Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   2   3   4   5   6   7   8   9   10   ...   43

25
Barış bəy nə fikirləşsin, nə desin bilmirdi. Psixiatriya haradan çıx-
dı? Axı o, dəli deyildi. Həm də başına gələnlər fiziki əlamətlərdi. Psixi-
atr bunlara nə edə bilərdi? Dostları eşitsəydi nə deyərdilər? Bu fikir-
lərdən uzaqlaşmağa çalışdı. Özü universitet məzunudur, çox oxuyan, 
elmə inanan bir insan, bir müəllim idi. Yenə də illər boyu davam edən 
səhv fikirlərdən xilas ola bilməmışdi. Bir tərəfdən də həyat yoldaşı ca-
vab gözləyirdi. 
Könülsüz–könülsüz:
– Yaxşı, bunu da sınayarıq, – dedi 
– İndi dərhal gedib bir görüş vaxtı alaq, oradan da evə gedərik. 
– Yaxşı, amma şənbə gününə alaq. Bilirsən, məktəb ...
– Hə, elə edərik, – dedi Zeynəb xanım. Səbəbini başa düşürdü, la-
kin yoldaşından şənbə günü ilə bağlı heç nə soruşmadı.
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


26
PANİKA POZUNTUSU

Panika tutması, panika pozuntusu
Qəbul saatını gözləyən Barış bəyin hissləri və fikirləri birbirinə qarış-
mışdı. Beynində suallar sürətlə bir-birini əvəz edirdi. 
“Psixiatrın yanına gəlməkdə düz etmişdi?” 
“Gəlməsəydim, görəsən öz-özünə keçməzdimi?” 
“Burada gözləyəndə bir tanışına rast gəlsə, o nə fikirləşər?” 
“Və ya birdən burada da bir tutma halı baş verərsə?” 
“Həkim onun bu vəziyyətini başa düşəcəkmi? Kifayət qədər vaxt ayı-
rıb onunla maraqlanacaqmı, yoxsa başından edəcək?”
Bütün bunları fikirləşdikcə narahatlığı daha da artdı, bədənində bir is-
tilik hiss etdi. Fikirlərdən uzaqlaşmaq üçün ətrafına nəzər salmağa başlad. 
Katibəyə baxdı. Mülayim, nəzakətli bir insana oxşayırdı. Katibə Barış 
bəyə baxıb gülümsədi. O da gülümsəməylə cavab verdi. Katibə yumşaq 
bir səslə: 
– Barış bəy, ümumiyyətlə ilk qəbulda həmişə belə narahat olurlar. Bir 
az həyəcanlı görünürsünüz, amma narahat olmayın, bir də ki, bunun üçün 
buradasınız, –dedi. 
– Elədir, birinci dəfədir psixiatrın yanına gəlirəm. Doğrusu bir az nara-
hatam, həyəcanlıyam. Hər halda bu normaldır.
– İlk dəfə gələnlərin hamısında belə hisslər olur, – deyə katibə müla-
yim səslə bildirdi. 
Barış bəy düşündü ki, katibə bu məsələdə təcrübəlidir, hər halda onun 
kimi ilk dəfə gələn yüzlərlə belə xəstə görüb. 
– Buyurun, Barış bəy, keçə bilərsiniz. Zeynəb xanım, lazım olsa, həkim 
daha sonra sizi çağıracaq.
Barış bəy bir az həyəcanlı, narahat halda içəri daxil oldu. Otaq sadə bir 
üslubda dizayn olunmuşdu, rənglər yumşaq tonlarda seçilmişdi. Psixiatr 
gülümsəyərək sakit bir səslə:
– Barış bəy, xoş gəlmisiniz, buyurun əyləşin, – dedi. – Bir az nara-
hat görünürsünüz, əvvəl sizinlə tanış olaq, sonra şikayətlələriniz barə-
də danışarıq. 
Həkimin 45–50 yaşı olardı. “Xarici görünüşünə görə etibarlı insan 
təsiri bağışlayır” – Barış bəy ürəyində fikirləşdi. Bu yaşda olduğuna görə 
təcrübəli bir həkim olmalıdır. 


27
PANİKA TUTMASI, PANİKA POZUNTUSU
Barış bəy şikayətləri barədə danışmağa başlamazdan əvvəl həkim 
onun yaşı, işi, ailəsi, uşaqları haqqında suallar verdi. Barış bəy hamısını ca-
vablandırdı, ancaq hiss etdi ki, Özləm haqqında daha çox danışdı. İşini və 
mütaliə etməyi nə qədər çox sevdiyini, həyatında ən vacib şeyin də ailəsi 
olduğunu dedi. 
– Barış bəy, müraciətinizin səbəbi nədir? Şikayətlərinizdən danışa 
bilərsinizmi?– deyə həkim soruşdu. 
Barış bəy başına gələn hər üç tutma barədə ətraflı məlumat verdi. Tut-
ma olduğu zaman keçirdiyi hisslər, fikirlər və çarəsizliyi haqqında danışdı. 
Kardioloq və endokrinoloqla olan görüşləri, müayinə və analizin nəti-
cələrindən bəhs etdi. Həkim ondan son zamanlarda həyatında vacib bir 
dəyişiklik olub-olmadığını da soruşdu. Xeyr, olmamışdı. Siqaret çəkib–
çəkmədiyini soruşdu. Xeyr çəkmirdi.
– Analizlərin nəticələri yanınızdadırmı? 
– Yoldaşımdadır, o da bayırda gözləyir. 
– Çağıraq gəlsin, analizin nəticələrini də gətirsin. Deyəcəyim şeyləri o 
da bilməlidir. Çünki gələcəkdə sizə köməyi dəyəcək ən mühüm insanlar-
dan biri yoldaşınızdır, – deyə həkim bildirdl. Həkim telefonla katibəsinə 
dedi ki, Barış bəyin xanımını içəri göndərsin. 
Zeynəb xanım nəticələri gətirdi. Həkim ondan da şahidi olduğu tutma 
barədə soruşdu. Zeynəb xanım gördükləri haqqında danışıb, qısaca kardi-
oloq və endokrinoloqla olan söhbətlərindən bəhs etdi. 
Həkim analizlərin nəticələrinə baxdıqdan sonra:
– Barış bəy, indi sizin vəziyyətinizlə bağlı məlumat verəcəyəm. Sonra 
da necə bir müalicə metodunu tətbiq edəcəyimizi danışıb birlikdə qərar 
verərik, – dedi. – Bəzi adamlar bu simptomların fiziki bir xəstəliklə bağlı 
olduğunu eşitmək istəyirlər. Hər hansı bir diaqnozun qoyulması beyin-
dəki qeyri–müəyyənliyi ortadan qaldıracaq. Diaqnoz düzgün qoyulanda 
müalicə metodu da düzgün seçilir. Sizdəki bu əlamətlər panika tutması-
nın əlamətləridir. Müəyyən diaqnoz kriteriyaları əsasında panika pozun-
tusu diaqnozu qoyula bilər. Panika pozuntusu haqqında hər hansı bir mə-
lumatınız varmı? 
Zeynəb xanım: 
– Mən internetdə bir az araşdırmışdım, – dedi. 
– Yaxşı, sizə panika tutmasının simptomlarına dair bir siyahı verə-
cəyəm, ona baxarsınız. Panika pozuntusu təşviş pozuntuları qrupuna 


PANİKA POZUNTUSU
28
daxil olan bir pozuntudur. Təşvişi adi dildə insanın səbəbini bilmədiyi 
daxili bir narahatlıq kimi qiymətləndirmək olar. Panika, ani və şiddətli 
təşviş deməkdir. Bura qədər başqa bir şey soruşmaq istəyirsinizmi?
Barış bəy:
– Dünyada bu qədər insan olduğu halda niyə gəlib məni tapdı? Nəyə 
görə baş verdi? – deyə soruşdu. 
– Nəyə görə sizdə olduğunu vaxt keçdikcə daha yaxşı anlaya bilərik. 
Nə səbəblə ortaya çıxa bilər, onu da izah edəcəyəm. Panika pozuntusu 
bütün dünyada və hamıda rast gəlinə bilər. Bu problemlə təkcə siz qarşı-
laşmamısınız, yəni siz tək deyilsiniz. 
Zeynəb xanım: 
– Kimlərdə rast gəlinir?– deyə soruşdu. 
– Hamıda ola bilər, insanda birinci dəfə panika tutması ən çox gənclik 
çağı və yeniyetməlik dövründə, 18–40 yaş arasında olur. Qadınlarda ki-
şilərə nisbətən daha çox rast gəlinir, təxminən iki dəfə çox. İlk tutmanın 40 
yaşdan sonra baş verməsi nadir bir haldır. Uşaqlarda da rast gəlinə bilər. 
İnsanın ömrü boyunca panika pozuntusuna tutulma ehtimalı 1.6–7.0%–
dir. Bu o deməkdir ki, anadan olandan ölənə qədər hər 100 adamdan 1.6–
7.0–si panika pozuntusuna tutulacaqdır. İnsanların 1/3–i həyatında heç 
olmasa bir dəfə panika tutması keçirir. Bir insanda 1–2 tutmadan sonra 
başqa heç bir tutma halı baş vermədiyi halda bəzi insanlarda həftə ərzində 
birdən çox tutma baş verə bilər.
Barış bəy bu məqamda: 
– Məndə baş vermə səbəbi nə ola bilər? – deyə soruşdu. 
– Panika tutmasının bir çox səbəbləri vardır, – dedi həkim. – Bunlarla 
əlaqədar məlumat verim. Bir insanda panika tutmasının başlamasını tək 
bir səbəbə bağlamaq olmaz. Birdən çox səbəbi ola bilər. 
Zeynəb xanım: 
– Bu səbəblər hansılardır? – deyə soruşdu. 
– Bu səbəbləri iki əsas qrupa ayırmaq olar: psixi və bioloji. Psixi səbəb-
lər arasında insanın şəxsi keyfiyyətləri, uşaqlıq dövründəki qorxuları və 
həyatı, həyatında baş verən dəyişikliklər və stresli hadisələr, problemi həll 
etmə bacarığı, təşvişə qarşı həssaslıq, fiziki əlamətlərin səhv dərk edilməsi 
ola bilər. Bioloji səbəblər arasında isə, genetik faktorlar, beyinin funksiya-
sının pozulması, mərkəzi sinir sistemi, beyinin bəzi sahələrinin həddin-
dən artıq çox işləməsi, karbon qazına qarşı həddən artıq həssaslıq, yuxu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə