Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   35   36   37   38   39   40   41   42   43

125
Zeynəb xanım: 
– Yadımdadır, ilk günlərdə necə özümüzü itimişdik, nə edəcəyi-
mizi bilmirdik, çarəsizlik içində idik. Nə olduğunu bilmirdik, çaşıb 
qalmışdıq, qorxurduq. İndi bu barədə daha çox məlumatımız var, nə 
olduğunu və ola biləcəyini bilirik. Nə edə biləcəyimizi də bilirik. Hət-
ta, hesab edirəm ki, başqalarına köməyimiz də deyə bilər, – dedi. 
– Mən də inanıram ki, siz başqalarına, ətrafınızdakı insanlara 
kömək edə bilərsiniz. Yadınızdadırsa, ilk görüşlərimizin birində sizə 
buna bənzər şeylər demişdim. Əlavə müalicə yolları əsasən vahimələ-
ri azaltmaq, vahimə simptomlarına və fiziki əlamətlərə nəzarət etmək 
üçün tətbiq edilir. Bu baxımdan ya beyninizi və fikrilərinizi rahatlat-
maq, ya da fiziki olaraq yaxşılaşmağınızı təmin etmək, inkişaf etdir-
mək məqsədini daşıyır. Panika tutmalarının müalicəsində əlavə müa-
licələr tək başına kifayət etmir. Bunları ancaq bəhs etdiyimiz metod və 
müalicə formalarına bir dəstək kimi qiymətləndirə bilərsiniz. Bu vari-
antlar arasında ən əhəmiyyətli olanlar öz-özünə hipnoz, bioloji əks–
əlaqə, yoqa, aerobika, cinsi əlaqə, Neyrolinqvistik proqramlaşdırma 
(NLP), aromaterapiya, bitki mənşəli məhsullar, meqa vitamin terapi-
yasıdır. Ümumilikdə bunlar qismən faydalı, lakin zərərsizdir. Əvvəlki 
həftələrdə danışdığımız metodlarla əlaqəsi olduğuna görə öz-özünə 
hipnozla başlayacağam.
Öz-özünə hipnoz 
– Hipnoz, diqqətin çox kiçik bir sahədə cəmlənməsi və nəfəs alma 
əsasında tətbiq olunan bir üsuldur. Gərgin və təlaşlı olduğunuzda ra-
hatlamaq üçün öz-özünüzə tətbiq edə bilərsiniz, bununla yanaşı pani-
ka tutması baş verəndə də istifadə oluna bilər. 
Barış bəy həkimin sözünü kəsdi: 
– Məndə olan məlumata görə, hipnozu hipnoterapiya mütəxəssisi 
etməlidir. Bir insan başqasının köməyi olmadan öz-özünü hipnoz edə 
bilərmi? 
– Bəli, edə bilər. Siz də düz deyirsiniz, müxtəlif məqsədlər üçün 
bir hipnoterapiya mütəxəssisinə ehtiyac ola bilər. Ancaq bu, sadə bir 
üsuldur, üstəlik çox vaxt da aparmır. Bəzi hərəkətləri və ya ilkin şərtləri 
ƏLAVƏ MÜALİCƏLƏR


PANİKA POZUNTUSU
126
yerinə yetirsəniz, asanlıqla tətbiq edə bilərsiniz. Təsəvvür edin ki, siz 
bütün diqqətinizi bir film və ya kitaba yönəltmisiniz. O an ətrafınızda 
baş verən dəyişiklikləri bir stimulyator kimi görmürsünüz. Sanki şüu-
runuzun bu sahəsi kənar aləm üçün bağlıdır. Hesab edin ki, hipnoz da 
bunun bir az daha dərin formasıdır.
– İlkin şərtlərin yerinə yetirilməsindən bəhs etdiniz. Bunlar hansı-
lardır və çətindirmi? – deyə Zeynəb xanım soruşdu. 
Əslində çətin deyil, şərt bir az güclü səslənir. Hər şeydən əvvəl 
rahatlamaq istəyinizin və qərarınızın olmasıdır. Səssiz və rahat bir yer-
də olmalısınız ki, ətrafınızda sizi kənardan qıcıqlandıran, diqqətinizi 
dağıdan bir şey olmasın. Gözünüzdə linza varsa çıxarın, sizi sıxan bir 
geyiminiz varsa boşaldın və ya çıxarın.
Barış bəy: 
–Bunu edəndə gözlərimiz açıq yoxsa bağlı olmalıdır? – deyə soruşdu. 
– Belə bir ümumi fikir var ki, gözlər bağlı olsun, lakin bu elə də 
vacib deyil. Gözlərin bağlı olması kənar oyadıcılardan uzaq durmaq 
deməkdir.
– Panik pozuntusu olanlar üçün xüsusi bir hipnoz üsulu varmı?. 
– Xeyr, yoxdur. Öz-özünə hipnoz ümumiyyətlə rahatlanmaq 
məqsədilə istifadə edilən bir metoddur. Panika pozuntusu olanlarla 
bağlı vacib məqam odur ki, bu insanlar hipnoza digər insanlardan 
daha meyilli olurlar. İndi də öz-özünə hipnozun addım–addım necə 
tətbiq olunduğuna baxaq (Carbonelldən alınmışdır): 
1. Sakit, rahat bir yerdə oturun və ya uzanın. Yavaşca nəfəs alın 
və boşalmaq üçün çiyin və döş qəfəsiniz vasitəsilə nəfəsinizi 
verin. Bir neçə dəfə qarın tənəffüsü edin. 
2. Nəfəs verib rahatlama hiss etdiyinizdə diqqətinizi əvvəlcə-
dən müəyyənləşdirdiyiniz açar sözə cəmləşdirin. Bu sözün 
asan, tək hecalı və neytral olması məsləhətdir: Məsələn, “ay”, 
“mən”, “bir”, “keç” kimi sözlər. Nəfəs verdiyinizdə hər dəfə 
bu sözü sakitcə və aramla söyləyin. 
3. Təxminən 6–12 dəfə diqqətinizi açar söz üzərində cəmlə-
dikdən və söylədikdən sonra dayandırın. Belə bir cümləni 
söyləyərək və ya düşünərək öz-özünüzü təlqin edin: “İndi 


127
özümü rahatladıram”. 
4. Qarın tənəffüsünə davam edin. Hər dəfə nəfəs verəndə sakit-
cə aramla 20–dən sakitcə və aramla 15–ə geriyə doğru sayın. 
5. On beşə çatanda özünüzə başqa bir şeyi təlqin etmək üçün 
durun. Üçüncü maddədəki təlqin cümləsindən də istifadə 
edə bilərsiniz. Təlqin cümləsi ancaq müsbət və icazə xarak-
terli olmalıdır: “Əvvəlkindən daha çox yüngülləşəcəyəm” və 
ya “əvvəlkindən daha rahat olacağam” kimi. 
6. Nəfəsinizi verərkən 14–dən 10–a doğru geriyə saymağa da-
vam edin. 
7. 10–a çatanda dayanın, saymağa fasilə verin. Bu vaxta qə-
dər gözləriniz bağlı olubsa açın. Qısa bir müddət sağa, sola 
baxın. İstəsəniz gözlərinizi yenidən bağlaya bilərsiniz, birin-
ci maddədən başlayaraq bütün addımları təkrar edin. Əgər 
bu proses ərzində gözləriniz açıq olubsa, bunun tərsini edin. 
8. Bütün mərhələləri üç dəfə təkrar edin. 
9. Üçüncü dəfədən sonra, vəziyyətinizə uyğun olaraq özünüzə 
sonuncu bir şeyi təlqin edin. Məsələn, əgər yatmağa hazır-
laşırsınızsa, “İndi rahat və yüngülləşmiş bir vəziyyətdə ya-
tacağam”, – deyə bilərsiniz. Günün qalan hissəsi ilə əlaqə-
dar belə bir şey təlqin etmək olar: “Bu məqama diqqətimi 
yönəldirəm, fikirlərimi daha rahat bir şəkildə beynimdə 
cəmləmişəm; günün digər fəaliyyətlərinə hazıram”.
Həkim burada fasilə verib üzünü Barış bəyə tutub soruşdu: 
– Çətindir, edə bilərsinizmi? 
– Edərəm, amma ardıcıllıq əvvəllər ola bilər ki, yadımda qalmasın.
– O barədə narahat olmayın, bunları yazılı şəkildə sizə verəcəyəm. 
Həkim başqa bir sual olub-olmadığını müəyyən etmək üçün bir az 
fasilə verib sonra: 
– İndi digər əlavə variantlarla bağlı qısa məlumatlara keçə bilərik, 
–dedi. – Daha əvvəl bioloji əks əlaqələrdən bəhs etmişdim. O, sizin 
bədəndəki hissiyyatlarınızı tanımağınıza və onlara nəzarət etməyinizə 
kömək edir. Məsələn, ürəyiniz sürətlə döyünəndə buna olan reaksi-
yalarınızı öyrənib ürəyinizin normal şəkildə döyünməsini təmin edə 
ƏLAVƏ MÜALİCƏLƏR


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə