PANİKA POZUNTUSU
32
ka pozuntusu olanlar ağrıya daha həssas və tez yorulmağa meyilli olurlar.
Qanımızda, yorğunluq hormonu deyilən süd turşusunun miqdarı artan
kimi yoruluruq. Stress və vahimə də süd turşusunu artıra bilər. Bioloji fak-
torların əhəmiyyəti onunla izah olunur ki, o, panika pozuntusunda bəzi
dərmanların qəbulu zamanı yaxşı nəticələrin əldə olunması baxımından
mühüm rol oynayır. Keçmişdən belə məlumdur ki, panika pozuntusu
ailələrdə irsi xarakter daşıyır. Bununla belə, genetik olarak ötürülməsi
və ya genetik meyilliliyin necə olduğu və necə ötürüldüyü hələ də tam
olaraq məlum deyil. Bir adamda panika pozuntusu varsa, onun birinci
dərəcəli qohumlarında panika pozuntusunun olma ehtimalı, cəmiyyətdə
buna təsadüf etmə ehtimalından daha yüksəkdir. Bu ehtimalın artması
üçün həm uşağın tərbiyə olunması tərzini, həm də vərdiş etdiyi davranış-
ları araşdırmaq lazımdır. Barış bəy, siz dediniz ki, daha əvvəl ailənizdə heç
kimə panika pozuntusu diaqnozu qoyulmayıb.
– Bəli, elə bir adam yoxdur, – dedi Barış bəy. – Bu o deməkdir ki, mən-
də genetik bir amil yoxdur, elə deyilmi? Qızımda da olmaz.
– Bəli, sizdə yoxdur. Lakin heç kim zəmanət verə bilməz ki, gələcəkdə
qızınızda panika pozuntusu olmayacaq. Məlumatlarımıza əsasən düzü
ancaq onu deyə bilərik ki, qızınızda panika pozuntusunun yaranma eh-
timalı cəmiyyətdəki ehtimaldan bir az daha yüksəkdir. Beyinin inkişafın-
dakı bir nasazlıq reflekslərin fərqli olmasina təsir edib tarazlığın pozulma-
sına səbəb ola bilər. Bu şəxslərdə görmə zəif olur. Bunların xüsusiyyətləri
mərkəzi sinir sistemində gərginliyə səbəb ola bilər. Bunun nəticəsində
insan stressə qarşı daha həssas olur. Fiziki simptomlar səhv yozula bilər.
Həkim bir az nəfəsini dərdi:
– Digər vacib bioloji faktor mərkəzi sinir sisteminin roludur. Beyni-
mizdəki bir trilyondan çox neyron bütün hisslərimizi, fikirlərimizi və
davranışlarımızı idarə edir. Bu neyronlar daim bir-biriylə danışır, bir-bi-
rinə məlumat verir. Mesajları alan, daşıyan, toplayan və nəticədə ünsiy-
yəti təmin edən bəzi maddələr vardır. Bu maddələrlə bağlı əsas sistemlər
noradrenergik, xolinergik, dopaminergik və serotoninergik sistemlərdir.
Bunlarla əlaqədar maddələrin balansındakı pozulma bizim həyatımızın
hər sahəsinə birbaşa təsir edir. Bunlardan qamma amin butir turşusu
(GABA), adrenalin və kortizolun stresslə daha çox əlaqəlidir. Bunların
hamısı bədənimiz üçün lazımlıdır. Bunlardan GABA yaxşı, kortizol isə
pis hormon hesab edilir. Halbuki kortizol da həyatımız üçün vacibdir.
33
O, stress hallarında adrenalinlə birlikdə fəaliyyət göstərir və həyat üçün
enerji ilə təmin edir.
– Stress hormonu deyilən şey budur? – deyə Barış bəy soruşdu.
– Bəli, cəmiyyətdə buna stress hormonu deyirlər. Stress normal səviy-
yədə olanda kortizol özümüzü yaxşı hiss etməyimizi təmin edir. Həddin-
dən artıq stress vəziyyətində isə elə bir təsir yaradır ki, özümüzü narahat
hiss edirik. Yüksək miqdarda kortizol GABA–nın funksiyasını yerinə ye-
tirməsinə mane olur. Nəticədə böyük bir vahimə və ya panika tutması
meydana gəlir.
Hər hansı təhlükəli anda böyrəküstü vəzilərindən adrenalin hormonu
ifraz olunur. Bu, ürəyinizin daha sürətli döyünməsinə, əzələlərinizin gər-
ginləşməsinə və narahatlıq verən fiziki əlamətlərin meydana gəlməsinə
səbəb olur. Adrenalin iradədən kənar fəaliyyət göstərən sinir sistemini
(simpatik sinir sistemi) qıcıqlandırır. Bunun sinir sisteminə təsiri nəti-
cəsində insanın canlılığı və sayıqlığı yüksəlir, enerjisi artır. Beləcə insan
qaçmaq və ya hücum etmək üçün hazır vəziyyətə gəlir. Bu qıcıqlanma ilə
canlanma arasında tarazlığın tənzimi üçün iradəmizdən kənar olaraq bu-
nun əksinə fəaliyyət göstərən sinir sistemi (parasempatik sinir sistemi) də
aktivləşir. Əgər təhlükəli vəziyyət və ya stress davam edərsə, hər iki siste-
min fəaliyyəti, bilavasitə aralarındakı gərginlik də artır və sürəkli qıcıqlan-
ma vəziyyəti yaranır. Bu vəziyyət insanda narahatlıq və əsəbiliyə yol açır.
Ən çox iki biokimyəvi sistemin üzərində dayanırlar. Bu sistemlər no-
radrenergik və serotoninergik sistemlərdir. Bunlar sizin üçün lazım ola
biləcəyindən daha geniş məlumatlar ola bilər, ona görə də burada əlavə
nəsə danışmağa ehtiyac yoxdur. Həmçinin panika pozuntusu olan şəxs-
lərdə beyinin bir sahəsinin həddindən artıq aktivləşdiyi barədə də çox
danışılır. Biokimyəvi amillərin öyrənilməsi və onların əhəmiyyəti dər-
Hiper ventilyasiya
(Sürətli nəfəs alıb-vermə)
Səhv fikirlər
Panika simptomları/
panika tutması
Fiziki simptomlar
(Baş gicəllənmə, titrəmə)
PANİKA TUTMASI, PANİKA POZUNTUSU
PANİKA POZUNTUSU
34
manlarla bağlıdır.
Zeynəb xanım hər şeyi diqqətlə dinləyirdi və birdən maraqla soruşdu:
– Həkim, çoxlu amilin rolundan bəhs etdiniz. Beyin və sinir sistemiylə
əlaqədar müayinələr də ediləcəkmi?
– Mən də elə bu məsələyə gəlirdim, siz məni qabaqladınız. Hiss, fi-
kir və davranış kimi funksiyalarımızın kökü və ya mərkəzi beyindir. Barış
bəyin şikayətləri də bununla əlaqədardır. Panika pozuntusunda beyində
bəzi dəyişikliklərin olması gözlənilən haldır. Beyinlə əlaqədar rentgen
müayinə neyrosonoqrafiya təyin edilə bilər, lakin bu elə də zəruri deyil.
Bu müayinələr diaqnozun təsdiqlənməsi baxımından faydalı olur, ancaq
hər hansı patologiya aşkar olunmasa belə, bu, qoyulan diaqnozu istisna
etmir. Rentgen müayinə nəticəsində panika pozuntusu diaqnozunun qo-
yulmasına imkan verən spesifik bir patologiya hələlik yoxdur. Diaqnoz
üçün Barış bəyin şikayətləri, qarşılaşdığı tutma əlamətləri daha vacib və
faydalıdır. Hələlik belə bir müayinəyə ehtiyac olduğunu düşünmürəm,
lazım olarsa, gələcəkdə etdirə bilərsiniz.
Barış bəy krosloda yerini rahatlayıb:
– Bu amillərə və açıqlamalarınıza əsasən hər hansı dərmandan istifadə
edəcəyəmmi? – deyə soruşdu.
– O mövzudan da bəhs edəcəyəm, Barış bəy. Lakin istəyirəm, əvvəl
bu səbəbləri yekunlaşdırım. Bədənimizin müvafiq funksiyaları yerinə ye-
tirə bilməsi üçün müəyyən miqdarda karbon qazına ehtiyacı vardır. Əgər
karbon qazı müəyyən həddən az olarsa, bədənimizdə panika tutmasına
bənzər əlamətlər ortaya çıxa bilər. Hiper ventilyasiya termini sürətli nəfəs
alıb-verməyi göstərir. Bir şok halında və ya ani (qəfildən) bir təhlükə ya-
randığında sürətli nəfəs alıb-vermək normal bir reaksiyadır. Bir panika
tutması keçirən adamın tənəffüsü sürətlənir, tutma prosesinin ortasında
səthi olur. Hiper ventilyasiyanın əlamətləri səthi və tez-tez nəfəs almaq,
sürətli nəfəs almaq, nəfəsini çəkmək və tənəffüsün dayanmasıdır.
Hiper ventilyasiya–panika halqası
– Stress vəziyyətində hiper ventilyasiyanın özü də panika tutmasını in-
tensivləşdirə bilər. Hiper ventilyasiya zamanı normadan çox miqdarda kar-
bon qazı xaric olunur. Bu vəziyyət isə eritrositlərdən bədənə və beyinə daha
az miqdarda oksigenin keçməsi deməkdir. Panika tutmasının bəzi fiziki
Dostları ilə paylaş: |