Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

PANİKA POZUNTUSU
38
Deyəsən, davam etdirsəm, yaxşı olacaq. Həkim də diqqətcil davrandı, 
vaxt ayırdı, –dedi. Onu Zeynəb xanımın fikirləri maraqlandırırdı, xüsu-
silə ödənişlə bağlı. 
Bəli, hər məsələdə kömək etməyə çalışdı, –deyə Zeynəb xanım bil-
dirdi.


39
3
Barış bəy çaşqınlıq içində 
Evə gedəndə yolda Barış bəy kəlmə kəsmədi. Zeynəb xanım bir 
neçə dəfə cəhd göstərib onu danışdırmaq istədi, ancaq əbəs yerə; Ba-
rış bəy qısa cavablar verərək söhbətdən qaçırdı. 
Zeynəb xanım, “Görəsən pul məsələsini fikirləşir?” – deyə öz-öz-
lüyündə düşündü. Çünki maddi durumları yaxşı deyildi, çətinlik-
lə dolanırdılar. Doğrudur, borcları çox deyildi. Yoldaşının əhvalını 
pozmamaq üçün bir müddət susmaq qərarına gəldi. Evə çatana kimi 
ikisi də danışmadı.
***
Yemək vaxtı Barış bəy pəjmürdə görünürdü. Həmişəkindən daha 
az yedi. Sanki həlli imkansız olan problemləri vardı, düşüncəli idi, 
hətta Özləmlə də həmişəki kimi maraqlanmamışdı. 
Zeynəb xanım “Barış əzizim”, dedi. Barış bəy heç bir reaksiya ver-
mədiyi üçün bir daha təkrarladı: 
– Barış əzizim, məni eşidirsən? 
Barış bəy diksinərək: 
– Əfəndim? Başa düşmədim, – dedi. 
– Səni çağırdım, ancaq eşitmədin. Elə bil burda deyilsən, çox fi-
kirlisən.
– Bəli, – dedi Barış bəy, – fikirlərim qarışıb, bəzi şeyləri düşünür-
düm. 
– O bəzi şeylərdən danışmaq istəyirsən? 
– Özləmi yatızdırdıqdan sonra danışsaq, yəqin daha yaxşı olar. 
– Oldu, mən qab-qacaqları yuyaram, sən də istəyirsən, Özləmlə 
bir az oyna, – Zeynəb xanım dedi.
Barış bəy Özləmi qucağına alıb qonaq otağına keçdi.
***
Barış bəy Özləmi otağına aparıb yatızdırdıqdan sonra uzun müd-
dət ona baxdı. Qızını nə qədər çox sevdiyini, onun gələcəyini fikir-
ləşdi. Sonra qonaq otağına qayıtdı. 
–Həkimin yanından çıxandan bəri fikirlisən, dinib-danışmırsan. 
Həkimin pulundan narahatsansa, qətiyyən onun fikrini eləmə. 
–Onu da fikirləşirəm, əlbəttə. Xərclərimizi bəlkə bir az azaltmalı 
BARIŞ BƏY ÇAŞQINLIQ İÇİNDƏ


PANİKA POZUNTUSU
40
olacağıq.
– Onun heç dərdini çəkmə, vacib olan sənin sağlamlığındır. Üstə-
lik bir neçə aya bəzi kredit borclarımızı da ödəyib bitirəcəyik, – dedi 
Zeynəb xanım. Səsində qayğı, nəzakət və özünə inam hiss olunurdu. 
– Sağ ol, canım.
– Bundan başqa səni nəsə narahat edir? 
– Həkim məlumat verəndə panika pozuntusunun nə qədər çox 
səbəbinin olmasından bəhs etdi, bunları eşidəndə təəccübləndim. 
Mən də təəccüb etdim, amma bəziləri mənə məntiqli gəldi, fi-
kirləşdim ki, onlar səndə də ola bilər. 
Barış bəy bir az fikirli: 
– Yol boyunca o səbəbləri və özümü fikirləşdim, hələ də fikrim 
oradadır, – dedi. – Bəziləri mənə də məntiqli gəldi, keçmiş günlərə 
qayıtdım.
– Nə məsələn? 
– Mən bunları deyəsən sənə danışmamışam. Mən balaca olanda 
anam xəstəxanada yatdı, on gün, ya da on beş gün. Yadımdadır, o 
vaxtlar “anam evə gəlsin”, deyə çox ağlamışdım. Neçə yaşındaydım, 
bilmirəm, ancaq məktəbə hələ getmirdim, – dedi Barış bəy.
– Barış əzizim, bu barədə heç nə danışmamısan. 
– Həkim ayrılıq vahiməsi deyə bir termindən, uşaqlıq çağında 
narahatlıq yaradan hadisələrdən bəhs etdi. Mənim də yadıma bu ha-
disə düşdü. 
– Haqlısan. Sən hadisələrdən tez təsirlənib bunlara görə narahat 
olan bir adamsan. 
– Doğrudur. Bu vəziyyət də sanki vahiməyə meyilli olduğumu 
göstərir.
– Bəli, bəli, həkim vahiməyə qarşı həssaslıq deyə bir anlayışdan 
da bəhs etmişdi. Düşünürəm ki, sənin vəziyyətin buna uyğun gəlir.
– Mən də belə fikirləşirəm. Bir də səbəblər arasında şəxsi xarak-
terdən də danışdı.
– Bəli, amma çox geniş danışmadı. 
– Düzdür, təfərrüatlara varmadı. Bu ayrılıq vahiməsi, vahiməyə 
qarşı həssaslıq, şəxsi xarakter kimi faktorların hamısını bir yerdə gö-
tür-qoy edib fikirləşəndə sanki bunlar mənə bir az uyğun gəlir. 
– Barış əzizim, sən bir az xırdaçı, bir az şübhə edən, hər şeyin 


41
mükəmməl olmasını istəyən bir adamsan. Həmişə ən yaxşısını, ən 
doğrusunu istəyirsən. Bir az götür-goy edəndə məncə də bu fikirlər-
də həqiqət payı var.
– Elə mən də bütün bunları fikirləşirəm. Bir də genetik faktorlar 
məsələsi narahat edir, –dedi Barış bəy. 
– Nəyə görə narahat edir?
– Bizim ailəmizdə heç kimə panika pozuntusu diaqnozu qoyul-
mayıb. Hətta psixiatrik problemi olan da yoxdur.
– Düzdür, ancaq niyə bu məsələnin səni narahat etdiyini anlama-
dım, –dedi Zeynəb xanım. 
– Belə olduğu halda, genetik faktorların rolunu başa düşə bilmə-
dim. Sən biologiya müəllimisən, bəlkə daha yaxşı başa düşmüsən.
– Barış əzizim, bəlkə diqqətlə qulaq asmamısan. Həkim bunu izah 
etdi. Genetik faktorlar dedikdə, mütləq genetik bir ötürmənin olaca-
ğını nəzərdə tutmurdu. Mən belə başa düşdüm ki, panika pozuntusu 
keçirən bir adamın uşaqlarında da bu problemın olacağı mütləq de-
yil. Hətta sən də Özləmlə bağlı sual vermişdin, xatırladınmı? 
– Bəli, indi xatırladım. Yenə də fikirləşmədən dura bilmirəm, ge-
netik faktor deyəndə birinci Özləmimiz gəldi ağlıma. Bir an tam başa 
düşə bilmədim, bəlkə də bir az qorxdum, –dedi Barış bəy. 
– Əgər istəyirsənsə, həkimin izahlarından başa düşdüklərimi qı-
saca sənə danışa bilərəm, – Zeynəb xanım sakit bir səslə dedi. 
– Yaxşı olar. Fikirlərim çox qarışıqdır.
– Panika pozuntusundakı genetik təsir, ata-anadan uşağa dərinin 
rəngi, gözün rəngi, saçın rəngi, boy kimi xüsusiyyətlərin ötürülmə-
sindən bir az fərqlidir. Mən belə başa düşdüm ki, panika pozuntu-
suyla bağlı bəzi əsas xüsusiyyətlər keçir, lakin bu xüsusiyyətlər tək 
başına bir pozuntunun yaranması üçün kifayət etmir.
– Mənim də başa düşmədiyim elə budur, həm deyilir ki, genetik 
faktorlar keçir, həm də panika pozuntusu ortaya çıxmır, – deyə Barış 
bəy Zeynəbin sözünü kəsdi. 
– Həkim çoxlu amildən bəhs etmişdi. Mən belə başa düşdüm ki, 
bu amillər təkbaşına panika pozuntusuna səbəb olmaz. Birdən çox 
amil olduğunda panika pozuntusu yaranır, – deyə Zeynəb xanım 
sözlərinə davam etdi. 
 – O zaman genetik faktorlar da təkbaşına kifayət deyil. Elə isə 
BARIŞ BƏY ÇAŞQINLIQ İÇİNDƏ


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə