Banklarin və xariCİ banklarin yerli FİLİallarinin məcburi LƏĞVİNƏ dair təLİmat



Yüklə 237,32 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü237,32 Kb.
#68458


 

   


   

   

   


   

   


   

   


BANKLARIN VƏ XARİCİ BANKLARIN YERLİ FİLİALLARININ     

MƏCBURİ LƏĞVİNƏ DAİR   

TƏLİMAT   

   

   

   

   

   

(15.04.2010-cu il tarixli dəyişikliklərlə) 

   

   

   

   

   

   

   

Bakı-2006   

  “Dövlət qeydiyyatına alınmışdır”   

Azərbaycan Respublikası   

Ədliyyə Nazirliyi   

Qeydiyyat N 3230   

  “07” iyul 2006-cı il   

     


    Nazir     

    ____________ Fikrət Məmmədov   



“Təsdiq edilmişdir”   

Azərbaycan Respublikası Mərk

Bankı İdarə Heyətinin   

  “28” iyun 2006-cı il   

        tarixli qərarı ilə     

        Protokol N 17   

  İdarə Heyətinin Sədri   

  _____________Elman Rüstəmov




 

1. Ümumi müddəalar   

1.1. 


Azərbaycan 

Respublikasının 

Mülki 

Məcəlləsinə, 



“Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  haqqında“  və  “Banklar  haqqında”  Azərbaycan 

Respublikasının Qanunlarına uyğun hazırlanmış bu Təlimat bankların və xarici bankların 

yerli filiallarının (bundan sonra- bankların) məcburi ləğvi qaydalarını müəyyən edir.   

1.2.  Bu  Təlimat  könüllü  ləğv  olunan  və    müflis  elan  olunmuş  banklara  şamil 

edilmir.     



2. Anlayışlar   

 

Bu Təlimatda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:   



Müvəqqəti  inzibatçı  –  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən 

edilmiş  əsaslarla  Mərkəzi  Bank  tərəfindən  problemli  banka  təyin  edilmiş  müvəqqəti 

idarəetməyə rəhbərlik edən şəxsdir.     

Ləğvedici  -  bankın  məcburi  ləğv  edilməsi  barədə  Mərkəzi  Bankın  müraciətinə 

əsasən  məhkəmə  tərəfindən  təyin  edilən  və  ləğv  edilən  bankın  kreditorları  ilə 

hesablaşmaları  başa  çatdırmaq  məqsədilə  ləğvetmə  prosesində  bankın  idarə  olunması 

üzrə səlahiyyətləri yerinə yetirən şəxsdir.   



Bankın  kreditoru  –  ləğv  edilən  bankın  öhdəlikləri  üzrə  ona  qarşı  tələbləri  olan 

şəxsdir.     



Aralıq  ləğvetmə  balansı  – ləğv edilən bankın əmlakının tərkibi, kreditorların  irəli 

sürdükləri  tələblərinin  siyahısı,  habelə  bu  tələblərə  baxılması  nəticələri  haqqında 

məlumatları əks etdirən və məhkəmə tərəfindən təsdiqlənmiş hesabatdır.   

Ləğvetmə balansı – kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra hazırlanan və 

məhkəmə tərəfindən təsdiqlənmiş hesabatdır.   



3. Bankın məcburi ləğvi üçün əsaslar   

3.1.  Aşağıdakı  bir  və  ya  bir  neçə  əsas  üzrə  lisenziyası  ləğv  edilmiş  bank  məcburi 

ləğv edilir :   

3.1.1. banka lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların 

yanlış olduğu müəyyən edildikdə;   

3.1.2.  bank  lisenziyasının  qüvvəyə  mindiyi  gündən  on  iki  ay  müddətində  bank 

həmin  lisenziyaya  müvafiq  olaraq  fəaliyyətə  başlamadıqda  və  ya  Mərkəzi  Bank 

tərəfindən  bankın  altı  ay  müddətində  depozitlər  və  ya  digər  qaytarılan  vəsait  cəlb 

etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;   

3.1.3.  bankın  nizamnamə  kapitalının  və  ya  məcmu  kapitalının  miqdarı  müvafiq 

olaraq  Mərkəzi  Bankın  banklar  üçün  müəyyən  etdiyi  nizamnamə  kapitalının  və  ya 

məcmu  kapitalın  (xarici  bankın  yerli  filialının  məcmu  kapitalına  bərabər  tutulmuş 

vəsaitinin) minimum miqdarından az olduqda;   

3.1.4. bank ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;   

3.1.5.  bank  idarəetməni  və  ya  cari  fəaliyyətini  etibarlı  və  prudensial  qaydada 

həyata  keçirmədikdə  və  ya  “Banklar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun, 

Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının  tələblərini  iki  dəfədən  artıq  halda 

pozduqda;   




3.1.6.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini 

həyata keçirdikdə;   

3.1.7.  Mərkəzi  Bankın  icazəsi  olmadan  bank  başqa  bankın  törəmə  bankına 

çevrildikdə;   

3.1.8. yerli  törəmə  bankı  və  ya  filialı  olan  xarici  bank  və  ya  xarici    bank  holdinq 

şirkətinin lisenziyası ləğv edildikdə;   

3.1.9. bankın yenidən təşkili Mərkəzi Bankın icazəsi olmadan həyata keçirildikdə;   

3.1.10. xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü 

olan  banka  yerləşdiyi  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanı  tərəfindən 

lazımınca  nəzarətin  təmin  edilməməsi  səbəbindən  Mərkəzi  Bank  onların  törəmə 

banklarına    nəzarəti həyata keçirə bilmədikdə;   

3.1.11.  bank  tərəfindən  bilərəkdən  Mərkəzi  Banka  yanlış  hesabat  və  məlumat 

verildiyi faktları müəyyənləşdirildikdə;   

3.1.12.  bank  tərəfindən  sonuncu  üç  hesabat  tarixinə  Mərkəzi  Banka  aylıq  hesabat 

təqdim edilmədikdə;     

3.1.13.  bank  “Banklar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  və 

Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına  uyğun  olaraq  Mərkəzi  Bankın  ona  verdiyi 

sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;   

3.1.14.  mühüm  iştirak  paylarının  sahibi  olan  bir  və  ya  bir  neçə  təsisçisinin  banka 

təsirinin  onun  etibarlı  və  prudensial  idarə  olunması  üçün  təhlükə  törədəcəyinə  əsaslar 

verən faktlar müəyyən edildikdə;   

3.1.15.  bank  ilə  mühüm  iştirak  payı  olan  xarici  bank  və  ya  xarici  bank  holdinq 

şirkəti  arasında  münasibətlər  Mərkəzi  Bankın  nəzarət  funksiyalarını  həyata  keçirməsinə 

mane  olduqda,  həmçinin  bu  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  Mərkəzi 

Bankla əməkdaşlıq etmədikdə;   

3.1.16.  mühüm  iştirak  paylarının  sahibləri  olan  fiziki  şəxslər  və  hüquqi  şəxslərin 

icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olmadıqda;   

3.1.17.  bankın  inzibatçıları  “Banklar  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun müvafiq tələblərinə cavab vemədikdə;   

3.1.18.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  daxili  idarəetmə  və  nəzarət 

prosedurları adekvat olmadıqda;   

3.1.19.  bank  biznes-planına  uyğun  fəaliyyət  göstərmədikdə,  o  cümlədən  maliyyə 

proqnozlarını yerinə yetirmədikdə.   

4. Ləğvedicilərin təyin edilməsi və tərkibi   

4.1.  Məcburi  ləğv  edilən  bankda  görüləcək  işin  həcmi  və  xarakterindən,  habelə 

bankın törəmə cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin sayından 

asılı  olaraq  bir  və  ya  bir  neçə  fiziki  və/və  ya  hüquqi  şəxsin  namizədliyi  ləğvedici 

qismində təsdiq edilməsi üçün Mərkəzi Bank tərəfindən məhkəməyə təklif olunur.       

4.2. Ləğvedici (ləvğedicilər) bu vəzifəyə onların razılığı əsasında təyin edilir.     

4.3. Aşağıdakı şəxslər bankın ləğvedicisi ola bilməzlər:   

4.3.1. banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər;   

4.3.2. Mərkəzi Bank istisna olmaqla bankın kreditorları və borcluları.     

4.4.  Ləğvedicilərin  əmək  haqlarının  ödənilməsi  şərtləri  Mərkəzi  Bankın  təklifi 

əsasında məhkəmə tərəfindən müəyyən edilir.   



4.5. Ləğvedicilər Mərkəzi Bankın işçiləri sırasından təyin edidikdə onlar ləvğetmə 

fəaliyyəti  dövründə  əsas  iş  yerində  vəzifə  öhdəliklərinin  yerinə  yetirilməsindən  azad 

edilir.  Onların  vəzifəsi,  əsas  iş  yeri  üzrə  təyin  edilmiş  əmək  haqqı  və  digər  ödənişləri 

saxlanılır.   



5. Bankın məcburi ləğvinin məqsədi və ləğvedicinin səlahiyyətləri   

5.1.  Bankın  məcburi  ləğvinin  həyata  keçirilməsində  başlıca  məqsəd  ləğv  edilən 

bankın kreditorlarının tələblərinin qısa müddət ərzində ödənilməsini təmin etməkdir.     

5.2.  Bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında  məhkəmənin 

qərarı qüvvəyə mindiyi andan bankın ləğv edilməsi prosesi başa çatanadək:   

5.2.1. bankın səhmdarlarının ümumi yığıncağının, digər idarəetmə orqanlarının və 

vəzifəli şəxslərinin əmlak və öhdəliklərin ödənilməsi barədə sərəncam vermək hüququ da 

daxil olmaqla bankın idarə edilməsi üzrə bütün səlahiyyətləri ləvğediciyə keçir;   

5.2.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər 

hüquqi qüvvəyə malik olmur;   

5.2.3.  bank  aktivlərinin  mühafizəsi  və  məhkəmə  qərarlarının  icrası  məqsədilə 

aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;   

5.2.4.  bankın  girov  (ipoteka)  məbləği    həddində  təmin  etdiyi  öhdəlikləri  istisna 

olmaqla qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.     



6. Ləğvedicilərin vəzifələri     

6.1.  Bankın  məcburi  ləğvi  dövründə  ləğvedici  (ləğvedicilər)  aşağıdakı  vəzifələri 

həyata keçirir:   

6.1.1.  bankın  aktivlərini,  o  cümlədən  bütün  əmlakını  və  sənədlərini  məhkəmə 

tərəfindən təsdiq edilmiş təhvil aktı ilə qəbul edir;   

6.1.2. bankın aktiv və passivlərinə nəzarət edir;   

6.1.3. bank işini idarə edir;   

6.1.4.  kreditorların  tələblərinin  banka  təqdim  edilməsi  qaydasını  və  müddətini 

müəyyən edir;   

6.1.5. ləğvetmə hesablarına sərəncam verir;   

6.1.6. ləğvetmə prosesini əks etdirən hesabatları tərtib edir;   

6.1.7. bankın əmlakını qanunverciliklə müəyyən edilmiş qaydada qiymətləndirir və 

zəruri hallarda bu prosesə müvafiq mütəxəssisləri cəlb edir;   

6.1.8. bankın məcburi ləğvi barədə kütləvi informasiya vasitələrində məlumat dərc 

etdirir;   

6.1.9. bankın  məcburi  ləğvi  prosesinin  başlanması  və  ləğvedicinin  təyin  olunması 

ilə əlaqədar bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir;   

6.1.10.  müştərilərə  xidmət  göstərilən  yerlərdə  bankın  ləğvi  prosesinin  başlanması 

və ləğvedicinin təyin olunması haqqında yazılı elan yerləşdirir;   

6.1.11.  bankın  adına  “ləğv  prosesində  olan”  sözləri  əlavə  edir  və  bankın 

möhürünün dəyişdirilməsini təmin edir;   

6.1.12.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankında  ləğvetmə  hesablarını  açır 

və ona hesabat verir;     

6.1.13.  bankın  sənədlərinin  və  əmlakının,  həmçinin  girov  (ipoteka)  təminatı  kimi 

qəbul etdiyi digər əmlakların saxlanılmasını təmin etmək üçün tədbirlər görür;   



6.1.14.  bankın  kreditorlarının  aşkar  edilməsi  və  debitor  borcunun  alınması  üçün 

tədbirlər görür;     

6.1.15.  məhkəmə  tərəfindən  müəyyən  olunmuş  müddətlərdə  məcburi  ləğv  olunan 

bankın  aralıq  ləğvetmə  balansı,  ləğvetmə  tədbirlərinin  və  öhdəliklərin  yerinə  yetirilməsi 

barədə hesabatı, habelə ləğvetmə balansını tərtib edir və təsdiqlənməsi üçün məhkəməyə 

təqdim edir;   

6.1.16.  ləğvetmə  prosesində  sui-istifadə  və  digər  qanun  pozuntuları  halları 

aşkarlandıqda bu barədə hüquq mühafizə orqanlarına və Mərkəzi Banka xəbər verir;   

6.1.17.  başqası  ilə  əvəz  edildiyi  bütün  hallarda  mühasibat  uçotu  və  hesabatı 

sənədlərini  və  sərəncamında  olan  bankın  aktivlərini,  habelə  bankın  ləğvi  prosesində 

ləğvedicinin bank barədə hazırladığı mühasibat uçotu və hesabat sənədlərini təhvil-təslim 

aktı əsasında yeni ləğvediciyə verir;     

6.1.18.  öz  səlahiyyətlərini  yerinə  yetirərkən  iş  prosesində  ona  məlum  olan  məxfi 

məlumatları açıqlamır;   

6.1.19.  məhkəmənin  müəyyən  etdiyi  müddətlərdə  ləvğetmə  tədbirlərinin  və 

öhdəliklərin yerinə yetirilməsi barədə məhkəməyə hesabat verir;     

6.1.20.  məcburi  ləğv  edilən  bankın  işini  tamamlayır,  kreditorlarla  hesablaşmaları 

başa çatdırır;   

6.1.21.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  bu  Təlimata  zidd 

olmayan digər səlahiyyətləri həyata keçirir.     

6.2.  Ləğvedicilər  məhkəmənin  nəzarəti  altında  və  Mərkəzi  Bankla  sıx  qarşılıqlı 

əlaqə şəraitində fəaliyyət göstərir.     



7. Ləğvedicinin işə başlaması     

7.1.  Ləğv  edilən  bankın  məcburi  ləğvini  həyata  keçirən  ləğvedici  Azərbaycan 

Respublikası  qanunlarına,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  normativ 

xarakterli  aktlarına,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktlarına  və  bu 

Təlimata müvafiq fəaliyyət göstərir.   

7.2.  Azərbaycan  Respublikası  ərazisindən  kənarda  fəaliyyət  göstərən  ləğvedici  öz 

fəaliyyətində  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  yanaşı,  ləğv  edilən  bankın 

struktur  bölməsinin  fəaliyyət  göstərdiyi  ölkənin  qanunvericiliyini  də  rəhbər  tutur.  Bu 

məqsədlə (həmçinin də xarici bankların yerli filiallarının məcburi ləğvi zamanı) qarşılıqlı 

təmsilçiliyə  malik  olan  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanı  ilə  əməkdaşlıq 

edilir.   

7.3.  Ləğvedici  ləğv  olunan  bankın  dövlət  qeydiyyatı  haqqında  məlumatın  dərc 

edildiyi  mətbuat  orqanlarında  onun  ləğv  edilməsi  və  kreditorlarının  tələblərinin 

bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Tələblərin təmin edilməsi 

məqsədilə kreditorların məcburi ləğv olunan banka müraciəti üçün verilən müddət bankın 

ləğv edilməsi haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz.     

7.4.  Ləğvedici  kreditorları  aşkar  etmək  və  debitor  borclarını  almaq  üçün  tədbirlər 

görür, habelə bankın ləğvi haqqında onun kreditorlarına bildiriş göndərir.   

7.5.  Ləğvedici  kreditorların  tələblərinin  ödənilməsi,  onların  maraqlarını  təmin 

etmək məqsədilə kreditorların tələblərinin reyestrini tərtib edir. Kreditorların tələblərinin 

reyestrində hər bir kreditor barədə, onun pul öhdəlikləri və/və ya məcburi ödənişləri üzrə 

tələblərin məbləği, hər bir tələbin ödənilməsinin növbəliyi barədə məlumatlar göstərilir.     




7.6. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvedici 

aralıq  ləğvetmə  balansı  tərtib  edir.  Balansa  ləğv  edilən  bankın  əmlakının  tərkibi, 

kreditorların  irəli  sürdükləri  tələblərin  siyahısı,  habelə  bu  tələblərə  baxılması  nəticələri 

haqqında məlumatlar daxil edilir.     

7.7.  Kreditorların  tələblərinin  reyestrinə  hesabatlarda  əks  olunmuş,  həmçinin 

müraciət olunmuş mübahisəsiz tələblər daxil edilir. Ləğv edilən banka qarşı məhkəmənin 

qanuni qüvvəyə minmiş qərarları üzrə icra sənədləri kreditorların təsdiq edilmiş tələbləri 

hesab edilir və uçota alınır.     

7.8. Ləğvedici işə başladığı gündən 2 (iki) iş günü ərzində Mərkəzi Bankda xüsusi 

ləğvetmə  (milli  və  xarici  valyutada)  hesabları  açır.  Bankın  pul  vəsaitləri  və  aktivlərin 

satışından əldə olunan bütün daxilolmalar müvafiq olaraq bu hesablara köçürülür.     

8. Ləğvetmə prosesinin mərhələləri     

8.1. Bankın məcburi ləğvi aşağıdakı mərhələlərdən ibarətdir:   

8.1.1. bankın bina və sənədləri üzərində nəzarətin əldə edilməsi;   

8.1.2. aktivlərin və öhdəliklərin inventarlaşdırılması;   

8.1.3. aktivlərin qiymətləndirilməsi və satışı;   

8.1.4. kreditorların tələblərinin təmin edilməsi.   

 



   

   



 

9. Bankın binası və sənədləri üzərində nəzarətin əldə edilməsi     

9.1.  Ləğvedici  bankın  inzibatçılarını  ləğvetmə  ilə  bağlı  məhkəmə  qərarı  ilə  tanış 

etdikdən  sonra  təhlükəsizlik  xidmətindən,  polis  orqanlarından  və  digər  mümkün 

vasitələrdən istifadə etməklə bankın binası və sənədləri üzərində fiziki nəzarəti əldə edir.     

9.2. Ləğvedici həmçinin bankın və onun struktur bölmələrinin bütün qıfıllarının və 

kodlarının,  bankın  sənədlərinə  və  əmlakına  nəzarət  məqsədilə  mühafizənin 

dəyişdirilməsini də təmin edir.   

9.3.  Bankın  ayrı-ayrı  sahələrinə  aid  qeyri-müəyyənliyin  aradan  qaldırılması  üçün 

ləğvedici  bankın  əməkdaşları  ilə  görüş  keçirir.  Görüşdə  davranış  qaydalarına  riayət 

olunmalı və məsələlər mahiyyəti üzrə araşdırılmalıdır.   

9.4.  Ləğvedici  müştərilərin  və  digər  kreditorların  telefon  zənginə  cavab  vermək 

üçün əməkdaş ayırır.   



10. Aktivlərin və öhdəliklərin inventarlaşdırılması     

10.1.  Ləğvedici  məcburi  ləğv  olunan  bankın  aktiv  və  öhdəliklərinin 

inventarizasiyasını aparır və yoxlamanın nəticəsinə uyğun olaraq akt tərtib edir.     

10.2.  Ləğv  edilən  bankın  aktivləri  nağd  pul  vəsaitlərindən,  hüquqi  və  fiziki 

şəxslərə verilmiş borclardan, bankın əmlakından və digər tələblərindən ibarətdir.   

10.3.  Bankın  aktivlərinin  yoxlanılması  çərçivəsində  bütün  nağd  vəsaitlər  sayılır. 

Milli  və  xarici  valyutada  olan  pul  vəsaitləri,  o  cümlədən  metal  pullar  ayrı  -  ayrılıqda 

yerləşdirilir.  Nağd  vəsait  hesab  olunmayan  bütün  vəsaitlər  ayrılmalı  və  aktda 

göstərilməlidir.  Daha  sonra  nağd  pul  vəsaitlərinin  qalıq  məbləği  barədə  hesabat  tərtib 

olunur  və  ayın  tarixi  göstərilməklə  iki  məsul  şəxs  tərəfindən  imzalanır  (bunlardan  biri 

ləğvedici, digəri isə onun təyin etdiyi şəxs olmalıdır).   

10.4.  Ləğvedici  kreditlərin  yoxlanılması  çərçivəsində  kredit  müqavilələrini  və 

kredit  dosyelərini  toplayır.  Bankın  məcburi  ləğv  edilməsi  barədə  məhkəmə  qərarı 

qüvvəyə  mindiyi  gündən icrası başa çatmamış kredit  müqavilələri  və onların ödənilməsi 

perspektivləri  təhlil  olunur.  Kredit  qalıqları  bankın  balans  göstəriciləri  ilə  uzləşdirilir. 

Fərq olduğu halda fərqin səbəbləri tədqiq edilir.   

10.5.  Bütün  kredit  sənədləri,  o  cümlədən  kredit  və  digər  verilmiş  borclar  üzrə 

müqavilələr siyahıya alındıqdan sonra uçot-qeydiyyat sənədləri ilə tutuşdurulur. Sənədlər 

mövcud  olmadıqda  və  ya  uyğunsuzluqlar  aşkar  edildikdə,  bu  barədə  səbəbləri 

göstərilməklə müvafiq akt tərtib edilir.     

10.6.  Bank  tərəfindən  dövriyyəyə  plastik  kartlar  emissiya  olunmuşsa,  bankın  üzv 

olduğu  prossesinq  şirkətinə  (şirkətlərə)  plastik  kartlar  üzrə  əməliyyatın  dayandırılması 

barədə  bildiriş  gönədilir.  Ləğvedici  həmçinin  həm  fiziki  şəxslərdən,  həm  də  korporativ 

müştərilərdən kredit kartlarının yığılması istiqamətində işlər aparır.     

10.7. Kreditlər üzrə ödənişlər ləğvedicinin nəzarəti altında saxlanılır.     

10.8.  Alınmış  qiymətli  kağızların  reyestri  nəzarətə  götürülür,  onların  siyahısı 

hazırlanır və reallaşdırılması üzrə işlər aparılır.   

10.9.  Ləğvedici  əmlakın  bankın  mülkiyyətində  və  ya  icarədə  olub-olmamasını 

müəyyən edir. İcarəyə  götürülmüş bütün əmlakların siyahısı tərtib olunur  və bütün icarə 

müqavilələrinin, 

aktların 

və 


qiymətləndirmənin 

nüsxələri 

götürülür. 

Bankın 



mülkiyyətində olan və olmayan əmlakların bankın fəaliyyəti üçün gərəkli olub-olmaması 

müəyyən  edilir.  Bank  işində  istifadə  olunmayan  icarəyə  götürülən  əmlaklar  barədə 

müqavilələr qanunvericiliyə müvafiq qaydada ləğv edilir.   

10.10.  Məcburi  ləğv  edilən  bankın  öhdəlikləri  bank  sənədləri  ilə  üzləşdirilir  və 

ödəniş növbəliyi üzrə kateqoriyalara bölünür. Aşkar edilmiş fərq rəsmləşdirilir.     

10.11.  Ləğvetmə  prosesinin  başlanmasından  əvvəl  bankın  balansında  öz  əksini 

tapmamış  və  inventarizasiya  keçirilən  zaman  aşkar  edilmiş  aktivlər  ləğv  edilən  bankın 

aralıq ləğvetmə balansında öz əksini tapmalıdır.     



11. Aktivlərin qiymətləndirilməsi və satışı   

11.1.  Bank  aktivlərinin  satışı  və  bankın  öhdəlikləri  üzrə  hesablaşmaların  həyata 

keçirilməsi üçün ləğvedici aktivlərin qiymətləndirilməsini təşkil edir.   

11.2.  Bankın  aktivləri  qiymətləndirilərkən  maliyyə  və  qeyri-maliyyə  aktivləri  bir 

birindən fərqləndirilir.   

11.3. Maliyyə aktivlərinə aşağıdakılar aiddir:   

  pul vəsaitləri;   

  qiymətli kağızlar;   

  kreditlər;   

  valyuta qiymətliləri.   

11.4. Qeyri-maliyyə aktivlərinə aşağıdakılar aiddir:   

  bina və tikililər;   

  nəqliyyat vasitələri;   

  mebel, avadanlıqlar və digər əmlaklar.   

11.5.  Xarici  və  milli  valyutada  olan  kağız  və  metal  pullar,  habelə  müxbir  bank 

hesabı formasında olan maliyyə aktivləri nominal dəyərlə qiymətləndirilir.   

11.6.  Qiymətli  kağızlar  qiymətli  kağızlar  bazarının  vəziyyətindən  asılı  olaraq 

qiymətləndirilir.   

11.7. Aktivlərin satışı zamanı ədalətli satışa nail olunur.     

11.8.  ”Standart”  kredit  kimi  təsnifləşdirilmiş  kreditlərin  satışı  bazar  dəyəri  ilə 

aparılır.     

11.9. Problemli kreditlər satılarkən aşağıdakı prinsiplərə əməl edilir:   

11.9.1. kredit qalıq borc (əsas məbləğ və faizlər) dəyəri ilə satılmalıdır;   

11.9.2.  borc  digər  alıcıya  satılmadıqda  müştərinin  özünə  nominal  dəyərdən  aşağı 

qiymətlə satıla bilər. Ləğvedici hər bir belə halı ləğvetmə hesabatında əsaslandırmalıdır;     

11.9.3.  problemli  kreditin  satılması  mümkün  olmadıqda  ləğvedici  girov  (ipoteka) 

əmlakının qanunvericiliyə uyğun olaraq satılması barədə tədbirlər görür.     

11.10. Qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi qanunvericiliyə uyğun həyata 

keçirilir.     

11.11. Məcburi  ləğv olunan bankın digər  debitorları bank  qarşısında öhdəliklərini 

yerinə  yetirmədikdə,  ləğvedici  girov  (ipoteka)  predmetinə  qanunvericiliyə  uyğun 

tutmanın yönəldilməsi prosedurlarına başlayır.   

11.12.    Ləğv  edilən  bankın  pul  vəsaitləri  kreditorların  tələblərini  ödəmək  üçün 

yetərli olmadıqda, ləğvedici bankın əmlakını açıq hərracda satır.     

11.13.  Satışa  çıxarılan  qeyri-maliyyə  aktivlərinin  ilkin  qiyməti  dəyişə  bilər. 

Aktivlər  hesablanmış  dəyərdən  olduqca  aşağı  qiymətlə  satıldıqda,  ləğvedici  səbəbləri 




sənədləşdirir və hesabatda göstərir.     

12. Kreditorların tələblərinə baxılması   

12.1.  Ləğv  edilən  bankın  kreditorları  tələblərinin  təmin  edilməsi  məqsədilə 

ləğvediciyə ərizə ilə müraciət edir. Ərizəyə tələbləri təsdiq edən sənədlər əlavə olunur.     

12.2.  Ləğvedici  tərəfindən  ərizəyə  daxil  olduğu  gündən  15  (on  beş)  gün  ərzində 

baxılır.     

12.3. Ərizəyə baxarkən  ləğvedici tələbin qanunuliyini  və əsaslı olmasını  yoxlayır. 

Ərizəyə  müvafiq sənədlər qoşulmadıqda, ləğvedici kreditordan  həmin sənədlərin 5 (beş) 

iş  günü  müddətində  təqdim  edilməsini  tələb  edir.  Bu  müddət  ərzində  sənədlər  müxtəlif 

səbəblərdən  (itirildikdə,  oğurlandıqda  və  ya  digər  səbəblərdən  məhv  edildikdə)  təqdim 

olunmadıqda ləğvedici bankda olan məlumatlara əsaslanaraq ərizəyə baxır.       

12.4.  Ləğvedici  kreditorların  ərizələrinə  baxdıqdan  sonra  nəticəsi  barədə  onlara 

yazılı məlumat verir. Bu məlumata aşağıdakılar daxil edilir:   

 



12.4.1.  kreditorun  və  ləğvedicinin  tam  adı  və  poçt  rekvizitləri,  habelə  cavablanan 

ərizənin tarixi və nömrəsi;   

12.4.2. ərizədəki tələb tam və ya qismən təsdiq olunduqda - təsdiq olunmuş məbləğ 

və onun ödəniləcəyi tarix;       

12.4.3.  ərizədəki  tələbə  tam  və  ya  qismən  etiraz  edildikdə  –etiraz  etmənin 

səbəbləri;   

12.4.4. məlumata qoşulmuş sənədlərin siyahısı.   

12.5. Kreditorların tələblərinə etiraz edildikdə ərizəyə qoşulmuş sənədlər ərizəçiyə 

qaytarılır.     

12.6. Tələblərin qəbul edilməsi üzrə müddət başa çatdıqdan sonra ən geci 30 (otuz) 

gün  ərizndə  aktiv  və  öhdəliklərin  inventarizayasının  nəticələrini  nəzərə  almaqla  aralıq 

ləğvetmə balansı tərtib edilir.     

12.7. Tabeli struktura malik olan bankın aralıq ləğvetmə balansı həmin bölmələrin 

aralıq ləğvetmə balansı nəzərə alınmaqla tərtib edilir.   

12.8. Ərizə ilə  müraciət edən kreditor eyni zamanda bankın borcalanı olduqda, bu 

zaman  iddiaya  (ərizəyə)  baxarkən  ləğvedici  (ləğvedicilər)  aralıq  ləğvetmə  balansı  təsdiq 

olunanadək 

təqdim 


olunmuş 

sənədlərə 

uyğun 

olaraq 


qarşılıqlı 

tələblərin 

əvəzləşdirilməsinin  aparılması  məsələsinə  baxır  və  nəticəni  aralıq  ləğvetmə  balansına 

daxil edir.     



13. Tələblərin təmin edilməsi   

13.1.  Ləğv  edilən  bankın  kreditorlarına  pul  vəsaiti  bankın  ləğvedicisi  tərəfindən 

aralıq  ləğvetmə  balansı  məhkəmə  tərəfindən  təsdiq  edildiyi  gündən  başlayaraq 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq aşağıdakı növbəliliklə ödənilir:     

13.1.1.  bankın  əmlakının  girov  (ipoteka)  qoyulması  ilə  təmin  edilmiş  öhdəliklər 

üzrə kreditorların tələbləri;   

13.1.2.  həyata  və  ya  sağlamlığa  zərər  vurulması  ilə  əlaqədar  bankın  fiziki  şəxslər 

qarşısında məsuliyyət daşıdığı kapitallaşdırılmış vədəli ödənişləri;   

13.1.3.  işdənçıxma  müavinətlərinin  və  əmək  müqaviləsi  üzrə  işləyən  şəxslərin 

əməyinin ödənilməsi, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə tələblər;   

13.1.4.  büdcəyə  məcburi  ödənişlər  və  büdcədənkənar  dövlət  fonduna  məcburi 

dövlət sosial sığorta haqları üzrə borclar;   

13.1.5. digər kreditorlar ilə hesablaşmalar.         

13.2. Hər bir növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra 

aparılır.  Növbə  yaxınlaşdıqda  kreditorun  tələbi  onun  razılığı  ilə  hesablaşmanın  pul 

formasında və/və ya əmlakın natural formasında ötürülməsi vasitəsilə təmin edilə bilər.     

13.3.  Kreditorun  tələblərinin  təmin  edilməsindən  imtina  olunduqda  bu  barədə 

kreditora yazılı məlumat    göndərilir.   

13.4.  Kreditorun  tələbinin  təmin  edilməsindən  imtina  olunduqda  və  ya  ona 

baxılmaqdan  boyun  qaçırıldıqda,  kreditor  bankın  ləğvetmə  balansı  təsdiq  edilənədək 

ləğvediciyə    qarşı iddia ilə məhkəməyə müraciət edə bilər.   

13.5.  Bankın  ləğvedicisi  tərəfindən  müəyyən  edilmiş  müddət  qurtardıqdan  sonra 

kreditorun  bildirdiyi  tələblər,  vaxtında  bildirilmiş  tələblər  ödənildikdən  sonra  bankın 

qalan əmlakından ödənilir.     

13.6. Bankın ləğvedicisi tərəfindən müəyyən edilmiş müddətdə kreditor tərəfindən 



tələb  edilməmiş,  lakin  ödənilməsi  barədə  məhkəmə  qərarı  olan  tələb  kreditorla 

hesablaşmaq üçün növbəlik qaydasında yerinə yetirilir.   

13.7. Aşağıdakı hallar kreditorun tələbinin ödənilmiş hesab edilməsinə əsas verir:   

13.7.1.  qəbul  edilməmiş  tələbləri  barədə  kreditor  bankın  ləğvetmə  balansı  təsdiq 

edilənədək iddia ilə məhkəməyə müraciət etmədikdə;   

13.7.2. məhkəmə qərarı ilə kreditora tələbinin ödənilməsindən imtina edildikdə.   

13.8.  Bankın  dəyərinin  onun  kreditorları  üçün  artırılması  məqsədilə  ləğvedici 

bankın satılması və ya ayrı-ayrı aktivlərin və öhdəliklərin satılması barədə Mərkəzi Bank 

qarşısında vəsatətlə çıxış edə bilər.   

13.9.  Kreditorun  və  ləğv  edilən  bankın  qarşılıqlı  öhdəlikləri  olduqda,  aşağıdakı 

hallarda tələblərin əvəzləşdirlməsinə yol verilir:   

13.9.1. müddəti başa çatmış qarşılıqlı öhdəliklər olduqda;   

13.9.2.  öhdəliyin  birinin  icra  müddəti  hələ  başa  çatmadıqda,  lakin  bu  tələbə 

hüququ olan tərəf əvəzləşdirməyə tərəfdar olduqda.       

13.10.  Tələblərin  əvəzləşdirilməsinin  yol  verilmədiyi  hallar  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur.     

13.11. Tələblərin əvəzləşdirilməsi zamanı aşağıdakılara riayət olunmalıdır:   

13.11.1. heç bir öhdəlik iddialı olmamalı;   

13.11.2. əvəzləşdirmə yazılı surətdə razılşdırılmalı;   

13.11.3.  müxətlif  valyutalarda  olan  öhdəliklərin  əvələşdirilməsi  həmin  günə 

Mərkəzi Bankın rəsmi məzənnəsi ilə aparılmalı.   

13.12.  İstisna  hal  kimi  bankın  debitoru  tərəfindən  likvid  əmlak  vasitəsilə  borcun 

ödənilməsinə  yol  verilə  bilər.  Bu  halda  banka  verilməli  olan  əmlakın  həmin  tarixə 

müstəqil  qiymətləndiricilər  tərəfindən  qiymətləndirməsi  barədə  akt  olmalı  və  əmlakın 

dəyəri borcun ümumi dəyərindən az olmamalıdır.     

13.13.  Ləğvedici  tərəfindən  qəbul  edilmiş  öhdəliklərin  kreditorlardan  asılı  olan 

səbəblərdən  (kreditorla əlaqə saxlamaq  mümkün olmadıqda  və  ya o, banka  gəlmədikdə) 

yerinə  yetirilməsi  mümkün  olmadıqda,  ləğvedici  müvafiq  öhdəliklər  qrupu  üzrə 

hesablaşmalar qurtardıqdan sonra kreditora ödənilməmiş  məbləği qanunvericiliyə  uyğun 

olaraq notariusun depozit hesabına köçürür.     

13.14.  Bankın  nizamnaməsində  digər  hallar  nəzərdə  tutulmadıqda,  onun 

kreditorları  ilə  hesablaşmalar  başa  çatdıqdan  sonra  ləğvedici  yerdə  qalan  əmlakı  bankın 

səhmdarları arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bölüşdürür, bu şərtlə ki, 

səhmdarlar  buna  öz  razılığını  bildirsinlər.  Razılıq  əldə  edilib-edilməməsindən  asılı 

olmayaraq,  məcburi  ləğv  edilən  bankın  kreditorları  ilə  hesablaşmalar  başa  çatdıqdan 

sonra  ləğvedici  ləğvetmə  balansını  tərtib  edir  və  təsdiqlənmək  üçün  məhkəməyə  təqdim 

edir.       

14. Ləğvedicinin Mərkəzi Bankla əməkdaşlığı   

14.1. Bankın məcburi ləğvi dövründə ləğvedici Mərkəzi Bankla sıx qarşılıqlı əlaqə 

qurmaqla  fəaliyyət  göstərir.  Ləğvedici  öz  fəaliyyəti  haqqında  Mərkəzi  Banka  onun 

müəyyənləşdirdiyi  formada  və  müddətlərdə  hesabat  verir,  habelə  Mərkəzi  Bankın  tələb 

etdiyi sənədləri və informasiyanı təqdim edir.   

14.2.  Ləğvedici  məcburi  ləğv  tədbirlərini  həyata  keçirərkən  aşağıdakılardan  hər 

hansı birinin mövcudluğunu aşkar etdikdə bank barəsində iflas proseduruna başlanmasına 



dair əsaslandırılmış vəsatətlə Mərkəzi Banka müraciət edir:   

14.2.1.  bankın  məcmu  kapitalının  miqdarı  banklar  üçün  müəyyən  edilmiş  məcmu 

kapitalın  minimum  miqdarının  25  (iyirmi  beş)  faizindən  və  ya  məcmu  kapitalın 

adekvatlıq əmsalı 3 faizdən az olduqda;   

14.2.2. bank öz  maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda  yerinə  yetirməyə 

qadir olmadıqda;   

14.2.3. bank  vaxtı çatmış  maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli 

sürüldükdə ödəməyə qadir olmadıqda.   



15. Ləğvedicinin məhkəmə orqanları ilə əlaqəsi     

15.1.  Ləğvedici  bankın  məcburi  ləğvi  prosesində  bu  Təlimata  uyğun  olaraq 

məhkəmə  orqanları  ilə  əməkdaşlıq  edir,  məhkəmə  icraatında  etibarnaməsiz  bankı  təmsil 

edir, tələb olunan prosessual hərəkətləri həyata keçirir.       

15.2.  Məhkəmə  orqanlarına  müraciət  qaydalarında  və  bu  Təlimatda  nəzərdə 

tutulmayan  hallarda  məhkəmə  orqanları  ilə  iş  prinsipləri,  o  cümlədən  məhkəməyə 

müraciət halları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.     

16. Məcburi ləğv prosedurunun başa çatması   

16.1. Ləğvedici bankın ləğvini başa çatdırdıqdan və müvafiq hesabatı məhkəməyə 

təqdim  etdikdən  sonra  məhkəmənin  qərarı  ilə  öz  vəzifəsindən  azad  edilir.  Bankın 

mühasibat  və  digər  sənədləri  məhkəmənin  qərarına  əsasən  bankın  səhmdarlarına  və  ya 

digər  idarəetmə  orqanlarına,  habelə  qanunvericiliyə  müvafiq  qaydada  Dövlət  Arxivinə 

təhvil verilir.   

16.2. Bank barəsində məcburi ləğv prosedurunun başa çatmasına dair məhkəmənin 

qərarı hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqana    göndərilir.   



17. Yekun müddəalar     

17.1.  Bu  Təlimatla  tənzimlənməyən  məsələlər  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun həll edilir.   

17.2. Bu Təlimat dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.     



Yüklə 237,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə