvanı,  kommersiya  fəaliyyətinin  növü  haqqında  məlumatlar,  azı 

son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə 

edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin 

nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  icazə  verən  səlahiyyətli  idarəetmə  orqanının 

qərarının təsdiqlənmiş surəti;  

22.4.1.2. həmin hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və hər bir rəhbər tərəfindən 

imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

22.4.1.3. xarici hüquqi şəxslər yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən 

edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər:  

Onun  yerləşdiyi  ölkədə  qeydiyyatdan  keçdiyini  təsdiqləyən  sənəd,  nizamnamə  (əsasnamə),  ən 

azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;  

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun 

cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;  



22.4.1.4. şəxs xarici bank olduqda, əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və 

nəzarəti  orqanı  tərəfindən  verilmiş  və  bankın  bu  ölkədə  fiziki  və  hüquqi  şəxslərdən  depozitlər  və 

digər qaytarılan vəsait cəlb etmək ilə bağlı fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu 

və  həmin  təşkilatın  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  etiraz  etmədiyini  təsdiqləyən 

arayış;  

22.4.2. həmin sahib fiziki şəxslər olduqda:  

22.4.2.1.  Soyadını,  adını,  atasının  adını  və  vətəndaşlığını,  şəxsiyyət  vəsiqəsinin  və  şəxsiyyətini 

təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun 

sahibliyində  və  ya  nəzarətində  olan  hüquqi  şəxslər  və  onların  məşğuliyyət  növü,  tərəfindən 

imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

22.4.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti 

olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-

olunmadığı  barədə  verilmiş  arayış  və  bir  və  ya  bir  neçə  maliyyə  təşkilatının  müsbət  tövsiyələri 

və/və ya bank hesablarından çıxarışlar;  

22.4.3.  həmin  şəxsin  bankların  və  ya  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat;  

22.4.4. bankların  və  başqa  hüquqi  şəxslərin  həmin  şəxsin kapitalında  mühüm  iştirak paylarının 

miqdarı haqqında məlumat;  

22.4.5.  bu  Qanunun  22.4.3-cü  və  22.4.4-cü  maddələrində  göstərilmiş  hüquqi  şəxslərin 

fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı.  

22.5. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş ərizəyə 

ən  geci  90  təqvim  günü  müddətində  baxır.  Həmin  müddət  ərzində  maliyyə  bazarlarına  nəzarət 

orqanı  ərizəyə  dair  münasibətini  banka  yazılı  surətdə  bildirməzsə,  ərizəyə  müsbət  baxılmış  hesab 

edilir. Maliyyə bazarlarına nəzarət orqanı icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:  

22.5.1. bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda;  

22.5.2.  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərləri  məqbul  və  lazımi  keyfiyyətlərə  malik 

olmadıqda;  

22.5.3. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;  

22.5.4.  mühüm  iştirak  payını  əldə  edəcək  hüquqi  şəxsin  maliyyə  vəziyyəti  qeyri-qənaətbəxş 

olduqda;  

22.5.5. iştirak payının əldə edilməsi nəticəsində bank, bank və ya bank holdinq şirkəti olmayan 

xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə;  

22.5.6.  xarici  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  xarici  banka  və  ya  xarici  bank 

holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə; 

22.5.7.  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bankla  bağlı  olacaq  xarici  banka  və  ya  xarici 

bank  holdinq  şirkətinə  onların  yerləşdiyi  ölkədə  lazımınca  nəzarət  edilmədiyinə  və  ya  həmin 

ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə, Maliyyə bazarlarına nəzarət 

orqanının və Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.  

22.6. Maliyyə  bazarlarına  nəzarət orqanın  verdiyi  icazədə  iştirak payının əldə edilməsinin  başa 

çatmalı olduğu maksimum müddət göstərilir.  

22.7.  Qabaqcadan  icazəsi  olmadan  hər  hansı  bir  şəxs  belə  iştirak  payı  əldə  edərsə,  maliyyə 

bazarlarına  nəzarət  orqanı  həmin  şəxsə  onun  bankdakı  payının  icazəsiz  aldığı  hissəsini  müəyyən 

etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.  

Mühüm  iştirak  payının  əldə  edilməsi  üçün  müəyyən  edilmiş  maksimum  müddətlərə  riayət 

edilməzsə, maliyyə bazarlarına nəzarət orqanı həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini 

müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.  

Həmin  şəxslərin  ləğv  olunmalı  hissədə  səsvermə  hüququ  səhmdarların  ümumi  yığıncağının 

iclaslarında nəzərə alınmır.  

22.8.  Bankın  kapitalında  mühüm  iştirak  payına  malik  olan  hər  hansı  bir  şəxs  ona  məxsus  səs 

hüquqlarını  və  ya  nizamnamə  kapitalındakı  payını  20  faizdən,  33  faizdən  və  ya  50  faizdən  aşağı 

səviyyəyə  endirməzdən  əvvəl  bu  barədə  maliyyə  bazarlarına  nəzarət  orqanına  yazılı  məlumat 

verməlidir.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə