Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə14/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   10   11   12   13   14   15   16   17   ...   123

42 
 
həyata  keçirilməyə  mane  olan,  bu  hüquqların  hüquqi  müdafiə 
mexanizmini  pozan,  idarəetmə  aktlarının  qüvvəsinin  hüquqi 
rejimini pozan və inzibati normayaradıcılığının səmərəsini aşağı 
salan hallardır. Ənənəvi olaraq hüquqi kolliziyalar dedikdə, eyni 
cinsli  və  ya  qarışıq  ictimai  münasibətləri,  həmçinin,  hüquq 
tətbiqetmə prosesində və səlahiyətli dövlət orqanları və vəzifəli 
şəxslər  tərəfindən  öz  səlahiyyətlərini  həyata  keçirməsi  prose-
sində  yaranan  ziddiyətləri  tənzimləyən  ayrı-ayrı  normativ 
hüquqi aktlar arasında mövcud olan ziddiyyətlər nəzərdə tutulur. 
59
  İnzibati  məhkəmə  icraatı  malik  olduğu  hüquqi  təminat  və 
hüquq bərpaedici potensial vasitəsilə hüquqi kolliziyaların həll 
edilməsinə  kömək  edə  bilər.  İnzibati  məhkəmə  icraatına  dair 
qanunvericiliyin tətbiqi hüquqi kolliziyaların həlli üçün mövcud 
olan digər üsulların da səmərəli istifadəsinə kömək edə bilər. Bu 
cür  üsullara  normativ  hüquqi  aktların  şərhinin  təmini,  köhnə 
aktın ləğvi,  qüvvədəki  aktlara dəyişikliklərin,  əlavələrin və  ya 
dəqiqləşdirmələrin  edilməsi,  qanunvericiliyin  sistemləşdiril-
məsi, nəzəriyyə və təcrübənin qarşılıqlı əlaqəsinin optimallaşdı-
rılmasını və s. aid etmək olar.
60
 
Beləliklə, ictimai qınağın hüquqi şəkildə ifadə olunması ilə 
başlayan və məhkəmə hakimiyyətinin timsalında dövlətin təsir-
etmə mexanizmi ilə müşayiət olunan məhkəmə nəzarəti mexa-
nizmi  inzibati  orqanların  fəaliyyətində  qanunçuluğun,  obyek-
tivliyin  və  səmərənin  mühüm  təminat  mexanizmidir.  Vəzifəli 
şəxsin  məhkəmə iclas zalında məhkəmə icraatının  iştirakçıları 
                                                           
59
 Матузов Н.И. Коллизии в праве: причины, виды и способы разрешения // Пра-
воведение, 2000, № 5, c. 225; Тихомиров Ю.А. Юридическая коллизия. М.: Ма-
нускрипт, 1994, c.129 
60
 Матузов Н.И. Коллизии в праве: причины, виды и способы разрешения // Пра-
воведение, 2000, № 5, с. 238-239 


43 
 
qarşısında öz hərəkətlərinə və ya hərəkətsizliyinə bəraət qazan-
dıqmağa çalışması faktı onun iddiaçının timsalında ifadə olunan 
vətəndaş cəmiyyətinin qarşısında izahat verməsi kimi çıxış edir.  
 İnzibati orqanların real məsuliyyət mexanizmi olan inzibati 
məhkəmə icraatı hətta hazırlıq icraatında da inzibati mübahisəni 
məhkəmə  baxışına  qədər  uzatmadan  barışıqla  başa  çatdırmaq 
üçün inzibati orqanı zəruri tədbirləri görməyə vadar edə bilər.  
Lakin  məhkəmə  baxışınadək  barışıq  əldə  olunmadığı  təq-
dirdə  belə,  bu  mexanizm  öz  qüvvəsini  itirmir,  əksinə  daha  da 
fəallaşır. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və 
ya  aktları,  habelə  zəruri  məlumatları  təqdim  etməyə  borclu-
durlar.  Həmin  sənədlərin  və  ya  aktların  məzmununun  açıqlan-
masının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda 
və  ya  müəyyən  fəaliyyətin  mahiyyətinə  görə,  yaxud  qanuna 
əsasən  məxfi  saxlanılmalı  olduğu  hallarda  məhkəmə  həmin 
sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə 
iclasında  araşdırılması  barədə  qərardad  qəbul  edir.  Sübutların 
araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata 
keçirilmiş  sübutetməni  təzələyə  və  ya  tamamlaya  bilər  (AR 
İPM-in 58.6 - cı maddəsi).  
Şərh olunanları ümumiləşdirərək aşağıdakıları qeyd etmək 
olar: 
İnzibati  məhkəmə  icraatı  müasir  hüquqi  dövlətin  zəruri 
atributu olub, inzibati orqanların vətəndaşların hüquq və məna-
felərinə  toxunan  inzibati  aktlarına  və  hərəkətlərinə  (hərəkət-
sizliklərinə) görə məhkəmə hakimiyyətinin müstəqil qolu tərə-
findən  reallaşdırılan  məsuliyyət  və  nəzarət  institutudur.  Məh-
kəmə münaqişələrin həlli üçün ən yaxşı vasitə olmasa da, təəssüf 
ki,  bəşəriyyətə  hələ  ondan  mükəmməl  mexanizm  məlum 


44 
 
deyildir
61
.  Z.A.Əsgərov  haqlı  olaraq  yazır  ki,  məhkəmə  haki-
miyyəti  digər  dövlət  orqanlarından  fərqli  olaraq    əhaliyə  ən 
yaxın  olanıdır.  Qorunması  müasir  hüquqi  dövlətlərin  başlıca 
vəzifəsinə  çevrilən  şəxsiyyətin  hüquq  və  azadlıqları  ədalət 
məhkəməsi çərçivəsində məhz dəyər kimi qəbul olunur. 
Məhz,  bu  hakimiyyət  budağının  fəaliyyəti  əhalidə  hüquq 
haqqında təsəvvürün  formalaşmasında müstəsna  rol oynayır.
62
 
Bu baxımdan ixtisaslaşdırılmış ədalət mühakiməsinin vasitəsilə 
ölkədə  məhkəmə  hakimiyyətinin  həyata  keçirilməsi  onun 
mühüm  əlamətlərindən  birini  təşkil  edir.  Hüquqi  dövlətin 
səmərəli  fəaliyyəti  lazımi  qaydada  təşkil  olunmuş,  maddi  və 
prosessual  atributlara  malik  olan  məhkəmə  hakimiyyəti  ilə 
təmin olunur. 
İnzibati  məhkəmə  icraatı  həm  vətəndaşların  hüquq  və 
azadlıqlarının  təmini  sahəsində,  həm  də  idarəetmə  aktlarının 
qanuniliyi üzərində məhkəmə nəzarəti sahəsində yaranan hüquqi 
kolliziyaların hüquqi yolla aradan qaldırılmasını təmin edə bilər. 
İnzibati məhkəmə icraatının səmərəliliyi qanunvericilikdə onun  
vəzifələrinin,  aidiyyət  meyarlarının,  prinsiplərinin  nə  dərəcədə  
dəqiq təsbit olunmasından, onlara nail olmaq üçün kifayət qədər 
prosessual  və  digər  vasitələrin  mövcud  olmasından  asılıdır. 
İnzibati hüquqi mübahisələrin getdikcə artması tendensiyası ilə 
əlaqədar  olaraq  inzibati  məhkəmə  icraatının  səmərəliliyi  həm-
çinin onun həyata keçirilməsinin keyfiyyətindən də asılıdır. İn-
zibati  mübahisələrin  vaxtında  və  düzgün  baxılıb  həll  edilməsi 
hakimlərin  bu  sahədə  xüsusi  biliklərə  malik  olmasını,  inzibati 
                                                           
61
 Абдраимов Б.Ж. Административная юстиция: Соотношение моделей и выбор 
цели. Юрист, 2003, № 12,  http\\www. law.edu.ru 
62
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ.  Dərslik:  Bakı:  Bakı  Universiteti  nəşriyyatı, 
2006, s. 434 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə