Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

115
dik. Bizə çox vaxt ayırır, maraqlanır. Mən də faydalı məlumatlar əldə 
etdim. Düşünürəm ki, biz bu vəziyyətdən xətasız–bəlasız çıxacağıq. 
Yox, düşünürəm deməzdim, mən buna inanıram. Bilmirəm, hiss edir-
sən yoxsa yox, amma son günlərdə daha rahat, daha arxayınsan; elə bil 
daha qamətlisən.
Barış bəy də həyat yoldaşı ilə razılaşdı: 
– Mən də hiss edirəm ki, özümə daha arxayınam. Öyrənə biləcə-
yimiz nə qədər çox şey var imiş. Amma yaxşı oldu, elə bil bir az da 
həkimlik öyrənmiş oldum”, – dedi. Sonra isə gülərək, – Yox, yox, istə-
mirəm məni səhv başa düşəsən. Güya mən çox kitab oxuyanam, ancaq 
belə çıxır ki, bu mövzularla bağlı elə bir şey oxumamışam. Mən də elə 
səninlə eyni fikirdəyəm, getdikcə daha yaxşı olacaq.
Bir az baxdı, deyəsən ağlına bir şey gəlmişdi, gülümsəyərək: 
– Bax gördün, artıq müsbət cümlələr qurmağa başlamışam. 
İkisi də güldü. Zeynəb xanım həyat yoldaşının əlindən tutdu. 
Qalxıb getdilər.
NEQATİV FİKİRLƏŞMƏ TƏRZİNİZİ DƏYİŞDİRİN


PANİKA POZUNTUSU
116
10
Panikaya qalib gəlməyə başlayın
ADDIM 5. Fiziki əlamətlərə (hisslərə) qarşı həssaslığı azaltmaq
Bu həftə həkim altı addım proqramını bitirməyi planlaşdırırdı. 
Bunu dedikdən sonra izah etməyə başladı: 
– Fiziki əlamətlər panika tutması keçirən şəxslər üçün böyük əhə-
miyyət daşıyır və onlar bu əlamətlərə qarşı həddindən artıq həssas 
olurlar. Başgicəllənmə, nəbzin sürətlənməsi, tez-tez nəfəs alma kimi 
hər hansı bir fiziki əlamət bu insanlara dərhal panika tutmasını xatır-
ladır. Bu əlamətlərin uzun müddət davam etməsi və ya şiddətli olması 
panika tutmasına təsir edə bilər. Panika tutması belə insanların fiziki 
əlamətlərə daha çox diqqət yetirməsinə səbəb olur və çıxılmaz bir və-
ziyyət yaranır. Belə halda buna fikir vermək lazımdır: 
Fiziki əlamətlərdəki hər hansı bir dəyişiklik sizdə panika tutması 
keçirdiyinizə dair bir hiss yaradırmı? 
Hansı fiziki əlamətlər sizdə bir panika tutması keçirmə hissini ya-
radır? 
Sizdə panika tutması hissini yaradan və ehtiyat etdiyiniz əlamətləri 
bir yerə qeyd edin. Bunlardan nə qədəri bədəndəki fiziki problemlərə, 
nə qədəri panika tutmasına bağlıdır, bu fərqi müəyyənləşdirmək va-
cibdir. 
 Panika pozuntusu olan bir çox adam ailəsiylə, dostları ilə və ya iş 
yoldaşları ilə söhbətdən qaçır. Çünki bu vəziyyət üzdə qızartı, sürətli 
nəfəs alma, ağızda və boğazda quruluq kimi hallara səbəb ola bilər. 
Panika tutması zamanı bənzər əlamətlər meydana gəldiyi üçün çıxış 
yolu kimi özünə qapanma və ya başqalarının fikrini qəbul etmə halları 
müşahidə oluna bilər. Biz fiziki əlamətlərin tez-tez nəfəs alma, karbon 
qazı miqdarının dəyişməsi, qanda adrenalinin miqdarının artmasıyla 
əlaqədar olduğu barədə danışmışdıq. Normal vəziyyətlər və ya bə-
dənin bəzi vəziyyətlərindən asılı olaraq fiziki əlamətlər fərqli şəkildə 
qiymətləndirilib, fərqli şəkildə izah oluna bilər. Bu cür səhv fikirlər 
və qorxulara sinə gəlmək üçün iki üsuldan bəhs edəcəyəm: Üzləşərək 
laqeydləşmək və faciələşdirmə tipli fikirlərə qarşı mübarizə aparmaq.


117
Panika ilə işləyərək laqeydləşdirmə 
Bəzi insanlar vahimənin baş verdiyi hallardan, məkanlardan qaç-
mağa meyl edirlər. Normal şərtlərdə bu cür tədbirlərdən xoşları qəlsə 
də artıq o yerlərə getmək istəmirlər. Əvvəlki müzakirələrdə qeyd etdi-
yim kimi, yayınmaqla bir anlıq rahatlıq yarana bilər, lakin uzunmüd-
dətli bir yaxşılaşma olmaz və gündəlik həyat tərzinizə bu mənfi təsir 
göstərə bilər. 
İndiyə qədər çalışdım ki, tibbi terrminlərindən istifadə etməyim, 
yəqin fikir vermisiniz buna, lakin bu mərhələdə bir termindən bəhs 
etmək məcburiyyətindəyəm: Exposure. Exposure termininin türk di-
lində tam qarşılığı yoxdur. Əsasən məruz qalmaq, üzləşmək kimi tər-
cümə edilir. Halbuki Exposure, müvafiq mövzu və ya problemlə (hər 
hansı ruhi bir pozuntu varsa) işləmək mənasında istifadə edilərsə, 
daha mənalı və daha düzgün bir izah olar. 
Panika ilə işləyərək laqeydləşmə o demək deyil ki, siz panika tut-
ması olduğunuz və qorxduğunuz yerə getmək üçün can atmalısınız. 
Exposure, panika tutmanızı və qorxunuzu bitirmək üçün istifadə olu-
nan bir vasitədir, vəssalam. Çünki bilirsiniz ki, panika tutmanızın və 
qorxunuzun səbəbi o yer və ya o vəziyyət deyil; siz özünüzsünüz, sizin 
daxili dünyanızdır. 
Siz çalışırsınız ki, panika tutmasının baş verdiyi yerdən kənar ola-
sınız, ora getməyəsiniz və ya özünüzü qorumaq üçün sizə dəstək olan 
bir insanla gedəsiniz. Panikayla işləyərək laqeyd olmağa başladığınız 
zaman panika tutmanızın və qorxunuzun olduğunu etiraf edin. Sizin 
bu işdəki məqsədiniz, panika simptomlarını şüurlu olaraq yaşamaq-
dır. Bu səbəblə panika simptomlarını hiss etdikdən sonra onlara müm-
kün olduğu qədər müqavimət göstərməməyə çalışmalısınız. Bunların 
meydana gəlməsi üçün özünüzə icazə verin, sıxmayın özünüzü. Hiss 
edəndə ki müqavimət göstərirsiniz, narahat olmayın. Dərhal müqa-
vimət göstərməyi dayandırın. Əvvəllər müqavimətinizin tam fərqində 
deyildiniz, halbuki indi hiss edirsiniz. Bu da yaxşı bir haldır. 
Əgər eyni hisslər təkrar olunarsa, onuların yaratdığı narahatlıq tər-
dicən azalacaq və nəhayət, yox olacaq. Məsələn, tutaq ki, siz bir qorxu 
PANİKAYA QALİB GƏLMƏYƏ BAŞLAYIN


PANİKA POZUNTUSU
118
filmi izləyirsiniz və birinci dəfə qorxursunuz. Eyni qorxu filminə ikin-
ci, üçüncü dəfə baxdığınızda qorxunuz birinci dəfəyə nisbətən daha 
az olacaq. Bəlkə beşinci dəfə izləyəndə artıq heç qorxmayacaqsınız. 
Hətta “Mən bu filmdən qorxmuşam?” deyə bilərsiniz. Panika ilə iş-
ləyərkən laqeydləşmədə əsas məqsəd qəsdən bir panika tutması ya-
ratmaqdır. Bu halda panika tutmasının simptomlarına necə reaksiya 
verdiyinizi daha aydın görə və çalışa bilərsiniz. Burada ən əsas məqam 
panika tutmasından qorxaraq ondan qaçmaq deyil, panika simptom-
larını yaşayıb onları necə ələ ala biləcəyinizi öyrənməkdir. Panika 
tutmanızın əlamətlərini hiss edib onlarla çalışaraq simptomlara qarşı 
laqeyd ola bilərsiniz. Elə ki siz panika tutmasından qorxmamağa baş-
ladınız, artıq o zəifləməyə, tədricən ötüb keçməyə başlayacaq”.
Həkim Barış bəyə dönərək: 
– Bu metodu tətbiq edə bilərsinizmi? – deyə soruşdu. 
Barış bəy bir az çəkinərək: 
– Doğrusu, bir az çətin gəldi. Qorxduğum şeyi bilə–bilə yaşamaq. 
Çətindır, amma çalışaram sınaqdan keçirim, – dedi. 
Zeynəb xanım bir az fikirli halda: 
– Bunun tətbiqi zamanı nə etməliyik? – dedi. 
– Bunu tətbiq edərkən meydana gələn simptoma əsasən daha əvvəl 
danışdığımız müxtəlif tənəffüs, rahatlama və proqressiv əzələ boşalt-
ma metodlarından istifadə oluna bilər. Mərhələli və ya sistematik bir 
şəkildə laqeydləşmə metodu da faydalı olacaq, bunu bir az sonra izah 
edəcəyəm.
Həkim bir az fasilə verib: 
– İndi yenə də fiziki əlamətlərin müzakirəsi məsələsinə qayıda 
bilərik, – dedi. – Barış bəy qarşılaşdığınız bu əlamətləri özünüz yara-
da bilərsinizmi? Məsələn, nəbzinizin artması, sürətli nəfəs alma kimi.
– Piyada sürətlə gedəndə və ya pilləkənləri qalxıb enəndə nəbzim 
artır. Tez-tez getsəm, qaçsam və ya üzsəm nəfəs alıb verməyim də 
sürətlənər.
– Doğrudur, bu əlamətlər panika tutması zamanı yaşadığınız 
əlamətlərə oxşayır. Bu əlamətləri normal səviyyəsinə qaytarmaq üçün 
yavaş tənəffüs və boşalma metodlarını tətbiq edə bilərsiniz. Bir az din-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə