Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə3/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   2   3   4   5   6   7   8   9   ...   123


 
AR İPM-in qəbulu  ilə milli hüquq elmində yeni bir hüquq 
sahəsinin-inzibati  prosessual  hüququn  da  bünövrəsi  qoyuldu. 
Əvvəllər inzibati hüququn predmeti kimi dar şəkildə öyrənilən 
mövzulardan  biri  olan  inzibati  məhkəmə  icraatı  artıq  inzibati 
prosessual qanunvericilik bazasına əsaslanan hüquq institutları 
kimi çıxış edir. Tədqiqat mövzusunun aktuallığını şərtləndirən 
mühüm səbəblərdən biri də məhz bundan ibarətdir. 
Ölkədə ictimai-siyasi həyatın bütün sahələrində islahatların 
getdiyi  və  vətəndaşla  inzibati  orqan  arasındakı  münasibətləri, 
inzibati orqanın fəaliyyət qaydası barədə yeni yanaşma tərzinin 
formalaşdırıldığı bir dövrdə mövzunun tədqiqi xüsusi aktuallıq 
kəsb  edir.  Çünki,  inzibati  məhkəmə  icraatı  inzibati  orqanların 
məsuliyyət mexanizminin, inzibati davranış qaydalarının forma-
laşdırılmasının  mühüm  hərəkətverici  qüvvəsidir.  Hələ  hazırlıq 
icraatı  zamanı  inzibati  orqan  proses  iştirakçısı  kimi  şəxsən 
məhkəməyə  gəlmək barədə  hakimin  sərəncamını  alarkən  onun 
məsuliyyət  mexanizmi  işə  düşür.  O,  barəsində  şikayət  olunan 
aktı və ya hərəkəti (hərəkətsizliyi) barəsində düşünür, etiraz və 
ya izahatının məzmunu, öz hərəkətini necə əsaslandırmaq və ya 
barışıq sazişi bağlamaq barədə düşünür. Onun məsuliyyət me-
xanizmi həm tabeçilik qaydasında özündən yuxarı vəzifəli şəxsə 
başlanacaq  inzibati  proses  barəsində  izahat  verməsi,  həm  də 
məhkəmə  qarşısında  izahat  verməklə  vətəndaşın  inzibati 
iddiasına  qarşı  hərəkətlərini  (hərəkətsizliyini)    əsaslandırmağa 
borclu  olması  ilə xarakterizə  olunur.  Bu  səbəbdən  də  tədqiqat 
işində ictimai qınağın hüquqi şəkildə ifadə olunması ilə başlayan 
və  məhkəmə  hakimiyyətinin  timsalında  dövlətin  təsiretmə 
mexanizmi  ilə  müşayiət  olunan  bü  cür  məsuliyyət  mexanizmi 
inzibati orqanların fəaliyyətində qanunçuluğun, obyektivliyin və 
səmərəliliyin mühüm təminat mexanizmi kimi qiymətləndirilir. 



 
Tədqiqatın aktuallığını şərtləndirən məqamlardan birini də 
müasir  dövrdə  inzibati  məhkəmə  icraatının  respublikamızda 
məhkəmə  icraatının  müstəqil  forması    kimi  təşəkkül  mərhələ-
sində  olması,  inzibati-prosessual  qanunvericiliyin  milli  qanun-
vericilik sisteminin formalaşmaqda olan dinamik sahəsi olması 
təşkil edir.  
Oxucuların  istifadəsinə  təqdim  edilən  monoqrafiyada  hü-
quqi  dövlətdə  inzibati  məhkəmə  icraatının    mahiyyəti,  onun  
xüsusiyyətləri, inzibati prosesdə yeri və rolu, inzibati məhkəmə 
icraatının  predmeti  kimi  inzibati  mübahisə  anlayışı,  onun 
strukturu  və  növləri,  inzibati  məhkəmə  icraatinin  modellərinin 
ümumi səciyyəsi, anqlosakson və roman-german hüquq sistemli 
ölkələrdə  inzibati  məhkəmə  icraatinin  xüsusiyyətləri,  eləcədə 
Azərbaycan  Respublikasinda  inzibati  məhkəmə  icraatinin  nor-
mativ-hüquqi əsasları  ətraflı şəkildə araşdırılmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
                                        
 
 
 
 


10 
 
I FƏSİL 
 
MÜASİR HÜQUQİ DÖVLƏTDƏ İNZİBATİ HÜQUQİ 
MÜBAHİSƏLƏR ÜZRƏ İNZİBATİ MƏHKƏMƏ 
İCRAATININ MAHİYYƏTİ VƏ ROLU 
 
1.1. Hüquqi dövlətdə inzibati hüquqi mübahisələr üzrə 
məhkəmə icraatının  mahiyyəti və xüsusiyyətləri  
 
Çoxəsrlik  tarixi  olan  “dövlət-vətəndaş  münasibətləri”  si-
yasi-hüquqi  fikrin  mühüm  institutlarından  olmaqla  yanaşı,  hü-
quqi dövlətin də fundamental əsaslarından biridir. Demokratik, 
hüquqi  dövlət  üçün  mühüm  əhəmiyyətə  malik  olan,  vətən-
daşların dövlətə etimadının formalaşmaşına  təsir göstərən “və-
təndaş  -  dövlət”  münasibətlərinin  əsasında  vətəndaşların  haki-
miyyətə  təsir  etmək  imkanı  durur.  Dünya  tarixi  təcrübəsi  gös-
tərir  ki,  dövlətlə  vətəndaş  cəmiyyətinin  münasibətlərində  heç 
vaxt  tam  ahəngdarlıq  mövcud    olmayıb.  Dövləti  təmsil  edən, 
hakimiyyət  səlahiyyətlərinə  malik  olan  məmurla vətəndaş  ara-
sında maraqların toqquşması demək olar ki, hər bir dövrdə möv-
cud  olub.  Bu  toqquşmanın  obyektiv  əsası  da  vardır.  Belə  ki, 
ictimai maraqların ifadəçisi olan dövlət həm də qrup maraqlarını 
ifadə edir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və 
son məqsədini təşkil edir
2
. Ictimai maraqla qrup  maraqları isə 
heç də həmişə ayrı-ayrı fərdlərin qanunla qorunan maraqları və 
hüquqları  ilə  üst-üstə  düşmür.  Buna  görə  də  vətəndaşın  haki-
miyyət  və  dövlət  qurumları  ilə  qarşılıqlı  münasibətləri  bir 
                                                           
2
 Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin  “İnzibati icraat haqqında” 
Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə 
dair “6 oktyabr 2012-ci il tarixli Qərarı /www.constcourt.gov.az  


11 
 
problem kimi həmişə tədqiqatçıların  diqqətini özünə cəlb edib. 
Hələ Hüqo Qrotsi, Jan Jak Russo və bir çox digər mütəfəkkirlər 
dövlətin  cəmiyyətə,  vətəndaşların  maraqlarına  müdaxilə  səla-
hiyyətlərinin  məhdudlaşdırılması  vasitələri  barədə  müxtəlif 
fikirlər  irəli  sürmüşlər.  Müasir  hüquqi  dövlətin  vacib  prin-
siplərindən  biri  olan  hakimiyyət  səlahiyyətlərinin,  fəaliyyət 
üslublarının,  icraat  qaydalarının  vahid  şəkildə  tənzimlənməsi 
fikri  hələ  XVI  əsrdən  etibarən  Feyerbaxın,  Didyenin  və  Mon-
teskyönün  əsərlərində  bu  və  ya  digər  formada  öz  ifadəsini 
tapmışdır.  Hazırda  isə  inzibati  orqanlarda  icraat  qaydalarının 
vahid  qanun  səviyyəsində  nizama  salınmasının  əhəmiyyəti 
demokratik  hüquqi  dövlətlərdə  artıq  birmənalı  şəkildə  qəbul 
olunmuşdur
3

Məlum olduğu kimi, 1991-ci ildə Azərbaycan Respublikası 
öz  dövlət  müstəqillyini  bərpa  etsə  də,  SSRİ-dən  miras  qalmış 
hüquq və məhkəmə sistemi demokratik cəmiyyət quruculuğuna, 
hüquq və azadlıqların səmərəli müdafiə mexanizminin yaradıl-
masına,  azad  və  müstəqil  məhkəmə  sisteminin  formalaşdırıl-
masına imkan vermirdi. Cəmiyyətin gələcək inkişafı məhkəmə-
hüquq sahəsində islahatların həyata keçirilməsini, mütərəqqi və 
demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, 
milli  qanunvericilik  bazasının formalaşdırılmasını tələb edirdi.   
Bütün bunlar isə yeni hüquqi dövlət quruculuğu konsepsiyasının 
zəruriliyini  üzə çıxarırdı.  
Beləliklə,  məhz  ictimai-siyasi  quruluşun,  dövlətin  mahiy-
yətinin  dəyişməsinin  nəticəsində  inzibati  islahatlara  zərurət 
meydana çıxdı ki, bu da  mövcud sosial-iqtisadi münasibətlərə 
                                                           
3
  Kərimov  S.Ə.,Vəliyeva  G.M.”  İnzibati  icraat  haqqında”  Azərbaycan  Respub-
likasının Qanunu. Kommentariya. Bakı: Hüquq ədəbiyyatı, 2006,  s. 17 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə