Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

77
nəzərdən keçirir. Biz də hisslərimizi təcrübələrimiz əsasında müəy-
yən bir qaydada qiymətləndirməyə meyilliyik. Məsələn, əsəbləşən 
bir adamın üzü qızarır, üz əzələləri və ümumiyyətlə bədən əzələləri 
gərilir, səthi və sürətli nəfəs alır, gözlərindən qəzəb yağır və beynində 
düşməncəsinə fikirlər yaranır. Bunları ona görə deyirəm ki, bir insana 
“əsəbi” deyə bilmək üçün bu cür əlamətlərin hamısı müntəzəm bir şə-
kildə özünü göstərməlidir. Bir hissi hamı eyni şəkildə və eyni dərəcə-
də yaşamaz. Hətta eyni adam eyni hissi fərqli vaxtlarda fərqli forma və 
dərəcədə keçirə bilər.
Həkim bunları qeyd etdikdən sonra bir az fasilə verdi. Üzünü Barış 
bəyə tutub ona bir kağız verdi: 
– Barış bəy, indi panika tutması baş verəndə sizdə müşahidə olu-
nan ən vacib əlamətləri yazın. Sonra digər panika tutmalarınızda olan 
ən vacib əlamətlər barədə fikirləşin. Digər tutmalarınızda da fiziki bir 
xəstəliyinizin olduğu fikri ağlınıza gəldimi? 
Bu siyahının əhəmiyyəti ondan ibarətdir ki, siz gələcəkdə panika 
tutması keçirəndə həmin siyahı bunların vahimə simptomları oldu-
ğunu xatırlamağınıza kömək edəcək. Panika tutması zamanı başını-
za gələnləri gündəlik şəklində yazmaq sizin üçün çox lazımlı olacaq. 
Beləliklə siz panika tutmanızı tezləşdirən faktorları, panika tutmanı-
zın simptomlarını, özünüzü qorumaq üçün nəyi edib–etmədiyinizi, 
tutmanın necə bitdiyini, dəf etmə səylərinizi, sizə necə təsir etdiyini 
daha yaxşı görə biləcəksiniz. Başlanğıcda çətin kimi görünsə də, vərdiş 
halını alanda problem olmayacaq. İndi sizə verəcəyim blankı çoxaldıb 
istifadə edə bilərsiniz. 
Həkim siyirtməsindən bir kağız götürüb Barış bəyə uzatdı: 
– Panika tutmalarınız olanda bu blankı doldurun. Blankı doldur-
maq və istifadə etməyin iki məntiqli səbəbi var: 
Birincisi, bu, sizə gələcəkdə unuda biləcəyiniz vacib məlumatları 
qeyd etmək imkanı verir və siz daha sonra da bunları araşdıra bilərsi-
niz. Tutmaları, əlamətlərini daha ətraflı bir şəkildə tədqiq edə bilərsi-
niz. Yaddaşınıza arxayın olsanız belə, panika gündəliyini tutmaq daha 
faydalıdır.
PANİKA TUTMASINI TEZLƏŞDİRƏN AMİLLƏR VƏ PANİKA 
POZUNTUSU İLƏ BAĞLI İŞİN BAŞLANMASI


PANİKA POZUNTUSU
78
Müşahidə olunan ən mühüm panika simptomlarınız:
1. .....................................................................................................................................
2. .....................................................................................................................................
3. .....................................................................................................................................
4. .....................................................................................................................................
5. .....................................................................................................................................
İkinci səbəb odur ki, siz diqqətinizi gündəlikdəki suallara yönəl-
dərək onun köməyi ilə cavablarınızı qaydaya salacaqsınız. Siz gündə-
lik tutaraq mənasız olan “Niyə?” sualının əvəzinə, “Nə baş verir?” və 
“Necə baş verir?” suallarını verməyə və cavablandırmağa çalışacaqsı-
nız.
Barış bəy bir az fikirli–fikirli: 
–Elə bir yer və ya hal ola bilər ki, yaza bilməyək, onda nə edəcəyik? 
– deyə soruşdu.
– Elə halda mümkünsə, səsinizi yaza bilərsiniz. Əgər belə bir şərait 
yoxdursa, əlinizə ilk imkan düşən kimi yaza bilərsiniz. Yeri gəlmişkən
bu blankı yanınızda gəzdirməyiniz yaxşı olar. Panika gündəliyində va-
himə əlamətlərini yaradan halların mümkün olduğu qədər xarakterik 
şəkildə təsvir edilməsi yaxşı olar. Burada məqsəd sizin panika tutma-
larınızı sürətləndirən faktorların xüsusi növlərini müəyyən etməkdir. 
İki həftə əvvəl biz bunları müzakirə etmişdik, ona görə də qısaca bəhs 
edəcəyəm. Bir-birinə bənzəyən halları və ya faktorları belə gruplandı-
ra bilərsiniz: 
– Uzaqlaşmanın mümkün olmadığı hallar: Bu   qrupda, lazım oldu-
ğunda uzaqlaşmanın mümkün olmadığı və ya çətin olduğu hallar yer 
almalıdır. Hallar arasında bir əlaqə olmaya bilər, lakin yaşadığınız və-
ziyyət eynidir: Həddindən artıq izdihamlı yerlərdə, hipermarketlərdə, 
stadionda, təyyarədə və ya qatarda olmaq kimi.


79
PANİKA GÜNDƏLİYİ
Tarix: Başlama vaxtı: Bitmə vaxtı:
 Panika səviyyəniz (birini dairəyə alın): 1 2 3 4 5 6 7 8 9 10 
Müşahidə olunan əlamətlər (fikir, hiss, davranışlar şəklində ayrı–ayrılıqda 
yaza bilərsiniz):
Fiziki əlamətlər: ............................................................................................................ 
Fikirlər: ...........................................................................................................................
Hisslər: ...........................................................................................................................
Davranışlar: ...................................................................................................................
Tutmanın növü: ( ) Gözlənilən, ( ) Vəziyyətlə əlaqədar, ( ) Qəflətən (öz-ö-
zünə), 
Harada idiniz? ...............................................................................................................
Tək idiniz və ya yanınızda kimsə vardı? ...................................................................
Tutmadan əvvəl nə barədə fikirləşirdiniz? ...............................................................
Bu tutmanın sonunda sizinlə nə baş verdiyindən/ verəcəyindən qorxdunuz/ 
qorxurdunuz? .......................................................................................................................
Qorxulara reaksiyanız necə oldu? ..............................................................................
Nəfəs almağınız necə idi? ............................................................................................
Özünüzü sakitləşdirmək üçün nə edirdiniz? ...........................................................
Özünüzü qorumaq üçün nəsə etdinizmi? (Uzaqlaşmaq, diqqəti dağıtmaq, 
dəstək olan insan və ya əşya şəklində) ..............................................................................
Tutmanız necə bitdi? ...................................................................................................
Tutmanın sonunda həqiqətən sizinlə nə baş vermişdi?..............................................
Olacağından qorxduğunuz şey həqiqətdə baş verməyibsə, bunda nələrin tə-
siri olmuşdur? .......................................................................................................................
Bu tutmaya qarşı sizin reaksiyanız nə qədər adekvat idi?.......................................
Gələcəkdə yeni bir tutma baş verərsə, indikindən fərqli olarak nəsə bir şey 
etmək istərdinizmi? .............................................................................................................
Panika gündəliyi Karbonellə (2004) əsasən hazırlanıb:
Gözlənilən: Qorxduğunuz hər hansı bir vəziyyət barədə fikirləşən-
də panika tutmasının baş verməsi, 
Vəziyyətlə bağlı: Qorxduğunuz bir vəziyyətə düşəndə panika tut-
masının baş verməsi, 
PANİKA TUTMASINI TEZLƏŞDİRƏN AMİLLƏR VƏ PANİKA 
POZUNTUSU İLƏ BAĞLI İŞİN BAŞLANMASI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə