Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   35   36   37   38   39   40   41   42   43

131
qaydasına düşdüyünü güman etdikləri bir vaxtda yoxsa qalıcı bir 
problemləmi üzləşiblər? 
– Panika pozuntusu sağaldığı halda daha sonra niyə qayıtma olur? 
– deyə soruşdu. 
Həkim ikisinin də üzündən o narahatlığı hiss etdi: 
– Dərhal narahat olmayın, – dedi. – Deyə bilmərik ki, panika tut-
ması hər baş verəndə qayıtma olacaq, lakin olma ehtimal var. Qayıtma 
bir çox səbəblərdən təzahür edə bilər. Xarici faktorlarla yanaşı, daxili 
faktorlar da səbəb ola bilər, başqa sözlə adamın öz xüsusiyyətləri də 
təsir edə bilər. Xarici faktorlar kənardan asanlıqla hiss edilə bilər. Bun-
ları tək–tək sayıram: 
– Proqramdakı metodları müntəzəm və davamlı olaraq tətbiq et-
məmək:  Metodlar sistemsiz və yarımçıq olaraq tətbiq edildiyində 
istədiyimiz fayda olmaz. 
– Dərman qəbulunu erkən və birdən dayandırmaq: Dərmanın fay-
dalı olması üçün onu fasiləsiz, müntəzəm olaraq qəbul etmək lazım-
dır. Dayandırma vaxtına və formasına həkimlə birlikdə qərar vermək 
məsləhətdir. Birdən dayandırmaq vahimə əlamətlərinin yaşanmasına 
və ya sizin vahiməyə qarşı daha həssas olmağınıza yol aça bilər.
– Yuxusuzluq, pis qidalanma, fiziki xəstəlik, həddindən artıq çox 
məşq etmək, 
– Gündəlik həyatda olan stressli hadisələr: Ailə üzvləriylə bağlı 
ortaya çıxan problemlər, həyat yoldaşı ilə aranızda olan mübahisələr, 
uşaqla bağlı problemlər, dostlarınızla olan ünsiyyət, işlə əlaqədar 
problemlər, maddi çətinliklər, bütün cəmiyyətə təsir edən müharibə, 
zəlzələ kimi mühüm hadisələr. 
Daxili faktorlar insanın özüylə əlaqədardır: 
– Vahiməyə qarşı həssaslığın yüksək olması: Digər insanlara nis-
bətən təşviş əlamətlərinin daha asan bir şəkildə meydana gəlib yaşan-
masına, bilavasitə bu səbəbdən daha çox zərər görmənizə yol açar. 
– Simptomlarla bağlı son dərəcə çox narahat olmaq: Həddindən 
artıq təşviş yeni bir tutmanı yarada bilər, 
– Yanlış fikirlər: Gündəlik həyatla əlaqədər adi təşviş səhvən qayıt-
ma əlamətləri kimi qiymətləndirilə bilər, 
PANİKA TUTMASININ QARŞISINI ALA BILƏRSİNİZ: SİZ BACARARSINIZ!


PANİKA POZUNTUSU
132
– Özünə inamın az olması, 
– Problemi həll etmək üçün kifayət qədər bacarığın olmaması: va-
himələrə qarşı həssaslığı artıra bilər. 
Onlar və bu kimi mənfi hallar qayıtmaya səbəb ola bilər.
Barış bəy: 
– Məncə bunlar vacibdir, belə ki, hər an stressli bir vəziyyətlə üz-
ləşə bilərik, stresdən qaça bilmirik. Belə olduğu halda qayıtma da la-
büddür, bunun qarşısını almaq üçün nə edə bilərik? – deyə soruşdu. 
– Haqlısınız, stressdən, düzdür, qaça bilmirik, lakin qayıtma qaçıl-
maz deyildir. Bu faktorları tək–tək nəzərdən keçirsəniz, görərsiniz ki, 
çoxunun qarşısını almaq mümkündür.
– Qayıtmanın qarşısını almaq üçün nə etmək olar? 
– Qayıtmanın qarşısını almaq üçün əvvəlcə yaxşı olar ki, yuxarı-
dakı faktorlar nəzərdən keçirilsin. Onlardan hansılar var? Han-
sılarını asanlıqla aradan qaldira bilərsiniz? Aşağıdakı mövzuları 
nəzərdən keçirərək lazımi strategiyalar hazırlaya bilərsiniz: 
– Həyatınızda yeni stress və ya vahimə mənbələrinin olub-ol-
madığına baxın. Sizi lüzumsuz yerə çətinliyə salan, vahimə 
əlamətlərinə qarşı daha həssas olmağınıza səbəb olan yeni 
stresslər varmı? 
– Vahimə əlamətlərini dəf etməyə çalışırsınız, yoxsa dərhal o 
vəziyyətdən qaçırsınız? Belə vəziyyətlərə qalib gəlmək üçün öy-
rəndiyiniz metodlardan istifadə edin. 
– Sağlam bir həyat tərzi sürüb–sürmədiyinizi nəzərdən keçirin. 
Sağlam qidalanma, rahat yuxu, müntəzəm məşqlər, qıcıqlandı-
rıcı təsirə malik maddələrdən uzaq durmaq və s.
– Müzakirə etdiyimiz üsullar tətbiq edildikcə insan daha da ix-
tisaslaşır. Panika tutmasının olmadığı vaxtlarda da bunları tət-
biq etmək faydalı olacaq. 
– Dərmanların dozasını, müntəzəm olaraq istifadə edib–etmə-
diyinizi nəzərdən keçirin. 
– Fiziki əlamətlər haqqında və hadisələrə neqativ qiymət ver-
məklə bağlı neqativ düşünmə formasından əl çəkmisiniz? Bu 
məsələyə də diqqət yetirin.


133
– Panika simptomlarını dəf etmə sahəsindəki müvəffəqiyyətlə-
rinizə görə özünüzü mükafatlandırın. 
– Dəstək olan adamla söhbət edin. 
– Əsl panika tutması baş veribsə, yenidən həkiminizlə görüşün. 
– Qayıtmaya yol açan fiziki səbəbləri araşdırmaq üçün, lazım 
gələrsə, tam tibbi müayinədən keçin. 
Qayıtma ilə əlaqədar mənim demək istədiklərim bunlardan ibarət-
dir, sizin sualınız varsa, onları da müzakirə edək. 
Həkim bir az gözlədi. Sual yox idi, üzünü ikisinə də tutub: 
– Buraya qədər olan hadisələri mən müsbət qiymətləndirirəm. 
Məlumat əldə etmək, maraqlanmaq, sağalmağa çalışmaq, üsulların 
tətbiqi, bir-birinizə dəstək olmağınız, düşünmə forması, hamısını 
müsbət qiymətləndirirəm. Düşünürəm ki, bundan sonra həftədə bir 
dəfə gəlməyinizə ehtiyac yoxdur. Nə deyirsiniz? 
Barış bəylə Zeynəb xanım bir-birinə baxdı. Əslində belə bir şeyi 
gözləyirdilər. Hərçənd ki, öz aralarında görüş vaxtını danışa bilmə-
mişdilər, lakin müalicənin sona yaxınlaşdığını bilirdilər. 
Barış bəy: 
– Bildiyim qədər əsas məlumatları və əsas üsulları hərtərəfli şəkil-
də izah etdiniz. Ümumiyyətlə, vəziyyətimin getdikcə yaxşılaşdığını 
onsuz da demişdim. Düşünmə forması, panika tutmalarına baxış bu-
cağım da dəyişdi. Artıq qorxmuram və nəyə qadir olduğumu bilirəm. 
Başa düşdüyüm bu oldu: Artıq bundan sonrası üçün məsuliyyət mə-
nim üzərimə düşür. Bu panika tutması mənim panika tutmamdır. 
Bunu yaradan mənəm, öhdəsindən gəlməli adam da mənəm. Sizin 
vasitəçiliyinizlə mən bunları anladım və öyrəndim. Təşəkkür edirəm, 
– dedi. 
Zeynəb xanım da: 
– Mən də həyat yoldaşımla həmfikirəm. Düzü, məndə də panika 
tutrmaları ilə əlaqədar heç bilmədiyim, gözləmədiyim fikirlər yaran-
dı. Çox şeylər öyrəndiyimi deyə bilərəm. Yalnız panikayla bağlı deyil, 
özüm haqqında da. Hesab edirəm ki, indi həm daha məlumatlıyam, 
həm də daha güclüyəm. Həyat yoldaşım və öz adımdan çox təşəkkür 
edirəm, – dedi.
PANİKA TUTMASININ QARŞISINI ALA BILƏRSİNİZ: SİZ BACARARSINIZ!


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə