Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.

səhifə14/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

49
– Tutmalarınız işinizə təsir etdimi? – deyə soruşdu. 
– Xeyr, – dedi Barış bəy. – İşimi sevirəm, əvvəlki kimi davam 
edirəm. Ancaq gedib gələndə və dərsdə “Birdən indi bir tutma halı 
baş verərsə?”– kimi hiss və fikirlərə qapılıram. Bəzən fikrimi cəmləş-
dirməkdə çətinlik çəkirəm.
– İşinizə təsir etməməsi yaxşı bir xəbərdir, –dedi həkim. – Tutma 
bəzi insanların işinə təsir etdiyi halda bəzilərı adi həyat ritmini davam 
etdirə bilirlər. Digər tərəfdən həddindən artıq təlaşlı olmaq hər kəs 
üçün fikrini cəmləşdirməkdə çətinlik yarada bilər. Gündəlik işlərində 
uğursuzluğa səbəb ola bilər; lakin bu müvəqqətidir. Barış bəy, panika 
tutmaları sizin həyatınıza mənfi təsir edib və siz qorxursunuz. Bun-
ların hamısı mənfi şeylərdir. Bir fikirləşin görək, panika tutmalarının 
sizə görə müsbət bir cəhəti varmı?
Barış bəy bir az fikirləşdi. Müsbət bir şeylər tapmağa çalışdı, ancaq 
mümkün deyildi. On bir gündür həyatı dözülməz omuşdu. Yeganə 
qızı ilə belə əvvəlki kimi oynamır, ona qayğı göstərə bilmirdi. Beyni 
elə–hey məşğul idi və demək olar ki həmişə mənfi şeylər gəlirdi ağı-
lına. Üstəlik daim bir qorxu var idi. “Həkim görəsən bunu bilə-bilə 
soruşdu, yoxsa elə-belə?” – deyə ürəyində fikirləşdi. 
– Xeyr, bu qədər mənfi əlamətlərinin olduğu və üstəlik bunların 
hamısının mənim başıma gəldiyi halda, müsbət bir təsirinin olduğunu 
düşünmürəm, – dedi. 
– Belə fikirləşməkdə haqlısınız. Bu cavabınız heç də qəribə olma-
dı. Lakin bu tutmalar baxış bucağınızı dəyişdirə bilər. Tutmaların sizi 
qorumaq məqsədli reaksiyalar olduğunu unutmayın. Əvvəldə “qaç və 
ya mübarizə apar” reaksiyasından bəhs etmişdim. Bunlar sizi tədricən 
daha da gücləndirəcək. Məsələn, özünüzlə bağlı hiss və fikrilərinizə 
daha yaxından bələd olacaqsınız. Dəf etmə bacarığınız artacaq.
– Bilmirəm, – dedi Barış bəy. – İndi mən bunun elə də müsbət 
tərəfini görmürəm, müəyyən vaxt keçəndən sonra nə olacaq deyə bil-
mərəm.
Həkim bir an dayanıb hər ikisinə baxdı. Sakitcə qulaq asırdılar, 
deyəsən başa düşmüşdülər. Diqqətləri dağılmamışdı. Bu dəfə üzünü 
Zeynəb xanıma tutaraq: 
– Zeynəb xanım, siz xəstənin yaxını və həyat yoldaşı kimi məndən 
nəsə soruşmaq istəyirsiniz? Hansı çətinlikləriniz var? 
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ


PANİKA POZUNTUSU
50
– Doğrusu, nə edəcəyimi, necə davranacağımı bilmirəm. Belə bir 
vəziyyətlə ilk dəfədir qarşılaşıram. Bilirəm, xəstə olmaq çətindir, lakin 
xəstənin qohumu olmaq da çətindir. Yoldaşımın nə hiss etdiyini də 
tam mənasıyla bilmirəm. Özümü çarəsiz hiss edirəm.
Həkim bu dəfə Barış bəyə üzünü tutub: 
– Panika tutması keçirən bir adam kimi siz nə hiss edirsiniz, Barış 
bəy? – soruşdu. 
Barış bəy bir an düşündü. Görəsən hiss etdiyi hər şeyi bütün çıl-
paqlığıyla deməlidirmi? Utandığını, gizlətdiyini deməlidirmi? Sonra 
qərar verdi ki, həkimə hər şeyi danışmalıdır, bunu öz yaxşılığı üçün 
etməliydi: 
– Bunu demək asan deyil, ancaq fikirləşirəm ki, səhv bir hərərkət 
etdiyim üçün panika tutması keçirdim. Buna görə sanki özümü gü-
nahkar hiss edirəm. Məktəbdəki müəllim yoldaşlarım vəziyyətimi 
bilmir, onlara demədiyim üçün də həmçinin özümü günahkar hesab 
edirəm. Bəzən axmaq və ya qəribə hərəkətlər edə bilərəmmi, deyə fi-
kirləşirəm. Qorxuram ki, onlar məni ələ salsınlar və ya dəli kimi bax-
sınlar. Bunun üçün də gizlədirəm. Ancaq o biri tərəfdən içimdə elə bir 
hiss var ki, sanki onları aldadıram. Onların yanında mümkün olduqca 
yaxşı görünməyə çalışıram. Bir tərəfdən qorxum var ki, birdən müəl-
limlər otağında və ya sinifdə panika tutması baş versə necə olar?
Hər ikisi də danışanda həkim başı ilə təsdiqləyirdi: 
– Zeynəb xanım, icazənizlə, əvvəl Barış bəyin vəziyyətindən başla-
maq istəyirəm.
– Əlbəttə, buyurun. Onun vəziyyəti daha vacibdir. 
– Panika tutması keçirənlərdə tez-tez müşahidə olunan xüsusiy-
yətlərdən biri onların panika tutmasını gizlətməyə meyilli olmaları-
dır. Panika tutması keçirdikləri üçün utanıb özlərini günahkar hiss 
edə bilərlər. Başqalarının onların bu vəziyyətlərini sezmələri məsələ-
sində daha həssas davrana, vahimələnə bilərlər. Panika pozuntusu 
olan insanlar özləri üçün etibarlı bir adam, etibarlı bir məkan və ya 
etibarlı bir bölgə seçə bilərlər. Çətinliklə qarşılaşdıqları zaman onlara 
dərhal kömək edilməsini, etibar etdikləri adamın yanlarında olmasını 
istəyərlər. Sizinlə eyni yaşlarda bir müəllim xəstəm vardı. Yay ayların-
da vaxtını əsasən xəstəxana dəhlizi və ya xəstəxananın kafeterisində 
keçirərdi. Çünki bu yerlər, başına pis bir hadisə gəldiyi təqdirdə dərhal 


51
kömək ala biləcəyi yerlərdi. Panika tutması keçirənlərdə belə bir fikir 
yarana bilər ki, bu hal onlar huşunu itirənə, dəli olana və ya infarkt ke-
çirənə qədər davam edə bilər. Siz belə olmayacağını bilirsiniz, çünkü 
qarşılaşmısınız. Bu cür fikirlər tutmanın müddətini uzada, simptom-
ları daha da pisləşdirə bilər. Panika tutması zamanı tez-tez rast gəlinən 
bir başqa hal özünə nəzarəti itirmə qorxusudur. İnsana elə gələ bilər ki
sanki hərəkətlərini idarə edə bilməyəcək, qəribə davranışlar nümayiş 
etdirəcək, başqalarına zərər verəcək v s. Bunların baş verəcəyi yerlər, 
məsələn, qələbəlik yerlər bu qorxunu artıra bilər. Halbuki panika po-
zuntusu olanlarda nəzərə çarpan hər hansı bir qəribə davranış müşa-
hidə olunmamaqla yanaşı, onlar başqalarına da zərər vermirlər. Digər 
insanları aldatmaq kimi bir hissə qapılsalar da həqiqətdə bu belə deyil. 
Siz sadəcə olaraq vəziyyətiniz barədə məlumat vermirsiniz. Mən bunu 
aldatmaq saymıram. Bu hiss panika tutması keçirmə ehtimalına qarşı 
özünüzü qorumaq məqsədilə insanlarla ünsiyyətin azalmasına səbəb 
ola bilər. Dostlarınızla daha az ünsiyyətdə olub, özünüzə qapanma-
nıza yol aça bilər. Özünüzə qapananda və ya təklikdə panika tutması 
barədə daha çox fikirləşəcəksiniz. Bu vəziyyət də vahimənizi daha da 
artıraraq yeni bir panika tutması yarada bilər. Panika tutması keçirən-
lər başqalarının onların vəziyyətlərini bildiklərini, qəribə adam kimi 
qiymətləndirdiklərini, dəli hesab etdiklərini düşünə bilərlər. Bunlar 
ətrafdakı insanların fikirlərindən çox onların öz təxəyyüllərində can-
landırdıqları ən pis ssenarilərdir. Halbuki dostları onların vəziyyətini 
bilsələr, böyük ehtimalla onlara münasibətləri müsbət olacaq.
Həkim fasilə verib Barış bəyə baxdı: 
– Bunlarla bağlı qaranlıq qalan bir məqam varmı? – deyə soruşdu. 
Barış bəy:
Xeyr, – dedi. – Bunların çoxunu mən də fikirləşmişəm və ya qarşı-
laşmışam. Mənim vəziyyətimlə də çox üst–üstə düşür.
Həkim Zeynəb xanıma baxdı: 
– İndi isə xəstə yaxınının və ya sizin vəziyyətinizə keçə bilərik. 
Dediyiniz kimi bir xəstənin yaxını və yaxud həyat yoldaşı olmaq heç 
də asan deyil. Barış bəy kimi bu tutmalar sizin üçün də gözlənilməz 
oldu. Barış bəyə kömək etmək istəyirsiniz, lakin bunu necə edəcəyi-
nizi bilmirsiniz. Siz də özünü itirə, ya da qorxu hissi keçirə bilərsiniz. 
Birinci tutmadan sonrakı ilk günlərdə, əgər panika tuması haqqında 
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə