Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
  1   2   3   4   5   6   7   8   9   ...   23


Banklar haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

(4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 



2008-ci il, 26 may 2009-cu il, 30 iyun 2009-cu il və 30 sentyabr 2010-cu il tarixli qanunlarla 

qəbul edilmiş dəyişikliklər və əlavələrlə) 

 

Bu  qanun  Azərbaycanda  bank  sisteminin  hüquqi  bazasının  beynəlxalq  standartlara  tam 



uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və 

kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz 

fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  bankların  təşkili,  daxili  idarəedilməsi,  fəaliyyətinin 

tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.  



 

I fəsil. Ümumi müddəalar 

 

Maddə 1. Əsas anlayışlar  

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:  

Bank—fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə 

köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.  

Bank  holdinq  şirkəti  —  bank  lisenziyasına  malik  bir  və  ya  bir  neçə  törəmə  bankı  olan, 

fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və 

nəzarət olunan şirkətdir.  

Törəmə bank — nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi 

təsisçi  banka  və  ya  bank  holdinq  şirkətinə  məxsus  olan  bankdır,  yaxud  elə  bankdır  ki,  onunla 

təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya 

bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.  

Bankın  filialı  —  hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən,  öhdəlikləri 

üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya 

bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.  

Bankın  şöbəsi—hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən,  öhdəlikləri 

üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və 

ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.  

Bankın nümayəndəliyi — hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank 

fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən 

bankın ayrıca bölməsidir.  

Bank olmayan kredit təşkilatı — qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan 

hüquqi şəxs.  

Bank lisenziyası — bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən 

depozitlər  və  ya  digər  qaytarılan  vəsaitlər  cəlb  etmək,  öz  adından  və  öz  hesabına  kreditlər 

vermək  ilə  bağlı  fəaliyyəti,  habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa 

əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.  

Bank  krediti  (bundan  sonra  kredit)—bağlanmış  müqaviləyə  uyğun  olaraq  qaytarılmaq, 

müəyyən  müddətə  (müddətin  uzadılması  hüququ  ilə)  və  faizlər  (komisyon  haqqlar)  ödənilmək 

şərti  ilə,  təminatla  və  ya  təminatsız  müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin 

şərtlərlə  pul  vəsaitinin  verilməsi  haqqında  götürülmüş  hər  hansı  öhdəlik,  qarantiya,  zəmanət, 

borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən 

hər  hansı  formada  verilmiş  vəsaitin  qaytarılmasını  tələb  etməklə  bağlı  digər  hüquq  da  kredit 

anlayışına aiddir.  

Depozit—müvafiq  müqavilə  şərtləri  ilə  faizlər  və  ya  komisyon  haqqlar  ödənilməklə  və  ya 

ödənilmədən  müştərilərin  (əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba 




köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba 

qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.  

Mühüm  iştirak  payı  —  səhmdar  kapitalının  və  ya  səsvermə  hüququnun  10  və  ya  daha  çox 

faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul 

edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.  

İnzibatçı — bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə 

bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank 

filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.  

Banka aidiyyəti olan şəxslər—bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların 

qəbul  edilməsində  iştirak  edən  digər  əməkdaşları  və  onlarla  yaxın  qohumluq  münasibətlərində 

olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, 

o cümlədən övladlığa  götürülən, qardaşı  və bacısı); bankda mühüm iştirak payı  olan hər hansı 

şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak 

payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra 

orqanlarının rəhbərləri.  

Banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət  edən  şəxslər—aralarında  bağladıqları  müqavilə 

əsasında  banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət  etməyə  hüququ  olan  şəxs;  banka  aidiyyəti 

olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyəti olan şəxsin nümayəndəsi.  

Klirinq—hesablaşmalar  sisteminin  bir  və  ya  bir  neçə  iştirakçısının  həmin  sistemin  bir  və  ya 

bir  neçə  digər  iştirakçısına  verdiyi  və  ya  onlardan  aldığı  ödəniş  məbləğləri  üzrə  yaranan 

tələblərin  və  öhdəliklərin,  onların  fərqi  olan  bir  xalis  tələb  və  ya  bir  xalis  öhdəliyə  çevrilməsi 

prosesidir.  

«Yerli» sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə, əsas fəaliyyət yeri Azərbaycan 

Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür.  

«Xarici»  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə,  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür.  

«Kredit təşkilatı»—bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.  

«Məqbul və lazımi keyfiyyətlərə malik şəxs»—vətəndaş qüsursuzluğuna malik olan, habelə, 

ictimai  mövqeyinə  görə  vicdanlı  və  etimada  layiq  sayılan  və  peşəkar  keyfiyyətləri,  təcrübəsi, 

işgüzar mənafeləri ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, müvəqqəti inzibatçısı və 

ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;  

«Vətəndaş  qüsursuzluğu»  dedikdə,  mühüm  iştirak  payının  sahibləri,  o  hüquqi  şəxs  olduqda 

onun  icra  orqanının  rəhbərləri,  habelə  bankın  törəmə  strukturlarının  rəhbərləri  üçün  qəsdən 

törədilmiş  cinayətə  görə  məhkumluğun  olmaması;  inzibatçı,  müvəqqəti  inzibatçı  və  ləğvedici 

üçün  məhkumluğunun  olmaması,  keçmişdə  mülkiyyət  əleyhinə  və  iqtisadi  fəaliyyət  sahəsində 

ağır  və  xüsusilə  ağır  cinayətlərə  görə  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  faktının  olmaması, 

müvafiq  vəzifəni  tutması  və  ya  peşə  fəaliyyəti  ilə  məşğul  olması  üzərində  məhkəmə  qərarı  ilə 

qoyulmuş  qadağanın  olmaması,  məhkəmə  qaydasında  müflis  elan  edilməsi  faktının  olmaması 

başa düşülür.  

«Prudensial»—bankın 

təhlükəsiz 

fəaliyyətinin 

təmin 

edilməsinə 



istiqamətlənmiş 

normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və 

nəzarət üsuludur.  

Bankın məcmu kapitalı (öz vəsaiti) — prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan 

kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) 

və  II  dərəcəli  (əlavə)  kapitala  daxil  olan  komponentlərin  (elementlərin)  cəmi  və  onlardan 

tutulmaların fərqidir.  

 

Maddə 2. Bank sistemi və onun hüquqi əsasları  

2.1.Azərbaycan  Respublikasının  bank  sistemi  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankından (bundan sonra mətndə—Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir.  

2.2. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının 

Konstitusiyası,  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında»  Azərbaycan 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə