Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   35   36   37   38   39   40   41   42   43

PANİKA POZUNTUSU
134
Həkim onların müsbət fikirlərindən məmnun olmuşdu: 
– Fikirləriniz üçün ikinizə də təşəkkür edirəm, – dedi. – Düşü-
nürəm ki, bundan sonra ayda iki dəfə, iki həftədə bir gələrsiniz. Əgər 
hər şey qaydasında olarsa, daha sonra ayda bir dəfə gələrsiniz. Nə de-
yirsiniz?
Barış bəy: 
– Məncə olar, – dedi. Yoldaşına baxdı, Zeynəb xanım da başıyla 
təsdiqlədi. 
– Elə isə iki həftə sonra görüşərik, – dedi. – Bundan sonrakı görüş-
lərimizdə vəziyyətinizin necə dəyişdiyi, metodların tətbiqi, dərman-
lardan istifadə, qayıtmanın əlamətləri, həyat tərziniz barədə danışaca-
ğıq. 
Barış Bəylə Zeynəb xanım – “Təşəkkür edirik”, – deyib getdilər.


135
13
Barış bəy gəzintidə
Barış bəy həm işini görürdü, həm də müalicəsini davam etdirirdi. 
Üstəlik, qarşılaşdığı problemləri necə deyərlər, işçi qaydada həll edir-
di. Doğrudur, bunun üçün çox səy göstərməli olurdu, yorulub əldən 
düşürdü, amma hər şeyin dəqiq və əla olmasını istəyirdi. Və Zeynəb 
xanım bir gün belə onun şikayətləndiyini eşitməmişdi.
Ailəsini, işini və şagirdlərini sevirdi, bütün bunlar onun üçün bir 
dünya deməkdi. Eyni zamanda müalicəsini davam etdirir, yoldaşına 
və qızına vaxt ayırır, şagirdlərinə daha çox şeylər öyrətmək üçün səy 
göstərirdi. Bunların müqabilində nəsə əldə edirdi? Bəli, şagirdləri onu 
sevir, müəllim dostlarıyla yaxşı yola gedirdi, heç bir problem olma-
mışdı.
Səhər dərsdən əvvəl müəllimlər otağına daxil olanda Hikmət bəylə 
Nigar xanımın gəldiklərini və çay içdiklərini gördü.
– Sabahınız xeyir Nigar xanım, Hikmət bəy, – dedi, özü də əyləşdi. 
Dərsə başlamazdan əvvəl çay içməyi xoşlayırdı. Oradakı işçidən çay 
istədi. 
Həmkarları onun salamını aldılar. Nigar xanım musiqi, Hikmət 
bəy kimya müəllimi idi. Müxtəlif fənnlərdən dərs deməklərinə bax-
mayaraq, ikisiylə də münasibəti yaxşıydı və onların xətrini istəyirdi, 
onsuz da bütün müəllimlərlə münasibətləri qaydasındaydı. Hikmət 
bəy qonşu vilayətdən olduğu üçün bir-birlərinə “həmyerlim”, deyə xi-
tab edirdilər. Yaxşı söhbətcil və mehrtiban bir insan idi. Ailəvi dostluq 
edirdilər. 
Hikmət bəy ona müraciətlə:
– Həmyerlim, artıq yol əzəyyətinə də öyrəşmisən. Bu gün çox yaxşı 
görünürsən, – dedi.
– Yaxşıyam, sağ olun, – dedi Barış bəy.– Siz necəsiniz?
– Təşəkkür edirəm, dərsin başlamağına on dəqiqə var. Aybaay daha 
da yaxşı görünürsən. Sanki əvvəllər bir az daha əzgin olurdun.
– Hikmət bəy, bilirsiniz dərslər, dolanışıq dərdi, nəqliyyat sıxlığı, 
gündəlik qayğılar... Artıq kreditlərimizin bir xeyli hissəsini ödəyib 
BARIŞ BƏY GƏZİNTİDƏ


PANİKA POZUNTUSU
136
qurtarmışam, tıxaca öyrəşmişəm, çətinliklərin öhdəsindən gəldim. 
Yaxşıyam. İnanırsınız, artıq yolda keçən vaxt gözümə çox görünmür.
– Çox gözəl, yaxşı olduğun üçün sevindim, – dedi Hikmət bəy. 
Üzünü Nigar xanıma tutub: – Biz də Nigar xanımla həftə sonu barədə 
danışırdıq. Bilirsiniz, Xıdır İlyas bayramı olacaq, deyirik məktəb bir 
gəzinti təşkil etsin. Həm söhbət edərik, həm də dəyişiklik olar. İstər-
dik bütün müəllimlər gəlsin. Nə deyirsən?
Barış bəy bir an fikirləşdi:
– Çox təşəkkür edirəm, çox məmnun olaram. Bir də yoldaşımdan 
soruşum, görüm həftə sonu üçün bir planımız varmı? – Saatına baxdı. 
– Onların dərsinin başlamasına hələ var, tez zəng edib soruşum. 
Bu arada Kamil bəylə, Aişə xanım da gəldilər.
Dərhal Zeynəb xanımz zənq etdi: 
– Zeynəb əzizim, salam. Yoldaşlarla müəllimlər otağındayıq. Həftə 
sonu Xıdır İlyas bayramıdır, istəyirlər bir qonaqlıq təçkil etsinlər və 
hamı orada iştirak etsin. Həftə sonu üçün bir planımız var, gedə bilə-
rik?
– Canım, bir fikriləşim, – dedi Zeynəb xanım. – Yox, həkimlə gö-
rüşümüz şənbə günüdür, əgər bazar günüdürsə, əlbəttə gedərik. Mən 
də çox istəyirəm, yoldaşları çoxdandır görmürəm. Sənin üçün də yaxşı 
olar. Bu imkanla artıq hər şeyin qaydasına düşüb –üşmədiyini görərik.
– Yaxşı, onda mən yoldaşlara getdiyimizi deyirəm. Axşama gö-
rüşərik, – deyərək Barış bəy telefonu söndürdü.
Hikmət bəy tərəfə dönərək: 
– Oldu Hikmət bəy, – dedi, – Zeynəb də çox istəyir sizi görsün, 
sizin üçün çox darıxıb.
Hikmət bəy: 
– Gəlinimiz üçün mən də darıxmışam, yerlim, – dedi. – Dərsin sa-
atı gəldi, gedək.
Hamısı birdən qalxıb siniflərinə getdilər.
***
Bazar günü axşamçağı evə qayıdanda Barış bəy rahat və şən idi. 
Müəllim dostları və ailələriylə söhbət etmiş, zarafatlaşmış, Özləmi ilə 
yorulana qədər oynamış, heç bir narahatlıq hiss etməmişdi. Hətta, 


137
xəstəlik heç ağlına gəlməmişdi.
– Barış əzizim, bu gün çox yoruldun, amma çox şən idin, – dedi 
Zeynəb xanım.
Barış bəy yorulub yuxuya dalan Özləmi qucağında aparırdı. 
– Bəli, canım yoruldum, amma rahatam. Sizinlə, dostlarımla birgə 
vaxt keçirməkdən məmnunluq duydum. Sən də yoruldun, yeməkləri 
hazırlamaq, qab-qacaqlar... Sən də razı qaldın? 
 – Bəli, insanın ailəsiylə, dostlarıyla birlikdə olması çox gözəldir. Bu 
xoş yorğunluqdur. Mən gəldiyimiz üçün sevindim. Məktəbdəki müəl-
limlər də çox yaxşı insanlardı, mehribandılar, səmimidirlər. Yeni tanış 
olduğum insanlarla da yaxşı dil tapdıq. Sənin də xətrini çox istəyirlər.
– Bəli, hamısı yaxşı insanlardır.
– Barış əzizim, – dedi Zeynəb xanım, – xəstəlik barədə danışmaq 
istəmirəm, amma kənardan çox rahat görünürdün.
– Zeynəbim, inanırsan, xəstəlik heç yadıma düşmədi. Demək ki
insanın başı bir şeyə qarışanda, xoşbəxt olanda xəstəliyin gəlməyə cə-
sarəti olmur.
Bir-birlərinə baxıb güldülər.
BARIŞ BƏY GƏZİNTİDƏ


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə