Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə2/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   2   3   4   5   6   7   8   9   ...   123


 
ölkədə  demokratik  təsisatların  rolunun  artması,  dövlət  orqan-
larının fəaliyyətində özbaşınalığa yol verilməməsi üçün vətən-
daşların öz hüquq və mənafelərinə toxunan aktlardan, hərəkət və 
hərəkətsizlikdən  məhkəməyə müraciət etmək hüququnun təsbit 
edilməsi  və  real  imkanının    olmasıdır.  Real  məhkəmə  nəzarə-
tinin  mövcudluğu  hakimiyyət  səlahiyyətlərinə  və  ictimai  təsir 
gücünə  malik  olan  inzibati  orqanlara  qarşı  vətəndaşın  əsas 
güvənc yeri hesab olunur.  
Hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan res-
publikamızda aparılan məqsədyönlü və ardıcıl islahatlar prose-
sində insan və vətəndaş hüquqlarının müdafiəsinə maneçilik ya-
radan süründürməçiliyə və bürokratik  yanaşmalara, köhnəlmiş 
idarəçilik üsullarına, özbaşınalığa, korrupsiya və rüşvətxorluqla 
mübarizəyə mühüm önəm verilir. İdarəetmənin sadələşdirilmə-
si, vətəndaşların dövlət orqanlarına müraciətlərinin vaxtında və 
lazımi  qaydada  cavablandırılması,  inzibati  orqanların  öz  səla-
hiyyətlərindən sui-istifadə etməsinin qarşısının alınması, vətən-
daşların hüquq və mənafelərinin əsassız müdaxilələrdən qorun-
ması üçün real təminat mexanizminin formalaşdırılması prioritet 
məsələlərdən biri kimi çıxış edir. Qanunvericilikdə hakimiyyət 
səlahiyyətinə  malik  olan  inzibati  orqanın  qanunsuz  inzibati 
aktından və hərəkətindən (hərəkətsizliyindən) vətəndaşların hü-
quqlarının  müdafiəsinin  bir  neçə  mexanizmi  nəzərdə  tutul-
muşdur ki, onlardan biri də inzibati məhkəmə icraatıdır. 
Dövlət məhkəmə icraatının bu forması  vasitəsilə vətəndaş-
ların hüquqlarının və maraqlarının hakimiyyətin əsassız müda-
xilələrindən qorunmasına zəmanət verir.  Müasir dövrdə vətən-
daşların və hüquqi şəxslərin hüquq və azadlıqlarını təmin edən, 
yüksək səviyyədə təşkil olunmuş inzibati  məhkəmə icraatının 
mövcudluğu  hüquqi  dövlətin  mühüm  əlamətlərindən  biri  kimi 



 
xarakterizə olunur.  Hüquqi dövlətin məzmunu və prinsipləri ilə 
qırılmaz əlaqədə olan inzibati məhkəmə icraatı inzibati orqan-
ların qanun çərçivəsində fəaliyyət göstərməsini, özbaşınalığa və 
süründürməçiliyə, korrupsiya hallarına  yol verməməsini təmin 
etməyə yönələn hüquqi müdafıə vasitəsi kimi çıxış edir. 
  Həyata  keçirilən  islahatlar  dövlətlə  cəmiyyət,  inzibati 
orqanlar ilə vətəndaşlar arasındakı münasibətlərin qurulmasına 
dair  müasir  təsəvvürlərə  əsaslanır.  İslahat  tədbirləri  müvafiq 
olaraq “dövlət -vətəndaş” münasibətlərinə yeni yanaşma, sosial 
narazılıqların aradan qaldırılmasına, inzibati orqanların qanuni 
və  səmərəli  fəaliyyətinin  yeni  həlli  yollarının  müəyyənləşdi-
rilməsinə zərurəti də üzə çıxardı və ona müasir yanaşma tərzinin 
labüdlüyü  qəbul  olundu.  Bununla  əlaqədar  olaraq  qanunveri-
cilikdə köklü dəyişikliklər edildi, mühüm normativ aktlar qəbul 
olundu,  məhkəmə  sistemi  yenidən  quruldu,  inzibati  məhkəmə 
icraatı  məhkəmə  icraatının  müstəqil  vasitələrindən    biri  kimi 
formalaşdırıldı. İnzibati məhkəmə icraatının məhkəmə icraatının 
müstəqil vasitələrindən  biri kimi formalaşdırılması inzibati or-
qanların  cəmiyyət  qarşısında  məsuliyyət  mexanizmini,  onların 
qəbul etdikləri hər bir qərara, hərəkətə və ya hərəkətsizliyə görə 
qaldırılan inzibati iddiada cavabdeh olmaq ehtimalının real icra 
mexanizmini  təşkil edir.  İnzibati  məhkəmə icraatı  inzibati  or-
qanların  fəaliyyətində  qanunçuluğun,  şəffaflığın  və  səmərə-
liliyinin təmin olunması, korrupsiyanın qarşısının alınması üçün 
əhəmiyyətli vasitədir. Belə bir potensiala malik hüquqi müdafiə 
və nəzarət mexanizminin tədqiqat mövzusu qismində tədqiqi bu 
baxımdan xüsusi aktuallıq kəsb edir. 
Beləliklə, ölkənin demokratikləşmə, insan hüquq və azad-
lıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bila-
vasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-



 
hüquq  islahatları  ilə  respublikanın  sosial-iqtisadi  inkişaf  dina-
mikasının  uzlaşdırılması  nəticəsində  mümkün  oldu.  Maddi 
inzibati  hüququn  inkişaf  etdirilməsi  üçün  prosessual  qanun-
vericiliyin  formalaşdırılmasının  və  təkmilləşdirilməsinin  zəru-
riliyi  qəbul  olundu  və  bu  aparılan  hüquqi  islahatların  da  əsas 
istiqamətlərindən biri kimi çıxış etdi. 
30 iyun 2009-cu il tarixdə qəbul edilən və 2011-ci il yan-
varın 1-də qüvvəyə minən Azərbaycan Respublikasının İnzibati 
Prosessual  Məcəlləsinin  (bundan  sonra  qısaca  olaraq  AR  İPM 
adlandırılacaq)  qəbulu  ilə  inzibati  məhkəmə  icraatının  hüquqi 
bazası formalaşdırıldı, inzibati mübahisələrlə bağlı münasibət-
lərin  spesifikliyi  nəzərə  alınaraq  onların  məhkəmədə  baxışına 
ixtisaslaşdırılmış  yanaşma  qanunvericilikdə  öz  təsbitini  tapdı. 
AR  İPM-in  qəbuluna  qədər  mülki  prosessual  qanunvericiliklə 
ümumi  qaydada  tənzimlənən,  iddianın  xüsusi  növü  hesab 
olunmayan inzibati iddiaların növləri, məhkəmədə inzibati işin 
qaldırılması qaydası, inzibati məhkəmə icraatının əsas prinsip-
ləri  hazırda  inzibati  prosessual  qanunvericiliklə  müəyyən 
olunur. İnzibati məhkəmə icraatının iştirakçılarının, iddia müd-
dətinin, məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli 
müdafiə tədbirlərinin qanunvericilikdə təsbit olunması inzibati 
məhkəmə  icraatının  bütövlükdə  məhkəmə  icraatının  müstəqil  
formalarından  biri  kimi  spesifık  xüsusiyyətlərlə  şərtləndiyini 
ifadə  edir.  AR  İPM    inzibati  prosessual  hüquq  normalarını 
müəyyən sistemləşdirilmiş qaydada nəzərdə tutan vahid qanun-
vericilik  aktı  olub,  inzibati  orqanların  aktlarından  və  ya  hərə-
kətlərindən  (hərəkətsizliyindən)  vətəndaşların  məhkəməyə 
şikayət qaydasını, inzibati işin qaldırılması və həlli qaydalarını 
tənzimləməyir. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə