Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

PANİKA POZUNTUSU
92
8
Panika tutmasına nəzarət edə bilərsiniz
ADDIM 3. Panika tutmalarına nəzarət etmək
Əvvəlki həftələrdə olduğu kimi bu həftə də Barış bəylə Zeynəb xanım 
həkimə birlikdə gəlmişdilər. Barış bəy artıq gözləmə salonunda narahat ol-
mur, hətta həkimə həvəslə gəlirdi. Maddi cəhətdən çətinliklər olsa da, bu-
radakı görüşlərin faydalı olduğuna və gələcəkdə də ona köməyi dəyəcəyinə 
inanırdı. Həkimin ona vaxt ayırması, maraqlanması, edəcəkləri işlər barədə 
ətraflı məlumat verməsi həm xoşuna gəlir, həm də özünə inamı artırırdı. 
Barış bəy həkimin otağına daxil olanda rahat idi, dünənki vəziyyətindən 
əsər-əlamət qalmamışdı. Həkim həmişəki kimi onları gülər üzlə qarşılaya-
raq:
Xoş gəldiniz, – dedi. 
Hər ikisi birdən – “Xoş gördük”, – dedilər. 
Həkim Barış bəyə baxaraq: 
– Belə güman edirəm ki, dərmanınızı mütəmadi olaraq içirsiniz. Panika 
gündəliyini necə, tutursunuzmu? – deyə soruşdu. 
– Bəli həkim, gündəliyi yanımda gətirmişəm, buyurun. Dərmanımı da 
mütəmadi olaraq içirəm, heç unutmuram. 
Həkim panika gündəliyini götürüb nəzərdən keçirməyə başladı: 
– Burada yazılana görə, bir dəfə panika tutması keçirmisiniz, üstəlik bu, 
dünən olub. Dərəcəsini altı olaraq göstərmisiniz. İlk tutmalarınızda olduğu 
kimi, fiziki və psixi əlamətlər ön planda olub. Başlama forması vəziyyətlə 
əlaqədər imiş. Siz panika tutmasının əlamətləri barədə danışanda və Zey-
nəb xanımla bir yerdə olanda, “Əgər ... ?” formasında fikirlər gəlib ağlınıza. 
Qorxmusunuz ki, tutma sizə pis təsir etsin. Tənəffüs məşğələsini edərək 
rahatlanmağa çalışmısınız. Bu, yaxşı bir haldır. Qanınızda adrenalinin art-
dığını və bu simptomların bununla bağlı ola biləcəyini də fikirləşmisiniz. 
Diqqətinizi ətrafda baş verən hadisələrə yönəltməyə çalışmısınız. Qaçmağa 
cəhd etməmisiniz. Tutmanızın şiddəti getdikcə azalıb və özbaşına keçib ge-
dib. Bilirsiniz, vaxtaşırı bu cür vəziyyətlə qarşılaşa bilərsiniz. Tutma olduğu 
zaman hiss etdiyiniz bu əlamətlərin nəticəsində nə infarkt keçirmisiniz, nə 
də ağlınızı itirməmisiniz. Sağ–salamatsınız. 


93
Barış bəy gülümsəyərək: 
– Düzdür, o anda hamısı ağlıma gəldi və qorxdum. Dediyiniz kimi, heç 
bir şey olmadı. İndi bunlar o qədər də məntiqli gəlmir, deyəsən bi az ağ elə-
mişəm, – dedi. 
– Panika tutması baş verdiyi zaman siz çox emosional olursunuz, çoxlu 
fikirlər meydana gəlir və fiziki əlamətlər müşahidə olunur. Qorxduqlarınız 
yenə də olmadı. Niyə olmadığı barədə nə deyə bilərsiniz? 
Barış bəy dərsini öyrənmiş bir şagird kimi həyəcanla danışmağa başladı: 
– Zənn edirəm ki, panika tutmasını tanıyıram. Həqiqətdə onun bir tələ 
olduğunu bilirəm. Həmçinin bu hiss və fikirlərin adrenalinin miqdarının 
artmasına bağlı olduğunu, fiziki əlamətlərin səhv olaraq qiymətləndirildi-
yini də bilirəm. O anda ağlıma gəlib–gəlmədiyindən elə də əmin deyiləm
amma panika tutmasının mənə zərər vermədən keçəcəyini də bilirəm, – 
dedi.
– İlk tutmanızla müqayisədə aralarında hər hansı bir fərq vardı? 
– Əvvəl olanları götür-goy edəndə deyə bilərəm ki, vardı. Sanki ilk tut-
manın əlamətləri daha şiddətli idi və daha uzun müddət davam etmişdi. 
Son tutmanı altı xalla qiymətləndirdim, ilk tutmaya isə on xal verə bilərəm. 
– Yeni bir tutmanın baş verməsi nə qədər mənfi bir hal olsa da, tutma-
nın şiddətinin və müddətinin azalması da bir o qədər müsbət haldır. 
Zeynəb xanım həyat yoldaşının sözləri ilə razılaşaraq: 
– Bu mövzuda maarifləndikcə qorxumuz azalır, – dedi.
Həkim üzünü Zeynəb xanıma tutaraq:
– Zeynəb xanım, o an siz hansı hisslər keçirdiniz, nə etdiniz?, – deyə 
soruşdu.
Zeynəb xanım bir az fikirləşib: 
– Düzünə qalsa, o an yenə qorxdum, həyəcanlandım. Lakin evdəki tut-
ma qədər deyil. Hər şey düzəldiyi bir vaxtda ümidim boşa çıxdı. Yoldaşıma 
tənəffüs məşğələsini etməli olduğunu xatırlatdım. O da buna əməl etdi. 
Belə fikirləşirəm ki, məlumatımız artdıqca və metodları öyrəndikcə bunun-
la mübarizədə gücümüz də artacaq. 
– Düz deyirsiniz, daha soyuqqanlı olduğunuz üçün və Barış bəyə tənəf-
füs məşğələsini xatırlatdığınız üçün sizi təbrik edirəm. O məqamda nə baş 
verdiyini, necə olduğunu bilmək çox faydalıdır. Bundan sonra panika tut-
PANİKA TUTMASINA NƏZARƏT EDƏ BİLƏRSİNİZ


PANİKA POZUNTUSU
94
ması baş verəndə onu necə idarə edə biləcəyiniz barədə danışacağıq. Panika 
tutması bir daha baş verəndə burada nə etdikləriniz və yazdıqlarınızla yana-
şı nə edə biləcəyinizdən də xəbəriniz olmalıdır. 
Həkim bir az gözlədi: 
– Barış bəy, proqressiv əzələ boşaltma metodunu tətbiq etdinizmi?
– Bəli, etdim. Gündə iki dəfə səhər və axşam tətbiq etdim və rahatlama-
ğa başladığımı gördüm. Əvvəlki günlərdə bir az çətinliyim oldu, indi heç 
çətin deyil. Ancaq bir gündə iki dəfə deyil, bir dəfə edirəm.
– Gündə bir dəfə də olar, bunun bir qorxusu yoxdur. Lakin iki dəfə tət-
biq etsəniz daha çox xeyri olar.
Təsir edən amil
İlk panika tutması
Panika tutması 
Mənfi fikir: Bu bir panika 
tutması olmalıdır
Ürəyin döyünmə sürətin-
də dəyişmə və s. 
Artmış həssaslıq
Vahimə səviyyəsində 
artım
Səhv qiymətləndirmə Fikir: 
Narahatlıq hiss edirəm, 
təhlükədəyəm
Artmış olan sonrakı 
tutma qorxusu
Adrenalin ifrazı
Panikanın tsikli (İnqham, 2000)


95
Həkim hər ikisinə tək–tək nəzər yetirdikdən sonra rahat olduqlarını hiss 
edincə danışmağa başladı: 
– Bu həftə panika tutmalarına nəzarət haqqında danışacağıq. Hazırsı-
nızsa, başlaya biliərik.
İkisi də birlikdə:
– Hazırıq, – dedilər.
– Bir problemlə məşğul olanda vacib məqamlardan biri onun haqqında 
mümkün olduğu qədər çox məlumata sahib olmaqdır, bu barədə danışmış-
dıq. İlk tutmalardakı qorxular ümumiyyətlə məntiqdən kənar və təsadüfi 
hal kimi səciyyələndirilir. Daha sonrakı mərhələdə ilk tutmalarınızı xatır-
ladan vəziyyətlərdə, asanlıqla qaça bilməyəcəyinizi fikirləşdiyiniz təhlükəli 
hallarda, boş vaxtlarınızda başqa panika tutmaları müşahidə oluna bilər. 
Bunu ona görə deyirəm ki, yeni panika tutması təsadüfən baş vermir, bu-
nun məntiqli bir ardıcıllığı, hətta qaydaları vardır. Panika ilə bağlı işinizdə 
bunları bilməyinizin sizə köməyi olacaq. Panika tutmaları bir tsikl halında, 
müəyyən bir qaydaya uyğun olaraq baş verir. Panika tutmasının əlamətləri 
dəyişə bilər, lakin panika tutması keçirən bir çox adamlar bunun fərqində 
deyillər, çünki onların diqqəti daha çox qorxularının məntiqdən kənar 
tərəflərinə yönəlmiş olur. Bu panika tutmasının yaranmasına kənardan hər 
hansı amil səbəb ola da bilər, olmaya da bilər. Əsas odur ki, panika tutması 
daxildən başlayır. Əvvəlki bir neçə tutmaya hər hansı xarici faktorun təsiri-
nin olma ehtimalı yüksəkdir. Sonrakı tutmalarda xarici faktorlara artıq eh-
tiyac olmaya bilər. Sizin bir qorxulu fikriniz kifayət edir ki, panika tutması 
baş versin. Stressə səbəb olan hər hansı vəziyyət fiziki, psixi və emosional 
reaksiyalar meydana gətirəcək. Bunlar öz-özünə yaranır və sizdən asılı 
deyil. Bilirsiniz, bunların nəticəsində siz qaç–mübarizə apar reaksiya-
sına yönəlirsiniz Sonra davranışda müəyyən simptomlar ortaya çıxır.
Həkim fasilə verib, hər iki dinləyicisinə əvvəlcədən hazırladığı ka-
ğızları uzatdı:
– Bu kağızda panika tutmasının tsikli, necə baş verdiyi ilə əlaqədar 
iki sxem var. Bu dediklərimə oradan da baxa bilərsiniz.
İkisi də sxemlərə baxmağa başladı. 
Panika tutması olanda baş verənlərin vacibliyi sizin o əlamətləri 
PANİKA TUTMASINA NƏZARƏT EDƏ BİLƏRSİNİZ


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə