Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

105
– Məntiqə uyğun fikirləşmək: Bu  metod simptomların obyektiv 
bir şəkildə qəbulunu vacib sayır. Özünüzü həyəcanlı hiss etdiyinizdə 
simptomları və qorxularınızı şiddətinə görə qruplaşdırın. Beləliklə, 
panika tutmasını kənardan bir amillə bağlı vəziyyət kimi qiymətlən-
dirərək ona nəzarət etməyiniz asanlaşacaq.
– Bu metodlardan hansı faydalıdır? – deyə Barış bəy soruşdu. 
– Buna tamamilə siz özünüz qərar verəcəksiniz. Ağılınıza ən çox 
yatan metodu sınayıb faydasını gördüyünüzdə daha sonra bənzər hal-
larda eyni metodu tətbiq edə bilərsiniz. Bunun üçün istəsəniz bir siya-
hı tərtib edib zəruri olduğunda baxa bilərsiniz.
PANİKA TUTMASINA NƏZARƏT EDƏ BİLƏRSİNİZ


PANİKA POZUNTUSU
106
9
Neqativ fikirləşmə tərzinizi dəyişdirin
ADDIM 4. Mənasız şeylər barədə düşünməmək 
Həkim Barış bəylə olan görüşləri barədə götür-qoy edirdi: 
müntəzəm olaraq gəlirlər, görüşləri heç təxirə salmırlar. Özünə kömək 
mövzusu ilə bağlı izah etdiklərimə həm xanımı, həm özü diqqətlə qu-
laq asır, maraqlanırlar. Barış bəy dərmanını müntəzəm olaraq qəbul 
etdiyini bildirmişdi. Bütün bu xüsusiyyətlər, doğrusu, həkimin xo-
şuna gəlmişdi. Bəzi xəstələr var ki, müalicə ilə maraqlanmır, həm də 
görüşlərə vaxtlı-vaxtında gəlmirdilər, üstəlik də ev tapşırıqlarını tam 
yerinə yetirmirdilər. Planlaşdırdı ki, Barış bəylə bunlar barədə də da-
nışsın. Katibəsinə söylədi ki, Barış bəy və xanımı gələ bilərlər. 
Barış bəylə Zeynəb xanım zahirən rahat görünürdülər. 
Həkim hər ikisinə baxaraq: 
–Bu gün arada nəticələr barədə fikir mübadiləsi etsək, yaxşı olar. 
Mən sizinlə əməkdaşlıqdan, səylərinizdən, göstərdiyiniz diqqətdən, 
vaxtlı-vaxtında gəlməyinizdən razıyam, – dedi. – Ötən bu müddət ər-
zində hansı dəyişikliklər olduğunu bilmək istəyirəm, əlbəttə ki, əgər 
olubsa. 
Barış bəy: 
– Həkim, mənim fikrimcə, hər şeydən əvvəl özüm barədə çox 
şeylər öyrənmişəm. Həmçinin panika tutması haqqında... Müsbət 
və mənfi tərəflərimi daha yaxından tanımağa başladım və bu tanıma 
prosesi davam edir. Məlumatımın artması özümə arxayınlıq hissini də 
artırdı. Mənə elə gəlir ki, sanki daha güclü olmuşam. Gəzintiyə başla-
dım, rahatlama və tənəffüs məşqlərini edirəm. Son günlərdə qızımla 
da daha rahatam. Deyəsən o da bunu hiss edib, daha çox oynayırıq, 
birlikdə daha çox vaxt keçiririk; çox xoşbəxtdir, əlbəttə ki, mən də. Pa-
nika tutmasının baş verəcəyi ilə bağlı qorxu yenə də var, amma azalıb. 
Gedişatdan razıyam, nəticənin yaxşı olacağına inanıram.
– Təşəkkür edirəm. Zeynəb xanım, sizin fikrinizcə vəziyyət necə-
dir? 
 – Mən də Barış bəylə eyni fikirdəyəm. Hər şey getdikcə daha da 


107
yaxşı olur, həyatımız normal axarına qayıdır. Hesab edirəm ki, mən 
də çox şey öyrənmişəm. Bunun üçün təşəkkür edirəm. Çalışıram ki, 
yoldaşıma əlimdən gələn köməyi edim. Rahatlamaq metodlarının tət-
biqi ilə bağlı bəzən ona müəyyən şeyləri xatırladıram. Lakin dediyi-
niz kimi, o istəmədən, özbaşına heç bir şey etmirəm. Həyat yoldaşım 
onun yanında olduğumu və kömək etməyə hazır olduğumu bilir. Mən 
də ümid edirəm ki, nəticə yaxşı olacaq.
– Fikirlərinizə görə təşəkkür edirəm. Keçən həftə qarın tənəffüsü 
barədə danışmışdıq və evdə bu tənəffüsü məşq etməyinizi istəmiş-
dim. Heç etdinizmi?
– Bəli, – dedi Barış bəy. – Əvvəlcə bir neçə məşqdə sanki bir az 
çətinlik çəkdim, lakin etdim.
– İndi baxaq görək, necə tətbiq etmisiniz. Panika tutması zamanı 
qarşılaşdığınız vəziyyətə bənzəməsi üçün tez-tez və qısa nəfəs alıb ve-
rin, bunu təxminən 15–20 saniyə davam etdirin.
Barış bəy həkimin dediyini etməyə başladı. Həkim saatına baxdı, 
bir müddət sonra: 
– Kifayətdir. İndi qarın tənəffüsünü edin, – dedi
Barış bəy keçən həftə həkimin izah etdiyi kimi nəfəs alıb verməyə 
başladı. Qarın şişdikcə mədəsinin üstündəki əlin yuxarıya doğru 
hərəkət etdiyini gördülər. 
– Təşəkkür edirəm Barış bəy. Bu və digər məşqləri müntəzəm şə-
kildə etməyinizin əhəmiyyəti barədə danışmışdım. Belə davam etsə-
niz bunun sizə köməyi olacaq. Artıq bu həftəki proqramımıza keçə 
bilərik. 
*** 
– Əvvəlki görüşlərdə fikrilərin hisslərimizə və bədənimizə necə tə-
sir etdiyindən qısaca bəhs etmişdim. Hadisələr barədə fikirləşib onları 
necə qiymətləndirməyimiz bizə hərtərəfli təsir edir, yəni həm psixi
həm də fiziki olaraq. Bir hadisə barədə fikirlərimiz onu qiymətləndir-
mək cəhdimizin nəticəsi əsasında yaranır. Düşüncələrimiz hər hansı 
bir hadisəyə verdiyimiz mənadır. Düşüncələrimiz bizim vahimə səviy-
yəmizə təsir edir. Məsələn, tikintidə çalışan fəhlələr yıxılma təhlükəsi 
barədə fikirləşmədikləri üçün işlərini uğurla görərlər. Yıxılacaqlarını 
NEQATİV FİKİRLƏŞMƏ TƏRZİNİZİ DƏYİŞDİRİN


108
PANİKA POZUNTUSU
fikirləşib narahat olsalar, vahimə səviyyələri yüksələr, bu da hər han-
sı qəza ehtimalını artırar. Düşüncələrimiz panika tutmalarına da təsir 
göstərir. Birinci panika tutmanız öz-özünə, gözlənilməz bir vaxtda 
və formada baş verə bilər. Bu qorxulu təcrübədən sonra siz bir daha 
panika tutması ilə qarşılaşmaq istəmədiyinizi fikirləşməyə başlaya-
caqsınız. Tənəffüsün ritmində və ya ürəyin döyünməsində baş verən 
kiçik bir dəyişiklikdə siz panika tutmasının yenidən başladığını fikir-
ləşib qorxacaqsınız. Artıq bütün diqqətiniz bədəninizdəki əlamətləri 
yoxlamağa yönələcək. Fikirləriniz də ancaq yeni bir panika tutması ilə 
məşğuldur. Beyniniz bir başqa panika tutmasının baş verməsinə proq-
ramlaşdırılıb. Durmadan bu barədə düşündüyünüz üçün narahatlıq 
səviyyəniz yüksəlir, qanda adrenalinin səviyyəsi artmağa başlayır, 
daha sonra panika tutmasının əlamətləri ortaya çıxır.
Həkim qısa fasilədən sonra: 
– Barış bəy, bu mövzuda siz nə fikirləşirsiniz? – deyə soruşdu. 
– İlk vaxtlarda bu danışdıqlarınızın demək olar ki, hamısını yaşa-
dım. Gecə gündüz, həmişə beynim doluydu və başqa bir şey barədə 
fikirləşə bilmirdim. Neqativ, pessimist düşüncələr. Elə hey bədə-
nimdəki dəyişikliklər və yeni bir panika tutmasının olub-olmayacağı 
haqqında fikriləşirdim. Sanki bir həyəcan siqnalını gözləyirmiş kimi 
həmişə qulağım səsdəydi, – deyə Barış bəy bildirdi. 
Bu yerdə həkim onun sözünü kəsib: 
– Bunların nəticəsində necə bir düşüncə şəkli formalaşmışdı? 
– Daha əvvəl sizin izah etdiyiniz kimi “Ya ... isə?” şəklində fikirlər 
ortaya çıxdı və dolaşmağa başladı. 
Doğrudur, – dedi həkim. – Panika tutmalarını yaratdığına görə 
ən vacib düşüncə forması budur. Həm mənasızdır, həm də zərərlidir. 
Əgər belə bir düşüncə forması formalaşmazsa, panika tutması keçir-
mə ehtimalı da azalar. Panika tutmasının əmələ gəlməsində əsasən 
mənfi düşüncələrin rolu vardır, müsbət düşüncələr panika tutmasın-
da elə də təsir etməz.
Həkim bir az gözlədikdən sonra: 
– Bu günkü mövzumuz bu düşüncələrlə bağlıdır. Danışacağımız 
movzuları mənfi düşüncələrinizi tanımaq, bu düşüncələrlə mübarizə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə