Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   35   36   37   38   39   40   41   42   43

PANİKA POZUNTUSU
128
bilərsiniz. Beləcə panika tutmasına səbəb ola biləcək narahatedici fi-
ziki hisslərinizə nəzarət edə bilərsiniz. Bu sizdə tətbiq olunduğu üçün 
bunu çox yaxşı bilirsiniz. 
Yoqa, aerobika və cinsi əlaqə əsasən fiziki bir məşq kimi qiymət-
ləndrilə bilər. Bu doğrudur, lakin burada çatışmazlıqlar var. Həm-
çinin bu hərəkətlər diqqəti müəyyən bir mövzu üzərində toplamaq 
baxımından da əhəmiyyətlidır və faydalıdır. Bunların elə də çox bilin-
məyən mühüm təsiri də, qandakı adrenalinin miqdarını aşağı salması-
dır. Beləliklə fiziki bir məşq, psixi olaraq diqqətin bir şeyə cəmlənməsi 
və adrenalinin miqdarının azalması kimi təsirlərinə görə çox yaxşı bir 
kombinasiya təşkil edərlər. 
NLP neqativ fikirlərin pozitiv fikirlərə çevrilməsi baxımından xe-
yirlidir. Ancaq sizdə səthi və süni bir arxayınlıq hissi yaratdığı üçün 
uzun müddət tətbiq edildiyində zərərli də ola bilər. 
Aromaterapiya, stressi yatızdırmaq üçün tətbiq olunan bir vari-
antdır. Bitkilərdən əldə olunan efir yağları daxilə ağız yoluyla və ya 
tənəffüs edilərək istifadə oluna və ya dəriyə masaj şəklində tətbiq edilə 
bilər. Aromaterapiyada ən çox berqamot, lavanda, ballınanə və ya li-
monotu, səndəl ağacı kimi bitkilərdən istifadə olunur. 
Bitki mənşəli məhsullar deyildiyində ən çox ağla gələn bitki çay-
larıdır. Vahimə əlamətlərində ən çox dağ gülü və pişik otundan isti-
fadə edilir. Bazarda bitki mənşəli müxtəlif məhsullar vardır. Bunların 
təsirli maddəsi və onun miqdarı, təsir mexanizmi, yan təsirləri, uzun 
müddətli təsirləri tam olaraq məlum olmadığı üçün bir tibb işçisi kimi 
bunları elə də məsləhət görmürük. 
Bədənimizin aktiv və qanunauyğun fəaliyyətində vitaminlərin çox 
böyük rolu vardır. Vahimə əlamətlərində vitaminlərin yüksək dozaları 
təyin edilə bilər, lakin faydasının olub-olmadığı tam məlum deyil. 
– Belə olduğu halda əlavə müalicələrdən hansını təklif edirsiniz?, – 
deyə Zeynəb xanım soruşdu.
– Daha əvvəl qeyd etdiyim kimi başdakı ilk üç metod digər metod-
lara əlavə edildiyində faydalı olar, lakin zəruri deyil: Öz-özünə hip-
noz, bioloji əks əlaqə, yoqa–aerobika, cinsi əlaqə. Bunların hamısı da 
ola bilər, bir neçəsi də.


129
12
Panika tutmasının qarşısını ala bilərsiniz:
SİZ BACARARSINIZ!
Barış bəy də, Zeynəb xanım da fikirləşirdi ki, bu, həftənin son gö-
rüşü olacaq. Evdə Barış bəyin son vəziyyətini və müalicənin gedişatını 
götür-qoy edib belə bir qənaətə gəlmişdilər. “Həkim görəsən belə bir 
şey demişdi?’, – əmin deyildilər. Amma gedişat onu göstərirdi. 
Katibənin: “Buyurun, keçin” sözlərini eşidəndə ikisi də yüngülcə 
diksindi. Fikirlərdən ayrılıb içəri daxil oldular. 
Həkim gülümsəyərək: 
– Müalicə və özünə kömək proqramımızın sonuna yaxınlaşırıq, 
– dedi. – Bu müddət ərzində qısaca vahimə və panika tutmalarının 
simptomları, tutmanın sizi necə aldatması, tutmaları dəf etməyiniz 
üçün müxtəlif üsullar barədə danışdıq. 
Zeynəb xanım: 
– Müalicə bitir? Artıq gəlməyəcəyik? – deyə soruşdu. 
– Hələ ki, elə deyil, Zeynəb xanım. Amma artıq həftədə bir dəfə 
deyil, daha gec–gec gələcəksiniz. Görüşümüzün sonunda buna birlik-
də qərar verərik.
– Demək, müalicə hələ bitməyib. 
– Bəli, çoxu gedib, azı qalıb. Bu gün bundan sonra nə edəcəyik o 
barədə danışacağıq. Tutmaların necə bir xətt izlədiyi barədə əvvəl da-
nışmışdım. İndi buradan davam edək. Panika pozuntusu dalğavari bir 
xətt üzrə gedir, vahimə və ya panika simptomları zəifləyə də bilər, güc-
lənə də. Siz, təbii ki, hər zaman yaxşı, hətta daha yaxşı olmaq istəyir-
siniz. Qrafikdəki xətt həmişə yuxarı getsin deyə. Hərdənbir geriləmə 
olmasını da istəyə bilərsiniz. Bunlar insana xas düşüncələrdir və başa 
düşmək elə də çətin deyil, lakin bu pozuntunun sağalma xarakteri 
belədir. Bir kəfkirin yelləndiyini təsəvvür edin, rəqs intervalı tədricən 
azalacaq və axırda hərəkət dayanacaq. 
Barış bəy bir az narahat bir səslə: 
– Bu o deməkdir ki, panika tutmalarını yenidən yaşaya bilərəm? – 
deyə soruşdu. 
PANİKA TUTMASININ QARŞISINI ALA BILƏRSİNİZ: SİZ BACARARSINIZ!


PANİKA POZUNTUSU
130
– Qarşımızdakı dövrdə tutma keçirə də bilərsiniz, keçirməyə də 
bilərsiniz. Əgər öyrəndiyiniz metodları bezmədən və mütəmadi ola-
raq tətbiq etsəniz, sağalma prosesi davam edəcək. Bəzən geriyə bir 
gediş olsa, əhvalınızı pozmayın. Mütəmadi olaraq tətbiq edildiyində 
simptomlar yavaş-yavaş azalır və tədricən yox olur.
– Yəni, təkrarlanma ehtimalı var və buna hazırlıqlı olmalıyıq, elə 
deyilmi? – deyə Zeynəb xanım sual verdi.
– Bəli, mən də elə bunu demək istəyirəm. Yaxşılaşmadan sonra ye-
nidən tutma baş verə bilər. Bu təkrarlanmanı “qayıtma” adlandırırlar.
Barış bəy: 
– Qayıtma nədir, hansı xüsusiyyətləri var? – deyə soruşdu. 
– “Qayıtma”, “sizin nəzarətiniz altında olan simptomların müxtəlif 
səbəblərə görə yenidən ortaya çıxmasıdır. Bu səbəbləri asanlıqla ayırd 
etmək mümkündür və ya onları görməkdə çətinlik çəkə bilərsiniz. Bu-
rada ən vacib nöqtə həmin simptomların panika pozuntusundaki nor-
mal sağalma prosesinin bir xüsusiyyəti, yoxsa pozuntusunun yenidən 
ortaya çıxması olduğunu ayırd etməkdir. Qısası, yaxşılaşma prosesi ilə 
bağlıdır, yoxsa bir qayıtmadır? Bəzən bunu ayırd etmək çətin ola bilər. 
– Bu simptomların bir qayıtma əlaməti olub-olmadığını necə 
müəyyən edəcəyik? – deyə Barış bəy soruşdu. 
– Elə olanda simptomlarla əlaqədar olaraq özünüzə indi deyəcə-
yim sualları verməlisiniz. Əgər bu suallardan ən azı birinə “bəli” ca-
vabı versəniz, o zaman hesab edilir ki, siz qayıtmanın erkən mərhələ-
sindəsiniz. Belə olduğu halda yaxşı olar ki, siz simptomlarla bağlı əv-
vəllər sizə ən çox köməyi dəyən və ən asan tətbiq etdiyiniz metodları 
götür-qoy edəsiniz. Özünüzə bu sualları verin: 
1. Əsl panika tutmasımı keçirirsiniz? 
2. İndiki simptomlarınızın şiddəti ilk panika tutması zamanı 
olanlarla eynidirmi? 
3. Simptomlar adi gündəlik həyatınıza getdikcə mənfi təsir 
göstərirmi? 
4. Bu simptomlar panika tutmasının baş verdiyi ilk zamanlarda-
kı kimi eyni tezlikdə müşahidə olunurmu?
Eşitdikləri Zeynəb xanımın elə də xoşuna gəlməmişdi. Hər şeyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə