Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

83
– Maddi vəziyyətinizin elə də qənaətbəxş olmadığını demişdiniz. 
Eve kifayət qədər pulun gəlməməsi də stress mənbəyi ola bilər. Pulun 
kifayət qədər olmaması ilə yanaşı həyat yoldaşlarının xərcləmə ilə bağ-
lı prioritetlərin müxtəlif olması da konflikt yarada bilər.
Barış bəy yerində qurcalandı, həkim bunu görüncə dayandı: 
– Həkim, əvvəl sizə deməmişdim, çünki elə də vacib olmadığını fi-
kirləşirdim. İlk panika tutması baş verməmişdən əvvəlki gün gecə yol-
daşımla elə bu mövzuda mübahisə etmişdik. Bunu sizə indi deyirəm, 
bəlkə vacib ola bilər.
– Düzdür, sizin şəxsi xarakterinizi də nəzərə alsaq, bu mübahisə 
sürətləndirici faktor ola bilər. Bu cür mübahisələr stress yarada bilər.
Həkim bir az fasilə verdi. Deyəsən, başqa bir mövzuya keçmək 
istəyirdi: 
– İndi idmanın əhəmiyyəti barədə məlumat vermək istəyirəm. 
Belə müəyyən edilib ki, müntəzəm olaraq idmanla məşğul olmaq be-
yində bəzi hormonların ifraz olunmasını artırır və bu da insanları sakit-
ləşdirir. Müntəzəm məşqlər yuxunun da qaydaya düşməsini təmin edir. 
İdman yeni insanlarla tanışlıq, ictimai fəallığımızın inkişafı baxımından 
bizim üçün yeni imkanlar yaradır. Üstəlik başqa insanlarla ictimai ün-
siyyət, vahimə səviyyəsini də azaldır. Barış bəy, siz idmanla müntəzəm 
məşğul olursunuzmu?
– Xeyr, – deyə Barış bəy cavab verdi. – Xeyri barədə oxumuşam, bi-
lirəm, amma məşğul olmuram. Həm də imkan olmur.
– Əgər istəsəniz bu imkanı yarada bilərsiniz, sizin əlinizdədir. 
Məsələn, evinizin yaxınlığında gəzintiyə çıxa bilərsiniz.
– Mümkündür, – dedi Barış bəy. Sanki cinayət yerində yaxalanan 
adam kimi bir az utanmışdı, deyəsən bu barədə çox danışmaq istəmirdi. 
– Siz müntəzəm olaraq idmanla məşğul olmadığınız üçün evinizin 
yaxınlığında gəzintiyə çıxa bilərsiniz. Aparılan müayinələrin nəticələri 
də normal olduğuna görə təkrar yoxlanmağınıza ehtiyac yoxdur. Müm-
künsə özünüzə bir yol yoldaşı tapın. Əgər imkan varsa hər gün eyni sa-
atda gəzintiyə çıxın. Əvvəl qısa məsafələrdən başlayın, sonra yavaş-yavaş 
məsafəni və bilavasitə vaxtı artırın. Görəndə ki, fiziki cəhətdən səhhə-
tiniz daha yaxşı olub və dözümlülüyünüz artıb, bu məşqləri davam et-
HƏYAT TƏRZİNİZ HƏLLEDİCİ AMİLDİR, RAHATLANMA (RELAKSASİYA) ÜSULLARI


PANİKA POZUNTUSU
84
dirmə arzunuz da çoxalacaq. Ancaq bir məsələ var, Zeynəb xanım bir 
müddət evdə tək qalmalı olacaq. Bunu edə bilərsinizmi?
Barış bəy Zeynəb xanıma baxdı, baxışlarından hiss etdi ki, onunla 
razıdır: 
– Edə bilərəm, hətta dərhal başlayaram. 
– Elə isə indi qidalanma mövzusuna keçə bilərik. Düzgün və sağlam 
qidalanma stresslə mübarizədə əhəmiyyət daşıyır. Rejimlə qidalanmaq 
xüsusilə qanda şəkərin miqdarının tənzimlənməsi baxımından əhəmiy-
yətlidir. Şəkəri bol olan qidalarla qidalanmanın nəticəsi qanda şəkərin 
səviyyəsinin azalmasıdır. Qanda şəkərin miqdarının azalması başgicəl-
lənmə, müvazinətin itməsi, tərləmə, ürəyin sürətli döyünməsinə səbəb 
ola bilər. Gördüyünüz kimi, bunlar panika tutmasının əlamətlərinə bən-
zəyir. Bu əlamətlərlə qarşılaşan insan səhvən bunları panika tutmasının 
başlanğıcı kimi yozar; belə halda başqa bir panika tutması da yarana 
bilər”.
Həkim bu yerdə bir az fasilə verdi. Bir neçə saniyə sonra üzünü Barış 
bəyə tutub: 
– Sizin siqaret çəkmədiyinizi və spirtli içki qəbul etmədiyinizi bi-
lirəm, orada bir problem yoxdur. Çay və qəhvə ilə aranız necədir?
– Məktəbdə də, axşam evdə də çay içirəm. Bəlkə bir az çox içirəm 
deyə bilərəm.
 – Çoxlu çay, qəhvə, kola içmək qıcıqlandırıcı təsir göstərir və panika 
tutması riskini artıra, hətta başqa bir panika tutmasını sürətləndira bilər. 
Bu maddələrin və hətta soyuqdəymə əleyhinə dərmanların, öskürəyə 
qarşı bəzi siropların da tərkibində kafein olur. Qəhvə güclü bir qıcıqlan-
dırıcıdır və qısa vaxt ərzində iki-üç fincan içilərsə qandakı adrenalinin 
miqdarı iki dəfə yüksələ bilər. Adrenalinin bədənimizə təsirləri haqqında 
daha əvvəl danışmışdıq. 
Çoxlu miqdarda şokolad da, xüsusilə əgər ona qarşı çox həssassınız-
sa, eyni şəkildə panika tutması riskini artıra bilər. Siqaret qıcıqlandırıcı 
təsirə sahibdir və vahiməni artıra bilər. O cümlədən spirt panika tutma-
larının yaranmasında təsirli bir maddədir. Kokain və həşiş kimi asılılıq 
yaradan maddələr də panika tutmalarını sürətləndirə bilər. Bu məlumat-
lara əsasən, çayın miqdarını normal səviyyəyə qədər azaltmağınızın sizə 


85
xeyri olar. 
Bundan başqa sağlam qidalanmada kifayət qədər tərəvəz və meyvə 
yemək vacibdir. Çoxlu maye, xüsusilə su içmək faydalıdır. Bu mövzuyla 
bağlı başqa bir şey soruşmaq istəyirsinizmı?
–Yox, – deyə Zeynəb xanım cavab verdi. – Əgər çayın miqdarını da 
qaydaya salsaq, bir problem olmamalıdır. 
– Elə isə yuxu mövzusuna keçə bilərik. Lazımi qədər və rahat bir yuxu 
hər kəsin fizioloji bir tələbatıdır. Bu tələbatın müddəti adamdan adama 
dəyişir. Ümumiyyətlə isə bir yuxu müddəti 6–9 saat arasında olur. La-
kin vacib olan yuxunun müddəti deyil, onun keyfiyyətidir, yorğunluğu 
aradan qaldırmasıdır. Əgər siz oyananda özünüzü gümrah və rahat hiss 
edirsinizsə, bu o deməkdir ki, siz yuxudan doymusunuz. Belə olan halda 
yuxunun müddətinə heç fikir veməyin. Normadan az və ya çox yatmaq 
insanın özünü narahat, əzgin hiss etməsinə, diqqətinin dağınıq olmasına 
səbəb ola bilər. Panika tutmaları da yuxu rejimini poza bilər. Barış bəy, 
panika tutmalarından sonra yuxu rejiminizdə bir dəyişiklik olubmu?
– Bəli, panika tutması ehtimalı və yuxuda da tutmanın baş verəcəyi 
fikri yuxuya getməyimdə çətinlik yaradır. Bəzən yuxum parçalanır, lakin 
yenidən yuxuya gedə bilirəm. Səhərlər özümü tam gümrah, yuxudan 
doymuş kimi hiss etmirəm. Yuxudan bir az yorğun, əzgin qalxıram.
– Yuxunuzu qaydaya salmaq üçün yuxu gigiyenasına riayət etmək la-
zımdır. Bu mövzuda bəzi təkliflərim ola bilər: 
– Ozünüzü yatmağa məcbur etməyin. Hər gün eyni saatda yatmağa 
çalışın. 
– Çalışın, yataq otağınız rahat olsun, səs–küy, işıq, televizior olmasın. 
Yatağınız çox sərt və ya çox yumşaq olmamalıdır. 
– Yatmağınıza yaxın saatlarda siqaret, çay, qəhvə, kola kimi qıcıqlan-
dırıcı maddələrdən və spirtli vasitələrdən uzaq durun. 
– Günün stresslərindən uzaqlaşmağa, onları unutmağa çalışın.
– Yatmamışdan əvvəl ilıq duş qəbul edərək rahatlamağa cəhd edə 
bilər və bir stəkan ilıq süd içə bilərsiniz. 
– Yatmazdan əvvəl musiqiyə qulaq asa bilərsiniz. 
– Rahatlamaq üçün məşğələlər edə bilərsiniz. 
Bunlar keyfiyyətli bir yuxunu təmin edə bilər və panika tutmalarınız-
HƏYAT TƏRZİNİZ HƏLLEDİCİ AMİLDİR, RAHATLANMA (RELAKSASİYA) ÜSULLARI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə