Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

119
cəldikdən sonra normal qaydasına düşəcək.
Faciələşdirmə tipli fikirlərlə mübarizə aparmaq 
– İkinci metod faciələşdirmə xarakterli fikirlərlə mübarizə me-
todudur. Bu metod keçən həftə müzakirə etdiyimiz neqativ fikirləri 
pozitiv fikirlərlə əvəz etmək metoduna oxşayır. Tək fərqi odur ki, fi-
ziki əlamətlərin yaratdığı qorxunun aradan qaldırılması üçün istifadə 
edilir. Panika tutması zamanı yaşadığınız fiziki əlamətlərlə bağlı fikir-
lərinizi yada salmağa çalışın. Bunları yaza da bilərsiniz. Sonra fikirlə 
bağlı ehtimalları götür-qoy edib nəhayətdə müsbət bir qənaətə gələ 
bilərsiniz. 
Məsələn iki vəziyyətə nəzər salaq: 
Nəbz ritminiz artdıqda qorxulu mənfi fikriniz bu ola bilər: “Yəqin, 
ürək infarktı oluram!” Bu vəziyyətlə əlaqədar ehtimalları nəzərdən ke-
çirin: Sürətlə getmək, pilləkəni qaça–qaça çıxmaq, həyəcanlanmaq və 
s. kimi. Bundan sonrakı mərhələ pozitiv fikirlərin yaranmasıdır: “Bu 
ürək infarktı deyil, əgər bir az dincəlsəm normal hala qayıdacaq”.
Başınız gicəllənəndə faciəvi neqativ fikiriniz bu ola bilər: “Deyəsən 
huşumu itirirəm, özümə nəzarət edə bilmirəm; bu panika tutması ola 
bilər”. Bu vəziyyətlə bağlı ehtimalları nəzərdən keçirin: Birdən ayağa 
qalxmaq, səhərdən heç bir şey yeməmək, tərləyərək çox maye itirmək. 
Son mərhələ olaraq da bunları fikirləşə bilərsiniz: “Bu, panika tutması 
deyil. Qanımda şəkərin miqdarı ola bilsin ki azalıb, nəsə yesəm keçər”.
Əgər bu metodları müntəzəm olaraq tətbiq etsəniz, fiziki əlamət-
lərlə bağlı neqativ düşüncələrə qarşı daha güclü olar və onların öhdə-
sindən gələ bilərsiniz. Yavaş tənəffüs, rahatlama və mənfi düşüncəni 
müsbət düşüncəyə çevirmək metodlarının kompleks tətbiqi daha 
yaxşı nəticə verə bilər.
Həkim bir az gözləyib: 
– Bu proqrama başlayanda demişdim ki, altı addımdan ibarətdir. 
Bu gün altıncı addım barədə də danışmaq istəyirəm. Əgər yorulmamı-
sınızsa, mərhələləri bitirərdik.
İkisi də birdən: – “Olar”, – dedi.
PANİKAYA QALİB GƏLMƏYƏ BAŞLAYIN


PANİKA POZUNTUSU
120
ADDIM 6. Bu bacarıqları tətbiq etmək
– Bu addımın məqsədi, aqorafobiyanın və müşkül sahələrin öhdə-
sindən gəlməkdir. Bir az əvvəl panika ilə işləyərək laqeydləşmə haqqın-
da danışdım. İndi mərhələli “exposure”i izah edəcəyəm. Mərhələli 
Exposure, sizin üçün ən əlverişli tempdə və addım–addım “exposure”-
ni tətbiq etmək deməkdir; proqressiv və ya sistematik laqeydləşdirmə 
deməkdir. Sistematik şəkildə laqeydləşdirmə qorxuların və ya panika 
tutmalarının dəf edilməsi baxımından faydalı və təsirli bir metoddur. 
Silov və Manikavaşaqara (1997) görə bu metodun prinsipləri aşağı-
dakılardan ibarətdir: 
1. Bu üsulun tətbiqi üçün panika tutmalarının meydana gəldi-
yi və qorxu keçirdiyiniz yerləri və vəziyyətləri dərəcələrinə 
görə qruplaşdırıb bir siyahı tərtib etməyiniz vacibdir. 
2. Dərəcələndirmə işi ən çox narahatlıq yaradan vəziyyətdən 
ən az narahatlıq yaradan vəziyyətə görə aparılmalıdır. Bu 
düzülüşə əsasən vahimə yaradan vəziyyətlər addım–addım 
araşdırılır. Vahimə yaradan bir vəziyyətin narahatlıq yarat-
ma xüsusiyyəti azalınca növbəti vəziyyətə diqqət yetirilir. 
3. Sistematik şəkildə laqeydləşdirmə işində böyük addımlar-
la getməyə çalışmaqdansa, ardıcıl və möhkəm addımlarla 
getmək daha yaxşıdır. Bacardığınızdan daha sürətli hərəkət 
etmək sizin ümidlərinizi puç edə bilər və siz yenidən müqa-
vimət göstərə bilərsiniz. Buna görə də, sizin üçün ən əlverişli 
tempdə irəliləmək vacibdir. 
4. Laqeydləşdirmə işinin başlanğıc mərhələlərində öyrəndi-
yiniz üsullardan bir neçəsini tətbiq edə bilərsiniz. Bütün 
hallarda hər üsul faydalı olmaya bilər. Sizin üçün ən faydalı 
olanı seçib tətbiq edin. 
5. Sistemli laqeydləşdirmə işinin ilk mərhələlərində dəstək olan 
adamın sizə çox köməyi dəyə bilər. Bu halda Zeynəb xanım 
sizə çox kömək edəcək. Çünki həm panika tutmaları, həm 
də müzakirə etdiyimiz metodlar haqqında kifayət qədər mə-
lumatı var. Zeynəb xanım sizə kömək etdikdən bir müddət 
sonra tədricən geri çəkilib imkan verməlidir ki, siz müstəqil 


121
hərəkət edəsiniz. 
6. Bu metodun ən vacib tərəflərindən biri adından da göründü-
yü kimi, sistemli bir şəkildə çalışmaqdır. Bununla o nəzərdə 
tutulur ki, proqrama əməl etmək, sizin tempinizə uyğun ola-
raq addım–addım irəli getmək, müntəzəm olaraq məşqlər 
etmək lazımdır, hər hansı maneə ilə qarşılaşdığınızda ümidi-
nizi itirməməli, bu proqram həyatınızın prioritet istiqaməti 
olmalıdır. 
Bunları etmək üçün qızıl bir qaydanı daim yadda saxlayın: 
“Bir an-
lıq yüngülləşməyi deyil, uzunmüddətli azadlığı seç!” 
Sizin məqsədiniz panika tutmasına qarş mübarizə aparmaq və ya 
ona müqavimət göstərmək deyil. Siz çalışırsınız ki, özünüzü daha ra-
hat hiss edəsiniz. Bunun üçün də panika tutmasının fərqində olmaq 
və onu qəbul etmək lazımdır. Panika tutmalarının enişli–yoxuşlu bir 
gedişatı ola bilər. Bu sizi qorxutmamalı, təhlükəli olması barədə fikir-
ləşməməlisiniz. Bununla yanaşı aşağıdakıları da diqqətdə saxlamağı-
nız yaxşı olar: 
– Bütün panika tutmaları nəhayətdə bitir, 
– Sizin panika tutmanız da gec–tez bitəcəkdir, 
– Panika tutması ilə bağlı reaksiyanız necə olursa–olsun, nəhayət-
də o da mütləq bitəcəkdir. 
– Sizin işiniz və məqsədiniz panika tutmasını bitirmək deyil, 
– Sizin işiniz və məqsədiniz, tutmanın keçməsini gözləməklə ya-
naşı, işinizi davam etdirmək, hisslərinizi və fikirlərinizi sərbəst burax-
maq, özünüzü yüngülləşdirməyə çalışmaqdır. 
Barış bəy: 
– Panika tutması baş verdiyində bunlar barədə fikirləşmək elə də 
asan olmur, – dedi. 
– Panika tutmasının əlamətlərini nəzərə alsaq dediklərinizdə qis-
mən haqlısınız. Niyə qismən? Çünki indiyə qədər danışdığımız me-
tod və üsulları tətbiq etsəniz, fikirləriniz və baxış bucağınız dəyişəcək-
dır. Siz panika tutması keçirən bir insan olmaqdan qurtulub panika 
tutmasını müşahidə edən bir insana çevriləcəksiniz. Kənardan qiymət 
vermək özü ilə yanaşı fərqli düşünməyi də gətirəcək. Qeyd etmişdim 
PANİKAYA QALİB GƏLMƏYƏ BAŞLAYIN


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə