Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

PANİKA POZUNTUSU
46
– Antidepressantların effektli olması üçün qanda təsirli maddənin 
miqdarı müəyyən bir səviyyədə olmalıdır. Bunu təmin etmək üçün 
də davamlı və müntəzəm bir şəkildə istifadə olunmalıdır. Panika po-
zuntusunda antidepressant vasitə ən yüksək dozada və həftədə ən azı 
altı dəfə istifadə olunduqdan sonra onun effektinin olub-olmadığını 
müəyyən edirlər. Əgər faydası varsa, ən az bir il istifadə edilməlidir.
Zeynəb xanım etiraz etdi:
– Bir il çox uzun bir vaxt deyilmi? Bunun ziyanı olmazmı? 
– Antidepressantların asılılıq yaratmadığını demişdim. Bu dər-
manlardan 25 ildir istifadə edilir və orqanlara həyati dərəcədə qalıcı 
ziyan vermədiyini bilirik. Ona görə də narahat olmaya bilərsiniz. 
– Dərmanın qəbulunu dayandıranda diqqət yetirməli olduğumuz 
hər hansı bir cəhət varmı? – deyə Barış bəy soruşdu. 
– Bəli, var, dərmanın qəbulunu nə zaman dayandırmalı olduğu-
nuza birlikdə qərar verəcəyik. Və qərar verən kimi dərmanın dozasını 
azaldaraq müəyyən vaxtdan sonra dayandıracağıq.
Barış bəy: 
– Mənə başqa dərmanlar məsləhət görmədiniz. Onların hansı xü-
susiyyətləri var? – deyə soruşdu. 
– Digər iki qrupdan biri vahiməni aradan qaldırmaq üçün olan 
dərman qrupudur. Bu qrupdakı dərmanlar o andakı vahimə əlamətlə-
rinə təsir edə bilər, lakin uzun müddətli qalıcı bir faydası olmaz. Hət-
ta bir anlıq yaxşılaşma hissi nəticəsində psixoterapiyaya başlamağı 
gecikdirə, buna mane ola bilər. Beləliklə yaxşılaşmanızı da gecikdirə 
bilər. Əsl vacib olan məqam, bu dərmanların yan təsirləridir. Ən vacib 
yan təsiri, asılılıq yaratma riskidir. Heç kim sizin asılı vəziyyətə düş-
məyinizi istəməz. Üstəlik bu qrupdakı dərmanlar reflekslərinizdə də 
yavaşlamaya səbəb ola bilər.
– Asılılıq yaratmayan vahimə dərmanı yoxdurmu? 
– Asılılıq yaratmayan vahimə dərmanı da var, lakin onun təsiri 
üç həftədən sonra başlayır. Bəzi antidepressant dərmanların və anti–
psixotik adı verilən qrupda yer alan bəzi dərmanların kiçik dozala-
rı da vahimədə effektiv olur. Bunlardan başqa digər dərman qrupu, 
vahimənin fiziki simptomlarından olan ürək döyüntülərinin artması 
və titrəmə əleyhinədir. Hələlik bu dərmanların sizin üçün lazımlı ol-
duğunu düşünmürəm. Gözləyirəm ki, dərmanların təsirini görəsiniz. 


47
Yenə də tək başına kifayət etməyə bilər. Sizi bu qədər tez-tez çağırma-
ğın səbəbi budur. Burada biz daimi bir yaxşılaşmanı təmin etməliyik.
– Psixoterapiya ilə? – deyə Zeynəb xanım müdaxilə etdi.
 Həkim yenə qısa bir fasilə verdi. İstəyirdi ki, həm dolğun məlumat 
versin, həm də səhv bir şey deməsin. Deyəcəyi şeylər həm səhv başa 
düşülməməli, həm də həddindən artıq ümid verməməklə birlikdə 
ümidsizliyə də yol açmamali idi. 
– Təcrübədə çoxlu müxtəlif psixoterapiya üsullarından istifadə 
olunur. Pozğunluğa, əlamətlərin xüsusiyyətinə və hatta insanın xa-
rakterinə görə qərar verilir ki, bunlardan hansı tətbiq olunsun. Panika 
pozuntusunda ən çox faydalı psixoterapiya üsulu koqnitiv davranış 
terapiyasıdır. Bu terapiyada panikanın insanı necə aldatdığını, hiss və 
düşüncələr sayəsində fiziki simptomların səhv qiymətləndirildiyini, 
bir panika tutmasından necə yaxa qurtarılacağını mərhələ-mərhələ 
görəcəyik.
– Bu nə vaxt başlanacaq? – deyə Zeynəb xanım soruşdu. 
– İki həftə sonra ola bilər. Bu müddət sizə bir az uzun gələ bilər, 
lakin panika tutmasının əsas simptomları barədə danışmaq istəyirəm. 
Barış bəy özü və panika tutması ilə əlaqədar nə qədər çox şey bilərsə, 
panika tutmasının öhdəsindən o qədər uğurla gələ biləcək.
Həkim Barış bəyə üzünü tutub: 
– Panika pozuntusunda məncə iki məqam çox vacibdir. Birincisi, 
adam istəməsə heç kim ona kömək edə bilməz. İkincisi, “Uzunmüd-
dətlı azadlıqmı yoxsa bir anlıq rahatlama?” arasında seçim etmək la-
zımdır. Bu bizim qızıl qaydamız olmalıdır. Psixoterapiya ilə uzunmüd-
dətli və daimi azadlığı təmin etməyə çalışacağıq, bir anlıq rahatlama 
isə vahimə əleyhinə dərman preparatları və ya qurtulma davranışıyla 
təmin edilə bilər. İndi burada olduğunuza görə düşünürəm ki, uzun 
müddətli azadlığı seçirsiniz. Nə deyirsiniz, Barış bəy? 
– Bəli, mən də müvəqqəti deyil, daimi bir həll istəyirəm.
– Müalicə müddəti ərzində sizi enişlər, yoxuşlar gözləyir. Buna ha-
zır olun ve cəsarətinizi itirməyin. Bu, təbii bir prosesdir. Vacib olan, 
tutmaların təkrarlanma tezliyi, davam etmə müddəti və simptomların 
şiddətinin tədricən azalması və zamanla keçib getməsidir.
Həkim Barış bəyə və Zeynəb xanıma nəzər saldı, suallarının olma-
dığına əmin olub sözlərinə davam etdi: 
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ


PANİKA POZUNTUSU
48
– Bu məlumatlardan sonra sizdən soruşmaq istəyirəm ki, panika 
tutmalarınız gündəlik həyatınıza necə təsir edib?
Barış bəy bir az dikələrək:
– Mən hələ panika tutmalarımın olduğunu qəbul etməkdə çətinlik 
çəkirəm. Yeni bir tutmanın olacağına dair bir qorxu, son dərəcə böyük 
bir narahatlıq içindəyəm. Ümumiyyətlə dilxoram.
Həkim başı ilə təsdiqlədi: 
– Qəfil və gözlənilməz bir problemi qəbul etmək hamı üçün çə-
tindir. Üstəlik bu, əgər çox narahatedici və qorxulu bir problemdirsə, 
daha da çətindir. İlk panika tutması çox narahat şok təsiri yarada bilər. 
“Bu haradan çıxdı”, deyib çox təəccüblənə bilərsiniz. Bu ilk tutmanın 
mənfi təsiri illərlə davam edə bilər. İlk tutmadan sonra qətiyyən bir 
daha hər hansı tutmanın baş verməsini istəmirsiniz. O biri tərəfdən bu 
tutmanın qorxulu olduğunu, qəflətən, öz-özünə və gözlənilmədən baş 
verdiyini də bilirsiniz. Bu da sizdə yeni bir qorxu yaradır – yeni bir tut-
ma olma qorxusu. Gücünüzün azaldığını hiss edə bilərsiniz. Səbəbini 
bilmədən, asanlıqla və qəfildən qıcıqlana biləcəyinizi düşünə bilərsi-
niz. Artıq həssas bir insana çevriləcəksiniz. Xüsusilə ilk panika tutma-
sından sonrakı günlər və həftələr çox qanqaraldıcı keçə bilər. Panika 
tutmaları haqqında kifayət qədər məlumatınız olmadığı üçün panika 
zamanı yaranan çaşqınlıq hissi ilə “Ölürəmmi? Dəlimi oluram?” kimi 
hiss və fikirlərin yaranmasını başa düşmək elə də çətin deyil. Bunu 
bilməlisiniz ki, heç kim panika tutmasına görə ölməyib və ya dəli ol-
mayıb. Heç bir kitabda da belə bir məlumata rast gələ bilməzsiniz. 
– Həkim, mən internetdə intiharların artmasına dair bir şey oxu-
muşdum, – deyə Zeynəb xanım bildirdi. 
– Elə bir şey eşidə və ya oxuya bilərsiniz. Bildiyim qədər, intiharla 
panika tutması arasında elə bir əlaqə yoxdur. Bəzi insanlar öz-özlə-
rini müalicə etməyə cəhd edərək içkiyə əl atırlar. Bəlkə içkiyə aludə 
olduqları üçün bu baş verir. Məlumdur və belə hesab edilir ki, panika 
pozuntusu ilə içki aludəçiliyi arasında bir əlaqə var. Bəzi insanlar da 
narahatlığı aradan qaldırmaq üçün dərmanlara üz tutur. Bu cür cəhd-
lər faydalı olmamaqla yanaşı başqa sağlamlıq problemlərinə də gətirib 
çıxara bilər. 
Həkim bir az fasilə verdi. Barış bəy və Zeynəb xanımı bezdirmək 
istəmirdi. Üzünü Barış bəyə tutaraq: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə