Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə5/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   2   3   4   5   6   7   8   9   ...   123

15 
 
turunun genişləndirilməsi, inzibati orqanların vahid icraat qay-
dalarının,  inzibati  orqanların  fəaliyyəti  üzərində  məhkəmə 
nəzarətinin  müəyyən  olunması,  hüquqların  müdafiə  mexaniz-
minin,  milli  qanunvericiliyin  Avropa  hüquq  məkanında  fəa-
liyyət  göstərən  beynəlxalq  standartlara  uyğunlaşdırılması  isla-
hatların strateji istiqamətləri sırasında  mühüm yer tutdu.  
Dövlətlə  vətəndaş  cəmiyyəti  arasında  qarşılıqlı  əlaqənin 
inkişaf etdirilməsi, inzibati orqanların  vətəndaş məmnunluğuna 
yönəmlik,  yüksək  məsuliyyətlə  və  peşəkarlıqla  səciyyələnən 
fəaliyyət  üslubunun  formalaşdırılması  üçün  ardıcıl  tədbirlər 
həyata keçirildi. İnzibati orqanların fəaliyyətində  süründürmə-
çiliyə  və  bürokratik  yanaşmalara,  subyektivliyə,  köhnəlmiş 
idarəçilik  üsullarına,  özbaşınalığa,  korrupsiya  və  rüşvətxorluq 
hallarına qarşı  mübarizə dövlət siyasətinin strateji hədəflərinə 
çevrildi.  İnzibati  icraatın  sadələşdirilməsi,  vətəndaş  müraciət-
lərinin  vaxtında  və  lazımi  qaydada  cavablandırılması,  inzibati 
orqanların  öz  səlahiyyətlərindən  sui-istifadə  etməsinin  qarşı-
sının  alınması,  vətəndaşların  hüquq  və  mənafelərinin  əsassız 
müdaxilələrdən qorunması üçün real təminat mexanizminin for-
malaşdırılması  məqsədilə  inzibati  qanunvericilikdə  ciddi 
islahatlar həyata keçirildi. Hüquq infrastrukturunun inkişafi ilə 
əlaqədar  yeni məhkəmələrin  yaradılması, məhkəmə sisteminin 
beynəlxalq  standartlara  uyğun  qurulması,  vətəndaşların 
məhkəmə  orqanlarına  müraciət  imkanının  genişləndirilməsi, 
hüquq  və  azadlıqların  səmərəli  müdafiə  mexanizminin 
yaradılması kimi vəzifələr ön plana çıxdı.   
Tədricən ölkədə səmərəli idarəçiliyin, vətəndaşların hüquq 
və  azadlıqlarının,  qanunla  qorunan  maraqlarının  real  təminat 
mexanizmi, inzibati orqanların fəaliyyətində qanunçuluğu təmin 
edən,  onların  qərarlarına  və  hərəkətlərinə  (hərəkətsizliyinə) 


16 
 
nəzarət  edən,  vətəndaşlara  inzibati  aktlara  təsir  göstərmək 
imkanını  təmin  edən  yeni  mexanizmlər  formalaşdırıldı.  İnsan 
hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demok-
ratik  idarəetmə  və  vətəndaş  cəmiyyətinin  bərqərar  edilməsinə 
nail olmaq alternativsiz yol kimi seçildi. Avropa İnsan hüquqları 
Konvensiyası və 50-yə yaxın digər konvensiya milli qanunve-
ricilik  sisteminin  tərkib  elementlərinə    çevrildi.  Xüsusilə  vur-
ğulamaq lazımdır ki, "Azərbaycan Respublikasında insan hüquq 
və  azadlıqlarının  həyata  keçirilməsinin  tənzimlənməsi  haq-
qında" AR-nın 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanu-
nunun  qəbulu  1950-ci  il  Avropa  Konvensiyasının  implemen-
tasiyası istiqamətində mühüm addımlardan biri oldu. 
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı 
ildə  imzaladığı  "Azərbaycan  Respublikasında  insan  hüquqla-
rının müdafiəsi  üzrə Milli Fəaliyyət Planı"  insan hüquqlarının 
təmin  edilməsi  prosesinin  keyfiyyətcə  yeni  müstəviyə  keçmə-
sinə,  dövlətlə  vətəndaş  cəmiyyəti  arasında  tərəfdaşlıq  münasi-
bətlərinin  yaradılmasına  xidmət  edən  mühüm  tədbirlərdən  biri 
olub,  hüquq  və  azadlıqların  təmini  üçün  görülən  ardıcıl 
tədbirlərin  genişləndirilməsində,  hüquq-müdafiə  və  nəzarət 
mexanizmlərinin təkmilləşdirilməsində yeni mərhələnin başlan-
ğıcı kimi çıxış etdi.  Həssas və daim konseptual yanaşmaların 
müəyyən olunmasını tələb edən hüquq və azadlıqların, qanuni 
maraqların  qorunması  sahəsində  tənzimləyici  milli  mexanizm-
lərin  daha  da  təkmilləşdirilməsi    inzibati  orqanların  fəaliyyəti 
sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi zərurətini də üzə 
çıxartdı. Beləliklə, demokratik, hüquqi dövlətin qanunun aliliyi, 
insan  hüquqları  və  sosial  ədalət  kimi  fundamental  əsaslarının 
möhkəmləndirilməsinə  yönələn dövlət siyasətinin tərkib hissəsi 
kimi    hüquq  siyasəti  inzibati  orqanların  fəaliyyətinə  real  və 


17 
 
səmərəli  nəzarət  mexanizminin  formalaşdırılmasına  istiqamət-
ləndi. 
Ölkədə  həyata  keçirilən  ardıcıl  islahatlar  nəticəsində 
inzibati  hüququn  strukturu  xeyli  dəyişikliklərə  məruz  qaldı, 
vətəndaş  nəzarəti,  inzibati  ədliyyə,  inzibati  məhkəmə  icraatı 
kimi  institutlar  xüsusi  aktuallıq  kəsb  etdi.  Aparılan  islahatlar 
nəticəsində dövlət daha çox sosial ziddiyyətləri aradan qaldıran 
orqanizmə  çevrildi  və  onun  fəaliyyətində  hakimiyyət  bölgüsü, 
qanunun aliliyi, məhkəmənin yüksək rolu və s. kimi demokratik 
prinsip  və  dəyərlər  ön  plana  çıxmağa  başladı.  Dövlət  orqan-
larının  fəaliyyətində  səmərəni,  onların  məsuliyyətini  artırmaq 
üçün  qanunvericiliyə  köklü  dəyişikliklər  edildi,  institusional 
islahatlar  aparıldı,  dövlət  orqanlarının  fəaliyyətində  paralelliyi 
və təkrarçılığı aradan qaldırmaq məqsədilə onların funksiyaları 
dəqiqləşdirildi,  ixtisarlar  aparıldı,  bir  sıra  yeni  qurumlar  yara-
dıldı.  Demokratik  institutların  inkişafının  təmini  üçün  onlarla 
əməkdaşlıq  strategiyası  prioritet  istiqamətə  çevrildi.  Onlara 
dövlət orqanlarının fəaliyyətinə, inzibati aktlara dair məlumat-
lara  çıxış  üçün  imkan  yaradıldı.  Ölkədə  demokratik,  hüquqi 
dövlət  quruculuğu  və  səmərəli  idarəetmə  sisteminin  forma-
laşdırılması  istiqamətində  aparılan  ardıcıl  və  məqsədyönlü 
tədbirlər  nəticəsində  bu  gün  inzibati  məhkəmə  icraatı  inzibati 
hüququn aktual institutlarından birinə çevrilmişdir.  
Ənənəvi inzibati hüquq vətəndaşın dövlət qarşısındakı vəzi-
fələrini müəyyənləşdirərək onu sadəcə bir obyekt kimi nəzərdə 
tuturdusa,  müasir  inzibati  hüquq  əksinə  olaraq,  ilk  növbədə 
dövlətin  vətəndaşa  münasibətdə  vəzifələrini  nəzərdə  tutur. 
Ənənəvi inzibati hüquq repressiv xarakterə malik olduğu halda, 
milli inzibati hüquqa preventivlik xasdir. Müasir inzibati hüquq 
ədəbiyyatlarında göstərilir ki, hüquqi dövlətlə inzibati hüquq o 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə