Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

55
5
Panika tutması aldadır
Qəbul saatını gözləyən Barış bəy keçən həftəyə nisbətən bu gün 
özünü daha yaxşı hiss edirdi. Bir həftə ərzində heç bir panika tutması 
keçirməmişdi. Məktəbdə dostlarına gizlicə qöz qoymuşdu və belə bir 
qənaətə gəlmişdi ki, onlar onda hər hansı qeyri–adilik hiss etməyib-
lər. Bəlkə əvvəlkinə nisbətən bir az daha az danışırdı, ancaq başqa bir 
dəyişiklik yoxdu. 
Həkimin dediyinə görə, dərmanın təsirini göstərməsi üçün hələ 
tezdir. Koqnitiv-davranış terapiyası da hələ başlamamışdı. Buna bax-
mayaraq özünü daha yaxşı hiss edirdi. “Demək ki, tutmalar haqqında, 
baş verənlər haqqında məlumatın olması belə kömək edə bilərmiş”, 
– deyə fikirləşdi. 
Həyat yoldaşına baxdı, o da rahat görünürdü. 
Həkim həmişəki kimi onları gülərüzlə qarşıladı. Onlar əyləşdikdən 
sonra mənnunluqla “Barış bəy, üzünüzdən görünür ki, həmişəkindən 
daha rahatsınız”, – dedi. 
Barış bəy də gülümsəyib: 
– Bəli, elədir ki var. Üstəlik bu həftə heç bir tutmam olmadı. Sanki 
normal vəziyyətimə yaxınlaşıram, – dedi. 
– Çox gözəl, özünüzü rahat hiss etməyiniz yaxşıdır. Kefinizi poz-
maq istəmirəm, amma başlanğıc mərhələlərdə olan bu yaxşılaşma və 
ya sonra ortaya çıxacaq bir tutma sizi aldatmasın. Gedişatın enişli–
yoxuşlu olacağını demişdim. Yenə də yaxşıdır.
Zeynəb xanım da Barış bəyin yaxşılaşdığını gördüyünü dedi.
– Bu həftə panika tutmaları və sizinlə bağlı əsas məlumatları diqqə-
tinizə çatdırmağa çalışacağam. Barış bəy, siz ilk panika tutması zamanı 
təəccüblənmiş və qorxmuşdunuz. O an bunun nədən baş verdiyini 
bilirdinizmi?
– Xeyr, nə olduğunu və niyə baş verdiyini bilmirdim. Heç bir izah 
tapa bilmirdim.
– İnsanlar ümumiyyətlə qeyri-müəyyən bir vəziyyəti aydınlaşdır-
mağa, nə baş verdiyini anlamağa meyillidirlər. Siz panika tutması za-
PANİKA TUTMASI ALDADIR


PANİKA POZUNTUSU
56
manı baş verənlərə bir izah tapa bilmədiyinizi dediniz. Simptomlara 
əsasən nə baş verdiyinə dair fərziyyələr yürütmüsünüz. Fərziyyələr 
nədən ibaraət idi? 
– Ürək infarktı keçirdiyimi və ya öldüyümü ehtimal etmişdim. 
– Doğrudur, çox adam o an öldüyünü, dəli olduğunu, huşunu itir-
diyini və ya özünə nəzarət edə bilmədiyini güman edir. Bunlardan bi-
rini və yaxud hamısını düşünə bilər. O an başınıza gələnləri dərindən 
düşünəndə bu fikirləriniz məntiqli gəlir. Halbuki panika tutması bun-
ların heç birinə səbəb olmaz. O, sizi aldadır və siz də səhv fərziyyələr 
irəli sürürsünüz.
Həkim bir az fasilə verib, aldatma sözünə olan reaksiyanı görmək 
istəyirdi. Heç bir şey demədən maraqla qulaq asırdılar. 
– Bir misal ilə panikanın sizi necə aldatdığını izah etməyə çalışaca-
ğam. Bilirsiniz, panika tutması baş verəndə ən qorxulu fikirlər ölüm, 
dəli olma və huşun itirilməsi qorxusudur. Panika tutması vaxtı başgi-
cəllənmə ola bilər və bu vəziyyət huşun itirilməsi qorxusunu yarada 
bilər. Belə fikir heç də məntiqsiz deyil. Lakin panika sizdə səhv təsəv-
vürün yaranmasına səbəb olur. Çünki sizin bu hissləriniz və ya qorxu-
nuz panikayla deyil, sizin səhv nəfəs almağınızla bağlıdır. Siz panika 
vaxtı çox sürətli və ya qısa, səthi nəfəs alırsınız. Belə nəfəs almağınız 
o deməkdir ki, siz normadan çox karbon qazını xaric edirsiniz. Daha 
əvvəl qeyd etdiyim kimi, beyninizə daha az oksigen gedir və başgicəl-
lənmə meydana gəlir.
– Maraqlıdır, belə olduğu heç ağlıma gəlməmişdi”. 
– Bəli, elədir ki var, panika tutması keçirənlər o anda fiziki və psixi 
cəhətdən nələrinsə qaydasında olmadığını fikirləşir. Bir insan qorxur-
sa, bu o deməkdir ki, onun üçün bir təhlükə var. Halbuki həqiqətdə 
heç bir pis şey baş vermir. Ölmürsünüz, başınıza hava gəlmir, dəli də 
deyilsiniz. Əslində bir təhlükə də yoxdur, ancaq sizin başınıza gələnlər 
də realdır. Elə isə nə baş verir? Burada baş verən şey sizin aldanma-
ğınızdır. Reallıqda bir təhlükə olmadığı halda siz həqiqətən qorxur-
sunuz. Bir qorxu filminə baxdığınızı təsəvvür edin. Prodüserlər sizin 
qorxmağınız üçün səslərdən, görüntülərdən, qeyri-təbii səhnələrdən 
istifadə edirlər. Siz oturub filmə baxanda onun həqiqət olmadığını, bir 


57
film olduğunu bildiyiniz halda qorxursunuz. Nəfəsiniz kəsilir, əzələlə-
riniz gərginləşir, ürəyiniz daha sürətlə döyünməyə başlayır. Vücudu-
nuz sanki film həqiqətmiş kimi reaksiya verir.
Zeynəb xanım: 
– Doğrudur, qorxu filimlərinin bir film olduğunu, həqiqət olma-
dığını bildiyimiz halda ona baxanda qorxu hissi keçiririk. Burada da 
bir aldatma var.
– Haqlısınız. Qorxu filmində də, panika tutmalarında da eyni al-
datma amili var. Demək ki, qorxmağınız üçün hər hansı bir təhlükənin 
olması vacib deyil. Bunun üçün beynimizdəki qorxulu fikirlər və ya 
illüziyalar kifayət edir. Aralarında bəzi fərqlər olsa da proses eynidir. 
Qorxu filminə baxmaq insanın öz arzusuna bağlıdır, panika tutması 
isə qəflətən və iradədən kənar baş verən bir hadisədir. Film bir neçə 
saat sürdüyü halda panika tutmaları ömür boyunca davam edə bilər. 
Barış bəy, buaradakı aldatma məsələsi sizə məntiqli gəldimi? 
– Bəli. Siz danışdıqca həm məntiqli gəldi, həm də sanki çox sadə 
göründü. Bu sadə şeyi necə oldu görə bilmədik?
– Siz indiyə qədər üç panika tutması keçirmisiniz. Sizdən də çox 
tutma keçirən bir çox adamlar bunu görə bilmir.
– Elə isə insanlar panika tutmalarının onları aldatmasına və bunun 
davam etməsinə özləri imkan verirlər? Bizim bu aldatmanı görməyi-
mizə mane olan hansısa səbəblər var?, – deyə Zeynəb xanım soruşdu. 
Bu mövzu elə bil onun diqqətini daha çox çəkmişdi. 
– Bəli, var. Birincisi insanların özlərinə kömək məqsədilə etdikləri 
bir çox şeylər əks–təsir göstərir. Panika gündəlik həyatımıza daxil ola-
raq bizi aldadır. Panika mütəmadi bir şəkildə daha güclü formalarda 
bizi aldatmaqda davam edir. Bu vəziyyət bir növ alovun üzərinə ben-
zin tökməyə bənzəyir. Belə bir vəziyyətdə ilk iş insanın yanğına ben-
zinlə getdiyini başa düşməsi və sonra benzin tökməyi dayandırması-
dır. İkinci vacib faktor onun necə nəzarətə alınacağını öyrənməməsi-
dir. Bu da gözləmə həyəcanının yaranmasına səbəb olur.
Barış bəy:
– Bu vəziyyətdə başqa nə etmək olar?–deyə soruşdu. 
– İnsanlar qorxduqları şeylərdən özlərini qorumaq üçün bəzi stra-
PANİKA TUTMASI ALDADIR


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə