Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə4/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   2   3   4   5   6   7   8   9   ...   123

12 
 
adekvat  olan  yeni  məhkəmə-hüquq  sisteminin  qurulmasını 
şərtləndirdi.  İnzibati və məhkəmə islahatların əsas istiqamətlə-
rindən biri də dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasındakı 
münasibətləri  dəyişdirməkdən,  “inzibati  dövlət  konsepsiya-
sı”nın  “hüquqi  dövlət  konsepsiyası”  ilə  əvəz  olunması  üçün 
müvafiq hüquqi təsir mexanizmlərinin yaradılmasından, müasir 
cəmiyyətin  həyatında  dövlətin  rolunun  yenidən  nəzərdən 
keçirilməsi  kimi  qlobal  düşüncəni  əks  etdirməkdən  ibarət  idi. 
Belə  ki,  bürokratik  asılılığın  və  iyerarxik  tabeçiliyin  yerinə 
dövlət  orqanlarının  fəaliyyətinin  demokratik  norma  və  mexa-
nizmlərin yaradılması, təşkilati çeviklik, əks mərkəzləşməyə ke-
çid, dövlət orqanlarının funksiya və səlahiyyətlərinin genişlən-
dirilməsi öz növbəsində dövlət hakimiyyəti orqanları ilə vətən-
daşların  qarşılıqlı  münasibətlərinin  yeni  mexanizmlərinin  işlə-
nib hazırlanmasını tələb edirdi.  
12  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsi  ilə  qəbul 
edilmiş  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  ölkədə 
hüquqi,  demokratik  və  dünyəvi  dövlət  quruculuğunun  əsası 
qoyuldu.  Xalqın  iradəsinin  ifadəsi  kimi  qanunların  aliliyini 
təmin  edən  hüquqi,  dünyəvi  dövlət  quruculuğuna,  demokratik 
quruluşa təminat vermək Azərbaycan dövlətinin əsas niyyətlə-
rindən  biri  kimi  Əsas  Qanunda  öz  hüquqi  təsbitini  tapdı. 
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarına geniş 
yer  verildi,  onların  təminatı  dövlət  siyasətinin  strateji  hədəf-
lərindən biri, dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi 
müəyyən  olundu.  Hər  kəsin  dövlət  orqanlarının,  müəssisə  və 
təşkilatların, ictimai birliklərin qərar və hərəkətlərindən məhkə-
məyə şikayət vermək hüququ təsbit olundu. Əsas Qanunda insan 
və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respub-


13 
 
likasının  vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edil-
məsi dövlətin ali məqsədi kimi müəyyən olunmuş,
4
 Azərbaycan 
Respublikası hüquqi dövlət quruculuğunu özü üçün inkişaf yolu 
seçdiyi öz əksini tapmışdır.  
Dövlətin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi 
mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanun-
vericilik  bazasının  formalaşdırılmasında  Azərbaycan  Respub-
likası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan 
və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi 
sahəsində tədbirlər haqqında" Fərmanı xüsusi əhəmiyyətə malik 
oldu. Ulu öndərimiz tərəfindən təsdiq edilmiş "İnsan hüquqla-
rının  müdafiəsinə  dair  Dövlət  Proqramı"  bu  sahədə  ilk  funda-
mental sənəd olub, məhkəmə-hüquq sahəsində institusional isla-
hatların aparılmasına, yeni məhkəmə-hüquq sisteminin yaradıl-
masına, həmçinin, hüquq mühafizə fəaliyyətinin təkmilləşdiril-
məsinə də təkan verdi. 
Tədricən hüquqi dövlət quruculuğu yönündə aparılan isla-
hatlar  prosesində    inzibati  orqanların  vahid  icraat  qaydalarına 
əsasən  fəaliyyət  göstərməsinə,  vətəndaşların  hüquqlarının  və 
maraqlarının  inzibati  orqanların  qanunsuz  aktlarından  və 
hərəkətindən (hərəkətsizliyindən) qorunmasına zərurət yarandı. 
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 
(Ombudsmanın) də ilk illik məruzəsində göstərilmişdi ki, vətən-
daşların dövlətin idarə olunmasında iştirak etmək hüququndan 
daha dolğun istifadə etməsi üçün inzibati prosedurların, vətən-
daşların müraciətlərinə baxılması qaydalarının dəqiqləşdirilmə-
                                                           
4
 Azяrbaycan Respublikasыnыn Konstitusiyasы. Bakы: Ганун, 2013, с.11 
 


14 
 
sinə  və  təkmilləşdirilməsinə,  vətəndaşların  və  onların  birliklə-
rinin dövlət və yerli özünüidarə orqanlarından məlumatların əldə 
edilməsinin  asanlaşdırılmasını  tənzimləyən  bir  sıra  qanunların 
qəbul edilməsinə və qüvvədə olan qanunlara əlavə və dəyişiklik-
lər olunmasına ehtiyac duyulur
5

 Beləliklə,  inzibati  orqanların  hamısı  üçün  vahid  icraat 
qaydalarının, onların fəaliyyətinin vahid şəkildə tənzimlənməsi 
meyarlarının müəyyənləşdirilməsi vətəndaşların dövlətə etima-
dının formalaşmasına təsir edən mühüm amil kimi nəzərə alındı. 
Keçirilən  islahatlar  hakimiyyətlə  vətəndaş,  dövlətlə  cəmiyyət, 
inzibati orqanla vətəndaş arasındakı münasibətlərin qurulmasına 
dair  müasir  təsəvvürlərə  əsaslandı.  Dövlət  quruculuğunun  in-
kişaf tempi  müvafiq olaraq “vətəndaş-dövlət” münasibətlərinə 
yeni  yanaşmaya,  dövlətlə  vətəndaş  arasındakı  münasibətlərin 
“vətəndaş - hüquqi dövlət” prizmasında həll olunmasına zərurəti 
də ortaya qoydu. Hüquqi dövlət quruculuğu yolunda uğurla ad-
dımlayan  Azərbaycan  Respublikasında  bu  problemə  müasir 
yanaşma tərzi nümayiş etdirilərək silsilə hüquqi tədbirlər həyata 
keçirildi. Qanunvericilikdə köklü dəyişikliklər edildi, məhkəmə 
sisteminin  strukturu,  fəaliyyət  üslubu  dəyişdirildi,  məhkəmə-
lərin  qərarlarının  qanuniliyi  üzərində  prokuror  nəzarəti  aradan 
qaldırıldı.  İnsan hüquqlarının və azadlıqlarının təmin olunması 
və müdafiəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən 
yeni  qanunvericilik  aktlarının  qəbul  edilməsi,  qüvvədə  olan 
qanunvericiliyin  təkmilləşdirilməsi,  üçpilləli  məhkəmə  siste-
minin,  yeni  məhkəmələrin  yaradılması  ilə  hüquq  infrastruk-
                                                           
5
Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkilinin  (Ombudsmanın)  
ilk illik məruzəsi (qısa icmal). Bakı, 2003  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə