Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   20   21   22   23   24   25   26   27   ...   134

 
52 
vannaya  tullandığı  göstərilirdi  və  dedim  ki,  bu  heç  də  «real  həyat»  deyil. 
Mən kabel və veriliĢ televiziyalarına, valideynlərin  məhz uĢaqların baxdığı 
veriliĢlərə nəzarət etməsinə köməklik göstərmək üçün öz texnologiyalarının 
bütün gücündən istifadə etmələrini təklif etdim. 
Siz  yəqin  ki,  düĢündünüz  ki,  mən  Kotton  Ana  (RazılaĢan  Ana-
tərcüməçi)  kimi  hərəkət  etdim.  Mənim  çıxıĢıma  cavab  olaraq  bir  qəzet 
redaksiya  məqaləsi  dərc  etdi.  Burada  deyilirdi  ki,  hökumət  heç  bir  halda 
veriliĢi  nizamlamamalıdır.  Baxmayaraq  ki,  heç  mən  özüm  də  bunu  təklif 
etməmiĢdim.  Reportyorlar  yazırdı  ki,  ümummilli  seçkiqabağı  kampaniya 
intizarı  ilə  mən  həyasızcasına  üzümü  mərkəzə  tərəf  çevirmiĢəm.  Ofisimə 
tərəfdarlarımızdan  Ģikayət  ifadə  edən  məktublar  gəlməyə  baĢladı.  Onlar 
mənə  guya  BuĢun  kursuna  qarĢı  çıxıĢ  etmək  üçün  səs  vermiĢlər,  mən  isə, 
demə, deyingən tənqid alüdəçisindən baĢqa bir Ģey deyilmiĢəm. 
Lakin  tanıdığım  valideynlər,  istər  onlar  liberal  ya  mühafizəkar  olsun, 
Ģikayətlənirlər ki, mədəniyyət kobud, primitiv olmuĢdur. O hər Ģeydən əvvəl 
maddi dəyərləri və ləngimədən həzzi, intimliliyə əks olaraq aqressiv seksual 
yönümü  təbliğ  edir.  Bəlkə  də,  onlar  dövlət  senzurası  qoyulmasının 
əleyhinədirlər,  ancaq  istəyirlər  ki,  onların  təĢviĢinə  diqqət  verilsin,  onların 
rəyi  nəzərə  alınsın.  Mütərəqqi  siyasətçilər  köhnə  dəbli  retroqradlar  kimi 
görünməmək  üçün  problemin  mövcudluğunun  belə  etirafından  imtina 
etdikdə, valideynlər bunu edəcək alamlara, o liderlərə tərəf çevriləcəkdir ki, 
onlar  heç  bir  müqəddəs  həyəcan  keçirmədən  konstitusiya  müddəalarına 
yanaĢır. 
Bəli,  söhbət  mədəniyyət  sahəsindəki  problemlərdən  getdikcə 
konservatorlar da səhvlərə yol verirlər. Götürək elə ofis iĢçilərinin əməyinin 
ödənilməsini,  1980-cı  ildə  orta  statistik  icraçı  direktor  (CEO)  orta  statistik 
saat  qaydasında  vaxtamuzd  iĢləyən  fəhlədən  qırx  iki  dəfə  artıq  maaĢ  alırdı. 
2005-ci  ilə  bu,  262-nin  1-ə  nisbətinə  bərabər  oldu.  «Uoll-strit  cornal» 
redaksiyasının  da  mənsub  olduğu  mühafizəkarlar  cəbhəsi  bu  astronomik 
məbləğə  və  nəhəng  aksioner  cəmiyyəti  payının  ayrılmasına  istedadlı 
rəhbərlərin  cəlb  edilməsi  ilə  haqq  qazandırır  və  təkid  edir  ki,  dövlətin 
iqtisadiyyatı, ĢiĢman və gözəl top-menecerlər sükan arxasında olduqca daha 
yaxıĢ  fəaliyyət  göstərir.  Lakin  rəhbər  həlqənin  gəlirlərinin  belə  kəskin 
artması  heç  də  iqtisadi  göstəricilərin  yaxĢılaĢması  ilə  əlaqədar  deyildir. 
Məsələ  baĢqa  cürdür,  –  ən  yüksək  maaĢ  alan  rəhbərlər  son  illərdə  öz 
Ģirkətlərinin  gəlirinin  artması  iĢində  ciddi  müvəfəqiyyətsizliklərə  yol 
vermiĢlər,  onların  səhmlərinin  dəyəri  azalmıĢ,  kütləvi  iĢdən  çıxarılmalar, 
pensiya fondalarının həcmlərinin kiçilməsi baĢ vermiĢdir. 
Rəhbərliyin  gəlirlərinin  artması  heç  də  bazar  iqtisadiyyatının  tələbləri 
ilə deyil, mədəniyyətlə Ģərtlənir. Orta statistik fəhlənin gəliri praktiki olaraq 


 
53 
artmayan  bir  vaxtda  rəhbər  həlqədən  olan  adamların  çoxu,  ram  edilmiĢ, 
onlara  güzəĢtə  gedən  Ģirkət  Ģuralarının  icazə  verdiyi  hər  Ģeyi həya  etmədən 
ciblərinə  qoyur.  Amerikalılar  özlərinə  hesabat  verirlər  ki,  belə  acgözlük 
etikası  bizim  ictimai  həyatımız  üçün  nə  qədər  zərərlidir.  Bu  yaxınlardakı 
icmallardan  birində  onlar  dövlət  strukturlarında  və  biznesdə  olan 
korrupsiyanı, tamahkarlığı və maddi rifaha can atmanı ölkə qarĢısında duran 
üç  ən  ciddi  problemdən  ikisi  adlandırmıĢlar.  (Birinci  problem  isə  düzgün 
dəyərlər sistemində uĢaqların tərbiyə problemidir). Mühafizəkarlar, bəlkə də, 
rəhbərlərin  pulla  mükafatlandırılması  miqdarının  müəyyən  edilməsi 
sisteminə  hökumətin  müdaxilə  etməməsini  tələb  edəndə  düzgün  hərəkət 
edirlər.  Lakin  həm  də  bu  zaman  onlar  heç  olmazsa  direktorlar  Ģurasının 
iclasında  layiq  olmayan  davranıĢlar  əleyhinə  bir  söz  deməli  idilər.  YaxĢı 
olardı ki, onlar rep danıĢığının ədəbsizliyi üstünə düĢdükləri bir qəzəblə bu 
məsələyə də münasibət bildirəydilər. 
Əlbəttə  «kilsə  minbərindən»,  onlar  prezident  vəzifəsini  belə 
adlandırırlar,  hər  Ģeyi  demək  mümkün  deyildir.  Bəzən  yalnız  qanun  tam 
Ģəkildə bizim hüquqlarımızı, məsələn, söhbət bizim cəmiyyətdə əlacsız olan 
haqlarımızdan və imkanlarımızdan gedəndə, müdafiə edir. Həm də irqi ayrı-
seçkiliyə  son  qoymaq  cəhdlərində  də  bu  bir  həqiqətdir.  Özü  də  vətəndaĢ 
hüquqları  erasında  amerikalıların  ürəklərində  və  zəkalarında  gedən 
dəyiĢiklərdəki  mənəvi çağırıĢlar kimi vacibdir, bu, «Cim  Krou epoxası»na, 
zəncilərin ayrı- seçkiliyinə son qoymaqla və irqlər arasındakı münasibətlərin 
inkiĢafında  yeni  mərhələnin  baĢlanğıcı  olmaqla,  həmin  illərdə  kulminasiya 
nöqtəsi  rolunu  oynayan  Ali  Məhkəmədəki  «Braun  təhsil  məsələləri  üzrə 
Ģuraya qarĢı» iĢi ilə, «VətəndaĢ hüquqları» haqqındakı 1964-cü il qanunu və 
həmçinin  «Səsvermə  hüquqları»  haqqındakı  1965-ci  il  qanunu  ilə  ifadə 
edildi.  Bu  qanunlar  uzun  müddət  müzakirə  edilmiĢdi.  Elə  adamlar  tapılırdı 
ki,  onlar  israr  edirdilər  ki,  dövlət  vətəndaĢ  cəmiyyətinin  həyatına  müdaxilə 
etməməlidir, guya ki, heç bir qanun ağları qaralarla birləĢməyə məcbur edə 
bilməz.  Bu  dəlilləri  eĢidən  Martin  Lyuter  Kinq  demiĢdi:  «Əlbəttə,  qanun 
adamı məni sevməyə məcbur edə bilməz, lakin məni onun linç etməsindən 
qoruya bilər və mən düĢünürəm ki, bu həmçinin daha vacibdir».  
Bizim istədiyimiz belə cəmiyyətin qurulması bəzən həm mədəniyyətin, 
həm  də  hökumətin  fəaliyyətinin  transformasiyasını,  baĢqa  sözlə  dəyərlər 
sistemində  və  siyasi  strategiyada  dəyiĢikliklər  aparılmasını  tələb  edir.  Elə 
bizim  Ģəhərlərin  kasıb  rayonlarındakı  məktəblərin  vəziyyətini  götürək.  Çox 
miqdarda  pul  xərcləmək  olar.  Ancaq  nə  qədər  ki,  valideynlər  uĢaqları 
əməksevərliyə  və  mükafatı  gözləməkdə  səbirə  öyrətməmiĢlər,  onlar  yaxĢı 
oxumayacaqlar. Lakin əgər biz bir cəmiyyət kimi belə iddia etmək istəyirik 
ki,  yoxsul  rayonlarından  olan  uĢaqlar  öz  bacarıqlarını  çirkli,  sınıq-salxaq 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə