Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   2   3   4   5   6   7   8   9   ...   43

13
Bir anlıq harada olduğunu unutdu. Dizlərini büküb oturdu.
Ürəyi bulanırdı. Yoxsa qaytarmaq istəyirdi? İnsanı narahat edən 
pis bir hissdir bu.
Dözülməz, dəhşətli bir narahatlıq bütün içini bürüdü. Heç nə fikir-
ləşə bilmirdi, ancaq dəhşətli hisslər keçirdiyini, qorxulu bir vəziyyətdə 
olduğunu başa düşürdü: “Nə baş verirdi? Bütün bunlar nə idi? Yoxsa 
ağlını itirirdi? Dəli olurdu? Yoxsa ölürdü?”
 Başgicəllənmə, ürək çırpıntısı davam edirdi. Kəsik–kəsik nəfəs 
aldıqca əzabı da, qorxusu da artırdı. Bir an bunlara dözə bilməyəcə-
yini fikirləşdi: “Öləcəkdi?” Bu yaşda ölmək istəmirdi. Üstəlik həyat-
da daha çox işlər görməliydi. Hiss etdi ki, bundan başqa heç bir şey 
barədə fikirləşə bilmir. Qızı və xanımı gəldi gözünün qabağına. On-
ların aqibəti necə olacaqdı. “Yeganə qızı bu yaşda yetim qalacaq? O 
olmadan necə böyüyəcək? Bəs Zeynəb, təkbaşına həyatda hər şeyin 
öhdəsindən necə gələcək?”
Barış bəy aradan nə qədər vaxt keçdiyini bilmirdi. Bir müddətdən 
sonra gərginliyin azaldığını hiss etdi: “Xoşbəxtlikdən azaldı, deyəsən 
artıq keçib gedir”. Bir az sakitləşmişdi. On dəqiqə keçmişid, yoxsa on 
beş dəqiqə? Barış bəy bunu bilmirdi, ancaq bu müddət ona bir ömür 
qədər uzun gəlmişdi.
Yavaşca qalxdı. Başı elə də gicəllənmirdi, normal nəfəs alırdı. Ürə-
yinin də dəlicəsinə döyünməsi azalmış, normallaşmışdı. Qərar verdi 
ki, artıq hərəkət edə bilər. Piyada məktəbə doğru getməyə başladı.
Barış bəy karıxmışdı, üstəlik əməlli başlı qorxmuşdu: “Durduğum 
yerdə, birdən–birə nələr baş verdi, niyə baş verdi? Özü də niyə məhz 
indi, bu gün? Bunlar haradan oldu? Dünyada yeddi milyrad insan ol-
duğu halda niyə məhz onun başına gəldi bu iş?”
Bu barədə çalışdı ki, heç fikirləşməsin, çünki heç bir məntiqli, izah-
lı, inandırıcı bir cavabı yox idi bu sualların. Təkcə onu bilirdi ki, baş 
verən çox pis bir iş idi. Çox qorxulu bir hal idi. Elə bil o dünyanın 
astanasından dönmüşdü. Bir anda dünən axşam Zeynəb ilə müba-
hisəsi ağlına gəldi. “Yəqin çox dilxor olduğum və bunu çox fikirləş-
diyim üçün oldu. Hə, hə elə buna görə olub”. Çünki siqaret çəkmirdi, 
yaxın–uzaq qohumların arasında ürək çatışmazlığından əziyyət çəkən 
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


PANİKA POZUNTUSU
14
yox idi. Bildiyi qədər özü fiziki cəhətdən sağlam idi, heç bir xəstəliyi 
yox idi. Tək bir səbəb qalırdı, o da dünənki söz-söhbət. Elə isə buna 
əhəmiyyət verməyə dəyməz, çünki o məsələ həll olunmuşdu. Düzdür, 
pis iş idi dünənki söz-söhbət, amma onu şişirtməyə dəyməzdi. 
İşə gələn kimi hamı dedi ki, onun rəngi ağarıb, həm də çox yorğun 
görünür. 
Barış bəy: 
– Bəli, düz deyirsiniz. Gecə pis yatmışam, məncə ona görədir. Bir 
az dincəlim keçər, – deyib söhbəti yekunlaşdırdı. 
Barış bəy ürəyində hələ də narahat olsa da o gün dərslərini qayda-
sında keçdi. Axşam evə gələndə bu barədə xanımına heç nə demədi. 
Dünənki mübahisəyə görə könlünü almağa çalışdı. Özləmlə oynadı. 
Beynində bu gün səhər baş verənlərlə bağlı cavabsız suallar vardı, o 
sualları cavablandıra bilmədi və yuxuya getdi. 
*** 
Barış bəy normal həyatına davam edirdi. Bir tərəfdən baş verən ha-
disənin əhəmiyyətsiz olduğunu özünə təlqin etməyə çalışırdı, o biri 
tərəfdən narahatlıqdan qurtula bilmirdi. Bunlar niyə baş verdi? Niyə 
onun başına gəldi? Niyə məhz o gün baş verdi? Nə isə, bir dəfə oldu və 
qurtardı. İki gün keçir, təkrarlanmır ki, həmin hadisə. Demək, prob-
lem yoxdur.
*** 
Üçüncü gün axşam evə gələndə hər şey qaydasında idi. Üç gün 
əvvəlki söz-söhbətdən əsər–əlamət qalmamışdı, Zeynəb də daha mü-
layim və pozitivdi. Barış bəy əvvəlcə Özləmlə söhbət elədi, oynadı, 
öpdü və onu yatızdırdı. Özləmlə vaxt keçirməyi çox xoşlayırdı, o za-
man çox xoşbəxt olurdu. Özləm yuxuya getdikdən sonra xanımı ilə 
birlikdə qonaq otağında televizora baxmağa başladı. Veriliş xoşuna 
gəlmədi, “Kitab oxusaydım bundan daha yaxşıydı”, – deyə öz-özünə 
fikirləşdi.
Sonra qəflətən ürəyinə nəyinsə damdığını hiss etdi. Pis bir şey ola-
caqdı, amma nə? İlk dəqiqələrdə nə olduğunu başa düşə bilməmiş-
di. Özünü çox pis hiss edirdi, sanki bədbəxt bir hadisə baş verəcəkdi. 
Başının yırğalandığını hiss etdi, tez-tez nəfəs alırdı. Bir an elə bildi ki 


15
ürəyi dayanıb. Sinəsinin sol üst hissəsində bir ağrı hiss etdiyi üçün sağ 
əlini ora qoydu. Bütün bədənində bir hərarət hiss etdi. Sanki huşunu 
itirirdi. Dərhal otağın pəncərəsini açdı, elə bil otaqda hava çatışmırdı; 
ancaq nəfəs alib verməyində bir dəyişiklik olmadı.
Birdən üç gün əvvəl səhər məktəbə gedəndə başına gələnlər ağlına 
gəldi. İndi olanlar o günkünə çox oxşayırdı. 
Elə bu vaxt yoldaşı yanına gəlib, “Barış, əzizim sənə nə olub?” – 
deyə soruşdu. Zeynəb xanımın üzündə çaşqınlıq, qorxu var idi. Nəsə 
etməliydi, amma nə edəcəyini, nə etməli olduğunu bilmirdi. Dərhal 
mətbəxə qaçıb bir stəkan su gətirdi. “Barış, bunu iç”, – deyib stəkanı 
Barış bəyə uzatdı. 
Barış bəy suyu içə bilmədi. “Birdən su ağciyərlərimə getsə necə 
olar?” – deyə fikirləşdi. Zeynəb xanım, “Gəl belə uzan”, – deyib qolun-
dan tutdu və divanın yanına apardı. Barış bəy etiraz etməyib uzandı. 
Zeynəb xanım tez odekolon gətirdi: 
– Yaxşı, bunu bir az iylə, yavaş və dərindən nəfəs al, – dedi. – 
“Görəsən təcili yardıma zəng edim?” –deyə fikirləşdi. Ancaq zəng 
etmədi, vaxt yox idi, Barış bəyin vəziyyəti yaxşı deyildi, ona kömək la-
zımdı. Amma necə kömək etmək olar? Özünü çox çarəsiz hiss edirdi. 
Yoldaşının köməyə ehtiyacı vardı, lakin o, kömək edə bilmirdi. Daha 
doğrusu, necə kömək edəcəyini bilmirdi. Qəzeti götürüb divanda 
uzanan yoldaşını yelləməyə başladı. 
Barış bəyin üç gün əvvəl olduğu kimi, “Görəsən ölürəm, yoxsa dəli 
oluram?” – kimi fikirlər keçirdi beynindən. Çox qorxulu bir hiss idi, 
ancaq çarəsizdi. Nə edə bilərdi? Bilmirdi, heç bir şey bilmirdi!
Bir müddətdən sonra Barış bəy özünü doğruldub oturdu: 
– Zeynəb, əzizim narahat olma, keçir, – dedi. 
Xanımının üzü ağappaq olmuşdu. Şübhəsiz ki, çox qorxmuşdu. 
Zeynəb xanım narahatlığını gizlətməyə çalışaraq: 
– Yaxşı əzizim, sən bir az dincəl. Pəncərəni bağlayım? Nəsə bir şey 
istəyirsən? – dedi.
– Yox, qoy bir az açıq qalsın. 
Eyni ilə üç gün əvvəl səhər olduğu kimi olanlar yavaş-yavaş səngi-
yirdi. “Deyəsən, bir azdan keçəcək” – deyə fikirləşdi.
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə