Başlıq Mündəricat



Yüklə 56,5 Kb.
səhifə1/2
tarix16.01.2022
ölçüsü56,5 Kb.
#82907
  1   2
Proqramlaşdırmanın tədrisində ideal Alqoritmik Dilin seçilməsi


Proqramlaşdırmanın tədrisində ideal Alqoritmik Dilin seçilməsi

Müasir TPS (tətbiqi proqram sistemi)-ləri nə qədər kamil olsa da tətbiq olunduğu sahədə bütün məsələlərin hamısını həll etmək iqtidarında deyillər, yəni tam universal sistem yoxdur. Proqramçılar öz sistemlərində "universallığa" nail olmaq üçün TPS daxilində müəyyən skript (makros, interpretator) xarakterli AD-dən istifadə edirlər. İstifadəçiyə bu daxili AD-lər vasitəsilə nəzərdə tutulmuş sahə üzrə praktik olaraq bütün məsələləri həll etmək imkanı verilir. Əlbəttə istifadəçinin "istədiyini" etmək üçün onun öz sahəsi üzrə peşəkar olması ilə yanaşı, ən azı orta səviyyəli proqramçı olması əsas şərtdir. Praktika göstərir ki, TPS daxili AD vasitəsilə peşəkar səviyyəli sistemlər yaratmaq üçün (bu layihələrin yerinə yetirilməsi üçün) proqramçılar dəvət olunur. Proqramçı və sistemin tətbiq sahəsi üzrə peşəkar mütəxəsisin birgə səyi nəticəsində bu layihələr tam realizə oluna bilər.

Bizim öyrəndiyimiz "Müasir proqramlaşdırmanın əsasları: Excel&VBA" məhz Tətbiqi Proqramlaşdırma Sistemlərində proqramlaşdırmaya həsr olunub.

Klassik mənada proqramlaşdırma deyəndə məhz lokal proqramlaşdırma nəzərdə tutulur. Proqram sistemlərin yaradılmasının 2-ci mərhələsində ("Texniki layihə"hansı Alqoritmik Dildən(dillərdən) (AD) istifadə olunacağı müəyyənləşdirilir. Çünki AD-in seçilməsi, yalnız "Texniki məsələnin" tam araşdırılmasından sonra müəyyən olunur. AD-lər yalnız instrumental mahiyyət daşıyır. Həll olunacaq məsələnin optimal həlli üçün uyğun AD-nin seçilməsi zəruridir. Gənc proramçıların bəziləri bu məsələni dəqiq anlamadıqları üçün bildikləri AD-i yerli-yersiz tətbiq etməyə çalışırlar. Bu isə proqram sistemlərin gələcək istismarında ciddi səhvlərin əmələ gəlməsinə gətirib çıxarır. Uyğun AD-in düzgün seçilməməsi ləng, qeyri-optimal və idarəsi mürəkkəb olmayan proqram sistemlərinin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Biz sifarişlərimizi həll etməmişdən öncə hansı AD-dən istifadə olunacağı haqda ciddi araşdırma aparırıq. Məsələnin həlli tələb edərsə yeni AD-nin öyrənilməsi üçün ayrıca vaxt ayırırıq. Çünkü əsas məqsəd keyfiyyətli proqram sisteminin yaradılmasıdır!

Tədris vasitəsi kimi Excel&VBA –ı secməklə, ortaya təbii bir sual çıxır: "OYP-nın tələblərinə tam cavab verməyən1 - "müasir"liyi ilə seçilməyən, heç bir compile/build imkanı olmayan bu interpretatorun öyrənilməsi nə dərəcədə doğrudur? Bunun əvəzinə Java, C++, C# və ya WEB proqramlaşdırmada istifadə olunan PERL, PHP-ni öyrənmək daha doğru seçim olmazdı?"

Təcrübə göstərir ki, birincisi Proqramçı sənətinə tez bir zamanda və mükəmməl yiyələnmək üçün AD-in öyrənilməsi və real məsələyə tətbiq olunması prosesləri arasında fasilə olmamalıdır.




Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə