Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,8 Kb.

səhifə1/123
tarix31.08.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   123


BAXŞIYEVA NƏRMİN ƏNVƏR QIZI 
hüquq üzrə fəlsəfə doktoru 
İNZİBATİ  HÜQUQİ MÜBAHİSƏLƏR 
ÜZRƏ İNZİBATİ MƏHKƏMƏ İCRAATI 
(NƏZƏRİ ASPEKTLƏR) 
BAKI – 2014 



 
Elmi redaktor: H.S.Qurbanov 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Fəlsəfə  və  Hüquq 
İnstitunun  Dövlət  və  hüquq  nəzəriyyəsi,  mülki  hüquq  və  mülki  proses 
şöbəsinin müdiri,  hüquq üzrə  elmlər doktoru, professor 
 
Rəyçilər:  A. M. Qasımov 
hüquq üzrə elmlər doktoru, professor 
M.S.Aslanov 
hüquq  üzrə fəlsəfə doktoru 
 
Baxşıyeva N.Ə
 İnzibati  hüquqi mübahisələr üzrə məhkəmə icraatı  
(nəzəri aspektlər). Bakı, “E.L.” NPŞ MMC, 2014,  400 səh. 
 
Bu  monoqrafiyada  inzibati    hüquqi  mübahisələr  üzrə  məhkəmə 
icraatinin nəzəri aspektləri kompleks şəkildə araşdırılır.  
      Monoqrafiyada  hüquqi  dövlətdə  inzibati  məhkəmə  icraatının  
mahiyyəti,  onun    xüsusiyyətləri,  inzibati  prosesdə  yeri  və  rolu,  inzibati 
məhkəmə icraatının predmeti kimi inzibati mübahisə anlayışı, onun strukturu 
və  növləri,  inzibati  məhkəmə  icraatinin  modellərinin  ümumi  səciyyəsi, 
anqlosakson  və  roman-german  hüquq  sistemli  ölkələrdə  inzibati  məhkəmə 
icraatinin  xüsusiyyətləri,  eləcədə  Azərbaycan  Respublikasinda  inzibati 
məhkəmə icraatinin normativ-hüquqi əsasları tədqiq edilir.  
 Monoqrafiyadan  tələbələr,  magistrantlar,  doktorantlar,  ali  təhsil 
müəssisələrinin hüquq fakultəsinin müəllimləri, eyni zamanda praktik  işçilər 
faydalana bilərlər
.  
 
 
   0502000001       
N-651(08)2014 
 
 
© N.Baxşıyeva, 2014
 



 
GİRİŞ 
 
Vətəndaşla hakimiyyət,  dövlət və onun  qurumları arasın-
dakı  qarşılıqlı  münasibətlər  bir  problem  kimi  həmişə  bütün 
bəşəriyyətin  diqqətini  özünə  çəkmişdir.  Hələ  H.İ.Qrotsi, 
J.J.Russo və bir çox digər mütəfəkkirlər dövlət hakimiyyətinin 
özbaşınalıqlarına dair çoxsaylı faktları təhlil edərək onun məh-
dudlaşdırılmasının  vacibliyi    barədə  fikirlər  irəli  sürmüşlər. 
Coxəsrlik  tarixi  olan  “dövlət-vətəndaş  münasibətləri”  siyasi- 
hüquqi  fıkrin  mühüm institutlarından olmaqla  yanaşı,  tədricən 
hüquqi  dövlətin  də  fundamental  əsaslarından  birinə  çevrildi. 
Vətəndaşların  siyasi  hakimiyyətə  təsir  etmək  imkanı  onların 
dövlətə etimadının formalaşmasına kömək edən mühüm meyar-
lardan  biri    kimi  qəbul  olundu.  Demokratiya,  insan  hüquq  və 
azadlıqlarına  hörmət  hüquqi  dövlətin  təşəkkülünün  zəruri 
şərtlərinə, vətəndaşların hüquq, azadlıq və mənafelərinin, ümu-
mi  (ictimai)  marağın  qorunması  üçün  real  mexanizmlərin 
formalaşdırılması  isə  hüquqi  dövlətin  öz  mahiyyətindən  irəli 
gələn strateji vəzifələrindən birinə çevrildi.  
Azərbaycan  Respublikası  öz  dövlət  müstəqilliyini  bərpa 
etdikdən  sonra  cəmiyyətin  gələcək  inkişafı  hüquq  sahəsində 
islahatların  həyata  keçirilməsini,  tamamilə  yeni  mütərəqqi  və 
demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, 
qanunvericilik  bazasının  formalaşdırılmasını  da  tələb  edirdi. 
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk 
milli Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqları 
ali  dəyər  kimi  qiymətləndirilmiş,  onların  qorunması  qanunve-
ricilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi 
müəyyən edilmişdir. Hüquqi dövlətin  mühüm prinsipləri kimi 



 
insanların təbii, ayrılmaz və  bölünməz hüquqlarının geniş kom-
pleksi  Əsas  Qanunda  ən  yüksək  səviyyədə  təsbit  olunmuş, 
onların  hüquqi  vasitələrlə  etibarlı  şəkildə  müdafiəsinin  rəhbər 
prinsipləri qanunvericilikdə    öz  əksini tam dolğunluğu ilə  tap-
mışdır.  
AR Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və 
azadlıqları” adlı III fəslində insanlara doğulduğu andan mənsub 
olan hüquq və azadlıqların hər birinin məzmunu, onların təminat 
və müdafiə mexanizmi müəyyənləşdirilmişdir. İnsan və vətən-
daş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar yara-
nan  mübahisələri  məhkəmələrin    həll  etdiyi    təsbit  edilmişdir. 
Hüquq ədəbiyyatında haqlı olaraq qeyd olunur ki,  cəmiyyətdə 
nizam-intizamın  və  əmin-amanlığın  dəstəklənməsində,  qanun-
çuluğun təmin olunmasında, mübahisələrin stabil həllində məh-
kəmələr dövlətin əsas funksiyalarından birini həyata keçirirlər
1
.  
Müasir dövrdə insan hüquqlarının və azadlıqlarının təmin 
olunması  və  müdafiəsi  sahəsində həyata keçirilən islahatlar, o 
cümlədən  yeni  qanunvericilik  aktlarının  qəbul  edilməsi,  qüv-
vədə  olan  qanunvericiliyin  təkmilləşdirilməsi,  yeni  məhkəmə 
sisteminin  yaradılması,  inzibati  orqanların  vahid  icraat  qay-
dalarının,  inzibati  orqanların  fəaliyyəti  üzərində  məhkəmə 
nəzarətinin  müəyyən  olunması,  hüquqların  müdafıə  mexaniz-
minin,  milli  qanunvericiliyinin  Avropa  hüquq  məkanında  fəa-
liyyət göstərən beynəlxalq standartlara uyğunlaşdırılması ölkədə 
aparılan islahatlar sırasında mühüm yer tutur. 
Məlum olduğu kimi, hüquqi dövlətin əsas tələblərindən biri 
də  dövlətin    qarşısında  məsuliyyətinin  müəyyən  olunması, 
                                                           
1
 Principles for  Judicial Administration: Governance, Case Administration, Essential 
Functions and Funding. Draft Report. National Centerfor State Courts - V3 DRAFT 
7-15-2010, p. 8   




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   123


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə